Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə5/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   ...   73

 Bütün türklərin tərcümanı



 

15



 ~ 

 

insan»,  «ali  və  nəcib  qəlb  sahibi»,  «böyük  İsmayıl  bəy»,  «bir 



mürşid,  bir  ustad»  kimi  ona  layiq  sözlərdən  istifadə  edərək  böyük 

ideoloqa öz məhəbbətlərini izhar etmişlər. 

İdeoloq,  naşir,  redaktor,  mühərrir,  islahatçı,  yazıçı-publisist 

İ.Qaspiralının  mövcudluğu,  fəaliyyəti  onun  məslək,  əqidə 

düşmənlərinin yuxusunu daim ərşə çəkmişdir. İsmayıl bəyin amalını 

anlayan qara qüvvələr ona açıq-aşkar nifrət edir, düşmən münasibət 

bəsləyir,  onu  «pantürkist»,  «panislamist»  damğaları  ilə  gözdən, 

nüfuzdan  salmağa  çalışır,  fəaliyyətindən  əndişələndiklərini 

gizlətmirdilər.  İ.Qaspiralı  ideyalarını,  ideallarını  anlayıb  tənqid 

edənlər,  hətta  onun  ünvanına  hədyan  söyləyənlər  də  olmuşdur. 

Smirnovlar, Çerevanskilər, Ostroumovlar, İlminskilər İ.Qaspiralının 

əqidə,  məslək  düşməni  idilər,  lakin  onu  əlifba  və  ya  məktəb 

islahatına görə tənqid edən ziyalıların bəlkə də xeyirxah niyyətləri, 

bu  problemlərlə  bağlı  öz  mövqeyi,  öz  fikri  vardı.  Qədimçilər, 

köhnəpərəstlər  cədidçilərlə  -  İ.Qaspiralının  məktəb  islahatı  ilə  heç 

cürə  razılaşmır,  mürtəce,  mühafizəkar  fikirlərdən  əl  çəkmirdilər. 

Yaxud, böyük tatar şairi Abdulla Tukaya  elə  gəlirdi ki,  İ.Qaspiralı 

çar  hökumətinə  münasibətdə  lazım  olduğundan  daha  çox  ehtiyatlı 

davranır  və  bir  qədər  zəiflik  göstərir.  Bir  çox  ziyalı  isə  İsmayıl 

bəyin «ortaq dil» layihəsini qəbul etmir, ona qarşı çıxırdılar. İsmayıl 

bəy  hər  kəslə  öz  dilində  danışmağı  bacarırdı.  O,  özünün  əqidə, 

məslək  düşmənlərinə  güclü,  məntiqli  və  əsaslı  cavablarla  sarsıdıcı 

zərbələr  vurur,  onların  murdar  niyyətlərini  ifşa  edirdisə,  onun 

niyyətlərini  dərk  edə  bilməyənlərə,  məramını  anlamayanlara  izahat 

verir,  fikrini  bir  daha  təkrarlayır,  tövsiyə  və  məsləhətlərini  verirdi. 

Bu baxımdan onun sevə-sevə oxuduğu, izlədiyi və böyük məhəbbət 

bəslədiyi «Həyat», «Tərəqqi» qəzetlərinə müraciəti, açıq məktubları 

çox ibrətamizdir. 




 Abid  Tahirli



 

16



 ~ 

 

İ.Qaspiralı  yuxarıda  adını  çəkdiyimiz  qəzetlərdən  sitatlar 



gətirməklə  «ortaq  dilə»  etiraz  edən  müəlliflərin  mövqeyinə 

təmkinlə,  dəlillərə  istinad  edərək  cavab  verir,  öz  mülahizələrini 

əsaslandırmağa  çalışır.  Buradakı  üslub,  problemə  yanaşma  tərzi 

elmidir  və  təqdirəlayiqdir.  Bütün  hallarda  –  istər  düşmənlə 

mübarizədə, istər dostla fikir mübadiləsində, mübahisədə İ.Qaspiralı 

öz ideyaları naminə fəaliyyəti ilə bir mücahid təsiri bağışlayır. 



 

Ġdealist, ideoloq, islahatçı 

 

Çar hakimiyyəti dövründə  İ.Qaspiralıya müxtəlif məmurlar, 



qəzetlər,  missionerlər,  eyni  zamanda  qarağuruhçular,  nadanlar, 

cəhalətpərəstlər  ara-sıra  hücumlar  etmiş,  ideyalarına  qarşı  çıx-

mışlarsa da, onu müdafiə edənlər, onun fikirlərini  yayanlar da çox 

olmuşdur.  Təsadüfi  deyil  ki,  İ.Qaspiralı  dühası,  onun  ideyalarının, 

əməllərinin  əzəməti,  irsinin  qüdrəti  müasirləri,  məsləkdaşları 

tərəfindən hələ o sağ ikən kifayət qədər yüksək dəyərləndirilmişdir. 

Sovet  hakimiyyətinin  ilk  illərində  də  İ.Qaspiralı  irsi  yüksək 

qiymətləndirilir,  xatirəsi  əziz  tutulurdu.  İstedadlı  alim,  filologiya 

elmləri  doktoru  Asif  Rüstəmli  bu  barədə  danışanda    qeyd  etdi  ki, 

təkcə  bu  faktı  xatırlatmaq  kifayətdir  ki,  türkoloqların  Bakıdakı  I 

qurultayı İ.Qaspiralının şərəfinə keçirilmişdir. 

Lakin  Sovet  hakimiyyətinin  sonrakı  illərində    -  1937-ci  il 

repressiya  dövründən  başlayaraq  İ.Qaspiralının  tarixdən  silinməsi, 

adının birdəfəlik unutdurulması üçün cəhdlər edilmiş, məzarı təhqir 

olunmuş, qəbri  dağıdılmışdır. Yalnız Sovet  imperiyası,  kommunist 

ideologiyası  iflas  etdikdən  sonra  İ.Qaspiralı  irsi  və  şəxsiyyəti 

yenidən  aktuallaşmışdır.  Qeyd  etdiyimiz  kimi,  onunla  bir  dövrdə 

yaşayan tərəqqipərvər ziyalılar İ.Qaspiralının xidmətlərini layiqincə 




 Bütün türklərin tərcümanı



 

17



 ~ 

 

qiymətləndirmişdilər.  İ.Qaspiralının  «böyük  ustadımız»  -  deyə 



müraciət  etdiyi  Əhməd  Midhəd  əfəndi  İ.Qaspiralını  nüfuzlu  bir 

məclisə  «böyük  İsmayıl  bəy  Qasprinski»  kimi  təqdim  etmişdi. 

Dövrünün qəzetləri İsmayıl bəyin fəaliyyətini təqdir edən çox sayda 

məqalələr dərc etmişlər. 

Əhməd  bəy  Ağayev,  Əli  Mərdan  bəy  Topçubaşov,  Əli  bəy 

Hüseynzadə, Nəriman Nərimanov, Coltan Məcid Qənizadə, Əhməd 

Cavad,  Əliabbas  Müznib,  Məmməd  Əmin  Rəsulzadə,  Ceyhun 

Hacıbəyli,  Firudin  bəy  Köçərli,  Ömər  Faiq  Nemanzadə,  Cəlil 

Məmmədquluzadə,  Məhəmməd  Hadi,  Haşım  bəy  Vəzirov,  Xəlil 

Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Şəfiqə xanım Əfəndizadə… 

kimi  adı  Azərbaycan  tarixinə  düşmüş  xadimlər  İ.Qaspiralının 

fəaliyyətini  yaxından  izləmiş,  onunla  əməkdaşlıq  etmiş,  onun 

ideyalarını  dəstəkləmiş,  yaymış  və  İ.Qaspiralı  ilə  bağlı  yüksək 

fikirlər söyləmişlər.  

Böyük idealist və ideoloq İ.Qaspiralının vəfatı (24 sentyabr 

1914-cü  il)  xəbəri  bütün  türk-islam  dünyasını  kədərə,  qəm 

dəryasına  qərq  etmiş,  sarsıtmışdı.  Məscidlərdə  mərhumun  adına 

Quran  oxudulur,  ehsanlar  verilir,  başda  «Tərcüman»  olmaqla, 

Rusiyada  nəşr  olunan  bütün  türk  qəzetləri  başsağlığı  dərc  edir, 

böyük  xalq  xadiminə  həsr  olunmuş  yazılar  verirdi.  Bakıda  çıxan 

qəzetlərin  demək  olar  ki,  hamısı  İ.Qaspiralıdan  yazır,  böyük 

mücahidin  dəfn  mərasimi  ilə  bağlı  Baxçasaraydan  daxil  olan 

məlumatları dərc edirdi. 

«İqbal» bir nömrəsində (müəllif Hacı  İbrahim Qasımov. 15 

sentyabr  1914,  №  738)  İ.Qaspiralıya  «Sizə  «həkim»  -  deyə  xitab 

edirəm,  ey  dahi!»  -  deyərək  yazırdı:  «Bizim  bir  çox  həkim, 

təbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə