Bütün türklərin tərcümanı
~
171
~
Vətən yolunda can və baş fəda etmək, namus ilə dünyadan
köçmək, namussuzluq ilə varıb düşmənə əsir olmaqdan min
mərtəbə ləzzətli və şərəflidir (Darrürrahat müsəlmanları).
Hökumətini və dövlətini hifz edə bilməyən padişahın qadın
kimi ağlaması gərəkdir (Darrürrahat müsəlmanları).
Cənabi-Haqqın cümlə hikmətləri nəhayətsiz dərəcədə
böyükdür, lakin ən böyük hikməti bəlkə insana verdiyi ağıldır
(«Darrürrahat müsəlmanları»).
Ağlın gücü ilə dəryalar keçildiyi yer təkində qorunan və
gizli olan nəsnələr kəşf edildiyi və çıxarıldığı kimi, bu müqəddəs
güc ilə çox dərd və xəstəliyə ilac tapmaq olur («Darrürrahat
müsəlmanları»).
Elm və uzmanlıqla gücləndirilmiş ağıl insan üçün bəxt və
səadət çeşməsidir («Darrürrahat müsəlmanları»).
Elm var din üçün, elm var gün üçün, elm var ruh üçün, elm
var bədən üçün («Darrürrahat müsəlmanları»).
Allahdan qorxduğun kimi yalan danışmaqdan qorx,
cəhənnəmdən qaçdığın kimi pis əməldən qaç, cənnətə məhəbbət
etdiyin kimi insanlara məhəbbət et («Darrürrahat müsəlmanları»).
Yumurtadan cücə çıxmağına səbəb onun üstündə toyuğun
yatması yox, toyuğun vücudu ilə yumurtaya verilən hərarətdədir
(«Darrürrahat müsəlmanları»).
İnsanlıq odur ki, təbiəti öyrənib, ondan istifadə edəsən,
heyvanlıq odur ki, təbiətin hal və gücünü biləsən, amma onun zərə-
rindən qorunmayasan, faydasından yararlanmayasan («Darrürrahat
müsəlmanları»).
Ağıl elm və məlumatla artdıqca gözlər də uzaqdan
görməyə başlar («Darrürrahat müsəlmanları»).
Abid Tahirli
~
172
~
Məhəbbətsiz gün olmaz, məhəbbət zorla olmaz
(«Darrürrahat müsəlmanları»).
Zor və zülm ilə xidmətçi tutulmaz; necə ki, qadın və dost
tutulmur?
Yola yolçu yaraşır («Darrürrahat müsəlmanları»).
Fransız hər işi kitabdan öyrənir, hər işi kitabla görür
(«Sudan məktubları»).
Qadınlara əsir düşmək, divanələr əlinə düşməkdən daha
yaxşıdır («Sudan məktubları»).
Düşmən məktubu hiylədən ibarət olur, onda xoş xəbər
axtarma («Arslan qız»).
Böyük bina tikiləndə, kiçik daşlar da işə yarayır («Arslan
qız»).
Ey, qardaşlar, başımızı, vücudumuzu düşmən üçün
saxlamaqdansa, canımızı fəda edərək, şöhrət və rahat kəsb etmək
daha əfzaldır. Mən təslim olanlardan deyiləm («Arslan qız»).
Kımız süzüb və ya rakı ilə qədəh doldurub düşmənə
utanılacaq xidmət göstərməkdənsə, əmanət və pak canı mərdanə
fəda etmək daha yaxşı deyilmi? («Arslan qız»).
On dəfə canı fəda etmək bir dəfə düşmənə baş əyməkdən
daha əfzəldir («Arslan qız»).
İgid igidi uzaqdan da görər («Arslan qız»).
Gerçək durumu bilmək bəlanın çarəsinin yarısını həll
etməyə bərabərdir («Arslan qız»).
Döyüş zamanı saçlı-saçsız (qadın-kişi) yoxdur, əsgər
vardır («Arslan qız»).
Qələbə qurban istər («Arslan qız»).
Könül dəlidir, axar gedər, zəbt edilməz («Gün doğdu»).
Bütün türklərin tərcümanı
~
173
~
Quş uçar, eşşək uçmaz («Gün doğdu»).
Sağların köynəyinə, ölənlərin kəfəninə göz tikmə («Gün
doğdu»).
Az tap, az ye, lakin halal ye («Gün doğdu»).
Elm dəryadır. Otuz il oxusan, yalnız bir sahilinə çıxa
bilərsən (Gün doğdu).
Millətin halına aşina olmasan, ona xidmət edə bilməzsən
(«Gün doğdu»).
Millətin varlığını qara duman kimi örtmüş cəhalət
götürülsə, millətin vücudunu qotur kimi ləkələmiş çürük qabıqlar
təmizlənsə, millətin varlığı təzə can kimi dirçələr, yeni güc qazanar
(«Gün doğdu»).
Molla görsə, pul verər, əmir görsə, əl öpər («Gün doğdu»).
Hər kəs ayrılıqda, hamı bir yerdə qəflət yuxusunda xorul-
xorul yatmaqdadır («Gün doğdu»).
Məhəbbətli bir baxışına bütün dünyanı fəda edərəm («Gün
doğdu»).
Acından ölənin məzarı olmaz («İvan və Süleyman»).
Yoxluq da insan üçündür, varlıq da («İvan və Süleyman»).
Toplar, tüfənglər qazanmaz, hər zaman ədalət və mərhəmət
qazanar («Baxçasaray məktubları»).
…hansı tərəfin ədaləti və mərhəməti çox isə, o tərəfin
qazanması üçün dua edin («Baxçasaray məktubları»).
Borc verilməklə, yol gedilməklə tükənir («Baxçasaray
məktubları»).
Bəsləyən torpağa sevgi, ədalətli hökmdara sədaqət
(«Baxçasaray məktubları»).
Abid Tahirli
~
174
~
İnsanlar danışaraq – tanış, fikir və əməlləri bir olduqda isə
dost olurlar («Baxçasaray məktubları»).
Borc ödənişiylə gözəldir («Rusiya müsəlmanları»).
Məktəb əqli və əxlaqi tərbiyə ocağıdır. Başqa bir şeyə
xidmət edə bilməz və etməməlidir («Rusiya müsəlmanları»).
Cəhalətə yalnız elm qalib gələ bilər (Rusiya
müsəlmanları).
Beyni elm hərəkətə gətirir («Rusiya müsəlmanları»).
Qardaşlar, xalqın bilik və mədəni səviyyəsinin
yüksəldilməsi işi ilə ciddi məşğul olun («Rusiya müsəlmanları»).
Fərdi qaydada öyrənmək bir ləyaqətdir, amma bilməyənə
öyrətmək daha böyük ləyaqətdir, yaxşı, xeyirli, müqəddəs işdir
(«Rusiya müsəlmanları»).
Dinimiz xeyrin üç şəkildə verilə biləcəyini öyrədir:
əməklə, sözlə və sədəqə ilə. Bunların hər üçü Allah qatında keçərli,
xeyirli sayılır, lakin kasıb yaxın adamına çalışması ilə, alim
öyrətməklə, zəngin sədəqə verməklə yardım edər («Rusiya
müsəlmanları»).
Öyrənmişsinizsə, bilik və xeyirxahlığın qaydalarını
mənimsəmişsinizsə, onları soydaşlarınıza verməyə çalışın («Rusiya
müsəlmanları»).
Yaxşı kitabları doğma dilə çevirin, fağır, cahil tatarlar
üçün yazın, məktəblər açmağa, onları yaxşılaşdırmağa, sənət və
sənətkarlığı yaymağa çalışın («Rusiya müsəlmanları»).
Həyat biçiminin sadəliyi və ataerkil olması, uşaqlıqdan
ona təlqin edilən dini-əxlaqi prinsiplərin saflığı sayəsində hiylə və
ikiüzlülüyə yabançı olan müsəlman şərəfli bir insandır, …amma
qədərin cilvəsi ilə bu və ya digər biçimdə avropalılığın ciddi elmini
Dostları ilə paylaş: |