Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə70/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   65   66   67   68   69   70   71   72   73

 Bütün türklərin tərcümanı



 

217



 ~ 

 



  Alimlər  və  şairlər  ocağı  Şamaxını  indi  şeytanniyyət, 

cahilanə  durğunluq  dumanı  bürümüşdür…  bu  şəhərin  yalnız 

məktəbi  deyil,  işləri  ümumiyyətlə,  pərişanlıq  və  təəssüf  doğurur 

(«Zaqafqasiya boyu»). 

  Kimə  necə,  deyə  bilmərəm,  mənə  görə  dost  görmək  və 



xüsusilə ziyalı adamlar görmək ən gözəl səfaların biridir. …Elm və 

maarif sevdalısı olduğum üçün belə adamların məclislərində iştirak 

etmək  könlümə  rahatlıq,  fikrimə  işıqlıq  və  güc  gətirir 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 

  …Tiflisdə  bir  dost  daha  tapdım:  Qarabağlıdır  (Şuşada 



anadan  olmuş  Əhməd  bəy  Ağaoğlu  nəzərdə  tutulur  –  T.A.), 

Rusiyada 

təhsil 

aldıqdan  sonra  Fransaya  gedib,  Sorbon 



Universitetində  oxuyub,  gəncdir.  Digər  millətlərdə  bu  cür  təhsil 

alanların  çox  olduğundan,  bu  o  qədər  də  diqqətçəkən  deyil.  Lakin 

bizim  cəmiyyətimizdə  aradabir  belə  adamın  olması  xüsusilə 

diqqətəlayiqdir.  Ona  görə  də  biz  o  qardaşımızla  iftixar  edirik 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 

 Mayın 17-də (1893-cü il – T.A.) Bakıya gəlib dostlarımın 



birindən  təmizliyi  və  rahatlığı  haqqında  eşitdiyim  «Avropa» 

otelində  yerləşdim.  Bakıya  hansı  gün  gələcəyimi    heç  kimə 

bildirməsəm  də,  məni  bir  neçə  gənc  qarşıladı.  Belə  nəzakət  və 

hörmətlə qarşılanacağımı heç xəyalıma gətirmədiyimdən, mütəəssir 

olduğumu  bildirdim  və  təşəkkür  etdim…  («Baxçasaraydan 

Daşkəndə səyahət»). 

  Bakı  müsəlmanlarını  «əcəmi»,  «irani»,  «persiyan»  -  deyə 



yazdıqları  görülməkdədir:  bu  isə  açıq  bir  xətadır,  çünki  bunlar 

ümumi dil və cins, qiyafət və adət cəhətlərindən tər-təmiz türklərdir 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 



 Abid  Tahirli



 

218



 ~ 

 



  Bakılılar  boylu,  qüvvətli  və  işləkdirlər,  …belə  ki,  Rusiya 

şəhər  və  vilayətlərində  olan  islam  əhlinin  hamısından  irəlidədirlər, 

belə zənn  edirəm («Baxçasaraydan Daşkəndə səyahət»). 

  Bakı  müsəlmanlarının  Xəzər  dənizində  üç-beş  ticarət 



paroxodu, beş-on gəmisi vardır. Volqada isə islam əhlinə məxsus nə 

bir  paroxod,  nə  bir  qayıq  gördüm  («Baxçasaraydan  Daşkəndə 

səyahət»). 

  Bakının  ermənisi  yerli,  qədim  əhalidən  olmayıb,  gəlmə 



müsafir və mühacirlərdir («Baxçasaraydan Daşkəndə səyahət»). 

 Hacı Zeynalabdin əfəndini yad etdik. Hacı dedikdə böyük 



və  qalın  əmmaməli,  uzun  xalatlı,  ya  cübbəli  uzun  və  ağ  saqqallı 

adam  göz  önündə  canlanır,  elə  deyilmi?  Hacı  imiş,  amma  xəyal 

etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı 

bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı, 

cübbəsi 

uzun 


yox, 

gözəl 


əməllərdən 

libaslı 


gördüm 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 

 Bundan səkkiz il  əvvəl –  1885-ci  ildə  Bakıya birinci dəfə 



gəlmişdim.  Səkkiz  ildə  müsəlmanların  xeyli  tərəqqi  etdiklərini 

görüb məmnun oldum. Yalnız mal və qazanc cəhətində deyil, bəklə 

daha 

artıq  düşüncə  və  şüur  baxımından  irəliləmişlərdir 



(«Baxçasaraydan Daşkəndə səyahət»). 

  …Bakıya  birinci  səyahətimdə  hörmətli  Səfərəli  bəy 



Vəlibəyovla  (1861-1902,  Qori  Müəllimlər  Seminariyasının  ilk 

məzunlarından  biri,  maarifçi,  O.Çernyayevski  ilə  birlikdə  «Vətən 

dili» adlı ilk əlifba dərsliyinin və digər dərslik və kitabların müəllifi 

–  T.A.)  bərabər  idik.  Onunla  qardaşyanə  Qafqazın  xeyli  yerlərini 

gəzdik.  Məqsəd xalqın həyatı,  güzəranı  ilə  tanışlıq  və  «Tərcüman» 

üçün  abunəçi  toplamaq  idi.  Bakının  bütün  bazarlarını  gəzdik, 




 Bütün türklərin tərcümanı



 

219



 ~ 

 

haradasa  səbrlə  200-ə  yaxın  qəzet  payladıq,  lakin  bir  abunəçi-



müştəri  tapmadıq.  Tacirlər  boş  işlə  məşğul  olmamağı  tövsiyə 

etdilər,  alimlər  qəzetin  adından  qorxdular  («Baxçasaraydan 

Daşkəndə səyahət»). 

  …Səfərəli  bəy…bir  tacirin  mağazasında  bir  neçə  adama 



bir-iki  nüsxə  «Tərcüman»  təqdim  edib  qəzetdən,  maarif  və 

ədəbiyyatdan  danışmaq  istəyirdi  ki,  onlardan  biri  «gərək  deyil»  - 

deyib  buna  imkan  vermədi.  Onun  bu  hərəkətə  haqqı  da  vardı:  axı, 

verilən yazılı kağızlar kağız pul qədər mötəbər, kişmiş kimi ləziz bir 

şey deyildi! («Baxçasaraydan Daşkəndə səyahət»). 

 Bakıda Hacıya (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur 



–  T.A.)  yoldaş  və  həmfikir  xeyli  adam  var.  Məsələn,  Musa  əfəndi 

Nağıyev,  Şəmsi  Əsədullayev  və  sairlər.  Belə  ki,  maarif,  təhsil  və 

islahat  yolunda  bəhsə  girənlər,  qeyrət  sərf  edənlər  görülməkdədir. 

Xudaya şükür! («Baxçasaraydan Daşkəndə səyahət»). 

  Rus  və  türk  şagirdləri  üçün  Bakıda  ilk  məktəb  açmış 



Mahmud  əfəndi  Qənizadədir.  Türk  təhsilinə  dair  kitab  və  lüğət 

mühərriridir  ki,  fədakarlığını  təbrik  edirik  («Baxçasaraydan 

Daşkəndə səyahət»). 

  İslam  tərbiyəsi  tərk  olunmadığı  halda,  elm  və  mərifətdən 



yalnız fayda gələr («Baxçasaraydan Daşkəndə səyahət»). 

  İslam  tərbiyəsi  ilə  dövrün  mərifət  və  elmini  uzlaşdıran 



müslimələr,  ümid  edirəm  ki,  dünyanın  ən  yaxşı  anaları  olacaqdır 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 

  Bütün  savadlı,  məlumatlı  müsəlmanlara,  onlardan 



törəyənlərə  xitab  edirəm:  millət  və  camaatın  başında,  içərisində 

olaq,  millətdən  uzaq  olmayaq  ki,  bizi  görsün,  ibrət  alsın, 

faydalansın («Baxçasaraydan Daşkəndə səyahət»). 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə