148
dəqiq ünvanını F.Şuşinski göstərmişdir. Həmin dövrdən, yəni X əsrdən
başlayaraq tar alətindən Azərbaycanda da istifadə edilmişdir. Tarın “atası”
sayılan Mirzə Sadıq Əsəd oğlu (1846-1902) 1870-1875-ci illərdə tar
üzərində
bir sıra uğurlu islahatlar apardıqdan sonra alətə qonşu ölkələrdə «Azərbaycan
tarı» adı verilmişdir. Tarın əski forması isə 1875-ci ildən sonra “İran tarı”
kimi adlandırılmışdır. Çünki, İranda bu növ tarlardan o vaxtdan müasir dövrə
kimi də istifadə edilir. İranda Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu el arasında
çox sevildiyindən ona “Sadıqcan” kimi müraciət edilirdi) tarlarından da
istifadə edilir, belə tarlar İranda Azərbaycan tarları adlandırılır. Professor
Vaqif Əbdülqasımov “Azərbaycan tarı” kitabında əski, yəni “beş simli tarın”
mahir ifaçısı, professor Jan Dürinqin qədim mənbələrə əsaslanan fikirlərini
yazır: ”Rübablara daha yaxın olan həmahəng səsli tellərə malik olan tar
həmişə Qafqazda olmuş və XVIII əsrin sonunda oradan İrana
gətirilmişdir.”[1] Elə həmin kitabda V.Əbdülqasımov İran musiqişünası
Ruhulla Xaliqinin “Sərqozəşte-musiqiye - İran” əsərindən həmçinin, İranda
uzun illər fars musiqisinin tədqiqi ilə məşgul olan amerikalı alim Ella
Zonnisin “Klassik fars musiqisi” adlı əsərindən nümunələr göstərərək tar adlı
alətin İrana Qafqazdan, daha doğrusu, Azərbaycandan gətirilməsi haqda
məlumat verir.
“Tar”sözü farsca sim, tel deməkdir, simli mizrabla çalınan alətin adıdır.
Azərbaycan tarı dedikdə isə, azərbaycanlı Sadıqcanın formalaşdırdığı,
təkmilləşdirdiyi tar növü nəzərdə tutulur.
Tar haqqında kitabda Azərbaycan tarı, şərqi tar, bas tar, bəm tar, əsa tar,
İran tarı, Qafqaz tarı, qədim tar, saya tar, sədəfli tar, vətər başlıqları ilə
məlumat verilir».
***
Azərbaycan tarının bu günümüzdə ali və orta ixtisas musiqi məktəblərində
yüksək səviyyədə tədris olunması, dünya səhnəsinə çıxması həm yerli, həm
də xarici dinləyicilərinin rəğbətini qazanmasında görkəmli bəstəkarımız
Üzeyir Hacıbəylinin əməyini xüsusu qiymətləndirmək lazımdır. Bildiyimiz
kimi, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan mədəniyyətinin hər bir
sahəsindəki inkişaf demək olar ki, Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Belə ki, XX əsrin 20-ci illəri Azərbaycan musiqisi tarixinə yeni musiqi
mədəniyyətinin yaradılması, musiqi təhsil sisteminin quruculuğu dövrü kimi
daxil olmuşdur. Bu, mürəkkəb bir dövr idi. Musiqi tədrisi ilə bağlı müxtəlif
fikirlər mövcuddur. Bu baxımdan, əsasən iki istiqamətdə mübahisə və
müzakirələr aparılırdı. Birincilər belə bir fikir irəli sürürdülər ki, Azərbaycan
xalq çalğı alətlərində notla dərs keçmək, habelə Rus və Avropa
bəstəkarlarının əsərlərini öyrənmək Azərbaycan milli musiqisinə bir növ
«təhqir»dir. Onların fikrincə, milli musiqi alətlərində yalnız muğam, rəqs və
xalq mahnılarını notsuz ifa etmək lazımdır. Musiqiçilərin diğər bir hissəsi bu
fikrin əksinə olaraq Azərbaycan milli misiqisini inkar edir, bildirirdilər ki,
yalnız Rus və Qərbi Avropa klassik musiqisini tədris etmək və əsərləri
Avropa musiqi alətlərində çalmaq lazımdır.