Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi,mücərrəd işarələr sistemidir. Hər bir dilin özünəməxsus quruluşu və ifadə imkanları vardır. İnsanlar bir-biri ilə müxtəlif formalardan mimika və jestlərdən və s



Yüklə 11,5 Kb.
tarix11.12.2023
ölçüsü11,5 Kb.
#144201
növüMücərrəd
Dil


Dil
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi,mücərrəd işarələr sistemidir. Hər bir dilin özünəməxsus quruluşu və ifadə imkanları vardır. İnsanlar bir-biri ilə müxtəlif formalardan(mimika və jestlərdən və s.) istifadə etməklə ünsiyyət yarada bilərlər. Lakin heç bir vasitə dilin ifadə imkanları səviyyəsində ola bilməz. İnsanların bir-birləri ilə ünsiyyət saxlaması üçün kollektiv (kompakt) şəkildə,toplum halında yaşamaları mühüm şərtdir. Bu isə cəmiyyət deməkdir. Demək, dil cəmiyyətdə yaranır. Cəmiyyət mənsub olduğu dili yaşadır, inkişaf etdirir. Cəmiyyətsiz dil, dilsiz cəmiyyət mövcud ola bilməz. Dil insan cəmiyyətində yarandığı və yaşadığı üçün ictimai hadisə hesab olunur.
Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir. İnsanin fizioloji cəhətdən təkmilləşməsi, danışıq orqanlarının formalaşması, insan bədəninin şaquli vəziyyətə düşməsi, insanın əməklə məşğul olmasının buna təsiri, eyni zamanda dilin və şüurun yaranması, bütöv halda vahid ictimai prosesə çevrilməsi dilin formalaşması və inkişafında ən mühüm amillərdir.
Dilin yaranması insanda şüurla, təfəkkürlə bağlıdır. Heyvanlar bir-birləri ilə siqnallar vasitəsilə əlaqə saxlayırlar, ”danışırlar”. Heyvanlarda şüur, təfəkkür formalaşmadığı üçün buna dil demək olmaz. Dil yalnız insanlara xasdır.
Dil irqi və irsi xüsusiyyət də daşımır. Əgər belə olsaydı, ingilis uşagı harada yaşamasından asılı olmayaraq, ingiliscə danışardı. Belə təsəvvür edək ki, iki nəfər iki yaşlı azərbaycanlı uşaq Londonda hər hansı uşaq bağçasında təlim və tərbiyə alır. Ətrafındakı uşaqlar ingiliscə danışır. Tərbiyəçinin uşaqlarla ünsiyyəti də ingilis dilindədir. Onda bu azərbaycanlı uşaqlar təbii ki, ingiliscə danışacaqlar. Əgər dil irsi əlamət daşısaydı, bu uşaqlar ingilislərin içərisində yaşasalar da, mütləq azərbaycanca danışmalı idilər. Bu isə mümkün deyildir. Fikrimizi əsaslandırmaq üçün başqa bir nümunə göstərək, iki yaşlı bir uşaq lal və kar bir şəxsin himayəsində cəmiyyətdən təcrid olunmuş halda yaşasa, bu uşaq eşitsə də, dil bimədiyi üçün danışa biməyəcək.
Dil irqi xüsusiyyət də daşımır. Belə olsaydı,dünyada üç dil olardı: avropoid, neqroid və monqoloid dilləri. Yəni zənci uşağı Moskvada doğulub, orada uşaq evində böyüsə də, zənci atasının danışdığı dildə danışmalı idi. Təbii ki, heç bir praktikada buna təsadüf edilməmişdir.
Nitq dilin ifadəçisidir. Nitq ünsiyyət prosesidir. Nitq bu və ya digər məlumatın –informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır. Yadda saxlamaq lazımdır ki,dil əsasdır,nitq ondan törəmədir. Dil tarixən çox az dəyişikliyə məruz qaldığı halda, nitq ona nisbətən dəyişkəndir. Nitq nitq fəaliyyəti zamanı yaranır. Nitq fəaliyyəti-nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir. Nitqin yaranması həm mürəkkəb, mürəkkəb olduğu qədər də sürətli prosesdir. İnsan zəkasının yaratdığı heç bir texnika bu sürətə malik ola bilməz. Dil və nitqi bir-birindən ayırmaq mümkün deyildir. Dil və nitq eyni bir prosesin müxtəlif formalarıdır. Dil kimi nitq də yalnız insan cəmiyyətində mövcuddur.
Nitq prosesi mürəkkəb psixoloji və fizioloji aktların sistemidir. Nitq ünsiyyət prosesidir. Nitq bu və ya digər məlumatın-informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasənda meydana çıxır. Dil kimi nitqə də bir sistem kimi baxılmalıdır. İnsanlar arasında başlıca ünsiyyət vasitəsi olan dilin yaranması və tərəqqi etməsində eşitmə orqanı və danışıq üzvlərinin xüsusi rolu olmuşdur. Hər şeydən əvvəl bunların vəhdəti, birgə fəaliyyətləti əsas şərtdir.
Nitq prosesinin başlıca ünsürləri bunlardır: danışmaq, eşitmək, dərk etmək(anlamaq).
İnsan lap ana bətnində ikən müxtəlif səslər əhatəsində formalaşır. Doğulduqdan sonra bu proses daha da güclənir. O,səsi eşitmə üzvü-qulağı vasitəsilə dərk edir.Danışmazdan çox əvvəl insan eşitmək kimi mühüm bacarığa malik olur. Əgər insanlar ətraf mühitin səslərini və eləcə də öz çığırtılarını eşitməsəydilər, gələcəkdə danışa bilməzdilər. İnsanın qulağı ilə eşidilən hər bir səs ani halda qruplaşdırılır; bunun quş, heyvan və ya təbiət səsi olduğu müəyyənləşdirilir. Lakin ilk insanlarla müasir insanın səseşitmə, səsseçmə və fərqləndirmə qabiliyyətləri, şübhəsiz ki, eyni olmamışdır. İnsanın bu sahədəki bacarığı get-gedə təkmilləşmiş, insandakı eşitmə üzvü o dərəcədə inkişaf etmişdir ki,indi o yalnız infra və ultra səsləri qəbul edə bilmir. Məlum olduğu kimi,səs mühitin dalğaşəkilli rəqsləridir.Bu səs rəqsləri saniyə ilə ölçülür. Bir saniyədə 16-dan aşağı səs infra, 20 000-dən artıq isə ultra səs hesab edilir. İnsan qulağı bir saniyədə 16-dan 20 000-ə qədər olan səsləri normal eşidə bilir. İnsanın eşitmə üzvü tələffüz edilən danışıq səslərinin hər birinə aid xüsusiyyət və əlamətləri digərindən fərqləndirməyə imkan verir. Elə buna əsasən də dildə müxtəlif səslər əmələ gətirilmişdir ki, bunlar da dilin fonetik quruluşunda xüsusi sistemlər təşkil edir.
Yüklə 11,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə