Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə35/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

 Bütün türklərin tərcümanı



 

109



 ~ 

 

səlman  dini  məktəb  proqramlarının  genişləndirilməsi,  ana  dilində 



mətbuat,  rus  məktəb  və  elminin  populyarlaşdırılması  və  bunlara 

maraq oyandırılması yolu ilə müsəlman kütlələrinin maariflənməsi» 

idi.  Haqqında  bəhs  etdiyimiz  əsərdə  İ.Qaspiralı  hökuməti  də 

müsəlmanlara münasibətdə daha diqqətli, qayğılı olmağa dəvət edir, 

digər  dövlətlərin  təcrübəsindən  çıxış  edərək  assimilyasiya  siyasə-

tinin iflasa məhkumluğundan, perspektivsizliyindən ətraflı söz açır. 



 

 

Böyük ġərq məsələsi 

 

Bu başlıqla  İ.Qaspiralı  «Tərcüman»da dərc etdirdiyi  (1908-

ci il 22 aprel, № 30, 25 aprel, № 31, 29 aprel, № 32) məqaləsində 

Osmanlının tarix səhnəsindən çıxarılması üçün Avropalıların ortaya 

atdığı  Şərq  məsələsindən  yox,  «təkcə  Osmanlı  ölkələrini  deyil, 

Uzaq  Qərbdən  ta  uzaq  Doğuya,  Yaponiyaya  qədər  səpələnmiş 

müxtəlif  millət  və  ölkələrin  indiki  və  gələcək  durumlarını  əhatə 

edən və Böyük Şərq məsələsi adını almış problemdən bəhs olunur. 

Müəllif  Qərb  kürəsində  məskunlaşan  irqlər  və  onların  dövlətləri 

haqqında  ümumi  məlumat  verdikdən  sonra  Rusiyanın  Dövlət 

Dumasında  səslənən  iki  çıxışa  diqqət  çəkir.  Xarici  işlər  naziri 

İzvolski  nitqində  «Şərq  məsələsi»ndə  ehtiyatlı  olmaq,  Osmanlı  ilə 

münasibətlərdə Rusiyanın islam təbəəsinin qəlbinə ağır təsir edəcək 

siyasətə  yol  verməmək  kimi  müddəalar  irəli  sürür.  Millət  vəkili 

Kapustin isə «İndiyə kimi Rusiyanın Şərq siyasəti Avropanın nəzər 

və  əhvalını  diqqətə  alırdı.  İndidən  sonra  bir  də  Kazanın,  Bakının, 

Baxçasarayın qəlb və rəyinədəmi müraciət olunacaq?» - deyə nazirə 

etiraz  edir.  İ.Qaspiralı  məqaləni  bu  nitqlərdə  irəli  sürülən  fikirlərə 

münasibət  üzərində  qürur,    Rusiya  müsəlmanlarının  durumunu, 



 Abid  Tahirli



 

110



 ~ 

 

Avropa ölkələrinin, xüsusi ilə İngiltərənin Osmanlıya, Hindistan və 



başqa ölkələrin müsəlman əhalisinə qarşı çirkin siyasətini təhlil edir 

və  xarici  işlər  nazirinin  açıqlamasını  «yeni,  doğru  fikir  və  ideya» 

kimi dəyərləndirir. 

İ.Qaspiralıya  görə  ruslar  mədəni  səviyyələrinə  görə  bir-

birindən  çox  da  fərqlənməyən  islam  xalqları  ilə  bir-birinə  arxa-

dayaq  olub  Avropadan  və  Uzaq  Şərqdən  gözlənilən  təhlükənin 

qarşısını almalıdır. «Odessadan Arxangelsk şəhərinə qədər imamlı, 

camili  tatar  məhəllələri  olduğu  kimi,  Bakıdan  Varşavaya,  Vyanaya 

qədər  İranlı  və  Osmanlı  iş  adamları,  tacirləri  dolaşır»  –  yazan 

müəllif  Rusiya  və  Osmanlı  arasında  ittifaq  olmamasına  və  bunun 

üçün  dini,  siyasi,  tarixi  dəlillər  axtaranlara  kəskin  əks  mövqedə 

durur,  rus-müsəlman  münasibətlərinin  hər  iki  tərəfə  faydalı 

olacağını  qeyd  edir.  Tarix,  zaman  böyük  Qaspiralının  uzaqgö-

rənliklə  söylədiyi  fikirləri  təsdiq  etdi:  Rusiya  türklərə  münasibətdə 

qeyri-səmimi mövqe tutduğuna görə çökdü. 

 

 



Avropa mədəniyyətinə bir nəzər 

 

Həm  bədii,  həm  də  publisistik  əsərlərində  İ.Qaspiralının 

Avropa 

mədəniyyəti 



anlayışına 

birmənalı 

münasibətinin 

olmamasını  onun  islam  təəssübkeşliyi  ilə  bağlamaq  yanlış 

yanaşmadır.  Avropa  həyat,  təfəkkür  tərzinə  daha  dərindən  nüfuz 

etdikcə,  bələd  olduqca  İ.Qaspiralının  bu  mədəniyyət  adı  altında 

digər  xalqlara  insan  haqları,  yaxud  vicdan  azadlığı  adı  altında  belə 

demək  mümkünsə,  bir  sıra  əxlaqdan  kənar  xüsusiyyətlərin 

sırınmasına, transferinə qarşı münasibəti sərtləşir, kəskinləşir. Bədii 

əsəri «Firəngistan məktubları»nda «Bu gün Avropadan geri qalmış 




 Bütün türklərin tərcümanı



 

111



 ~ 

 

millətlər  Avropanı  müəllim  və  xoca  tutmalıdırsa  da,  Avropanın 



qüsurlarından,  xətalarından  ibrət  alıb  bundan  daha  səadətli  yaşam 

tərzi  qurmağa  səy  göstərmələri  daha  ziyadə  vacibdir»  -  yazan 

İ.Qaspiralı  «Avropa  mədəniyyətinə  bir  nəzər»  adlı  publisistik 

əsərində  qeyd  edir:  Avropa  bir  ixtiyardır,  təcrübəsi  çoxdur. 

İxtiyarlığına  hörmət  edək.  Təcrübəsindən  bəhrələnək,  xətalarını 

təkrar  etməyək:  məktəblərini,  universitetlərini  bizlər  də  təsis  edək, 

elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi 

doldurmağa  çalışaq.  Avropada  pis-yaxşı  nə  varsa,  uşaq  kimi 

çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan 

və haqq-ədalət xaricində deyil ki?!» 

Müəllifin digər əsərlərində də Avropa mədəniyyətinin üstün 

keyfiyyətlərinə  yiyələnməklə,  islam  məktəblərində,  mədrəsələrində 

elmi  fənlərə  yer  verməklə  daha  yüksək  həyat  tərzinə  nail  olmağın 

mümkünlüyü göstərilir. 

1885-ci  ildə  İstanbulda  nəşr  olunan  bu  əsərdə  İ.Qaspiralı 

əvvəlcə mədəniyyət nədir, Avropa mədəniyyəti nədir, ondan kənar 

«Adəm  oğluna  rahat  və  səadət  yoxdurmu?»  -  kimi  suallara  cavab 

verməyə çalışır. Avropanın mədəniyyət mərkəzlərinə fikrən səyahət 

edən  müəllif  zahirən  parıldayan,  lakin  içində  inləyən  şəhərləri 

təqdim  edir  və  yazır  ki,  «yaşam  biçiminin  iç  üzünə  diqqət  etsək», 

haqq və ədalətdən əsər-əlamət qalmadığı aşkar olar. 

İngilis  parlamentini  tənqid  edən  müəllif  onun  bir  qrup 

zadəganın  mənafeyinə  xidmət  etdiyini,  universitetlərdə  əxlaq  və 

ədalətdən  başqa  bütün  fənlərdən  dərs  deyildiyini,  fabrik  və  dəmir 

yolunda  fəhlələrin  istismar  olunduğunu  göstərir.  Avropada  – 

xristian  mədəniyyətinin  hakim  olduğu  cəmiyyətdəki  bu  cəhətlərini 

qeyd edən müəllif eyni zamanda sosialist düşüncəsini də qətiyyətlə 

rədd  edir,  onun  prinsiplərinin,  xüsusi  ilə  mülkiyyət  və  varisliklə 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə