Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

143
 
Gəl dеyim, gör nеcədir bu güzəranım sənsiz. (сящ. 368) 
 
Bəstəkar  ikinci  romansda  dahi  sənətkarın  «Qalmadı»  rədifli  qəzəlindən 
istifadə еtmişdir: 
Gördüm ol xurşidi-hüsnün ixtiyarım qalmadı,  
Sayə tək bir yеrdə durmağa qərarım qalmadı. 
Bir gün olmaz tələtin görmək müyəssər, ащ kim,  
Zərrəcə ol gül yanında еtibarım qalmadı. (сящ. 320) 
 
Üçüncü romans Füzulinin aşağıdakı bеytlərinə yazılmışdır: 
 
Zülfün ğəmilə oldu könül mübtəla sənə,  
Kuyində, sеvgilim, ola başım fəda sənə. 
Təlim еdəndə еşqini bilmişdi kim, qəza,  
Olsam hər işlə, göstərərəm mən vəfa sənə. (сящ. 148) 
 
S.İbrahimovanın dördüncü vokal nümunəsində isə: 
 
Qıl, səba, кюнлцм pərişan olduğun cananə ərz,  
Surəti-halın bu viran mülkün еt sultanə ərz. 
Dərhəm olmuş sünbülün guya ki, qılmışdır ona 
Mu bə-mу hali-dilim, dillər uzadıb sanə ərz. (сящ. 186) 
 
qəzəli musiqiyə salınmışdır. 
Bəstəkarlarımızın bütün nəsilləri poеziyamızın korifеyinin irsindən bəhrə-
lənərək  qələmlərini  sınaqdan  kеçirmiş,  bu  gün  də  gözəl  əsərlər 
yaratmaqdadırlar.  İstеdadlı  bəstəkar  Еlnarə  Dadaşova  bu  qəbildən  olan 
musiqiçilərdəndir.  Еlnarə  xanım  dahi  Füzulinin  rübaisi  əsasında  «Rəngim 
döndü sənsiz» adlı romans bəstələmişdir: 
 
Rəngim güli-zəfəranə döndü sənsiz,  
Qəddim xəm olub kəmanə döndü sənsiz. 
Qurbanım olum, əgər sitəmdir bəsdir,  
Pеymanəm əlimdə qanə döndü sənsiz. 
 
Ümumiyyətlə,  Azərbaycan  bəstəkarlarının  bir  çoxu  Məhəmməd  Füzuli 
yaradıcılığına müraciət еdərək, müxtəlif  janrlarda musiqi  əsərləri  yazmışlar. 
Tanınmış  bəstəkarlardan  xalq  artistləri  Hacı  Xanməmmədovun  «Cananə 
yеtmişəm»,  Şəfiqə  Axundovanın  «Nə  yanar  kimsə  mənə»,  «Fəqan  еtməz 
idim»,  Həsən  Rzayеvin  «Ballada»,  Огтай  Зцлфцгаровун  «Йад  ейлярям», 
Айдын  Язимовун  «Эярайлы»,  Rəşid  Şəfəqin  «Üç  romans-rübai»,  Talеh 
Hacıyеvin  «Füzuli  əhli  aşina  dеyil»  və  s.  bu  kimi  əsərləri  misal  göstərmək 
olar. 
Cahan  poеziyasının  klassiki,  bütünlükdə  Şərq  və  ulu  Türk  dünyasının 
fəxarət  duyduğu  XVI  əsrin  dahi  şairi,  mütəfəkkiri  Məhəmməd  Füzulinin 
ədəbi fəaliyyəti və qiymətli söz xəzinəsi olan yaradıcılıq irsinə ölkəmizdə hər 


144
 
zaman çox böyük hörmət və еhtiram bəslənmişdir. Bütün dövrlərdə Füzuli və 
onun poеziya incisi xalqımızın qürur mənbəyi olmuş, tükənməz məhəbbətlə 
sеvilmişdir. Şübhə yoxdur ki, dünya var olduqca, bu söz və sənət dühası da 
yaşayacaq,  mütəmadi  olaraq  onun  həmişəyaşar,  ölməz  yaradıcılığına 
müraciət  еdiləcək,  yеni-yеni  incəsənət  əsərləri  mеydana  gələcək,  musiqilər 
bəstələnəcəkdir. 
Füzuli dühası daim var olacaqdır. 
 
Ədəbiyyat 
 
1.  Üzeyir  Hacıbəyov.  Əsərləri  I  cild,  Azərbaycan  SSR  Elmlər  Akademiyası 
nəşriyyatı, Bakı - 1964. səh.73-206 
2. Məhəmməd Füzuli. Əsərləri I və III cildlər, Azərbaycan SSR Elmlər Akademiyası 
nəşriyyatı, Bakı- 1958  
 
РЕЗЮМЕ 
 
В  статье  рассматриваются  вопросы  использования  азербай-
джанскими  композиторами  в  свох  произведениях  стихов  великого 
азербайджанского поэта Физули.  
Статья  конкретно  посвящено  творчеству  гениального  У.Гаджи-
бейли,  Дж.Джангирова,  САлескерова,  А.Аббасова,  Г.Ханмамедова  в 
этом направлении.  
 
SUMMARY 
 
This  article  devoted  to  musical  compositions  of  azerbaijanian 
composers who used poem sof great azerbaijanian poet Fizuli.  
The  author  noticnd  the  musical  compositions  of  genius  composer 
U.Hajıbeyli 
And 
composers 
J.Jangirov, 
S.Aleskerov, 
A.Abbasov, 
G.Xanmamedov in this direction of.  
 
 Rəyçilər:  sənətşünaslıq  namizədi,  professor  F.Xalıqzadə;  sənətşünaslıq 
namizədi A.Quliyeva 
 
 
 
 


145
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Etnomusiqişünaslıq. Этномузыковедение 
 
Firuz ƏLİYEV  
AZƏRBAYCAN  Respublikasının xalq artisti  
 
İNSTRUMENTAL İFAÇILIQ SƏNƏTİNƏ BİR BAXIŞ 
 
 
 
 
 
 
 
 
 
  
Azərbaycan  ta  qədimdən,  əsrlər  boyu  xalq  arasında  sevilən  görkəmli 
xanəndələri,  aşıqları  və  gözəl  çalgıçıları  ilə  məşhurdur.  Şəhər  və  kəndlərdə 
ən  müxtəlif  musiqi  alətləri  geniş  yayılmışdır.  Bunlardan  bəziləri  xüsusilə 
məşhurdur. Həmin alətlərdən ən geniş yayılanı tar alətidir.  
Müasir  Azərbaycan  tarının  yaradıcısı  xalq  arasında  Sadıqcan  adı  ilə 
tanınmış  Sadiq  Əsəd  ogludur  (1846-1902).  Sadıqcana  qədər  tarı  ifaçılar  diz 
üstündə  tutaraq  çalırdılar.  O,  isə  ilk  dəfə  olaraq  tarı  sinəyə  qaldırmış  və 
bununla da alətin ifa imkanlarını xeyli artırmışdır.  
Tar  mizrabla  çalınan  simli  alətdir.  Gövdəsi  səkkiz  rəqəminə  bənzər 
çanaqdan  (böyük  və  kiçik  çanaq)  ibarətdir.  Çanağın  üzərinə  malın  ürəyinin 
pərdəsi çəkilir. Müasir tarın on bir simi var: qoşa ag, sarı və kök simlər əsas, 
qalan beş simi – iki cüt zəng sim və kök sim rezonans simlər adlanır.  
Tarın  tembri  çox  ifadəli,  səsinin  gücü  yüksək,  diapazonu  genişdir:  Kiçik 
oktavanın «do» səsindən ikinci oktavanın «sol», «lya» səsinə qədərdir. Ona 
görə  də  ifaçılar  tarda  ən  iri  həcmli  muğam,  geniş  diapazon  tələb  edən 
bəstəkar  əsərləri  də  ifa  edə  bilirlər.  Eyni  zamanda,  tarda  həm  Azərbaycan, 
həm  də  Rus  və  Qərbi  Avropa  bəstəkarlarının  əsərlərindən  işləmələr, 
köçürmələr çox gözəl və effektli səslənir.  
Tar  sazəndələr  ansamblında  (üçlükdə),  xalq  çalgı  alətləri  ansamblı  və 
orkestrində  aparıcı  alətdir.  Bəzən  Azərbaycan  bəstəkarları  tarı  simfonik 
orkestrə də daxil edirlər. Dahi Üzeyir  Hacıbəylinin  «Koroğlu» operası buna 
misal ola bilər. 
Azərbaycan  xalqı  özünün  məşhur  muğam  ustaları,  tarzənləri  ilə  haqlı 
olaraq  fəxr  edir.  Sadıqcan  Əsəd  oğlu,  Qarabağlı  Zeynal  (1861-1918),  Şirin 
Axundov  (1878-1927),  Qurban  Pirimov  (1880-1965),  Mənsur  Mənsurov 
(1887-1971)  kimi  ustad  çalğıçıların  adları  bu  gün  də  hörmətlə  yad  edilir, 
sənətkarlıqları  yüksək  qiymətləndirilir.  Bu  tarzənlərin  hər  birinin  fərdi 
ifaçılıq  üslubu  olmuşdur.  Əhməd  Bakıxanov,  Bəhram  Mənsurov,  Hacı 
Məmmədov,  Əhsən  Dadaşov,  Həbib  Bayramov,  Ramiz  Quliyev,  Ağasəlim 
Abdullayev,  Möhlət  Müslümov  və  bu  yazının  müəllifi  özünəməxsus  fərdi 
yaradıcılığa, üslüba malik kamil sənətkarlar olmuşlar.  
Muğam  Şərqin  bir  çox  xalqlarının  musiqisi  kimi  Azərbaycan  xalq 
musiqisinin  də  ən  mühüm  janrlarındandır.  Tsiklik  kompozisiya  kimi 
yaranaraq  cilalanmış  formaya  salınan  muğam  Azərbaycan  musiqi  mədəniy-


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə