Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə9/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

 Bütün türklərin tərcümanı



 

27



 ~ 

 

Molla Pənah Vaqif, Seyid Əzim Şirvaninin əsərlərini həm dil, həm 



məzmun  baxımından  çox  təqdir  etdiyini,  «Tərcüman»da  onlar 

barədə  məmnuniyyətlə  məqalələr  verdiyini  göstərir  və  S.Ə.Şirvani 

ilə  bağlı  İ.Qaspiralının  fikirlərindən  sitatlar  gətirir.  Müəllif 

məqaləsində 

göstərir  ki,  İ.Qaspiralı  Bakı  milyonçularının 

xeyriyyəçilik  fəaliyyətini  yüksək  qiymətləndirir,  Naxçıvanda, 

Şəkidə yeni üsullu məktəblərin açılmasından çox sevinirdi və bütün 

bunlarla bağlı öz qəzetində fikirlərini bölüşürdü. 

Qaspiralısevərlər  onun  şəninə,  əziz  xatirəsinə  şeirlər  həsr 

etmiş,  onu  «ulu  türk»,  «milləti  dirildən  atəş»  (Məmməd  Əmin 

Yurdaqul.  «İsmayıl  Qaspiralıya»),  «parlaq,  böyük  adam»  (Cəlal 

Sahir.  «İ.Qaspiralının  ruhuna»)  adlandırmış,  vəsf  etmişlər. 

M.B.Məmmədzadənin  «Azərbaycanın  ilk  istiqlal  şairi»  kimi 

dəyərləndirdiyi  Məhəmməd  Hadi  «Böyük  İsmayıl  bəyə»  adlı 

şeirində yazır: 

 

 



«Verdin həyat bizlərə, öldün özün sənin

 

Millət göz açdı, gərçi yumuldu gözün sənin». 



 

Şəkidən  Hüseyn  Tahirzadə  «Tərcüman»ın  25  illiyi 

münasibəti  ilə  «İrşad»a  göndərdiyi  şeirində  (15  may  1908,  №  66) 

qəzetin fəaliyyətini nəzmə çəkir və sonda diləyini dilə gətirir: 

 

 

            Eyləriz bu igidi-milli ilə hər an iftixar



 

Olmasın Ya-rəbb, zəvali-ehtişam  

(təntənənin məhv olması – T.A.). 

 

İ.Qaspiralının  vəfatı  Krımda  olduğu  qədər  Volqaboyunda, 



Qafqazda, Tatarıstanda, Orta Asiyada, Türkiyədə milli matəm kimi 


 Abid  Tahirli



 

28



 ~ 

 

qarşılanmışdı.  Şimal  türklərinin  (Kazan)  ən  nüfuzlu  qəzeti 



«Vakit»də  (12  sentyabr  1914)  Fatih  Kərimov  İ.Qaspiralını  böyük 

türk  dünyasının  ən  parlaq  ulduzu  adlandırır  və  bu  ulduzun 

sönməsini  bütün  türklərin  hiss  edəcəyini,  onların  qəlblərini 

titrədəcəyini kədərlə qələmə alır və belə davam edir: «İsmayıl bəyin 

həyatı  Rusiya  müsəlmanları  üçün  özbaşına  müstəqil  bir  dövr, 

özbaşına  müstəqil  bir  tarixdir.  Bu  dövrdə  Rusiya  müsəlmanları 

yenidən  dünyaya  gəldilər.  Bu  dövrdə  dilli  və  ədəbiyyatlı  oldular. 

Milli  mətbuata,  təməddün  (mədəniləşmə  –  T.A.)  və  insaniyyət 

fikrinə  də  girmələri  bu  dövrdədir.  Başqa  millətlər  kimi  oxuyub 

yazmağı,  fikir  yürüdüb  düşünə  bilməyi  də  bu  dövrdə  öyrəndilər. 

Üsuli-cədid,  xeyriyyə  cəmiyyəti,  qadın-qızların  təhsili,  tərbiyə, 

hüquq  məsələləri…  də  hamısı  bu  dövrdə  meydana  çıxmışdır. 

Xülasə,  Rusiya  müsəlmanları  arasında  yeni  üsullu  məktəb  və 

mədəniyyət  yayılmasının  əvvəli  İ.Qaspiralı  ilə  başlayır  və  onlar 

arasında millət və camaat xidmətində olan nə qədər xadimlər varsa, 

onların  hər  biri  İsmayıl  bəyi  bir  cəhətdən  özlərinin  ustadı,  onun 

şagirdi olmaqla iftixar etməkdədirlər».  

F.Kərimov 

İ.Qaspiralının  yalnız  cismən  aramızdan 

ayrıldığını,  ruhu,  fikri  və  məqsədlərinin  əbədiyyən  qalacağını, 

getdikcə  daha  çox  anlaşılacağını  və  inkişaf  edib  hər  tərəfə 

yayılacağını,  milli  həyatımızın  ölməz  nişanı  kimi  ruhumuzu 

yaşadacağını,  ağır  günlərdə  bizə  təsəlli  verəcəyini,  məyus 

qəlblərimizə ümid gətirəcəyini qeyd edir. 

Müəllif  İ.Qaspiralını  özündən  sonra  milyonlarla  Rusiya 

müsəlmanlarının yetişdirib ölən bir ustada, bəxtiyar ataya bənzədir 

və  yazır  ki,  bu  bəxtiyarlığın  fövqündə  duran  bəxtiyarlıq  təsəvvür 

etmək  ağıla  sığmır.  «Şiddətli  bir  okean  cərəyanını  başqa  bir  tərəfə 

axıtmaq  nə  qədər  müşkül  bir  iş  isə,  qəflət  dəryasına  batmış  bir 



 Bütün türklərin tərcümanı



 

29



 ~ 

 

millətin  fikrini  ikinci  bir  tərəfə  çevirib  işlətmək    daha  müşkül  bir 



işdir.  İsmayıl  bəy  mərhum  belə  bir  işi  işlədi»  -  yazan  F.Kərimov 

İ.Qaspiralının tarixi xidmətlərini yüksək qiymətləndirir. 

S.İbrahimovun  «İqbal»  qəzetində  dərc  olunmuş  «Böyük  və 

tarixi  milli  matəm»  (1  fevral  1914-cü  il,  №  200)  adlı  məqaləsi 

İ.Qasprinski şəxsiyyətinin və irsinin yaşadığı dövrdə, mühitdə təsir 

gücünün  dəyərləndirilməsi  baxımından  diqqətçəkəndir.  Müəllif 

«İsmayıl  bəy  kimdir?»  -  sualına  cavabı  artıq  ona  pərəstiş  edən 

milyonlarca  insanın  qəlbi  və  vicdanının  verdiyini  bildirir. 

S.İbrahimov yazır: «İsmayıl bəy hər şeydir, hər kəsdir, hamımızdır, 

bütün millətdir. Bugünkü dilimiz, yazımız, qəlbimiz, yazanlarımız, 

oxuyanlarımız, 

mətbuat 


və 

ədəbiyyatımız, 

məktəb 

və 


mədrəsələrimiz, şagird və tələbələrimiz, sözün qısası, İsmayıl bəyin 

vicdan  və  dühasının  əməyinin  bəhrəsidir».  İsmayıl  bəy  türk  irqinə 

mənsub  olduğu  üçün  təbii  olaraq  türk  millətpərvərliyini  irəli 

sürmüş,  türklərə  «bir  dil,  bir  fikir  və  bir  iş»  gərəkliyi  qayəsini 

anlatmış  və  özü  də  bu  məramın  müdafiəsində  qaya  kimi  səbat  və 

mətanətlə  duraraq  bəyan  etmişdir:  milli  vicdan,  dünyəvi  iman 

budur! 

Müəllif əmindir ki, millətin şəxsiyyəti və milli siması inkişaf 



etdikcə, 

nəinki 


Rusiya 

müsəlmanlarının, 

bəlkə 

ümumi 


müsəlmanların  ən  böyük  dünyası,  ən  böyük  kainatı  İ.Qasprinski 

əzəməti və ülviyyəti də eynən yüksələrək təcəlli edəcəkdir (təzahür, 

zühur edəcəkdir – parlayacaqdır – T.A.). 

Rusiyadakı  türkdilli  xalqların  «Yıldız»,  «El»,  «Ağ  yol», 

«Şura», «Koyaş», «Kazak», eləcə də «Türk yurdu» (İstanbul) və s. 

kimi qəzet, jurnallar matəm günlərində İ.Qaspiralının xatirəsinə çox 

sayda  məqalələr  dərc  etmiş,  bu  fövqəladə  zəka,  iradə,  cəsarət, 

hünər,  mədəniyyət  sahibinin  vəfatını  bütün  müsəlmanlara  böyük, 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə