Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə44/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

 Bütün türklərin tərcümanı



 

137



 ~ 

 

qəzeti  yox,  «Rossiya»  qəzetidir,  çünki  keçmişlə  yaşayır» 



(«Rossiya» qəzetinə cavab). 

İ.Qaspiralı  ortaq  dil  məsələsinə  biganə  yanaşanlara,  ona 

inanmayanlara, doğma dilə qarşı laqeyd münasibət bəsləyən yazıçılara, 

millət  vəkillərinə  də  qarşı  amansızdır.  «Heç  kim  bilməsə  də,  sevgili 

mühərrir dostlarım bilməmiş deyildir ki, adı olmayanın özü də olmaz» 

- söyləyən İ.Qaspiralı slavyanlar rus, kazak, xaxol olduğu kimi, türklər 

də  «Kazan  türkləri»,  «Krım  və  Qafqaz  türkləri»,  «Anadolu  türkləri», 

«Sibir türkləri», «Kaşqar türkləri»…dir, elə beləcə də deyilsə, yazılsa 

olmazmı?  –  deyə  sual  edir.  Sonra  türk  dilində  danışan  xalqların 

lüğətlərindən  sitatlar  gətirərək  onların  əslində  eyni  kökdən  olduğunu 

açıq-aydın  göstərir  və  məqaləsini  millətlərin  tərəqqisinin,  ad-san 

çıxarmasının  əsas  səbəbinin  ədəbiyyatın,  ədəbi  dilin  sayəsində 

mümkün olduğu fikri ilə tamamlayır (Rəfiqlərimə açıq məktub). 

«Can  alıb  can  verəcək  məsələ»  adlı  məqalə  həm  məzmun, 

həm  ideya, həm  də  kompozisiya baxımından diqqəti çəkir. Müəllif 

«Yıldız» qəzetində dərc edilmiş «Dumadakı millət vəkillərinin dili» 

adlı məqalədən sitat gətirir. Kazanlı, ufalı, daşkəndli, qafqazlı, krım-

lı… - hər kəs öz şivəsinə üstünlük verir və bu dildə danışmağı təklif 

edir.  Rusdillilər  kəkələyir,  sosialistlər  dilin,  ədəbiyyatın  burjua-

ziyaya aid olduğunu, onlara torpaq, aş və hürriyyət lazım olduğunu 

bildirir. «Tərcüman»ın mövqeyi, inancı dəyişməzdir: Gələcəyimizə 

sədd çəkmiş və çəkəcək bir şey varsa, o da dilsizlikdir! 

Hər dəfə  dil probleminə  müxtəlif aspektlərdən, üslub-forma 

baxımından  da  fərqli  toxunan  İ.Qaspiralı  eyni  mövzu  ilə  həm 

oxucunun diqqətini çəkməyə, həm problemi gündəlikdə saxlamağa, 

həm  də  onun  həllinin  vacibliyini  bir  daha  vurğulamağa  nail  olur. 

«Dilsiz  adam  nədirsə,  ədəbi  və  ümumi  dili  olmayan  millət  də 

tamamilə odur» - «Can, ya da dil məsələsi» (22 yanvar 1908, № 5; 




 Abid  Tahirli



 

138



 ~ 

 

25  yanvar,  №  6)  adlı  məqaləsini  bu  mülahizə  ilə  başlayan  müəllif 



millətin gələcəyinin təminatçısının da mal-pul yox, məhz ədəbi dilin 

olduğu  qənaətindədir.  O,  yunanları,  danimarkalıları,  norveçliləri 

örnək gətirir və onların bir millət kimi mövcudluğunda ədəbi dilin 

böyük rol oynadığını qeyd edir, yazır ki, bir dilsiz kişinin lu, lu, lu, 

lu,  lu,  lu,  lu,  lu,  bu,  bu,  bu,  bu,  bu…  kimi  bir-iki  heyvani  səs 

çıxarmağın insanlıq olmadığı kimi,  ədəbi dildən məhrum millət də 

tərəqqi edə bilməz… 

Osmanlı  dilinin  ötən  dövrlərə  nisbətən  çox  işlək  hala 

düşdüyünü,  sadələşdiyini  məmnunluqla  vurğulayan  İ.Qaspiralı 

bundan  sonra  daha  çox  çalışmaq  lazım  olduğu  fikrini  gizlətmir  və 

«aslan»  kimi  millətimizin  başına  gələn  fəlakətlərdə  hələ  də  ortaq, 

ümumi, işlək bir dilin yoxluğunun da təsir etdiyini göstərir. 

Mətbuatda  və  ziyalılar  arasında  ortaq  dilin  formalaşması  ilə 

bağlı  gedən  mübahisələrə  toxunan  müəllif  «hər  tərəfdə  zühur  edən 

qəzetlərimizin  hər  birinin  bir  dil  ilə  meydana  çıxdığını,  Peterburqda 

«Nur»,  Uralskda  «Fikir»,  Kazanda  «Müxbir»,  Bakıda  «Həyat»ın  öz 

şivələri ilə nəşrə başladığını, tədriclə «türkcəyə çevrildiklərini» yazır. 

Təhsil  proqramlarında  da  islahatlar  aparılması  yolu  ilə  ortaq  dilin 

formalaşmasına  yardım  edilməlidir.  Yazı  İ.Qaspiralının  oxucularına 

müraciəti  ilə  bitir:  «Dil  birliyi,  ədəbi  dil  üçün  çalışaq,  çalışaq, 

çalışaq». «Can və həyat məsələsi» (11 dekabr 1909, № 50), «Kitab və 

dil  məsələsi»  (16  aprel  1910,  №  16),  «Əfəndilər,  dil  gərək,  dil»  (9 

dekabr  1911,  №  50)  kimi  məqalələrində  də  təhsilin  «ana  dilində  – 

türk  dilində»  aparılmasının,  qəzet,  jurnal  və  kitab  nəşrlərinin  də  bu 

doğma dildə həyata keçirilməsinin vacibliyi qeyd olunur. 

Xəlil  Xasməmmədov  Dumanın  müvafiq  komissiyasının 

doğma  dildə  təhsilə  icazə  ilə  bağlı  iclasında  «tatar»  yox  «türk» 

kəlməsi  işlədilməsi  təklifini  irəli sürmüş,  erməni, gürcü və  rusların 




 Bütün türklərin tərcümanı



 

139



 ~ 

 

da daxil olduğu komissiya üzvləri «türk» kəlməsinin «pantürkizmə 



xidmət  edəcəyindən  qorxub  bu  təklifi  rədd  etmişlər.  İ.Qaspiralı 

«vay, politika, politika! Məktəblərə girməsəydin nə gözəl olurdu» - 

yazır  və  qəzəbini  gizlətmir:  Tatar  qövmü  mövcud  deyil,  tatar  dili 

yoxdur!  Dilimizə  nə  ad  verilir  verilsin,  həqiqətdə  bu  dilin  adı  türk 

dilidir!» (Can və həyat məsələsi). 

İ.Qaspiralının həyatı, fəaliyyəti, yaradıcılığı bütün türk-islam 

dünyası  ilə  sıx  bağlı  olmuşdur,  lakin  və  əlbəttə  ki,  Baxçasaray  bu 

sırada  öndə  gəlir,  elə  isə  qətiyyətlə  demək  olar  ki,  Qaspiralının 

ədəbi, mədəni, mətbu, hətta şəxsi tərcümeyi-halında Baxçasaraydan, 

Krımdan  sonra  Bakı,  Azərbaycan  gəlir.  Bu  baxımdan  Azərbaycan 

mətbuatı  ilə  də  bağlı  İ.Qaspiralının  fikirləri, qənaətləri çox  yerində 

və  təbii  görünür.  «Cəlal  əfəndinin  «Kəşkül»  məcmuəsi»  (8  may 

1883,  №  4),  «Təəssüf»  (5  dekabr  1891,  №  42),  «Tiflisdə  yeni 

qəzet» (19 aprel 1903, № 15), «Lisan məsələsi» (4 noyabr 1905, № 

90; 7 noyabr 1905, № 91),  «Açıq məktub» (15 mart 1906, № 26), 

«Dil haqqında» (18 dekabr 1906, № 142), «Dil ətrafında» (30 iyul 

1913,  №  169;  31  iyul  1913,  №  170),  «Yenə  dil  ətrafında»  (4 

sentyabr 1913, № 194), «Məsələlər-qəzetlər» (15 oktyabr 1913, № 

227), «Xoşbəxt ekizlər» (22 aprel 1914, № 88), «Molla Nəsrəddin» 

(5  yanvar  1914,  №  4)  kimi  məqalələrində  İ.Qaspiralı  «Əkinçi», 

«Kəşkül»,  «Ziya»,  «Ziyayi-Qafqaziyyə»,  «Şərqi-Rus»,  «Həyat», 

«İqbal»,  «Molla  Nəsrəddin»,  «Məktəb»  kimi  mətbu  orqanlardan, 

onların  naşir,  redaktor  və  əməkdaşlarından,  qəzet  və  jurnalların 

toxunduqları  problemlərdən,  materialların  dil-üslub,  sənətkarlıq 

məsələlərindən,  bu  nəşrlərin  Rusiya  müsəlmanlarının  tarixində  və 

taleyində oynadığı mühüm roldan gen-bol bəhs etmişdir. 

Hələ  yaradıcılığının  ilk  dövrlərində  –  1880-1881-ci  illərdə 

qələmə  aldığı  «Baxçasaray  məktubları»,  «Rusiya  müsəlmanları» 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə