Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə71/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   65   66   67   68   69   70   71   72   73

 Abid  Tahirli



 

220



 ~ 

 



 Milləti çox avam və cahil zənn etməyək: millət yaxşı sözü, 

yaxşı işi fəhm edəndir («Baxçasaraydan Daşkəndə səyahət»). 

 Ziyalı insan ali, uca düşüncə  və  ideallarsız  yaşaya bilməz 



(«Baxçasaraydan Daşkəndə səyahət»). 

  Çərxi  fələk  məni  Qafqazdan,  Osmanlı  imperiyasından, 



Afrikadan,  Hindistandan,  Kaşqardan  dolaşdırıb  Türkistana  gətirib 

çıxarmışdır. Əgər gördüklərimi bir risalə kimi yazsam, çox gözəl bir 

iş  olacaqdır.  Yazılmazsa,  yazıq!  («Baxçasaraydan  Daşkəndə 

səyahət»). 

  …bakılı  dostlarımdan  müəllim  Sultan  Məcid  əfəndi 



Qənizadənin səyahətimizə qoşulmaq və mənə yoldaşlıq etmək üçün 

Buxaraya  gəldiyini  eşidib  həddən  ziyadə  məmnun  oldum

1

 

(«Baxçasaraydan Daşkəndə səyahət»). 



  Bu  dəfə…Bakıda  bir  gün  belə  qalmadım.  Çünki  fəhlələr 

arasında  iğtişaşlar  üçün  təbliğat  aparmağın  zamanı  olmadığını 

anlayan  bütün  ziyalılar  Qarabağa  və  Gəncə  şəhərinə  dağılmış  və 

məktəb  təsis  etməklə  məşğul  olmağa  başlamışlar  («Buxarada  nə 

gördüm»). 

  Əgər  Buxarada  bir  baqqal  dükanı,  ya  bir  çayxana  və  ya 



rəqsxana açmağa girişsəydim, çoxdan müvəffəq olmuşdum. Məktəb 

təsisi  isə  belə  asan  iş  deyildir.  Bunun  üçün  mənəvi  güc,  dil  və 

qələmin kafi olmadığı meydandadır («Buxarada nə gördüm»). 

 «Bəlkə qısa müddət ərzində oxumaq, yazmaq, heca etmək, 



dəftər  tutmağı  təhsil  etdirən  məktəbə  hacət  yoxdur?»  -  sualına 

Buxara  bazarlarının  halı  canlı  cavabdır:  bu  bazarlarda  500  tacir 

varsa, 25-i qələm-dəftər tanımır («Buxarada nə gördüm»). 

                                                           

1

 Maraqlı olduğu üçün diqqətə çatdırdıq (T.A.). 




 Bütün türklərin tərcümanı



 

221



 ~ 

 



 Qeyrət, hünər və sənaye meydanı olan bu sərgidə (1896-cı 

ilin  avqustun  13-dən  20-dək  Nijni-Novqorodda  keçirilən  sərgi 

nəzərdə  tutulur  –  T.A.)  müsəlmanlar  nə  gördülər,  nə  kimi  ibrət 

aldılar,  bizə  məlum  deyil,  fəqət  sənayedə  çox  geridə  qaldığımızı, 

alət və dəzgahlarımızın köhnə və yararsız olduğunu dərk etmişlərsə 

də, Cənabi-Haqqa təşəkkürlər edəcəyiz, çünki qüsuru anlamaq onun 

çarəsini  də  araşdırmaya  məcbur  edər,  xəstə  olduğumuza  inanılsa, 

dəva-dərman axtarılar («Sərgidə mən nə gördüm»). 

  Niyyətim  (Hindistana  1912-ci  il  səyahətinin  məqsədi 



nəzərdə  tutulur  –  T.A.)  xeyli  sadə  idi:  Hind  islam  məktəblərini 

görmək:  öyrənilməli  bir  şey  varsa,  öyrənmək,  öyrədiləsi  bir  şey 

varsa, öyrətmək («Hindistan səyahəti»). 

  Hind ən qədim dinlərin anasıdır. 



    Hind ən qədim mədəniyyətin beşiyidir. 

    Hind ən qədim ədəbiyyatın ədibidir. 

    Hind ən mütərəqqi millətlərin qədim vətənidir. 

    Hind dünyanın ən zəngin ölkəsidir. 

    Hind İngiltərənin tükənməz-bitməz xəzinəsidir. 

    Hind İngiltərənin böyüklüyünün göstəricisidir. 

    Hind böyük dövlətlərin gözündə bir nazənindir. 

Bu gücü, bu sərvəti, bu dilbəri əldən verməmək, hər kəsdən 

saxlamaq üçün ingilislər kim bilir nə kimi şiddətli tədbirlər görmüş, 

polis,  jandarma,  xəfiyyə,  uniformalı  məmurlar,  əsgərlər,  süngülər, 

toplar  ilə  əhalinin  qəlbini  ürkütmüş,  gözlərini  söndürmüş,  fikrini 

durdurmuşdur… mənə belə gəlir («Hindistan səyahəti»). 

 Müsəlmanları nəzəri fikirlərlə yox, praktik işlə inandırmaq 



lazımdır («Maarif yolunda»). 


 Abid  Tahirli



 

222



 ~ 

 



  Çocuqları  böyük  zəhmətdən  (köhnə  üsulla  işləyən 

məktəblər  nəzərdə  tutulur  –  T.A.)  qurtaran  yeni  təhsil  sistemini 

Hindistanda  tətbiq  edən  türk  oğlu  türk  olduğundan  (İ.Qaspiralı 

özünü  nəzərdə  tutur  –  T.A.)  türkləri  təbrik  edirəm  («Hind 

yolunda»). 

 Mənfəət gələr gedər, ədalət əbədidir («Belə deyilmi»). 



 Politika, politika, amma bir azcıq insaf və həqiqət ta lazım 

deyilmi? («Hal həqiqəti»). 

  Ey  əziz  qardaşlar!  Satmaq  rahat,  almaq  çətindir!  Getmək 



rahat, dönmək çətindir! Yıxılmaq rahat, qalxmaq çətindir! («Lazım 

bir nəsihət, qafil olma»). 

 Cahanın hər tərəfində iki kərə iki dörddür. Lakin maarifin 



intişarının üsulu hər bir iqlimin  və qövmün xüsusiyyətinə müvafiq 

tapılması qayda və qanun halındadır («Şərq məsələsi»). 

  Məktəbdə,  camidə  kürsü  başında  ziyalı,  məlumatlı  din 



xadimi  olsa,  ağlın  tərəqqisinə  böyük  meydan  açılar  («Şərq 

məsələsi»). 

 Ağlı və fikri irəliləyən ziyalı müəllim sinfi və bütün əhalini 



irəlilədəcəkdir («Şərq məsələsi»). 

  Dərdini  inkar  edən  dərman  tapmaz.  Sözümüz  xoşdur, 



ağırdır,  hər  necədirsə,  hamı  ilə  bərabər  dərdimizə  çarə  tapmaqdan 

başqa məramımız yoxdur («Buna nə deməli»). 

 



 Aman, oğlum, satma sakın, əlindəki toprağı, 



   Anan kimi səni bəslər bərəkətli qucağı. 

   Verər arpa, aş istəməz, verər sənə bunları, 

    Səfil, rəzil olma sakın, satıb ana torpağı. 

                                                             («Aman oğlum») 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə