20
İsaxan İSaxanlı
məlumata rast gəlmədiyimizdən burada onun haqqında bir qədər
danışmağı lazım bildik.
Mirzə Riza Xan 1853-cü ildə Təbrizdə anadan olub. Hələ gənc
yaşlarında türk, fars, ərəb dillərini yüksək səviyyədə öyrənərək, ədə-
biyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Riza Xan xarici dilləri
öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingi-
lis və alman dillərini öyrənərək İstanbuldan Tiflisə gəlir. Burada rus
dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda
tərcüməçi, sonra isə baş tərcüməçi işləyir. 1880-ci ildə Tiflisdə yaşa-
yan iranlılardan ibarət «Maarif» məclisi yaradır və yuxarıda adı çəki-
lən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri he-
sabına çap etdirir. 1882-ci ildə «Xan» ləqəbi alır və 1886-cı ildə Ru-
siyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və
1889-cu ildə Mirzə Rıza xan Baş General rütbəsi alır və elə həmin il
İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-cı ildə Tif-
lisdə kasıblar, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə
cəmiyyəti yaradır.
Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzi-
fələrində çalışan Mirzə Rıza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Ru-
siya, İtaliya, Fransa və bir sıra başqa Avropa dövlətlərinin müxtəlif
dərəcəli orden və nişanları ilə təltif edilib.
20-yə yaxın kitabın müəllifi olan Mirzə Rıza Xan, eyni zamanda,
“Daneş” ləqəbi ilə fars və fransız dillərində şirin şerlər və hekayələr
yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq
“Müntəxəbe Daneş” adlı kitab halında çap etdirmişdir. Mirzə Rıza
Xanın həyatı ilə bağlı bu məlumat da elə onun “Müntəxəbe Daneş”
kitabından götürülmüşdür.
Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyası bir variant
olaraq M.F. Axundovdan gəlsə də bu məsələ uğrunda heç kim ciddi və
planlı iş görməmişdi. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb
əlifbasının latın əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüsət
almalı idi. Çünki, ortada M.F. Axundov tərəfindən irəli atılan latın
əlifbası ideyası və konkret layihə artıq mövcud idi. Lakin bu baş ver-
mədi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi is-
Fərhad Ağazadə və latin əlifbasina keçid
21
lahı üzərində qurulurdu və latın əlifbası ideyası sanki unudulmuşdu.
Faktik olaraq bundan sonra heç kim yeni latın hərfli layihələr irəli
sürməmiş (Mirzə Riza Xanın yuxarıda deyilən əlifba kitabçası istisna
olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.
Əlifba məsələsi müəllimlər qurultayında
1906-1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi. Bu-
nunla bağlı Bakıda keçirilən birinci (1906) və ikinci (1907) müəllim-
lər qurultayı haqqında qısaca danışmaq zəruridir.
1906-cı il may ayının 21-də Nəriman Nərimanov (1870-1925),
Həsən bəy Zərdabi (1842-1907), Fərhad Ağazadə (1880-1931) və baş-
qalarının fəal iştirakı ilə bir sıra müəllimlər Bakıda, “Nicat” Cəmiyyə-
tində bir yerə yığışaraq rus-azərbaysan məktəblərindəki vəziyyəti mü-
zakirə edirlər. Ətraflı müzakirələrdən sonra 3 bənddən ibarət aşağıdakı
qərar qəbul edilir.
1. Avqust ayının 15-də Bakıda müsəlman müəllimlərindən bir
iclas (qurultay) tərtib olunsun və iclasa Qafqazın hər
yerindən müəllimlər dəvət olunsunlar.
2. Müəllimlərə bu iclasda müzakirə olunacaq məsələlər yazılıb
məlum olunsun.
3. Əgər məclisə qeyri yerlərdən müəllimlər az gəlsələr, Bakı
müəllimlərinin iclasını iclasi-ümumi hesab etsinlər və onun
qətnaməsinə külli müəllimlər itaət etsinlər (burada və
bundan sonrakı bütün sitatlarda orfoqrafiya saxlanılmışdır).
Bundan sonra qurultaya hazırlıq işlərinin yüksək səviyyədə apa-
rılması üçün Nəriman Nərimanov (sədr), Həsən bəy Zərdabi, Fərhad
Ağazadə, Əlisgəndər Cəfərzadə və Yusif Əfəndizadədən ibarət xüsusi
komissiya təşkil edilir. Qurultayda müzakirə ediləcək hər hansı bir
məsələyə aid bütün suallarla yalnız 3 nəfərə- Nəriman Nərimanov,
Həsən bəy Zərdabi və Fərhad Ağazadəyə müraciət edilməsi tövsiyə
edilirdi. May ayının 21-dən avqust ayının 11-nə qədər 12 iclas keçiri-
lir və müzakirələr nəticəsində keçiriləcək müəllimlər qurultayına ha-
zırlıq işləri tam başa çatdırılır və qurultay avqustun 15-də başlayır.
22
İsaxan İSaxanlı
Birinci qurultayda, əsasən, yeni tədris proqramları, bu tədris
proqramlarına uyğun dərsliklərin hazırlanması, tədrisdə «lal metod»un
ləğv edilməsi, yeni təlim metodunun müəyyənləşdirilməsi yolu ilə
məktəblərdə tədrisin vəziyyətinin yaxşılaşdırılması, müəllimlərin hü-
quqlarının qorunması, Azərbaycan dili dərslərinin həftəlik saatlarının
artırılması və bir sıra başqa məsələlər üzrə vacib qərarlar qəbul edilir.
Fərhad Ağazadə qurultayın katibi olmuşdur.
İkinci qurultayın bir il sonra keçirilməsi planlaşdırılır və bu döv-
rə qədər Azərbaycan dilində müxtəlif dərs kitablarının yazılması tövsi-
yə edilir.
İkinci qurultay 1907-ci il avqust ayının 25-də başlayır. Birinci
qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfən-
dizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi is-
lahı üzərində qurulmuş bir “əlifba” kitabının layihəsini hazırlamışdı-
lar.
Qurultayın 28 avqust tarixli iclasında bu “əlifba”nın üstünlüklə-
rini sübut etmək üçün Fərhad Ağazadə ətraflı çıxış edir və əlifbanın
tətbiq edilməsi məsələsini qaldırır. Bu məsələ ətrafında iclasda möh-
kəm müzakirələr və hətta mübahisələr olur. Sonda belə qərara alınır
ki, şərti olaraq Fərhad Ağazadəyə və başqa bir müəllimə (təəssüf ki,
mənbələrdə bu müəllimin kimliyi haqqında məlumat əldə etmək müm-
kün olmadı) bu əlifbanı tətbiq etməyə müvəqqəti icazə verilsin, müəy-
yən müddətdən sonra bunun məktəblilər tərəfindən necə qavranılması,
uşaqların hansı zaman ərzində kitab və ya qəzet oxumaq səviyyəsinə
çatması yoxlanılsın və sonra qəti qərar qəbul edilsin. Başqa mənbələr-
də bu məsələnin sonralar necə cərəyan etməsi haqda məlumat tapa bil-
məsək də, Fərhad Ağazadəyə istinad edərək deyə bilərik ki, qurultay-
da qəbul olunan bu qərar elə oradaca unudulmuş və nəticəsiz qalmışdı.
Fərhad Ağazadə yazır: «Qurultayın sədarətində əyləşmiş şəxslərin
məharəti buradadır ki, nə şişi yandırdılar, nə də kababı, əlifbamızın
qüsurlarını inkar etmədilər. Bizə də izn verdilər ki, yeni əlifbamızı təc-
rübədən keçirək. Lakin Maarif direktoru bizə izn verərdimi ki, höku-
mət məktəbində hələ misli görünməmiş, nəticəsi bəlli olmamış bir əlif-
banı təlim edəydik, rəsmi məktəbdə təcrübələr yapaydıq? İştə, qüsur-