Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə53/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

 Abid  Tahirli



 

164



 ~ 

 

Böyük  xalq  xadimi  və  yazıçısı  İ.Qaspiralının  qəhrəmanı 



Danyal öz həmcinslərindən ağlı, düşüncəsi və qayğıları ilə fərqlənir. 

Onu  bəşər  oğlunun  «beşiyi,  din  və  mədəniyyətlərin  ocağı»  qoca 

Şərqin  mövcud  xəstə  durumu  çox  narahat  edir,  vəziyyətdən  çıxış 

üçün çarə axtarır. Onu nə xristian qızının sevgisi, nə atası Əli bəyin 

mülkləri çəkir.  O, ona eşq elan  edən xanıma deyir:  - Mən sizə bir 

dəfə  demişdim  ki,  özüm  üçün  ömür  etməyəcəyəm,  millətim  üçün 

yaşayacağam.  …indi  millətim  bir  haldadır  ki,  bütün  fikir,  ağıl, 

məhəbbət, himmət ona sərf edilməlidir. Vücudum millətə fəda». 

Mahir  söz  ustası  İ.Qaspiralı  həm  öz,  həm  də  qəhrəmanının 

dilindən millətin cəhalət bataqlığında boğularaq can verdiyini bəyan 

edir, eyni zamanda bu mənzərəni ayrı-ayrı misallar təqdim etməklə 

göz önündə canlandırır. Moskvada 1880-ci ildə Rusiya Etnoqrafiya 

Cəmiyyətinin  təşkil  etdiyi  sərgi  bu  baxımdan  ibrətamizdir. 

Rusiyanın  hər  yerindən,  hətta  xarici  ölkələrdən  sərgidə  çox  sayda 

eksponat  nümayiş  etdirilir.  Türklər  də  istisna  deyil:  özbək,  qırğız, 

başqırt,  tatar,  yakut,  Azərbaycan,  kumık,  çərkəz.  Zahirən  türklərin 

şöbəsi  «parlaq  və  ilginc»  görünsə  də,  rənbərəng  libaslar,  kilimlər, 

xalçalar,  min  bir  naxışlı  keçələr,  növbənöv  kımız  qabları,  bər-

bəzəkli  silahlar,  xəncərlər,  paltarlar,  rəngli  işləmə  qaloşlar…  ilk 

baxışda  diqqəti  çəksə  də,  «başqa  millətlərin  şöbələri  ilə  müqayisə 

edildikdə»  çox  kasad  və  kasıb  görünür.  «Məsələn,  Polşa  və  Litva 

şöbələrində  göstərilən bir maşın bizim  yüz ustanın  əl  işindən daha 

ziyadə  iş  gördüyü  və  fayda  verdiyi  dərhal  bilinir.  Sərgi  «cümlə 

millətlərdən  geridə  qaldığımızı»  nümayiş  etdirdi.  Hələ  bu 

harasıdır?! Müəllif dərin təəssüf hissi ilə bildirir ki, burada eyni türk 

qövmündən olanlar bir-biri  ilə görüşmür,  fikir mübadiləsi  aparmır, 

sanki  bir-birlərini  görmür, tanımırlar:  «Sərgi  münasibəti ilə  40 ildə 

bir  yerə  təsadüfən  yığışmış  din  və  dil  qardaşları,  bu  fürsətdən 




 Bütün türklərin tərcümanı



 

165



 ~ 

 

istifadə  edib  danışmaq,  anlaşmaq,  birləşmək  fikrindən  çox  uzaq 



idilər».  Bu  da  dərdin  hamısı  deyil.  Sərgidən  sonra  iştirakçıların 

gecə, otel həyatı başlayır: onlar içki məclislərində, qumarxanalarda 

rus fahişələrinə sanki pul xərcləmək yarışına girirlər. Lakin yaxşı ki, 

onların  sırasında  Yaqub  bəy  adlı  səxavətli  və  ağıllıları  da  var. 

Yaqub bəyin təşkil etdiyi məclisə Danyal bəyin də gəlişi gözlənilir. 

Daha sonra müəllif Danyal bəyin tərcümeyi-halından, təlim-

tərbiyəsindən, dünyagörüşündən, millətə xidmət etmək planlarından 

geniş, təfsilatı ilə bəhs edir. Danyal bəy qəti əmindir ki, millət qəflət 

yuxusundan  ayılırsa,  ayağa  qalxaraq,  digər  millətlər  kimi  irəli 

gedəcəkdir. 

Təəssüf  ki,  müəllif  əsəri  tamamlamır  və  Yaqub  bəyin 

məclisi,  Danyal  bəyin  orada  iştirakı  və  məclisin  taleyi  oxucuya 

müəmmalı  qalır.  Bununla  belə  yarımçıq  əsərin  özü  oxucuda  bir 

inam, ümid  yaradır ki,  Danyal  bəy kimi  qətiyyətli,  istəkli, enerjili, 

ağıllı qəhrəman öz qövmünün tərəqqisinə töhfə verəcəkdir. 

 

 



Ġvan və Süleyman 

 

Qüdrətli sənətkar İsmayıl Qaspiralının süjet etibarı ilə sadə, 

məzmunca  maraqlı,  təsirli  və  ibrətamiz  hekayələrindən  biri  də 

«Tərcüman  qəzetinin  1897-ci  il  20  aprel,  31  avqust  tarixli 

nömrələrində imzasız dərc edilmiş «İvan və Süleyman» əsəridir. 

Süleymanla  İvan  yaşıddır.  Səkkiz  yaşında  Süleyman 

mədrəsəyə, İvan rus məktəbinə verilir. İlk 4 illik təhsil müddətində 

«İvan  yazıb-oxumağı,  hesabı  öyrəndi,  İncili  anlamaya  müqtədir 

oldu, məktub yazmağı, dəftər tutmağı bildi. Süleyman isə bir il ərəb 

əlifbasını, sonrakı 3 il Quranı xətm etməyi öyrəndi». 




 Abid  Tahirli



 

166



 ~ 

 

Anası Həlimə Süleymana, İvanın anası Mariya da öz oğluna 



baxıb  qürurlanırdılar.  Fransız  tacir  müsyö  Bardo  Misirdə  ticarətlə 

məşğul  olurdu,  tez-tez  də  bu  şəhərə  mal  gətirir,  mal  aparırdı. 

Növbəti səfərlərin birində müsyö Bardoya İvanla Süleymanı təqdim 

edirlər. Müsyo Bardo onlara Misirdə işləməyi təklif edir. 

Mariya  «Burda  olan  cənabi-haqq  Misirdə  də  var»  -  deyə 

İvanı müsyö ilə qərib ölkəyə yola salır. Həlimə isə «Qisməti verən 

cənabi-haqq  verəcəksə,  burda  da  verər»  -  deyərək  Süleymanın 

Misirə  getməsinə  razılıq  vermir.  İki  il sonra  İvan anasına Misirdən 

pul göndərməyə, o isə həmin pullarla mal-qara almağa, təsərrüfatını 

genişləndirməyə, bəxtiyarlıq içində yaşamağa başlayır. 

Süleyman  isə  qəhvəçi  kimi  bir  qarın  çörək  uğrunda  çalışır. 

Oğlunu  evləndirmək  arzusunda  olan  Həlimə  xəstələnib,  vəfat  edir. 

İvan  Misirdə  ticarətlə  məşğul  olur,  eyni  zamanda  ingilis,  ərəb, 

fransız  dillərini  də  mükəmməl  öyrənir.  Süleyman  isə  İvana  baxıb 

düşünürdü ki, mən də Misirə getsəydim, bir ağ gün görərdim. İvan 

da  hərdən  öz  şəhərlərinə  gələrdi.  Səfərlərinin  birində  Süleymana 

onunla  getməyi  təklif  edir.  Süleyman  artıq  evlənmişdi.  Xanımı  ilə 

məsləhətləşdi.  Xanımı  qəti  etiraz  etdi,  beləliklə,  Süleymanın 

ümidləri  daşa  dəydi.  Qəhvəçi  kimi  saç-saqqal  ağartdı,  saqqalının 

ağlığına hörmət edib, ona «Qəhvəçi Süleyman ağa» deyirdilər. İvan 

isə artıq şan-şöhrət, var-dövlət sahibi kimi nüfuz qazanmışdı. 

Maarifpərvər  yazıçı  İ.Qaspiralı  bu  hekayəsində  də  öz 

idellarına,  prinsiplərinə  sadiqdir:  məktəb  xilas  edəcəkdir.  Məktəb, 

yoxsa cəhalət məhv edəcəkdir. Hekayədə təsvir olunan Süleymanla 

İvanın  məktəbəqədər  həyatı,  düşüncəsi,  qayğıları  eynidir.  Məktəb 

həyatı,  mühiti  qısa  müddət  ərzində  onların  dünyagörüşündə, 

tərbiyəsində, 

ətraflarındakı 

insanlara 

münasibətində 

ciddi 

dəyişikliklərə səbəb olur. Bu proses məktəbdən sonrakı həyatlarında 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə