Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə52/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

 Bütün türklərin tərcümanı



 

161



 ~ 

 

gələcəyə  ümidlərini  itirmiş  insanların  qəlbində  bir  ümid  çırağı 



yandırmışdır.  Gülcamal  qadın  libasında  xalqın  qarşısına  çıxır  və 

bütün  həqiqəti  söyləyir.  «Dinə  və  millətə  xəyanət  edən» 

Daşdəmirkimilərin  əməllərindən  bezmiş,  hiddətlənmiş  xalq  «mələk 

kimi gözəl, ən cəsur döyüşçü kimi baxışı olan silahlı qızı» alqışlarla 

qarşılayırlar.  Gülcamalın  onlara  müraciətlə  dediyi  «bu  günlər  saçlı-

saçsız,  qadın-kişi  yoxdur,  əsgər  vardır»  -  sözləri  adamları  düşmənə 

qarşı  səfərbər  edir.  Daşdəmir  mövqeyindən  uzaqlaşdırılır,  şəhərin 

müdafiəsi  Süleyman  bəyə  həvalə  olunur.  Beləliklə,  şəhər  əhalisi 

toplu-tüfəngli  düşmənə  hücum  edir,  çinlilər  bu  qəfil  hücumu 

gözləmədiklərindən  pərən-pərən  düşür,  məğlub  olurlar,  əsir 

düşməmək  üçün  barıt  çəlləklərini  partladıb,  özlərini  məhv  edirlər. 

Kaşqardan Üçturfana gələn yardımla bu şəhər də xilas olur, düşmən 

mühasirəsi dağılır, Çin qoşunları geri çəkilir.  

Müəllif  hekayəni  bu  sonluqla  bitirsə  də,  əsərin  davamı 

olacağını,  Gülcamalın  yeni  hünərləri  ilə  oxucunu  tanış  edəcəyi 

bildirilir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  tədqiqatçıların  fikrincə, 

müəllif  sonralar  bu  mövzuya  müraciət  etməmişdir.  «Arslan  qız» 

vətənpərvərlik  ruhunda  qələmə  alınmış  hekayədir.  Müəllif  bir 

tərəfdən  Daşdəmirin  timsalında  öz  xalqına,  onun  taleyinə  qarşı 

laqeyd,  biganə  rüşvətxor,  satqın,  həris  məmurları  ifşa  edir,  digər 

tərəfdən  Gülcamalın  timsalında  cəsur,  qorxmaz,  qəhrəman,  tədbirli 

övladlarını  təqdir  edir.  Amansız  qəddar  düşmənin  topu,  tüfəngi, 

silahı, sursatı var. Gülcamal isə öz xalqını milli özünüdərklə, milli 

qürurla,  ali  hisslərlə  silahlandırmışdı.  Onlarda  oyanan  duyğular 

düşmənin  hər  cür  silahından  üstün  olur,  xalq  həm  daxilindəki 

satqınlardan, həm də xarici düşmənlərdən xilas olurlar. 

 



 Abid  Tahirli



 

162



 ~ 

 

 



GÜN DOĞDU 

Yeni zaman və yeni kiĢilər 

(Milli roman) 

 

Cəhalət  cəmiyyəti  başdan-ayağa  hərəkətsiz,  halsız,  durğun 

vəziyyətə salsa da, böyük optimist İ.Qaspiralı təhsil, maarif yolu ilə 

tərəqqiyə  nail  olunacağına  ümidini  üzməmişdi.  Bəlkə  də  gələcəyə 

qeyri-adi,  inanılmaz  inam  hissi  İ.Qaspiralını  digərlərindən 

fərqləndirən,  onun  fövqəladə  insan  kimi  formalaşmasına  təsir 

göstərən  başlıca  amil  idi…  1905-ci  ildə  qələmə  aldığı  və  «Qart 

Ağay» imzası ilə «Tərcüman»da (92, 93, 103, 106 və 1906-cı ilin 2, 

6,  10-cu nömrələrində) dərc etdirdiyi «Gün doğdu» əsəri də belə bir 

inamın  məhsulu  kimi  ərsəyə  gəlmişdi.  Əsər  müəllifin  oxucuya 

müraciəti ilə başlayır. O, şair olmadığını, ifadə və ibarələrində xeyli 

qüsurlara rast gəlinəcəyini, qəhrəmanlarının «hal və əhvalının» bər-

bəzəksiz çatdıracağını söyləyir və bütün bunlara görə üzrxahlıq edir. 

«Olduqca  sadə  yazacağam,  imkanım  çərçivəsində  bacardığımı 

verməyə  çalışacağam»  -  deyən  müəllif  eyni  zamanda  gördüklərini, 

eşitdiklərini  doğru  yazacağına  söz  verir.  Əlbəttə,  oxucu  istedadlı 

yazıçı  İ.Qaspiralının  qələminin  gücünə,  sənətkarlıq  qüdrətinə 

bələddir.  Bu,  sadəcə,  yazıçının  təvazökarlığına  dəlalət  edir,  digər 

tərəfdən,  görünür,  yazıçı  üslub,  forma  rəngarəngliyi,  oxucuda 

mövzuya maraq oyatmaq naminə bu vasitəyə əl atmışdır. Əsər boyu 

rast gəlinən bədii təsvir və ifadə vasitələri – epitet, təşbeh, metafora, 

mübaliğə,  kinayə  və  sairdən  gen-bol  istifadə  olunmuşdur:  «Sizi 

daim  düşündürən,  məşğul  edən  yatmış,  bəlkə  də  can  vermiş  ölü 



 Bütün türklərin tərcümanı



 

163



 ~ 

 

Şərqdə  bir  o  qədər  düşünəcək  bir  şey  görmürəm»,  «Könül  dəlidir, 



axar  gedər,  zəbt  olunmaz»,  «Leyla  xanım  on  səkkiz  yaşlarında,  ay 

üzlü, mavi gözlü, uzun, qara saçlı, boylu, incə əndamlı, gözəl bir qız 

idi… Baxışlar bir-birinə rast gəldi. İki tərəfin gözlərindən püskürən 

məhəbbət  atəşi  və  sevinc  əlavə  sözə,  kəlama  ehtiyac  qoymurdu. 

Heyran-heyran  baxışlarda  dil  ilə  tərifi  mümkün  olmayan  hallar 

bəyan edilirdi», «Nə etməli, nədən başlamalı, sönmüş qəlbləri nə ilə 

alovlandırmalı,  kor  olmuş  gözü  necə  sağaltmalı,  qəflət  səhrasında 

sərilib,  yatıb  qalmış  qoca  bir  milləti  necə  oyatmalı,  necə  ayağa 

qaldırmalı…  kimi  suallar  ilə  xeyli  zaman  məşğul  oldu»,  «Molla 

görsə,  pul  verər,  əmir  görsə,  əlin  öpər»,  «Qısası,  millətin  varlığını 

çis və duman bürümüş, dünyadan, aləmin hərəkət və tərəqqisindən 

bixəbər  idi.  Millətin  vücudu  canı  çıxmamış  ölünü  xatırladırdı.  Hər 

kəs ayrılıqda, hamı bir  yerdə qəflət  yuxusunda xor-ha-xor  yatırdı», 

«Nə  etməli,  millət  yatmışsa,  nə  ilə  oyatmalı,  xəstə  isə  hansı 

dərmanla  sağaltmalı,  yaralı  isə  yarasını  nə  ilə  sarımalı, 

sehirlənmişsə,  cadunu  nə  ilə  pozmalı,  millətin  vücudunu  necə 

hərəkətə  gətirməli?»  Bu  cümlələri  oxuyarkən  İ.Qaspiralının 

sənətkarlıq  qüdrətindən,  əsərinin  dil,  üslub,  bədii  məziyyətlərindən 

bəhs  etmək  fikri  arxa  plana  keçir:  görünən  kəndə  nə  bələdçi? 

Cəhalət içərisində boğulan cəmiyyətin gələcək taleyi səni daha çox 

düşündürür. Eyni zamanda fikirləşirsən ki, bu sətirləri yazan qələm 

nə qədər güclüdür ki, yanmır, bu mənzərəni gəzən göz necə işıqlıdır 

ki,  nurunu  itirmir,  bu  həqiqəti  dərk  edən,  anlayan  zəka  nə  qədər 

enerjili, ehtiraslıdır ki, sönmür, bu yükü, əzabı çəkən ürək nə qədər 

dözümlüdür  ki,  partlamır?!  Məsələ  və  bəla  burasındadır  ki, 

üstündən  100  il  ötməsinə  baxmayaraq,  ciddi  mahiyyət,  məzmun 

dəyişikliyi baş verməmişdir… 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə