Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

124
 
dövrdə  Qərbi  Avropa  xristian  mədəniyyətinə  hərtərəfli  təsir  göstərmişdir. 
İslam  Şərqi  ölkələrində,  o  jümlədən  AZƏRBAYCAN  da  ərəb  dilindən 
götürülmüş «mədəniyyət» anlayışı Avropada işlədilən «kulture» terminindən 
fərqli olaraq daha geniş mənada istifadə edilir. Orta əsrlərdə islam Şərqində 
«mədəniyyət» anlayışı insanlar və xalqların fiziki və əqli fəaliyyətinin bütün 
sahələrini  özündə  əks  etdirərək,  həm  maddi,  həm  də  mənəvi  mədəniyyət 
dəyərlər sistemini bildirirdi. 
VII  əsrin  ortalarından  başlayan  ərəb  mədəniyyətinin  yüksəlişi  Atlantik 
okeanından  Hindistanadək  geniş  bir  ərazidə  yaşayan  müxtəlif  xalqların 
həyatında  köklü  dəyişikliklər  törətdi.  Həmin  əsrin  20-ji  illərinin  sonunda 
Məhəmməd  peyğəmbərin  rəhbərlik  etdiyi  ərəb  jəmiyyətində  baş  vermiş 
ijtimai-iqtisadi çevriliş bu mədəniyyətin geniş yayılması üçün zəmin yaratdı. 
Qısa  müddətdə  Sasani  imperiyası  kimi  qüdrətli  bir  dövlətə  son  qoymuş 
ərəblər  vaxtilə  bu  imperiyanın  tabeliyində  olmuş  ölkələri,  o  jümlədən 
AZƏRBAYCAN  ı  da  fəth  edib,  geniş  ərazili  yeni  imperiyanın  –  Ərəb 
xilafətinin tərkibinə qatdılar.  
Ərəb istilası və xilafətin AZƏRBAYCAN da uzun sürən ağalığı ölkənin 
siyasi-iqtisadi  və  mədəni  həyatında  dərin  iz  qoydu.  Bu  vəziyyət  müvəqqəti 
surətdə  məhsuldar  qüvvələrin  inkişafını  və  ölkənin  mədəni  tərəqqisini 
ləngitsə də, AZƏRBAYCAN ın geniş ərazisi xilafət tərkibinə daxil edilməsi 
obyektiv olaraq onu ümumi müsəlman mədəniyyətinə jəlb etdi, islamın geniş 
vüsət tapmasına şərait yaratdı. 
AZƏRBAYCAN  ərazisində aparılan hərbi əməliyyatlar şəhər və kəndlərə 
böyük  ziyan  vurdu.  Yaxın  Şərqdə  bir  çox  şəhərləri  nisbətən  asanlıqla  zəbt 
edən  ərəblər  AZƏRBAYCAN    şəhərlərinin  əksəriyyətində  kəskin 
müqavimətlə qarşılaşdılar.  
Ərəb işğalı, xəzər yürüşləri, yerli əhalinin Xilafətə qarşı çıxışları və s. ilə 
əlaqədar  iki  əsrdən  çox  davam  edən  iqtisadi  durğunluq  dövründən  sonra 
AZƏRBAYCAN  da  şəhərlər,  sənətkarlıq  və  tijarət  inkişaf  etməyə  başlayır. 
Tədrijən şəhərlərin siması dəyişir. Gənjə, Beyləqan, Bakı, Təbriz, Marağa və 
bu  kimi  mühüm  tijarət-sənətkarlıq  mərkəzləri  meydana  çıxır.  Şəhərin 
kənddən ayrılması prosesi güjləndikjə, şəhər əhalisi torpaq işlərindən tamam 
uzaqlaşıb, yalnız sənətkarlıq və tijarətlə məşğul olmağa başlayır.  
Sənətkarlığın,  daxili  və  xariji  tijarətin  sürətli  inkişafı  bəzi  şəhərlərin 
sosial-iqtisadi  quruluşunda  mühüm  dəyişikliklərə  səbəb  olurdu.  Bu 
dəyişikliklər  baş  verdiyi  zamanadək  faktiki  olaraq  yerli  əhalinin  şəhər 
yaşayışı  təjrübəsi  var  idi.  Mərkəzləşdirilmiş  dövlət  Xilafətin  tərkibində  bir-
biri  ilə  əlaqəli  surətdə  inkişaf  edən  tijarət-sənətkarlıq  mərkəzləri  olan 
şəhərlərin  artması  ilə  onların  əvvəlki  müstəqilliyi  və  daxili  muxtariyyəti 
əldən verilir. 
İslamın  geniş  yayılması  ilə  əlaqədar  bu  dini  qəbul  etmiş  bütün  xalqlar 
kimi,  ümumi  «müsəlman»  məfhumu  ilə  birləşmiş  AZƏRBAYCAN  lılar  da 


125
 
IX-X  əsrlərdə  çiçəklənmə  dövrünü  keçirən  müsəlman  mədəniyyətinin 
inkişafı  prosesində  iştirak  edirdilər.  Ərəb  şərqinin  mədəni  mərkəzləri  olan 
Bağdad,  Kufə,  Qahirə  və  başqa  şəhərlərə  təhsil  almaq  üçün  çoxlu 
AZƏRBAYCAN lı gedirdi.  
IX  əsrin  sonlarında  AZƏRBAYCAN  ın  böyük  şəhərlərində  məktəb  və 
mədrəsələr  açıldı.  Burada  əhalinin  nisbətən  varlı  təbəqəsinin  uşaqları 
əvvəllər  yalnız  ərəb  dilində,  IX-X  əsrlərdə  isə  həmçinin  fars  dilində  dərs 
keçirdilər.  Uşaqlara  ərəb  dilinin  qrammatikası,  ilahiyyat  elmləri  və  şəriətlə 
yanaşı, tarix, joğrafiya və s. öyrədilirdi. 
Ərəb  dilində  yazmağa  başlamış  ilk  AZƏRBAYCAN    şairləri  «məvali» 
adlandırılırdılar.  «Vəli»  ərəb  dilindən  ardıjıl,  tərəfdar,  məsləkdaş  kimi 
tərjümə olunur.  
AZƏRBAYCAN  da  IX  əsrdən  başlamış  xürrəmilər  hərəkatı  XI  əsrin 
əvvəllərində  yenidən  güjləndi  və  tezliklə  AZƏRBAYCAN    hüdudlarını 
aşaraq İsfahan, Rey, Həmədan əyalətlərinə də yayıldı. İdeya köklərinə görə, 
Sasanilər dövlətinin Məzdəkilər hərəkatı ilə bağlı olan xürrəmilər islamı rədd 
edir,  öz  xürrəmi  adətlərini  yaymağı  qarşılarına  məqsəd  qoyurdular. 
Xürrəmilərin  xüsusi  nümayəndələri  («mələklər»)  təbliğat  apararaq,  əhalini 
mübarizəyə çağırırdılar. Orta əsrlərdə bütün hərəkatlar kimi dini şüar altında 
aparılan bu mübarizə tədrijən islam dini, ərəb əsarəti və feodal istismarlarına 
qarşı  ümumxalq  hərəkatına  çevrildi.  Xürrəmilər  hərəkatı  məğlubiyyətə 
uğrasa  da,  Babəkin  başçılıq  etdiyi  xalq-azadlıq  müharibəsi  Xilafətin 
süqutunu sürətləndirdi, məzlum xalqların azadlıq mübarizəsini asanlaşdırdı. 
AZƏRBAYCAN  da  ərəblərə  qarşı  narazılıq  ayrı-ayrı  regionlarda  özünü 
göstərirdi.  Ən  qəti  etiraz  808-ji  ildə  AZƏRBAYCAN  da  geniş  vüsət  alan 
xürrəmilər  hərəkatında  öz  əksini  tapmışdır.  Xürrəmilərin  təlimi  qədim 
AZƏRBAYCAN da, eləjə də bir sıra başqa Şərq ölkələrində yayılmış dini-
fəlsəfi fikrin, ilk önjə zərdüştlüyün əsasında meydana gəlmişdir. 
Nətijə  olaraq  belə  bir  fikir  irəli  sürmək  olar  ki,  insan  azadlığı  ideyasını 
tərənnüm edən xürrəmilər hərəkatı AZƏRBAYCAN da İntibah dövrünün ilk 
əvvəl  sosioloci-mədəni  və  ideoloci  təlim  kimi  yaranmasına  zəmin 
yaratmışdır.  Bu  hərəkat  AZƏRBAYCAN    İntibahının  görkəmli 
mütəfəkkirləri  olan  Bəhmənyarı,  Xaqanini,  Nizamini,  Nəsimini  XI-XIV 
əsrlər  boyu  «mədəniyyət»  anlayışının  əsas  qayəsini  təşkil  edərək  «insanın 
humanist obrazını yaratmağa sövq etmişdir».  
 Yaxın  və  Orta  Şərq  ölkələrində,  o  cümlədən  Azərbaycanda  Orta  əsr 
cəmiyyəti üçün ümumi olan ideya, dünyagörüş, etiqad, inam və s. öz əksini 
həyatda,  o  cümlədən  poeziyada  və  musiqidə,  xəttatlıqda  və  naxışvurmada 
tapmışdır.  Nəsillərin  illər  boyu  topladıqları  zəngin  bilik  əsasında  musiqinin 
bir çox sahələri geniş təbliğ edilirdi. 
 Qeyd  etdiyimiz  kimi,  IX-XI  əsrlərə  qədər  Azərbaycan  Xilafətin  əsarəti 
altında idi. Bu dövrdə mədəniyyət mugam kimi professional janrın inkişafına 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə