Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

108
 
5. «Tərəkəmə» rəqsi. Sürəyya xanımın ifasında. 
6. «Matelot». Xanım Yenitskayanın ifasında. 
7. «Əsrlərdən bəri». H.A.Abbasovun ifasında. 
8. Xanım Avlova və Yenselovanın ifasında yəhudi rəqsi. 
9. «Bayatı-Şiraz». Mirzə Abdullanın ifasında. 
10. Yanku Lyubıç və j. Lanskoyun ifasında ölüm tablosu. 
11. «Arşın mal alan» operettasından duet. 
 Məxfurə xanım və Sarabskinin ifasında. 
Kabare. 2-ji hissə 
12. Kişi xorunun ifasında rus mahnıları. 
13. Ərəblinskinin ifasında «Millət Şərqisi». 
14. J. Berezinin ifasında romanslar. 
15. «Arşın mal alan» operettasından ariya. 
16. Xanım Pavlovanın ifasında örtük rəqsi. 
17. Xanım Elinskayanın ifasında «Ənzəli» rəqsi. 
18. J. Sarabskinin ifasında kupletlər. 
19. Səlim Xanın ifasında «Segah». 
20. Səlim Xanın ifasında «Mozdok» ləzginkası. 
21. «Aşıq Qərib» operasından «Ey Əfəndi San» xoru. 
3-jü hissə. 
22.  Yeva,  Qəmər  xanım  və  Sürəyya  xanımın  ifasında  «Əsli  və  Kərəm» 
operasından mahnı ilə rəqs. 
23.  Marina  Navakovskayanın  quruluşunda  şərq  rəqsləri,  ifaçılar: 
Navakovskaya, Yejelova, Yelnitskaya, Parseçova. 
24. J. Dumanın ifasında Kinto kupletləri və rəqsləri. 
25. J. Navakovski və Navakovskayanın ifasında «Ayı» rəqsi. 
26. Qiqo qardaşlarının ifasında musiqili ekssentriklər. 
27. Hajıbəyov qardaşlarının artist truppasının ifasında. 
 «AZƏRBAYCAN » baleti. 
28. Anaplinskinin ifasında «Kinto». 
29.  Xanım  Yanko  Lyubiç  və  j.  Lanskoyun  ifasında  açıq  yaxalı  könək 
rəqsi. 
30.  Hajıbəyov  qardaşlarının  artist  truppasının  ifasında.  «Aşıq  Qərib» 
operasından balet. 
31.  Hajıbəyov  qardaşlarının  artist  truppasının  ifasında.  «Aşıq  Qərib» 
operasından balet. 
Konferansye N.Yeleninin və X.Hüseynov. 
Rəqslər,  şərq  musiqisi,  şərq  otağı,  j.  Qesseyin  rəhbərliyi  altında 
sazandarlar, orkestr. 
Axşamın  sahibləri:  T.X.Əsədullayeva,  L.X.Əsədullayeva,  S.X.Aşumova, 
S.X.Axundzadə, 
S.X.Əmirjanova, 
S.X.Abdullayeva, 
Q.X.Əliyeva, 
Z.X.Baxmen,  İ.K.Dekanozova,  R.X.Hajıbababəyova,  M.X.Hajıbəyova, 
F.X.Hajinskaya, 
Z.X.Qayıbova, 
Y.X.İskəndərova, 
L.X.Muxtarova, 
İ.X.Sevdolvezire,  R.X.Sadıqova,  V.X.Səlimxanova,  M.Z.X.Tağıyeva, 


109
 
M.X.Topçubaşova. 
Məsul sərənjamçı fars konsulu M.Sevdal-Vəzir. 
1919-ju  il  teatr  quruluşları  ilə  zəngin  olub.  Dövlət  teatrında  «Leyli  və 
Məjnun»,  «Aşıq  Qərib»,  «Arşın  mal  alan»,  «O  olmasın,  bu  olsun», 
«Əlmənsur», «Otello», «Hamlet», «Siyavuş», «Qazavat» «Kimdir müqəssir» 
və bir çox digər tamaşalar oynanılıb. 
19 yanvar 1919-ju ildə havanın yağışlı olduğuna baxmayaraq, tamaşaçılar 
Dövlət  səhnəsində  «Leyli  və  Məjnun»  operasının  quruluşunu  alqışlayırdı. 
Yanvarın 21-də «AZƏRBAYCAN » qəzeti aşağıdakı yazını dərj etmişdir: 
 
Teatro və musiqi (material AZƏRBAYCAN jadır) 
Həmin axşam bir neçə qəzetin verdiyi məlumata görə, j. Sarabski Məjnun 
rolunda  «öz  istedadını»  geniş  şəkildə  açıqlayaraq,  üçünjü  pərdədən  sonra 
tamaşaçıları ağlamağa məjbur etdi. 
Bir  qəzetdə  deyilirdi  ki,  A.M.Şərifovun  quruluşu  ətraflı  düşünülməsi  və 
öz işini yaxşı bilməsi ilə fərqlənirdi. 
Bu quruluşa aid daha bir rəyi nəzərinizə çatdırırıq: 
 
Teatr və musiqi . «Leyli və Məjnun» 
J.  Sarabski  yanvarın  18-də  Dövlət  teatrının  səhnəsində  özünün  şah  rolu 
sayılan Məjnun rolunda çıxış etdi. 
Əgər 1908-ji il bizim səhnəmizin həyatında dönüş oldusa, jəsarətlə demək 
olar ki, 1919-ju il yanvarın 18-i məhəbbətin əbədi rəmzi olan Məjnunun fars 
çalarları ilə təsvirində dönüş oldu. 
Bu vaxta kimi əgər fars müğənniləri obrazlı musiqi üçün bir əsas rəngdən 
istifadə  edirdisə,  j.  Sarablı  göstərdi  ki,  bu  rəngləri  qarışdıraraq,  yeni  tipli 
musiqi  ifadələri  almaq  mümkündür.  Artist  Məjnunun  sonsuz  əzabını  təsvir 
etmək üçün bu tonları bajarıqla seçərək, öz istedadını geniş nümayiş etdirdi. 
j. Sarablının ifası elə idi ki, üçünjü pərdədən sonra tamaşaçılar ağlayırdı. 
Leyli  rolunda  Ağdamski  çıxış  etdi.  Bu  mövsümdə  artistin  səsi  yaxşı 
səslənir, yuxarı səslər sərbəst və ifadəlidir. 
Digər  ifaçılar  arasında  yaxşı  oyunu  və  aydın  diksiyası  olan  artist  kimi  j. 
Q.B.Şərifovu İbn-Salam rolunda qeyd etmək olar. Nofəl rolundakı Q.Qaibov 
tamamilə  Məjnunun  atası  roluna  münasibdir  və  o  bir  daha  fars  musiqi 
texnikası ilə mötəbər tərzdə tanış olduğunu göstərdi. Digər iştirakçılar bir o 
qədər  əsaslı  deyildir.  Belə  məsul  oyun  üçün  tarçı  çox  zəif  idi.  Orkestr 
səmimiyyətlə çalırdı. A.M.Şərifovun quruluşu ətraflı düşünülməsi və öz işini 
yaxşı bilməsi ilə fərqlənirdi. 
Jəmil Qarabaği
5
 
 
AZƏRBAYCAN    respublikasının  ildönümü  şərəfinə  4  may,
6
  28  may 
                                                           
5
 «Азярбайжан» гязети, № 14, 22 йанвар 1919-жу ил. 
6
 «Азярбайжан» гязети, № 91, 4 май 1919-жу ил. 


110
 
tarixlərində  Hajıbəyov  qardaşları  müdiriyyəti  tərəfinlən  tamaşaya  qoyulan 
«Leyli  və  Məjnun»  operası  oldu.
7
  İyulun  11-də  tamaşa  yenidən  Dövlət 
teatrında oynanıldı, tamaşa başlamazdan əvvəl, mətbuatın verdiyi məlumata 
görə, Z.Hajıbəyovun yeni xoru ifa edildi.
8
 
25 noyabrda hökumət truppası tərəfindən yeni opera mövsümünün açılışı 
oldu,  S.Ruhullanın  recissorluğu  ilə  repertuarda  olan  «Leyli  və  Məjnun» 
operası təqdim edildi. Qəzet afişasında deyilirdi ki, bu quruluşda «solistlərin 
yeni  heyəti,  yeni  müdiriyyət,  yeni  balet,  qadın  və  kişi  xoru,  Müslüm  bəyin 
diricorluğu ilə böyük simfonik orkestr» iştirak edirdi.
9
 
Mətbuatda  anonslaşdırılan  Z.Hajıbəyovun  «Aşıq  Qərib»  operası  da  28 
fevral
10
 və 30 iyunda
11
 dövlət teatrında oynanılıb. 
«Arşın mal alan» operettası hökumət teatrında 10 yanvar, 9 may, 28 may, 
18  iyulda,  «O  olmasın,  bu  olsun»  operettası  20  və  22  yanvar  tarixlərində 
oynanılıb.
12
 
 
Bakı şəhəri. Axşam tamaşası  
 
Hökumət teatrı 
Z. bəy və Ü. bəy Hajıbəyov qardaşlarının müdiriyyəti 
Proqram 
Jümə, 10 yanvar 1919-ju ildə 
Təqdim olunajaq: Ü. bəy Hajıbəyovun 
«Arşın mal alan» operettası 
İştirakçılar: 
Əsgər, gənj tajir j. H.B.Şərifov 
Jahan, onun xalası Leyla xanım 
Vəli, onun nökəri j. Q.Darablinski 
Süleyman, Əsgərin dostu j. X.Hüseynov 
Soltan bəy – mülkədar j. M.A.Əliyev 
Gülçöhrə, onun qızı Qəmər xanım 
Asiya, onun qardaşı qızı Sürəyya xanım 
Telli, onların qulluqçusu x. Tanailidi 
Balet, qadın və kişi xoru 
Başlanır axşam 7 tamamda 
Recissor H.Ərəblinski, Vəkil edilmiş 
X.Hüseynov, diricor Z.bəy Hajıbəyov
13
 
 
                                                           
7
 «Азярбайжан» гязети, № 110, 28 май 1919-жу ил. 
8
 «Азярбайжан» гязети, № 143, 10 ийул 1919-жу ил. 
9
 «Азярбайжан» гязети, № 255, 25 нойабр 1919-жу ил. 
10
 «Азярбайжан» гязети, № 45, 28 феврал 1919-жу ил. 
11
 «Азярбайжан» гязети, № 134, 28 ийун 1919-жу ил. 
12
 «Азярбайжан» гязети, № 94, 9 май 1919-жу ил. 
13
 А.Щ.Сарабскинин архиви. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə