Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə58/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

 Bütün türklərin tərcümanı



 

181



 ~ 

 

öyrədirlər 



(«Rusiya 

müsəlmanlarının 

mədəniləşməsinin 

başlanğıcı»). 

  Təhsildəki  islahatların  ehtiyacdan  yarandığı  və  sürətlə 



yayıldığı  onu  sübut  edir  ki,  müsəlman  görsə  bilər,  eşitsə  anlar. 

İslahatlar məktəblə bərabər millətin qəlbinə də işləmişdir («Rusiya 

müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

 20 il əvvəl (1880-ci ildə – T.A.) universitet təhsili görmüş 



bir  nəfərimiz  vardı.  İndi  bunlar  yüzlərlədir.  Təkcə  Bakıda  50-dən 

çox universitet təhsilli gənc doktor, vəkil, mühəndis və s. peşəsinə 

yiyələnmişdir.  Fransa  və  Almaniya  universitetlərində  təhsil  alıb 

gələnlər  də  var  (Rusiya  müsəlmanlarının  mədəniləşməsinin 

başlanğıcı). 

 Yeni üsulla işləyən məktəblər kimi milli teatr da son illərin 



meyvəsidir.  Mirzə  Fətəli  komediyalarından  başqa  bir  neçə  yeni 

komediya da nəşr olundu. Bakı, Qarabağ və Gəncədə, Baxçasarayda 

milli  dildə  teatr  tamaşaları  oynanıldı.  Bakıda  daimi  fəaliyyət 

göstərən  teatr  yaradıldı.  Qadın  rollarını  yəhudi,  gürcü  və  erməni 

qızlar  oynayır.  Təşəkkür  edirik,  amma  teatrlarımızın  bir  ayaqlı 

qaldığı 


inkar 

edilə 


bilməz 

(«Rusiya 

müsəlmanlarının 

mədəniləşməsinin başlanğıcı»).  

  Qışın  sonunda  qarın  altından  boylanan  ağ  çiçək  yazın 



gəldiyinə dəlil deyilsə də, yaz başına mütləq bir işarədir. Bundan 25 

il əvvəl (1876-cı il – T.A.) təhsil görmüş bir xanımımız vardı ki, bu 

da  qəzetçimiz  Həsən  bəyin  möhtərəm  həyat  yoldaşı  Hənifə  xanım 

idi.  İndi  bu  cür  təhsilli  xanımların  sayı  bəlkə  də  20  nəfərdir 

(«Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

  Bu  dünya  ümid  dünyasıdır,  niyə  ümidsiz  olaq?  («Rusiya 



müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 


 Abid  Tahirli



 

182



 ~ 

 



  Mərhəmət,  sədəqə,  öz  soyuna  yardım  islam  dininin 

mahiyyətindədir  («Rusiya  müsəlmanlarının  mədəniləşməsinin 

başlanğıcı»). 

  Mətbəə  və  kitabçılıq  bir  millətin  tərəqqi  və  mədəniləşmə 



dərəcəsinə  ən  doğru  şahiddir.  İyirmi  il  əvvəl  Rusiya  müsəl-

manlarının  cəmi  2  mətbəəsi  vardı:  biri  Kazanda,  digəri  Tiflisdə. 

Kazanda  Abdilin  daşbasması,  Tiflisdə  Ünsizadələr  mətbəəsi.  İndi 

Baxçasarayda  «Tərcüman»  mətbəəsi,  Peterburqda  İlyas  Mirzə 

Boraqani, Kazanda Kərimov qardaşları, Orenburqda Molla İbrahim 

Kərimov və Bakıda doktor Axundov və Əli Mərdan bəy mətbəələri 

mövcuddur.  Mətbəələrin  sayı  2-dən  8-ə  çatmışdır  («Rusiya 

müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

  Hazırda  (1884-cü  il  –  T.A.)  Rusiyada  türkcə  dörd  qəzet 



nəşr  olunmaqdadır.  Tiflisdə  «Ziya»,  «Kəşkül»  adlı  iki  qəzet 

Azərbaycan  dilində,  Daşkənddə  «Türkistan  qəzeti»  rusca  və 

özbəkcə  və  Baxçasarayda  «Tərcüman»  qəzeti  rusca  və  Krım 

türkcəsində  çıxır.  «Ziya»  qəzeti  Səid  Ünsizadə,  «Kəşkül»  Cəlal 

Ünsizadə, «Türkistan qəzeti» Nikolay Ostoumovun redaktorluğu ilə 

nəşr olunur («Rusiyada mətbuat»). 

 

Çox  oxumaq,  çoxlu  yazmaq  və  nəşr  etmək 



məcburiyyətindəyik.  Rusiyada  nəşr  olunan  islamca  kitablar  iki 

cürdür: biri din-dəyanətlə əlaqəli, digəri faydasız nağıllar. Hünər və 

elmlə 

bağlı  kitablarımızın  yoxluğu  böyük  nöqsanımızdır. 



Tərəqqidən geri qalmamaq istəyiriksə, bu qüsurun çarəsini tapmalı, 

hərəkət etməliyik, artıq vaxtdır («Rusiya müsəlmanları»). 

  Vaqon,  botinka,  qırmızı  qatar,  qara  qaloş  məsələləri  həll 



olunub  bitər-bitməz  (qədimçilər  –  konservativlər  və  çəditçilər  – 

islahatçılar)  arasında  mübahisələr  nəzərdə  tutulur  –  T.A.) 




 Bütün türklərin tərcümanı



 

183



 ~ 

 

«Tərcüman» çıxdı və bir də yeni cədid (yeni üsul – T.A.) ilə  işləyən 



məktəb  islahatı  çıxdı:  müsibət  bəlası  o  gün  başladı.  «Tərcüman» 

neçə  yüz  illər  fəaliyyət  göstərən  məktəblərdə  islahata  ehtiyac 

olduğunu  dedi,  Quran  qiraətini  kafi  görməyib,  bütün  məktəblərdə 

türkcə  elmi  fənlərin  keçirilməsini  lazım  gördü.  Xalqlardan 

utanmadı,  Allahdan  qorxmadı,  yeni  üsulun  üstünlüklərini  bəyan 

etdi.  Cəmiyyət  dəniz  kimi  dalğalandı,  qabardı,  şahə  qalxdı: 

«Tərcüman»  kimdir  ki,  köhnə  məktəbləri  bəyənmir?  Doğru  yolda 

olan  köhnə  nəslin  yolundan  çıxmaq  istəyir»  («Qədimçilik  – 

cədidçilik»). 

  «Mujiklərə  oxumaq,  yazmaq  lazım  deyildir»  politikasını 



yeridən…  iqtidarın  müsəlman  okullarında  reforma  aparılmasını 

razılıqla  qarşılayacağını  gözləmək  axmaqlıq  olardı.  Buna  görə  də 

«Tərcüman»  işini  səssiz  və  ehtiyatla  görməyə  məcbur  idi 

(«Qədimçilik – cədidçilik»). 

  Hər  yerdə,  hər  zaman,  fəqət  xüsusi  ilə  islam 



məmləkətlərində  qədimçilər  (köhnəpərəstlər  –  T.A.)  cədidçilərə 

(yenilikçilərə - T.A.) din və şəraiti pərdə və bəhanə edəcək etiraz və 

ya hücum etmişlər («Qədimçilik – cədidçilik»). 

  İslam  dünyasını  bürümüş  geriliyə  və  onun  nəticələrinə 



baxdıqca qan ağlamamaq mümkün deyildir. İpdən iynəyə, qələmdən 

kağıza, köynəkdən çalmaya qədər istifadə etdiyimiz əşyalar yabançı 

məhsuludur.  Bu  gün  birləşib  bizə  kağız  verməsələr  yazmaqdan, 

oxumaqdan məhrum olacağıq. Kor, şikəst gözlər bunu necə görsün! 

(«Qədimçilik – cəditçilik»). 

 Bizim Rusiya köhnəpərəstləri o dərəcə qafil və cahildirlər 



ki, əsrimizin ən böyük alimlərinə… həqarətlə baxırlar. Belə gedərsə, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə