Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə47/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

 Abid  Tahirli



 

146



 ~ 

 

İ.Qaspiralının  «Tərcüman»da  istifadə  etdiyi  təxəllüslərdən  biri  də 



«Molla  Abbas  Fransevi»  olmuşdur.  Bu  əsər  «Tərcüman»ın  25 

yanvar  1887-ci  il  tarixli  nömrəsindən  etibarən  qəzetin  ayrı-ayrı 

nömrələrində  hissə-hissə  dərc  edilmişdir.  «Firəngistan  məktubları» 

XIX əsr rus və Avropa ədəbiyyatı üçün səciyyəvi üslubda və janrda 

yazılmış  bədii-publisistik  əsərdir,  səyahətnamədir.  1891-ci  ildə 

kitab şəklində ərəb əlifbası ilə buraxılmış «Firəngistan məktubları» 

sonralar da nəşr edilmişdir. 

«Firəngistan  məktubları»  və  müəllifin  ondan  sonra  qələmə 

aldığı  «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar 

ölkəsi»,  eləcə  də  «Molla  Abbas  Franseviyə  təsadüf  –  Gül  baba 

ziyarəti»  adlı  əsərlər  əslində  bir  əsərin  ayrı-ayrı  bölmələridir  və 

Molla Abbasın Avropa və Afrika ölkələrinə səyahətindən bəhs edir. 

Əsərin əvvəlində Molla Abbas oxucuya onda səfər etmək arzusunun 

necə yarandığını, hansı niyyətlə bu səfərə çıxdığını anladır. Məlum 

olur ki, Molla Abbas bir zamanlar Avropanı fəth etmiş türk və ərəb 

sərkərdələrinin  şücaətindən  və  Avropadakı  türk-islam  tarixi 

abidələrindən,  müqəddəs  ocaqlardan  xəbərdardır.  Elə  bu  istək,  bu 

murad  da  müqəddəs  ocaqları  ziyarət  etmək  həvəsi,  marağı  Molla 

Abbası yola çıxarır. Digər tərəfdən Molla Abbas bu qənaətdədir ki, 

ölkələri gəzmək, səyahət etmək məktəbdə dərs almağa bərabərdir… 

Başqa  tərəfdən  isə  Molla  Abbas  Avropaya  səyahətinin  məqsədini 

əslən  Türkistanlı  olan  və  Parisdə  məskunlaşan  yaşlı,  müdrik  alim 

Şeyx Cəlalın dilindən belə bəyan edir: «Belə ki, inşallah yazacağım 

risalə  ilə  Avropanı  tanıtmağa  cüzi  də  olsa,  xidmət  edə  bilərəm. 

Avropada olmağımın səbəbi budur». 

Odessada – bir tamaşada tanış olduğu fransız Jozefin xanım 

dünyagörüşü və  gözəlliyi ilə Molla Abbasda böyük təəssüf oyadır. 

Türkcə  mükəmməl  bilən  Jozefinlə  sıx  ünsiyyəti  qısa  bir  zamanda 




 Bütün türklərin tərcümanı



 

147



 ~ 

 

məhəbbətə  çevrilir  və  Molla  Abbas  fransız  qızına  evlənməyi  təklif 



edir. Jozefin razılıq verir. Gənclər nikaha girirlər. Katolik Jozefinlə 

müsəlman  Molla  Abbasın  münasibətinə  dini  mənsubiyyətdən  daha 

çox  şərqli-avropalı  düşüncə  tərzi  təsir.  Edir.  Molla  Abbasın  başı 

məhəbbət  macəralarına  bərk  qarışsa  da,  Avropada  gördükləri  və 

avropalıların həyat və düşüncə tərzi ilə də oxucuları yaxından tanış 

etməyi  unutmur.  Bu  zaman  o,  ilk  baxışda  diqqəti  çəkməyən  və 

əhəmiyyətsiz  kimi  görünən  məqamlara  da  nəzər  yönəldir:  «Firəng 

adətincə,  ərlərin  qadınlara  yardım  və  xidmət  etməsi  nəzakətdən 

imiş»,  «Nikah  günü  səyahətə  çıxmaq  kibar  adəti  imiş»,  «…bu 

tərəflərdə  dəvə  və  eşşək  ilə  yox,  dəmiryolu  və  maşınlarla  səyahətə 

çıxırlar», «Hər qarış yerə, hər bir ağaca övlad – bala kimi baxılır», 

«Hünər və mərifət ilə nələr hasil etmişlər», «Alma ağacı var ki, hər 

meyvəsi qarpız boyda. İnəklər var ki, gündə bizim inəklərdən on qat 

artıq süd verir», «Türkistanda deyirlər ki, «fransızlar şeytandır, yox, 

şeytan  deyillər,  kamil  və  mahir  adamlardır».  Molla  Abbas  rast 

gəldiyi hər insanı öyrənməyə, olduğu kənd və şəhərə daha dərindən 

bələd  olmağa,  əhalinin  dil,  din  mənsubiyyətini,  məşğuliyyət 

sahəsini araşdırmağa, eyni zamanda bütün bunları doğma Vətəni ilə 

müqayisə etməyə səy göstərir. Ölkələr, şəhərlər bir-birini əvəz edir. 

Almaniya,  Polşa,  Avstriyada  Molla  Abbasın  rastlaşdığı  insanlar, 

onların elmə, mədəniyyətə, tərəqqiyə verdiyi dəyər səyyahda dərin 

izlər  buraxır.  Xüsusi  ilə  macar  səyyahı  Vamberi  Molla  Abbası 

heyran edir. O, həyatını təhlükə qarşısında qoyub dərviş qiyafəsində 

macarların  qədim  məskəni  Türkistana  səyahətə  çıxır  və  Türkistan 

dilləri  ilə  macar  dili  arasındakı  fərq  və  oxşar  cəhətləri  öyrənməyə 

başlayır. 

Səyahətdən  qayıdan  Vamberi  Türkistana  dair  dəyərləri 

əsərlər  yazıb  bir  neçə  dildə  nəşr  etdirir.  Molla  Abbas  sorağında 




 Abid  Tahirli



 

148



 ~ 

 

olduğu «Gül baba» ziyarətgahı ilə bağlı Vamberidən də qənaətbəxş 



məlumat  əldə  edə  bilməsə  də,  bu  görüşdən  zəngin  təəssüratlarla 

ayrılır.  Molla  Abbasın  Paris  günləri  daha  zəngin,  bir-iki 

qanqaraldıcı hadisə istisna olmaqla, daha maraqlı keçir. Onun yeni 

tanışları Molla Abbasda bir Avropalı obrazı yaratmağa imkan verir: 

qanundan  kənar  onun  üçün  həyat  yoxdur,  haqq-ədalət  onun 

vazkeçilməz prinsipidir, elmə, təhsilə yiyələnmək onun üçün həyati 

tələbat,  zərurətdir,  doğru-dürüst,  halal  yaşamaq  onun  həyat  və 

təfəkkür  tərzidir.  Bütün  bunları  Molla  Abbas  təqdir  edir,  alqışlayır 

və  bu  keyfiyyətlərin  həmvətənlərində  də  formalaşmasını  arzulayır. 

Eyni  zamanda  Avropada  ailə  münasibətləri,  bir  sıra  məişət 

məsələləri  Molla  Abbası  təmin  etmir.  Elə  buna  görədir  ki,  Molla 

Abbas  geridə  qalan  xalqlara  Avropadan  öyrənməyi,  onu  özlərinə 

xoca  hesab  etməyi  lazım  bilsə  də,  avropalıların  xəta  və 

nöqsanlarından ibrət alıb, daha səadətli yaşam biçimi qurmaq haqda 

düşünməyin də vacib olduğunu vurğulayır. 

Molla Abbasın Parisdə tanış olduğu yeni sevgilisi Marqarita 

ilə  başına  gələn  macəraları  səyyahın  fransız  cəmiyyətinə  daha 

dərindən  nüfuz  etməsinə,  onu  öyrənməsinə  imkan  verir.  Fransa 

məhkəmə  sisteminin  ədalətliliyi,  hakim  və  məmurların  öz  işlərinə 

vicdanlı,  məsuliyyətli  münasibəti,  qanunların  aliliyi  və  onların 

işləkliyi Molla Abbasın diqqətini xüsusi ilə çox çəkir. 

«Firəngistan  məktubları»  bir  şərqlinin  Avropaya  –  Parisə 

sadəcə səyahəti deyildir. Doğrudur, oxucu səyyahla birlikdə Avropa 

ölkələri,  onun  təbiəti,  şəhər,  kəndləri,  əhalisi,  məşğuliyyəti, 

abidələri  ilə  tanış  olur.  Amma  Molla  Abbası  düşündürən, 

qayğılandıran  digər  çoxsaylı  problemlər,  suallar  da  var.  Onu  öz 

Vətənindəki gerilik, ətalət, cəhalət, nadanlıq, həmvətənlərinin elmə, 

təhsilə, tərəqqiyə biganəliyi məyus edir.  




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə