Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə39/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

 Bütün türklərin tərcümanı



 

121



 ~ 

 

islam  dəyərlərinə  zidd  olaraq  bir  çox  hallarda  qadınların  hüquqları 



pozulur. 

İ.Qaspiralı  qadının  ailədə  və  cəmiyyətdəki  yerini,  rolunu 

göstərmək üçün məqaləyə «Hacının fərasəti» və «İki imam» adlı iki 

rəvayət  əlavə  edir.  Hekayədə  mərhum  Müslüm  balanın  –  Cəlal, 

Sabit  və  Cəmil  adlı  3  oğlu  olduğu  və  onlardan  böyüyün  –  Cəlalın 

uzunmüddətli səyahətə çıxdığı nəql edilir. 

Cəlal əfəndi 8 il sonra evlərinə qayıdır. Artıq Sabit və Cəmil 

evlənmiş,  övladları  dünyaya  gəlmişdir.  Qapıda  beş-altı  yaşında 

uşaqlarla  rastlaşan  Cəlal  əfəndi  onların  başına  sığal  çəkir,  sonra 

üzünü  qardaşlarına  tutub  görmədiyi  halda,  hər  ikisinin  xanımı 

haqqında xoş sözlər söyləyir, «bərəkallah, gəlin xanımlar çox yaxşı 

validədirlər»  -  deyir.  Gəlinləri  görmədiyi  halda  onların  ünvanına 

gözəl  sözlər  söylədiyinə  görə  qardaşlar  Cəlal  əfəndiyə  təəccüblə 

baxırlar.  Cəlal  əfəndi  bunu  hiss  edib  deyir:  -  Bu  uşaqlar  anaları 

barədə  yüksək  fikir  yaratdılar.  Dırnaqları  kəsilmiş,  dırnaq  dibləri 

təmizlənmiş,  boyun-boğazları,  qulaqlarının  içi,  ardı,  üzləri 

yuyulmuşdur.  Geyimləri  sadə,  yamaqlı,  lakin  təmizdir.  Deməli, 

anaları  bacarıqlı,  qənaətcil  və  ailəcanlıdır,  -  deyir.  İ.Qaspiralı  bu 

ibrətamiz rəvayətlə ananın övlad tərbiyəsində rolunu, yerini qabarıq 

əks  etdirmişdir.  «İki  imam»  adlı  hekayəsində  Kitayın  Gansu  və 

Sinanko adlı iki vilayətində məskunlaşan tayfaların taleyindən bəhs 

edilir.  Müsəlmanların  məskunlaşdığı  Sinanko  vilayətinin  imamı 

qadın-qızların  təhsilinə  xor  baxdığından  bütün  əhali  nəticə  etibarı 

ilə  cahil  olmuşdur.  Gansuda  isə  əksinə,  qadınlar  təhsilə 

yiyələndikləri üçün vilayət xeyli tərəqqi etmişdir. 

Kitay padşahı bir bəhanə ilə bu vilayətlərə hücum edir, yüz 

minlərlə müsəlmanı qətl edir, bütün kişiləri öldürtdürür. Əsir qalan 

qadınlardan  törəyən  uşaqlar  anaların  təhsili  və  tərbiyəsinə  uyğun 




 Abid  Tahirli



 

122



 ~ 

 

Sinankoda buddist, Gansuda müsəlman kimi böyüyürlər. İ.Qaspiralı 



bu  hekayələrdən  sonra  məqaləni  sualla  bitirir:  Analara  elm,  savad, 

bilik və hünər gərək deyil –  bunu kim söyləyə bilər?! 

 

 

Zülm haradan gəlir 

 

Bu məqalə («Tərcüman», № 36, 15 sentyabr, 22 sentyabr, № 

38, 6 oktyabr, № 39, 1903) dövrün çox ciddi problemlərindən biri – 

qadın  hüquqları  haqqındadır,  bu  gün  üçün  də  aktualdır.  Müəllif 

əvvəlcə  müşahidə  etdiyi,  eşitdiyi  hadisələrlə  bağlı  oxucunu 

məlumatlandırır:  bir  nəfər  cinayət  törədir,  Sibirə  sürgün  edilir, 

arvadı  da  onunla  getməyə  və  məhv  olmağa  məcburdur.  Başqa  bir 

müsəlman  evlənir,  bir  müddət  sonra  «insafsız  və  ədəbsiz  kişi 

dəryada  batmış  kimi»  qeyb  olur,  arvadı  ac,  səfil  və  işgəncə  dolu 

həyat  yaşamağa  məcburdur.  Bu  qadınlar  sahibsiz,  köməksiz  və 

əlacsız qalır, bəzən də fahişəlik yolunu tuturlar. İ.Qaspiralı sual edir, 

bütün bunlara həqiqətənmi islam qanunları səbəb olur. Özü də sualı 

cavablandırır:  yox,  bu  zülmə  islam  meydan  vermir,  cahillər  «şəri 

qanun və şəri adətə uyğun» - deyə özlərinə bəraət qazandırsalar da, 

əslində  belə  deyil,  onlar  «şəri  adətləri  soğan  qabığına  dəyişirlər». 

«Halbuki Qurani-Kərimi bir kəlmə ilə ifadə etmək lazım gəlsə, bu 

kəlmə  «ədalət»  olacaqdır»  -  yazan  İ.Qaspiralı  cəmiyyətdə  qadına 

qarşı  ədalətsiz  münasibəti  «zamanımızın  mərəzi»  adlandırır  və  bu 

xəstəliyin çarəsini, dərmanını tapmağın çox ciddi problem olduğunu 

göstərir. Böyük islahatçı yazır: «Rica edirəm ki, burasına çox diqqət 

edilsin:  şəriət  dəyişdirilə  bilməz,  buna  ehtiyac  da  görülmür,  lakin 

şəri hökmlər, ehkamlar  yer və zamana uyğun münasib üsulla islah 




 Bütün türklərin tərcümanı



 

123



 ~ 

 

edilə  bilinər  və  bu  yolla  da  qadınların  haqlarının  mühafizəsinə  və 



hüquqlarının müdafiəsinə çarə tapmaq olar». 

İ.Qaspiralı  yalnız  Rusiya  yox,  bütün  dünya  müsəlman 

qadınlarının  hüququnun  müdafiəçisidir.  O,  Almaniya  imperatoru 

Vilhelmin Qüdsə və Şama ziyarətini, qədəh qaldıraraq «300 milyon 

müsəlmanın  xəlifəsi  dostum  Sultanın  sağlığına  içirəm»  demişdir, 

lakin  fərqində  olmamışdır  ki,  bu  300  milyon  islamın  ancaq  25 

milyonu  Sultana,  qalanları  digər  hökumətlərə  tabedir  və  dövrün 

hünərindən elm və tərəqqidən çox geridə qalmışdır» - deyə təəssüflə 

bildirir  və  zalım  kim  olursa  olsun,  məzlum  kim  olursa  olsun,  hər 

birimiz  ədalətli  və  insaflı  olmalı  və  ədalətə  xidmət  etməliyik  – 

qənaətinə gəlir. 

Dövlət  tərəfindən  din,  ibadət,  nikah,  talaq  işlərinin  dini 

idarələrə,  din  adamlarına  əmanət  edildiyini  qeyd  edən  müəllif  bu 

etimadın, etibarın lazımınca dəyərləndirilməsini, «zalım və insafsız 

əlinə  düşmüş  biçarə  qadınların  halına  mərhəmət  və  ədalətlə»  həll 

olunmasını  tələb  edir.  İ.Qaspiralı  mövcud  vəziyyətdən  çıxış 

yollarını  da  göstərir:  şərt  ilə  nikahın  bağlanması  bunların  ən 

vacibidir, o fikrini ciddi dəlillərlə əsaslandırır, sonda dediklərini bu 

şəkildə  ümumiləşdirir:  şəriət  ədalətdir.  Ədalətdən  uzaq  olanlara 

meydan  verilməlidir.  Şərt  ilə  nikah  kadınları  insafsızların 

zülmündən  xilas  edəcəkdir.  Şərt  ilə  nikah  dini  baxımdan  yol 

veriləndir.  Ədalətli  və  düzgün  adam  üçün  şərt  ilə  nikahda  heç  bir 

qəbahət,  ağırlıq  yoxdur:  şərtlər  yalnız  zalımın  zülmünə  qarşı 

ehtiyatlı  bir  sipərdir,  səddir…  Qadınlara  qarşı  diqqətli  və  insaflı 

olmaq lazımdır, qəflət yuxusunda yatdığımız yetər! 

 

 



 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə