Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə51/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

 Abid  Tahirli



 

158



 ~ 

 

tərpəndi,  saqqalı  titrədi.  Görünür  başına,  saqqalına  yağan  qar 



qəlbindəki yanardağları da hələ tam söndürə bilməyib». 

Şagirdin  müəllimi  Molla  Abbasla  görüşü  maraqlı,  mənalı, 

düşündürücüdür. Molla Abbas türklərin Avropaya yürüşündən, Gül 

baba  ziyarətinin  tarixindən,  islam  dininin  üstün  məziyyətlərindən 

böyük həvəslə danışır. Şagirdi düşündürən, narahat edən problemlər 

xeyli mürəkkəb, çox ciddidir: islam dininin və ölkələrinin bu günü 

və  gələcək  taleyi,  islam  dünyası  həqiqətənmi  geriləmədə  və 

çökməkdədir? İslamın qurtuluşu üçün çarə və dərman varmı? İslam 

dövlətlərinin bugünkü vəzifələri hansılardır? 

Şagirdin  suallarına  cavab  vermək  müəllim  üçün  də  asan 

deyil,  o  vaxtın  darlığına  işarə  vuraraq,  məsələnin  müzakirəsinin 

mürəkkəb  olduğu  kimi  «uzun,  həm  də  çətindir»  -  deməklə 

kifayətlənməli olur. 

Molla  Abbasın  da  tövsiyəsi  ilə  şagirdi  Qərb-Şərq 

münasibətlərində «İslam aləmi və türk dünyasının rolunu ən çox və 

ən yaxşı bilənlərdən biri» Rəşid əfəndi ilə görüşür və ona ilk sualını 

verir:  Müsəlmanlar  harada  olursa  olsun,  necə  yaşayırlarsa  yaşasın, 

Avropalılara nisbətən geri qalırlar. Bunun səbəbi nədir? 

Rəşid  əfəndi  «Cəhalətdir»  -  deyə  bir  sözlə  cavab  verir. 

Cavab şagirdi qane etmir: 

-  Niyə  islam  dünyası  cahil  qalır,  digər  xalqlar  oxuyur, 

öyrənirlər? 

Rəşid  əfəndi  şagirdə  müraciətlə:  -  İstəyirsinizmi  əsl  fikrimi 

söyləyim? Lakin qorxuram, bu sizi incitsin. 

Şagird:  Lütf  edin,  əfəndim  söyləyin  –  deyir  və  əsər  burada 

bitir. Doğrudur, əsərin sonunda «ardı var» yazılmışdır. Lakin əsərin 

davamına  nə  qəzetdə,  nə  də  əlyazma,  yaxud  kitab  şəklində  heç 

yerdə  təsadüf  edilmir.  Bir  sıra  tədqiqatçılar  (məs.:  Ə.Y.Akpinar) 




 Bütün türklərin tərcümanı



 

159



 ~ 

 

əsərin  sonluğuna  –  «ardı  var»a  istinad  edərək,  əsərin  yarımçıq 



olduğu qənaətinə gəlirlər. Fikrimizcə, əsər  yarımçıq  deyildir və bu 

müəllifin  özünəməxsus  bir  üsuludur.  Oxucunu  düşünməyə  vadar 

edən,  mövcud  vəziyyəti  götür-qoy  etməyə,  ondan  xilas  olmağa 

çağıran  cavabdır.  Əslində,  bundan  əvvəlki  istər  bədii,  istər 

publisistik  əsərlərində  İ.Qaspiralı  bu  sualla  tam  cavab  vermişdir. 

Geriliyin  tək  səbəbi  cəhalətdir,  cəhalət  isə  məktəb,  elm  olmayan 

yerdə bərqərar olur… 

 

Arslan qız 

 

Maarifçi  yazıçı,  naşir,  redaktor  İ.Qaspiralının  maraqlı 

hekayələrindən biri «Arslan qız»dır. «Tərcüman» qəzetinin 1893 və 

1895-ci il nömrələrində iki dəfə dərc edilmişdir. 

Əsərin məzmunu maraqlı, ideyası ibrətamiz və aktual, süjet 

xətti və kompozisiyası sadə, dili zəngin, canlıdır. Qədim türk diyarı 

Kaşqarın  Üçtürfan  şəhəri  neçə  müddətdir  ki,  amansız,  qəddar  Çin 

qoşunları  tərəfindən  mühasirədə  saxlanılır.  Əhali  düşmənə  ciddi 

müqavimət  göstərsə  də,  şəhərin  ərzaq,  su,  silah  ehtiyatı 

tükənməkdədir. Belə bir şəraitdə şəhər əhalisi və rəhbərliyi düşmənə 

təslim  olmaq,  yaxud  ölənədək  müqavimət  göstərmək  barədə  ortaq 

fikrə  gələ  bilmir.  Düşmənin  təslim  olmaq  barədə  ultimatumuna 

cavab vermək vaxtı isə sürətlə tükənməkdədir. 

Şəhərin  mühafizəsinə  cavabdeh  olan  Şeyx  İzzət  ata  təslim 

olmaq  barədə  fikirləşmək  belə  istəmir.  «İmanımız  və  qılıncımızdan 

başqa  dostumuz  yoxdur»  -  deyə  şəhər  əhalisinə  müraciət  edən  Şeyx 

düşmənin ultimatumuna dərhal rədd cavabı verməyi təklif etsə də, bir 

qisim  adam  Kaşqarın  da  mühasirədə  qaldığını,  oradan  yardım 

gələcəyinə  ümid  etməyin  mənasız  olduğunu  deyir  və  çıxış  yolunu 



 Abid  Tahirli



 

160



 ~ 

 

qətliamdansa  düşmənin  şərtlərini  qəbul  etməkdə  görürlər.  Fikir 



ayrılığını görən Şeyx İzzət atanın yeganə övladı ağıllı, igid Gülcamal 

xalqa müraciət edir: «Üçturfanımızın məşhər günləridir. Zalım düşmən 

kişi-qadın,  kiçik-böyük  bilmir,  biz  də  bütün  gücümüzlə  çarə 

tapmalıyıq.  Kaşqardan  imdad  gələcəyi  bilinmir,  lakin  yardım 

gəlməyəcəyi  də  məlum  deyil…  Ey  dostlar,  başımızı,  vücudumuzu 

düşmən  üçün  qorumaqdansa,  canımızı  şərəflə  fəda  etmək  daha 

fərzdir».  Onu  dinləyənlər  təsirlənir  və  bu  qənaətə  gəlirlər  ki,  bütün 

əziyyətlərə baxmayaraq, düşmənə təslim olmaq olmaz:  «On dəfə can 

fəda  etmək, bir dəfə  çinliyə  baş  əyməkdən  daha  yaxşıdır!»  Gülcamal 

mühasirədən  çıxıb  Kaşqara  xəbər  verməyi  öz  üzərinə  götürür.  Çox 

çətinliklə Üçturfandan çıxır və Kaşqara yollanır. 

Kaşqarda  da  vəziyyət  ağırdır.  Burada  da  Çin  işğalının 

reallaşması  təhlükəsi  var.  Digər  tərəfdən  isə  Daşdəmir  kimi  satqın 

məmurlar  Çin  sərdarından  rüşvət  alır,  doğma  xalqına  xəyanət  edir, 

nəfsinin  qurbanına  çevrilirdi.  Gülcamal  Kaşqarda  vəziyyətin  çox 

gərgin olduğunu anlayır, çıxış yolunu xalqı mövcud vəziyyətlə tanış 

etməkdə,  onun  milli  duyğularını  ayılmaqda  görür.  Bunun  üçün  isə, 

bütün şəhər əhalisini bir yerə toplamaq, onlara müraciət etmək lazım 

idi. Gülcamal həmşəhərlilərinin onun ünvanına qürurla  «arslan  qız» 

söylədikləri  tədbirli,  igid  qız  və  taleyüklü  işi  qadınların  köməyi  ilə 

həyata keçirməyi qərara alır. Cümə günü – şəhər qadınlarının hamam 

günü  kişi  qiyafəsində  hamama  soxulur.  Bu  dəhşətli  xəbər  ildırım 

sürəti ilə şəhərə yayılır, hamı hamamın qarşısındakı meydana axışır. 

Daşdəmir  də  öz  dəstəsi  ilə  buradadır.  Hövkəli,  qəzəbli  xalq  qadın 

hamamına  girən  kişini  edam  etmək  üçün  onun  içəridən  çıxmasını 

tələb  edir.  İçəridə  isə  Gülcamal  artıq  öz  işini  görmüşdür:  qadınlara 

hər  şeyi  anlatmış,  onları  düşmənə  qarşı  səfərbər  etmiş,  rüşvətə 

qurşanmış,  insafsız  məmurların  özbaşınalığından  zinhara  gəlmiş, 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə