Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə43/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

 Abid  Tahirli



 

134



 ~ 

 

qəzetində  türk  dili  tarixinə  dair  məqaləni  «Türk  dili  haqqında  nə 



qədər  məlumat  verilir  isə,  nə  qədər  məlumat  araşdırılırsa,  çox 

olmaz:  böyük  dildir,  böyük  bir  qövmün  dilidir»  -  deyə  təqdir  edir 

(Osmanlı qəzetlərindən). İ.Qaspiralı fikirlərində prinsipial, qətiyyət-

li  və  kəskindir:  «Türkcəsi  olan  bir  kəlmə  yerinə  digər  bir  dilin  sö-

zündən istifadə etmək ədəbi cinayətdir» (Dil məsələsi). «Hər dil qə-

ləm  və  ədiblərin  kamalı  ilə  tərəqqi  edər»  -  (Küçə  dili)  qənaətində 

olan İ.Qaspiralı dilin sadəliyi dedikdə nəyə işarə vurduğuna da ay-

dınlıq gətirməyi unutmur. O, «milli şairimiz Seyid Əzim Şirvaninin 

dili»ni  örnək  gətirərək  fikrini  belə  çatdırır  ki,  sadə  dil  hər  kəs  tə-

rəfindən  istifadə  olunan,  işlənən,  rahat  anlaşılan  dildir»  («Digər 

cavab», 1 oktyabr 1895, № 37). 

«Dil,  dil,  dil»,  «Bizim  mətbuat»  (3  fevral  1906,  №  9),  «Dil 

bəhsi» (1 mart 1906, № 20), «Can alıb can verəcək məsələ» ( 18 may 

1907, № 41), «Azad» rəfiqimizə açıq məktub (27 mart 1906, № 31), 

«Dil  ili»  (18 dekabr 1906, № 142),  «Rəfiqlərimə açıq məktub»  (25 

may 1907, № 42), «Rossiya» qəzetinə cavab (20 aprel 1907, № 37), 

«Bizlərdə  dil  və  ümumi  məslək  ola  bilərmi,  ya  yox?»  (21  noyabr 

1908, № 76), «Əfəndilər, dil gərək, dil!» (9 dekabr 1911, № 50) adlı 

məqalələrdə ortaq türk dili, bu problemlə bağlı «Tərcüman»da, digər 

mətbu  orqanlarda  məsələnin  müzakirəsi,    müxtəlif  mühərrirlərin, 

qəzetlərin mövqeyi, ortaq dilin  formalaşmasına  mane olan  faktorlar, 

ortaq  dilin  ümumtürk  düşüncəsinə,  ümummilli  tərəqqiyə  təsiri, 

əhəmiyyəti barədə İ.Qaspiralı bu gün də aktual səslənən, həlli vacib 

mövzularla bağlı maraqlı fikirlər irəli sürmüşdür. 

Dinin,  dilin  və  elmin  əziz  və  müqəddəs  olduğunu  söyləyən 

İ.Qaspiralı bunlar barədə  «nə qədər  yazılsa, nə qədər danışılsa  yenə 

azdır» - deyir və bu problemin ciddi və hərtərəfli müzakirəyə möhtac 

olduğunu vurğulayır və yazır: «Din birliyi necə müqəddəs bir işdirsə, 




 Bütün türklərin tərcümanı



 

135



 ~ 

 

ədəbi  dili  birləşdirmək  də  tərəqqi  üçün  bir  o  qədər  mühümdür». 



İndiyədək bu yolda, bu məqsəd üçün çalışdığını, mübarizə apardığını 

yazan  Qaspiralı  bundan  sonra  da  sözü  keçsə  də,  keçməsə  də,  ömrü 

yetsə də, yetməsə də, bu ideya uğrunda mücadilə edəcəyini gizlətmir. 

İ.Qaspiralının ideyaları, xüsusi ilə «Tərcüman» qəzeti islam 

dininin  qatı  düşməni,  missioner  N.İlminskinin  yuxusunu  ərşə 

çəkmişdi,  o,  İ.Qaspiralını  «panislamist,  pantürkist»  adlandırır,  çar 

hökumətindən  dərhal  onun  fəaliyyətini  dayandırmağı  xahiş  edirdi. 

Bu  mənada  missionerin  islamın  ondan  az  düşməni  olmayan  çarın 

yaxın  adamı  K.Pobedonostsevə  məktubu  xarakterikdir:  «… 

«Tərcüman»ın mühərriri Qasprinskinin hiyləgarlığına ali diqqətinizi 

cəlb  edirəm.  Bu  adamın  üç  mətləbi  vardır:  biri,  Rusiya 

müsəlmanları arasında islami dəyərlərə uyğun kitabları nəşr etmək; 

ikincisi,  Rusiyaya  tabe  türk  tayfalarını  birləşdirmək  (məs.: 

Almaniya  kimi)  və  üçüncüsü  bütün  türk  tayfalarına  Osmanlı  dilini 

qəbul  etdirmək.  Baxın,  cənab  dövlət  və  iqtidar  sahibi!  Nə  qədər 

şeytani tədbirdir ki, gözlərimizi boyamaq, qaralamaq üçün qəzetinin 

bir  parçasını  rusca  nəşr  edir,  belə  ki,  guya  biz  rusların  faydasına 

çalışır. «Tərcüman»ı senzura məmurları oxuyur, lakin hiyləyə qarşı 

çarə  tapılırmı?»  və  yaxud  o,  başqa  məktubunda  «Tərcüman»ı 

bağlatmaq üçün yazır: «Bu qəzetin yazdıqlarına diqqət edərək gizli 

niyyətlərini üzə çıxaranlar deyirlər ki, onun məsləyi pravoslav xalqı 

və  dövləti  üçün  zərərdir.  Baxçasaraydan  Sibirin  Omsk  şəhərinədək 

çəkilmiş  bir  zəncir  təsəvvür  edin.  Bu  zəncir  türk  tayfalarını 

birləşdirən, onları bir-birinə bağlayan «Tərcüman»dır». 

İ.Qaspiralı  İlminskinin  çirkin  niyyətlərini,  məktubu  hansı 

məqsədlə yazdığını gözəl anladığını qeyd edir və üzünü «parçala və 

hökm  sür»  ideyasının  qulluqçularına  tutub  hiddətlə  soruşur  ki, 

bütöv  bir  milləti  məhv  etmək  olarmı?!  Böyük  millətçi  məqalənin 




 Abid  Tahirli



 

136



 ~ 

 

sonunda  yazır:  «Hər  şeyi  bu  qədər  açıq  söylədikdən  sonra  «dil 



birliyi»nin  və  «ədəbi  dil»in  nə  olduğunu  anlamayanın  qalma-

yacağına  əminəm.  Hər  halda  «Tərcüman»  yenə  «Tərcüman»dır  ki, 

Hankımandan ta Kaşqara, Ağsuya qədər nəzər və xidmət edəcəkdir, 

bacardıqca» (Dil, dil, dil). Göründüyü kimi, İ.Qaspiralı dil və ortaq 

dil uğrunda bir neçə cəbhədə mücadilə aparırdı: 

- ortaq dil ideyasını qısqanclıqla qarşılayan ziyalılarla; 

-  «ortaq  dilin»  çar  hökumətinə  qarşı  ciddi  təhlükə 

yaradacağından  ehtiyat  edən  məmurlar,  missionerlər,  mühərrirlər, 

qəzetlər, rus şovinistləri ilə

-    dildə,  əlifbada  hər  cür  islahata  qarşı  çıxan  yalançı  din 

xadimləri, cəhalət aşiqləri ilə

- özünün təbirincə desək, din duyğusunu, milliyyəti, dili heç 

nə dərəcəsində görən «moda qurbanları» ilə. 

«Dil  məsələsi  yalnız  bir  ədəbi  məsələ  deyildir.  Bəlkə  daha 

çox  ictimai,  siyasi  məsələdir»  -  fikrində  olan  (Bizim  mətbuat) 

İ.Qaspiralı Dumadakı müsəlman millət vəkillərinin bir-biri ilə rusca 

danışdıqlarına görə, «Tərcüman» qəzetinin narahat olduğunu «Ros-

siya» qəzetinin öz oxucularına həyəcanla çatdırdığını və bununla da 

hələ köhnə fikirlərlə, keçmişlə yaşadıqlarını tənqid edir. 

Yazır  ki,  türk  şivələri  «Rossiya»nın  zənn  etdiyi  kimi  bir-

birinə uzaq dillər deyillər, digər tərəfdən millət vəkillərinin bir-biri 

ilə  nəinki  rus,  hətta  fransız,  yaxud  ingilis  dilində  danışması  yox, 

hamısının  türk  oğlu  türk  olduğu  halda,  ana  dillərində  yaxşı  danışa 

bilmədiklərinə  təəssüflənirik.  İstedadlı  publisist  özünəməxsus 

cəsarətlə  üzünü  «Rossiya»ya  tutur:  «Türk  şivələrini  bir-birindən 

başqa  dil,  türk  tayfalarını  bir-birinə  başqa  millət  kimi  göstərmək, 

təfriqəçilərin,  bölücülərin  məsləyidir.  «Tərcüman»ın  nəzəri  və 

məsləyi başqa idi, başqadır və başqa olacaqdır. Gülünc «Tərcüman» 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə