Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

116
 
Üzeyir  bəyin  Azərbaycan  Dövlət  Konservatoriyasında  “Azərbaycan  xalq 
musiqisi”  şöbəsini  açması,  həmin  şöbəyə  daxil  olan  tələbələrə  muğamların 
nəzəri əsaslarını tədris etməsilə Azərbaycan milli musiqi təhsil sisteminin də 
əsasını qoymuş oldu. Bu, o təhsil sistemi idi ki, gələcək Аzərbaycan bəstə-
karlıq məktəbinin yollarını müəyyən edrirdi. 
 Üzeyir bəyin özünün yazdığına görə, “Azərbaycan xalq musiqisinin əsas-
ları”  kitabının  yazılmasına  qədər  o,  heç  bir  elmi  mənbəyə  istinad  etməmiş,  
yalnız özünün şəxsi  müşahidələrinə əsaslanmışdır. Belə ki, Azərbaycan xalq 
mahnılarından, xalq rəqslərindən, muğamlardan nümunələr gətirərək praktiki 
şəkildə tələbələrə muğamların nəzəri əsaslarını öyrədirdi. 
 Ü.Hacıbəylinin  “Azərbaycan  xalq  musiqisi”nin    nəzəriyyəsinin  öyrənil-
məsi ilə bağlı tədris prosesi bir neçə mərhələdən ibarət idi. Tələbələr muğam-
ların  nəzəri  əsaslarını  mənimsədikdən  sonra  kadansların  müxtəlif  növlərini 
öyrənirdilər. Növbəti mərhələ bir laddan başqa lada keçmə, yəni, modulyasi-
ya məsələlərinə həsr olunurdu. Bütün bu qaydaları mənimsəyən tələbələr on-
ları öz əsərlərində tətbiq edirdilər. Və dərs prosesində bir-birlərinin əsərlərini 
təhlil edərək, bu nəzəriyyəyə mükəmməl şəkildə yiyələnirdilər. 
 Demək olar ki, Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kita-
bının nəşrinə qədər kitabda irəli sürdüyü qaydaları tələbələri ilə dərs prose-
sində  dəfələrlə  sınaqdan  çıxarmış,  onu  mükəmməl  konsepsiyada  nəşrə  təq-
dim etmişdi. 
 Onu da qeyd etmək lazımdır ki, Ü.Hacıbəylinin “Azərbaycan xalq musi-
qisinin  əsasları”  kitabında  əks  olunan  sistem  alim  tərəfindən  canlı  praktika-
dan  nəzəriyyəyə  tətbiq  olunmuşdu.  Ona  görə  də  kitabda  göstərilən  hissələr, 
bölmələrin adı bu fənnin tədris prosesinin mərhələlərinin adı ilə uyğundur. 
 Təsadüfi deyil ki, məhz Üzeyir bəy bu əsəri musiqişünaslar və bəstəkar-
lar üçün stolüstü kitab hesab etmişdi. 
 1965-ci  ildə  əsərlərini  çapa  hazırlamış  akademik  Mirzə  İbrahimov  belə 
yazırdı: “O, təbii olaraq bəşər musiqisinin inkişafını bilməyi, müasir musiqi 
mədəniyyətini  mənimsəməyi  hər  bir  bəstəkar  və  nəzəriyyəçi  üçün  vacib  və 
zəruri hesab etməklə Azərbaycan musiqisinin tarixini, yaradıcılıq xüsusiyyət-
lərini,  lad əsaslarını elmi surətdə tədqiq  və  təhlil etməyi  birinci  dərəcəli  və-
zifə hesab edirdi. Bütün nəzəri çıxışları və yazıları, həmçinin təcrübi fəaliy-
yəti onu Azərbaycan musiqisi haqqında əsaslı elmi əsər yaratmağa hazırlayır-
dı.  Nəhayət,  1945-ci  ildə  “Azərbaycan  xalq    musiqisinin  əsasları”  kitabını 
çap etdirməklə uzun illər ərzində davam edən yaradıcılıq və nəzəri axtarışla-
rına yekun vurmuş, Azərbaycan musiqi mədəniyyətinə, estetik fikrinin tarixi-
nə parlaq, qiymətli bir hədiyyə vermiş oldu» (2, 22). 
 Onu da deyək ki, Ü.Hacıbəyli kitab üzərində işləyərkən rus alimləri Vik-
tor  Mixayloviç  Belyayev  və  Viktor  Vinoqradovla  elmi-yaradıcılıq  əlaqələri 
saxlamışdır  (4,  56-82).  Bununla  bağlı  V.  Belyayevin    məktubları  (5,  25-31)  
və V.Vinoqradovun “Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi” monoqrafi-
yası qiymətli məlumat mənbəyidir  (10). 


117
 
 Ü.Hacıbəyli məktəbinin parlaq və layiqli davamçısı F.Əmirov kitab haq-
qında fikirlərini belə ifadə etmişdi: “Ü.Hacıbəyovun “Azərbaycan xalq musi-
qisinin  əsasları” əsəri uzun elmi axtarışların yekunu kimi ortaya çıxmış,  onu 
ilk musiqi nəzəriyyəçisi  və tədqiqatçısı kimi tanıtdırmışdı (10,24). Bəstəka-
rın ayrı-ayrı məqalələri bizim musiqimizin əmələ gəlmə və inkişaf mərhələ-
lərinə  həsr  olunub  və  indi  bizim  üçün  azərbaycan  professional  musiqisinin 
nəzəri işlənmə işlərində qiymətli mənbə kimi ortaya çıxır”. 
 Bütün  bu  fikirlərə  əsaslanaraq  onu  qeyd  etmək  istərdik  ki,  Ü.Hacıbəyli-
nin “Azərbaycan xalq musiqisinin  əsasları” əsəri həm tədris vəsaiti, həm də 
elmi-fundamental əsər olaraq daim öz aktuallığını saxlayacaqdır. Belə ki,  ki-
tabda göstərilən fikirlər bundan sonra da Azərbaycan  musiqi elminin inkişaf 
yollarını müəyyən edəcəkdir.
 
 
Ədəbiyyat: 
Azərbaycan dilində 
1.Hacıbəyov Ü. “Azərbaycan xalq musiqisinin əsasları”. Bakı, 1985.  
2. Hacıbəyov Ü.Əsərləri II  cild. Azərbaycan EA nəşri. Bakı, 1965. 
3.İsmayılov M.S. “Qayğıkeş müəllim”. Bəstəkarın xatirəsi... (Məqalələr və xatirələr) 
Bakı, 1976. 
   4.Abduləliyev  A.  “V.M.Belyayev  və  Azərbaycan  musiqisi”.  30-cu  illər. 
/Azərbaycan milli musiqisinin tədqiqi problemləri/. III buraxılış. Bakı, 1999. 
5.Abduləliyev  A.  “Ü.Hacıbəyov  və  Belyayevin  elmi-yaradıcılıq  əlaqələrinə  dair 
qiymətli  tarixi  sənəd”. “Musiqi dünyası”  jurnalı,  3-4/2005.  
6.Rüstəmov S. “Üzeyir Hacıbəyov bir xalq müəllimi kimi”. Azərbaycan SSR Elmlər 
Akademiyasının  Xəbərləri. № 9,  1945.  
7.Hüseynov  H.  “Böyük  sənətkar”.  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  
Xəbərləri. № 12, 1948.  
8.Hacıbəyov  Ü.  “Kompozitor  Üzeyir  Hacıbəyov  nə  üzərində  çalışır”.  Kommunist 
qəzeti. 28 Yanvar, № 22, 1939.  
9.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi. Ədəbiyyat və İncəsənət Arxivi. Fond 
43, Siyahı 2,  Sv 39. “Üzeyir Hacıbəyov  haqqında xatirələr”.  Azərbaycan dilində. 
Rus dilində. 
10.
 
Виноградов В.  «Узеир Гаджибеков и Азербайджанская музыка». М., 1938. 
11. Слова об Узеира Гаджибекова. Баку. Элм, 1985. 
 
РЕЗЮМЕ 
 
В  статье  отражены  мнения  о  научно  фундаментальной  работы  Узеира 
Гаджибейли «Основы Азербайджанской народной музыки». 
  
SUMMARY 
 
The  opinions  about  “Azerbaijan  National  Music  Foundations”  scientific 
fundamentaitem wrotten by Uzeyir Hajıbeyli were represented in Article. 
  
Rəyçilər: sənətşünaslıq namizədi, BMA-nın professoru C.İ.Həsənova; sə-
nətşünaslıq namizədi C.Qulamova. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə