Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə33/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

 Bütün türklərin tərcümanı



 

103



 ~ 

 

bunu  hiss  edən,  duyan  bir  sıra  rus  şovinistləri  ilk  vaxtlardan 



İ.Qaspiralını  düşmən  kimi  hədəfə  almış,  ona  «panislamist, 

pantürkist» adları ilə hücum etməyə başlamışdılar.  

 

 

Rusiya müsəlmanları 



 

Dərin  zəka  və  iti  düşüncə  sahibi  olan  İ.Qaspiralı  irsini 

araşdıran zaman  onun fəaliyyəti, fitri istedadı, yaradıcılığının əhatə 

dairəsi,  məhsuldarlığı,  uzaqgörənliyi,  əqidə  və  məsləkinə  sədaqəti, 

yeniyə,  novatorluğa  tükənməz  meyli,  marağı,  polad  iradəsi, 

inanılmaz  cəsarəti  insanı  məftun  edir.  Bu  yazıdan  əvvəl  – 

«Baxçasaray  məktubları»ndan  bəhs  edərkən  yazmışdıq  ki, 

İ.Qaspiralı  Rusiyadakı  türk  xalqlarının  həyatından,  xüsusi  ilə  rus-

türk  münasibətlərindən  danışarkən  bir  qədər  ehtiyatlı  mövqe  tutur 

və  bu  da  təbiidir.  «Rusiya  müsəlmanları»nda  isə  bu  ehtiyatlılıq 

yerini  tədricən  tələbkar  və  sərt  mövqeyə  verir.  Rus-türk 

münasibətlərinin tarixinə nəzər salan publisist yazır ki, indiyə kimi 

(Kulikova döyüşündən sonra) tatarların üzərində rus hökmranlığı bu 

şəkildə  olmuşdur:  «hakim  mənəm,  vergimi  ödə,  necə  istəyirsən 

yaşa». 

İ.Qaspiralıya görə, «bu çox bəsit, lakin son dərəcə mənasız» 



siyasətdir.  Əslində  tatarlarla  rus  iqtidarı  arasında  münasibət  necə 

olmalıdır,  ruslar  müsəlmanlara  qarşı  necə  davranmalıdır, 

müsəlmanların ruslarla əlaqələri necə olmalıdır, rus hökuməti başqa 

soydan olan müsəlmanlar üçün nə  etməli və ondan nə istəməlidir? 

Ruslar müsəlmanlarla eyni torpaqda, eyni qanun altında təsadüfi yol 

yoldaşı kimi, qonşu kimi yaşamalıdırmı, yoxsa onlar arasında yaxın 

əlaqələr  qurulmalıdırmı?  –  kimi  tarixi  və  taleyüklü  suallara  cavab 



 Abid  Tahirli



 

104



 ~ 

 

axtaran Qaspiralı bu qənaətdədir ki, naibləri pristavlarla, bəylikləri 



oblastlar,  yaxud  quberniyalarla,  ipək  cübbələri  rus  paltarları  ilə 

əvəzləməklə irəliləmək olmaz. 

Rusların  Asiyanı  işğalından  sonra  Rus  iqtidarının  geniş 

zaman və fəaliyyət dairəsində yalnız köləliyə son qoyduğunu təqdir 

edən  müəllif  müsəlmanların  sosial  durumunun,  yetişmə  və  yaşayış 

tərzinin yaxşılaşması istiqamətində heç bir iş görülmədiyini, ölkənin 

daxili siyasətinə yaxınlaşma imkanı verilmədiyini vurğulayır. Bu isə 

yurddaşlarımızın  kütləvi şəkildə köçünə, müdhiş cəhalətə, ölümcül 

hərəkətsizliyə,  yoxsullaşmaya  səbəb  olur.  Qaspiralı  bu  mövzuya 

dair  heç  bir  mətbu  orqanda  materiala  rast  gəlmədiyini,  halbuki 

bunun çox vacib məqam olduğunu qeyd edir. 

«Yarı-yarıya yıxılmış, xarab olmuş abidələr, kitabələr, toz və 

kir  içində  olan  kitablar»  İ.Qaspiralının  yazdığı  kimi,  rus 

hökmranlığından  əvvəl  tatarların  da  yaza  bildiklərindən,  müxtəlif 

elm 

sahələrində 



yüksək 

səviyyədə 

zehni 

fəaliyyət 



göstərdiklərindən…  xəbər  verir.  Bu  gün  isə  Rusiya  tatarları  cəsəd 

kimidir.  Rus  iqtidarının  müsəlmanların  tərəqqi  və  mədəniyyətinə 

qayğı  göstərməməsini,  Rusiya  tatarlarının  «cəsəd»  kimi  olan 

bədəninə  yeni  həyat,  yeni  fikir,  yeni  bir  həvəs  verərək,  onu 

canlandırmaqda  gücsüz  olmasını  üzüntüverici  amil  kimi 

dəyərləndirən  İ.Qaspiralı  yazır  ki,  «mən  hələ  «maddi  cəhətdən 

işlənmiş  çürümələrdən»  bəhs    etmirəm.  Müsəlman  cəmiyyətinə 

hakim 


olan 

cəhalətin 

anatomiyasını  açan  İ.Qaspiralı  öz 

soydaşlarının biganəliyini, laqeydliyini və fanatizmini qınasa da, bu 

bəladan  xilas  olmaq  üçün  hökumətin  də  heç  bir  addım  atmadığını 

xüsusi vurğulayır və üzünü iqtidara tutur: «Bəli, mənim sevgili rus 

yurddaşlarım,  bizə  elm  və  işıq  gərəkdir,  bu  işə  ciddi  bir  şəkildə 

başlayın,  bizə  işıq  və  elm  verin,  işıq  və  elm.  Əks  təqdirdə,  sırf 




 Bütün türklərin tərcümanı



 

105



 ~ 

 

hakimiyyəti  qorumaq  üçün  olan  hökmranlığınız,  Çininkindən  daha 



aşağı olacaqdır». Əlbəttə, bir rus təəbəsi olan ziyalıdan bundan daha 

kəskin,  daha  sərt  və  məntiqli  xitabın  mümkünlüyünü  təsəvvür 

etmək o qədər də çətin deyil… 

Əslində,  İ.Qaspiralı  rus  iqtidarını  onun  sadiq  vətəndaşları 

olan müsəlman-tatarlarla bağlı siyasətini  açıq-aşkar tənqid  edir. O, 

yazır  ki,  ümumiyyətlə,  Rusiya  müsəlmanları  ilə  bağlı  hökumətin 

proqramı,  iş  prinsipi  yoxdur.  Krım  tatarlarının  kütləvi  köçünün 

qarşısının  alınması  üçün  heç  bir  tədbir  görülmədiyini  qeyd  edən 

İ.Qaspiralı müsəlmanların təhsili üçün də aydın məqsədli siyasətin, 

sənədin  olmadığını  göstərir.  O,  yazır:  «Müsəlmanlar  üçün  məktəb 

açılır, lakin şumlanmamış torpağa pis şəkildə səpilən toxumlar kimi 

bu  məktəblər  də  meyvə  vermir  və  zaman  keçdikcə  iz  buraxmadan 

yox  olub  gedirlər.  Digər  dövlətlərin  və  xalqların  da  tarixindən  və 

tabeliyindən  çoxsaylı  misallar  gətirərək  hakim  millətin  digərini 

assimilyasiya  etməsinin perspektivsiz olduğunu  bildirən  İ.Qaspiralı 

bu  qənaətə  gəlir:  Necə  ki,  qarşılıqlı  hörmət,  bir-birinin  haqqına 

riayətetmə,  eyni  məqsəd  ətrafında  birləşmə  ayrı-ayrı  şəxslərə  daha 

rahat  və  daha  asan  bir  yaşama  imkanı  verirsə,  eyni  şəkildə  toplum 

və  xalqların  cəmiyyət  həyatı  da  sadəcə  bu  əsaslara  dayanmalıdır. 

Mənsub  olduğu qövmün gələcək taleyini təlaşla,  qayğı  ilə  düşünən 

İ.Qaspiralı,  Rusiya  müsəlmanlarının  bilərəkdən,  ya  bilməyərəkdən 

cəmiyyət,  dövlət  həyatından  tamamilə  təcrid  edilməsini  kəskin 

tənqid  hədəfinə  çevirir.  Müsəlmanlar  ruslardan  xəbərsizdir,  onları 

tanımır, dilini bilmir, şəhərini tanımır, elmini öyrənmir, mətbuatını 

izləmir.  Belə  olan  halda  müsəlman  öz  qaranlıq  dünyasına  çəkilir, 

özünü qədərə təslim edirlər… 

Rusiya  müsəlmanlarının  elmə,  ədəbiyyata,  mətbuata  sahib 

olmadıqlarını  acı  təəssüf  hissi  ilə  yazan  İ.Qaspiralı  onların 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə