32
İsaxan İSaxanlı
ildə keçirilən 28-ci iclasda ona məvacibi qabaqcadan ödənilməklə iyu-
nun 15-dən etibarən yenidən 2 aylıq məzuniyyət verilir. O, xəstə ol-
masına baxmayaraq, onu yeni əlifbanın bəzi hərflərinin dəyişdirilməsi
ilə bağlı yaradılan komissiyanın tərkibinə daxil edirlər. (Cəlil Məm-
mədquluzadə, Hacı Kərim Sanılı, Abdulla Tağızadə, rəssam Əzim
Əzimzadə ilə birlikdə) və sonradan, 7 mart 1924-cü il tarixli iclasda
bu məsələ ilə yalnız Abdulla Tağızadə və Fərhad Ağazadənin məşğul
olması məqsədəuyğun hesab edilir.
10 yanvar 1924-cü ildə keçirilən ilin 1-ci iclasında Fərhad Ağa-
zadə komitənin nəşriyyat işləri haqqında danışır, eləcə də Azərbaycan-
da şrift tökən fabrikin vacibliyindən söhbət açır və onun təklifi ilə
Azərbaycan Xalq Komissarları Şurasına müraciət edilməsi qərarlaşdı-
rılır.
30 yanvar 1924-cü ildə keçirilən 2-ci iclasda Fərhad Ağazadə
komitə tərəfindən nəşr edilən kitabların məzmununa ciddi fikir veril-
məsi və bunun üçün xüsusi müsabiqə keçirilməsi təklifi ilə çıxış edir.
AYTƏK-nin 31 dekabr 1923-cü il tarixli sərəncamı ilə komitə 4
şöbəyə bölünsə də, 30 mart 1924-cü il tarixli iclasda müzakirələr nəti-
cəsində komitənin aşağıdakı 5 şöbəyə bölünməsi qərara alındı: Nəşriy-
yat şöbəsi (müdir Fərhad Ağazadə), Bakı və dairəsi (müdir Bəhram
Bəhramov), Qəzalar (müdir Cabbar Məhəmmədzadə), Qəzet (idarə he-
yəti üzvləri Bəhram Bəhramov və Cəlil Məmmədquluzadə), İdarə
(müdir İdris Həsənli).
25 aprel 1924-cü ildə AYTƏK-nin fəaliiyəti haqqında ümumi
məruzədə komitənin təxminən 2 illik fəaliyyəti ümumilikdə yüksək
qiymətləndirilməsə də, Fərhad Ağazadənin (həmçinin Abdulla Tağı-
zadənin) səmərəli fəaliyyəti xüsusi qeyd edilmişdir.
1924-cü il iyulun 22-dən etibarən Fərhad Ağazadə müalicə məq-
sədilə Moskvaya göndərilir və sentyabrın 9-da qayıdaraq öz vəzifəsi-
nin icrasına başlayır.
24 dekabr 1924-cü ildə keçirilən iclasda “Gələcək” adlı məc-
muənin buraxılması qərara alınır və məcmuəyə plan tərtib edilməsi
Fərhad Ağazadəyə tapşırılır.
Fərhad Ağazadə və latin əlifbasina keçid
33
24 fevral 1925-ci ildə keçirilən ilin ilk iclasında Fərhad Ağazadə
komitənin nəşriyyat şöbəsinin, komitə yaranandan bu günə qədərki
fəaliyyəti haqqında, geniş məruzə edir. Bu iclasda Fərhad Ağazadə
Qəhrəman Qaraqaşlı ilə birlikdə “Yeni yol” qəzetinin nəşriyyat kolle-
giyasına da üzv seçilir.
25 mart 1925-ci ildə keçirilən iclasda, 4-cü Azərbaycan Şuralar
Qurultayının qərarına uyğun olaraq, 1925-1926-cı tədris ilindən etiba-
rən 1-ci dərəcəli məktəblərin hansı qruplarında YTƏ-nın tətbiq olun-
ması məsələsi müzakirə edilir. Bunu müəyyənləşdirmək üçün 3 nəfər
AYTƏK-dən və 1 nəfər də XMK-dan olmaqla bir komissiya yaradılır.
Fərhad Ağazadə də bu komissiyaya daxil edilir.
5 may 1925-ci ildə komitə nəzdində Fərhad Ağazadə, Vəli Xu-
luflu, Qəhrəman Qaraqaşlı, Həsən İmanov və Yusif Əlizadədən ibarət
daimi nəşriyyat komissiyası yaradılır.
6 may 1925-ci ildə keçirilən iclasda Fərhad Ağazadəyə xəstəliyi
ilə əlaqədar 200 (iki yüz) manat maddi yardım göstərilir.
AYTƏK RH-nin 22 avqust 1925-ci ildə keçirilən iclasında Fər-
had Ağazadə Akademiyanın Leninqradda keçiriləcək 200 illik yubiley
mərasimi haqqında məruzə edir və komitənin bu tədbirdə təmsil olun-
ması üçün uyğun təlimatın hazırlanması da ona tapşırılır. Qərara alınır
ki, hazırda komitənin işlərinin çoxluğu ilə bağlı komitə nümayəndələ-
rinin bu tədbirdə iştiraketmə imkanı olmadığından, tədbirdə komitəni
prof. A.N. Samoyloviç, prof. Bəkir Çobanzadə və həmin dövrdə Le-
ninqradda təhsil alan tələbə Abdulla Tağızadə təmsil etsinlər. Bu
məqsədlə avqustun 23-də Fərhad Ağazadə adı çəkilənlərə komitə
adından müraciət göndərir.
AYTƏK RH-nin 23 oktyabr 1925-ci ildə keçirilən iclasında
Fərhad Ağazadə komitənin nəşriyyat işləri haqqında məruzə edir. 2
həftə ərzində nəşriyyat şöbəsinin gələcək fəaliyyətinin planlaşdırılma-
sı üçün M.C.Məhəmmədzadə (sədr), Fərhad Ağazadə, Bəkir Çobanza-
də, Teymur Hüseynov və M.S.Ordubadidən ibarət xüsusi komissiya
yaradılır.
3 noyabr 1925-ci ildə AYTƏK-nin Bakıda keçiriləcək Birinci
Beynəlxalq Türkoloji Qurultayda iştirakı ilə əlaqədar hazırlıq görən
34
İsaxan İSaxanlı
komissiyanın iclası keçirilir. Qurultayda komitənin fəaliyyəti xüsusun-
da məruzə edilməsi Fərhad Ağazadəyə həvalə edilir.
AYTƏK-nin 25 dekabr 1925-ci ildə keçirilən ilin son iclasında,
Azərnəşrdə nadir kitabların çap edilməsi üçün lazımi vəsaitin müəy-
yən edilməsi məqsədi ilə 5 nəfərdən ibarət (Yusif Nazirov, Əhməd
Pepinov, Dadaş Zeynallı, L.M. Lifşits və Fərhad Ağazadə) xüsusi ko-
missiya yaradılır və Fərhad Ağazadə komissiyanın sədri seçilir.
Yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kompaniyası
AYTƏK-in yaradılmasından sonra yeni əlifba yolunda savadsız-
lığın ləğv edilməsi kompaniyası geniş vüsət alır. Bu məsələdə də Fər-
had Ağazadə ən fəallardan olmuşdur. Yeni əlifbanın öyrədilməsi me-
todları ilə bağlı o, müxtəlif təlimatlar hazırlayır, prosesə ciddi nəzarət
edirdi. Onun yeni əlifbanın öyrədilməsi məsələsinə aid qeydləri, eləcə
də «ikiillik müddətdə SSRİ respublikalarında yeni əlifbanın həyata
keçirilməsi üçün metod və tədbirlər»i xeyli maraq kəsb edir.
Əslində savadsızlığın ləğv edilməsi kompaniya hələ AYTƏK ya-
ranmamışdan əvvəl-1920-ci ildən başlanmışdı. Həmin ilin sentyabrın-
da Xalq Maarif Komissarlığı nəzdində “savadsızlıqla mübarizə komis-
siyası” yaradıldı və bu komissiyanın rəhbərliyi altında Bakıda və ra-
yonlarda savadsızlığın ləğv edilməsi kursları və məktəblərinin açılma-
sı prosesi başlandı. 1921-ci ilin aprelində isə bütün siyasi maariflən-
dirmə işlərini birləşdirmək və koordinə etmək məqsədilə XMK-da
“Ali Siyasi Maarif” (ASM) idarəsi yaradıldı və savadsızlıqla mübarizə
məsələsinə bu idarə nəzarət etməyə başladı. Rayonlarda savadsızlıq
daha böyük miqyas aldığı üçün onunla mübarizə də geniş müstəvidə
aparılmalı idi. Bu məsələdə ASM idarəsinin həyata keçirdiyi savad-
sızlığın ləğv edilməsi üzrə səyyar məktəblər xüsusi rol oynadı. Bu
səyyar məktəblər kəndlərdə bu işlə məşğul olacaq qüvvələrin kifayət
qədər olmaması səbəbindən yaradılmışdı və kənddə yaşayanların ən
savadsız hissələri ilə iş aparırdı.
1923-cü ilin dekabrında XKS nəzdində Q.Musabəyovun sədrliyi
ilə “Savadsızlıqla Mübarizə Komitəsi” yaradıldı. Azərbaycanda savad-
Dostları ilə paylaş: |