Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə38/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

 Abid  Tahirli



 

118



 ~ 

 

səyyahları  cəlb  etməklə  yüzlərlə  məktəbin  təsisinə,  islahına  yol 



açdı». 

«Hər  yerdə,  hər  zaman,  fəqət  xüsusi  ilə  islam  ölkələrində 

qədimçilər  dini  bəhanə  edərək  cəditçilərə  etiraz,  ya  da  hücum 

etmişlər» - bu fikirdə olan İ.Qaspiralı islam dünyasına xas olan, onu 

bürüyən bu hala «baxdıqda qan ağlamamağın» mümkün olmadığını 

yazır. O qeyd edir ki, bizim Rusiya qədimçiləri o dərəcədə qəflətə 

yatmışlar,  o  dərəcədə  cahildirlər  ki,  əsrimizin  ən  böyük 

tərəqqipərvər, maarifçi xadimləri haqqında danışanda «onlar Misiri, 

İstanbulu  pis  günə  qoydular»  -  deməkdən  belə  çəkinmirlər. 

Məqalənin sonunda İ.Qaspiralı cəmiyyətə üzünü tutur, onu xəbərdar 

edir:  «Belə  gedərsə,  daha  çox  qamçı  yeyərik,  daha  dərinə 

yuvarlanarıq və heyvanlıqda davam edərik». 



 

 

Rusiya müsəlmanlarının tərəqqisinin baĢlanğıcı 

 

«Tərcüman»ın  əlavəsi  kimi  nəşr  olunan  16  səhifəlik  bu 

risalədə XIX əsrin sonu və XX əsrin əvvəllərini «yeni kitablar, yeni 

məktəblər, tələbələr, teatr, xeyriyyə cəmiyyətləri, mətbəələr» - deyə 

yazaraq  xarakterizə  edən  İ.Qaspiralı  Rusiya  müsəlmanları  arasında 

əvvəlki  illərə  nisbətən  «xeyli  hərəkət  olduğunun  inkar  olunmaz» 

səviyyəyə  çatdığını  qeyd  edir  və  bu  «xəfif  hərəkətin»  gələcək 

tərəqqinin başlanğıcına çevriləcəyini göstərir. Əgər bundan 20-25 il 

əvvəl Rusiyada müsəlmanlar yalnız dini kitablar nəşr edirdilərsə və 

vur-tut  elm  və  ədəbiyyata  dair  3  kitab  buraxılmışdırsa  (tanınmış 

türkoloq V.Radolfun (1837-1918) uşaqlar üçün Kazanda nəşr etdiyi 

(1872)  «Bilik»,  Qəyyum  əfəndi  Nəsirovun  (1825-1902)  illik 

«Salnamə»si,  M.F.Axundovun  (1812-1878)  1859-cu  ildə  Tiflisdə 



 Bütün türklərin tərcümanı



 

119



 ~ 

 

«Təmsilat»  adı  ilə  buraxdığı  komediyalar),  indi  kitab  nəşri 



sahəsindəki irəliləyiş açıq-aşkardır. 

Qəzetlər,  məktəblər,  xeyriyyə  cəmiyyətləri  teatr,  mətbəələr 

barədə də eyni fikri söyləməyin mümkünlüyünü vurğulayan müəllif 

20 il əvvəl «universitet təhsilli bir adamımız»ın (H.Zərdabi nəzərdə 

tutulur  –  T.A.)  indi  isə  onların  sayının  100-dən  artıq  olduğunu, 

«müasir  təhsil  görmüş  bir  xanımımız»ın  (H.Zərdabinin  xanımı 

Hənifə xanım nəzərdə tutulur – T.A.) indi isə belələrinin sayının 20-

yə çatdığını fərəhlə bildirir, Bakı, Qarabağ, Gəncə və Baxçasarayda 

teatrların,  Vladikafkazda,  Krımda,  Peterburqda,  Kazanda, 

Xankirmanda,  Semipalatinksdə,  Həştərxanda  xeyriyyə  cəmiy-

yətlərinin,  Kazan  və  Tiflisdən  sonra  Bakıda,  Baxçasarayda, 

Orenburqda 

mətbəələrin, 

Baxçasarayda,  Şəkidə,  Kulcada, 

Şamaxıda,  Naxçıvanda  yeni  tipli  məktəblərin  fəaliyyətini  tərəqqi 

dövrünün  başlanğıcı  kimi  dəyərləndirir.  Müəllif  daha  sonra 

xronoloji  ardıcıllıqla  1884-1901-ci  illərdə  Rusiyada  –  Bakı, 

Baxçasaray,  Kazan,  Tiflis,  Ufa,  Orenburq,  Peterburq,  Daşkənd, 

İrəvanda  nəşr  olunmuş  dini,  ədəbi,  elmi  kitabların,  dərslik  və  dərs 

vəsaitlərinin  nəşr  ili,  müəllifi  göstərilməklə  adlarını  yazır.  Yeri 

gəlmişkən  qeyd  edək  ki,  Qaspiralının  təqdim  etdiyi  bu  mənbə 

tarixçilər,  jurnalistlər,  kitabşünaslar,  din  xadimləri,  pedaqoqika  və 

təhsil tarixinin tədqiqatçıları üçün maraqlı, əvəzolunmaz, məxəzdir. 

 

 



Qadınlar 

 

Qadın  azadlığı  və  hüquqları  mövzusu  İ.Qaspiralı  yaradıcı-

lığında,  həm  bədii  və  həm  də  publisistik  irsində  mühüm  möv-

zulardandır. «Qadınlar» adlı əsərində müəllif (Baxçasaray, «Tərcü-




 Abid  Tahirli



 

120



 ~ 

 

man» mətbəəsi, 1903) qadın, onun ailədə, cəmiyyətdə tutduğu yeri, 



rolu  islam  dinində  qadına  uca  münasibət,  islam  ölkələrində  qadın 

problemi,  qadın  təhsili  və s. kimi  bu  gün də  aktuallığını itirməyən 

problemləri araşdırır. Ən əsası isə həmin məsələlərə maarifçi, ziyalı, 

tərəqqipərvər, millətçi bir xadim kimi münasibət bildirilir. Yazır ki, 

yer  üzündə  bəşər  övladının  yarısı  qadın  olduğu  kimi,  insanların 

səadət və xoşbəxtliyinin də yarısı qadınlardan asılıdır. Əgər qadınlar 

məhv olarsa, bu o deməkdir ki,  dünyanın  yarısının məhv olduğunu 

da söyləmək olar. Əgər bir millətin qadınları cahildirsə, o toplum da 

cahil olmağa məhkumdur. İnsanı həyata gətirən, ona süd əmizən, dil 

verən,  tərbiyə  verən  anadır.  Qadınlar  böyükdürlər,  insan 

toplumunun yarısıdırlar, həm də əsasıdırlar. 

İ.Qaspiralıya  görə  qadının  həyatda  üç  böyük  vəzifəsi  var: 

valideynlik,  analıq,  dostluq.  Kişilərin  də  üç  böyük  vəzifəsi  var: 

valideynlik,  atalıq,  dostluq.  Əgər  bir  qadın  lazımınca  qadınlıq, 

analıq və dostluq edə bilirsə, o xoşbəxtdir. Bunları yerinə yetirmək 

üçün isə xeyli təhsil almaq lazımdır. Qadınlar insan olduğu üçün və 

insan övladı tərbiyə edəcəkləri üçün heyvan kimi savadsız və elmsiz 

qalmamalıdırlar, yoxsa dünya dağılar, həyat məhv olar. 

İ.Qaspiralı dünya tarixinə qısa nəzər salır, qədim və müasir 

dövrlərdə elmi, hünəri, zəkası və gücü ilə ad-san qazanmış qadınları 

xatırlayır. İrihəcmli məqalənin  «Şərq və qərb qadınları» hissəsində 

cəhaliyyət 

dövründə  Şərqdə  qadınlara  heyvani  münasibət 

bəslənildiyini  yazan  müəllif  qadınlara  əski  zamanlarda  eyni 

münasibətin  Qərbdə,  yəni  Avropa  ölkələrində  də  olduğunu  yazır. 

Hətta Avropada bir zamanlar «qadınlar canlıdırlarmı? – kimi məsələ 

müzakirə  edilirmiş.  Lakin  neçə  əsrlər  sonra  Avropada  təhsil  və 

elmin sayəsində bu geri düşüncəyə son qoyuldu və qadınlar kişilərlə 

bərabər  hüquqlara  sahib  oldular.  Təəssüf  ki,  müsəlmanlar  arasında 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə