Азярбайжан республикасы


AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

118
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI
 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Musiqi folkloru. Музыкальный фольклор 
 
Ağahüseyn ABBASOV 
sənətşünaslıq namizədi 
 
QUBA BÖLGƏSİNİN NOVRUZQABAĞI EL NƏĞMƏLƏRI 
 
Azərbaycan  xalqının  qədim  əkinçilik  təsəvvürləri  ilə  bağlı  ənənəvi 
bayramlarından  biri  də  «Novruz»dur.  Baharın  gəlişi,  yerin  oyanışı,  təbiətin 
yenidən  dirçəlişi  hər  il  təkrar  olunmasına  baxmayaraq,  insanlar  tərəfindən 
daim məhəbbət və böyük ruh yüksəkliyi ilə qarşılanmış və bir ənənə şəklini 
alaraq bu günümüzdə də davam etməkdədir. 
«Novruz» bayramının tarixi Zərdüşt dövründən də əvvəllərə - b.e. əvvəlki 
minilliklərin dərinliklərinə gedib çıxır. Bu səbəbdən «Novruz»un bir bayram 
kimi formalaşaraq qeyd olunmasının tarixi də məhz minilliklərlə ölçülür. 
Xalqımızın  mənəviyyatına  –  onun  ruhuna,  düşüncə  tərzinə,  adət-
ənənəsinə, dünyagörüşünə dərindən sirayət etmiş bu bayram əski dövürlərdə 
əfsanəvi  dünyagörüş  ilə,  mifik  təfəkkürlə  bağlı  olaraq  dini-ritual  xarakter 
daşımış,  zaman  keçdikcə  onun  xarakteri  dəyişilərək,  təqvim  mərasiminə 
çevrilmişdir. 
Novruz  haqqında  daha  mükəmməl  təsvirlər,  məlumatlar  əsrlərin  yadda-
şında yaşamaqdadır. Belə ki, XI əsr tarixçisi Əbu Reyhan Əl-Birunin (973-
1048) “Qədim xalqlardan qalmış yadigarlar”, “Qanuni-məsudi”, “Ət-təfhim” 
əsərlərində, Ö.Xəyyamın (1045-1131) “Novruznamə” risaləsində, XI əsr ərəb 
tarixçisi  Nizamül-Mülkün  “Siyasətnamə”sində  «Novruz»  barədə  məlumat 
verilir. 
Müasir  dövrümüzdə  də  görkəmli  alim  və  etnoqraflar  bu  mövzuya  dönə-
dönə  müraciət  etmiş  və  bu  baxımdan  «Novruz»  haqqında  məlumatlara 
A.Nəbiyevin,  R.Qafarlının,  Ə.Cəfərzadənin,  M.Qasımlının,  E.Kərimovun, 
həmçinin  qardaş  türk  tətqiqatçılarından  H.Güngörün,  M.S.Yılmazın, 
C.D.Hasanoğlunun və başqalarının tədqiqtlarında rast gəlirik. 
Eyni  zamanda  «Novruz»  özündə  daha  böyük  və  geniş  anlamları  - 
məhəbbəti,  sevgini,  bolluq  və  firavanlığı,  xalqın  incə  zövqünü,  qurub-
yaratmaq istəyini birləşdirir. 
Bu  bayramla  bağlı  xalqın  rəngarəng  «Novruz»  və  novruzqabağı 
nəğmələri, oyun və tamaşaları, atalar sözü və məsəllər, tapmaca, fal, alqış və 
qarğışçları  vardır.  Eyni  zamanda,  «Novruz»  bayramı  ilə  bağlı  xalqın  daha 
erkən  təsəvvürlərinə  aid  olan  oyun,  etiqad  və  mərasimləri,  inanc  və  adətləri 
zaman  keçdikcə  zənginləşmiş,  tükənməz  bir  xalq  yaradıcılığına  –  folklora 
çevrilmişdir.  


119
 
Özünəməxsus milli köklərə malik olan «Novruz»  hər  yerdə olduğu kimi 
Quba  ərazisində  də  təbiətin  oyanışı  ilə  bolluğa,  firavanlığa,  əkinçilik  və 
maldarlıq mədəniyətini yüksəltməyə çağırış bayramıdır. 
Quba  rayonunun  coğrafi  ərazisinin  təbiəti  buradakı  insanlara  əsasən 
bağçılıq,  maldarlıq,  taxılçılıq  və  tərəvəzçiliklə  məşğul  olmağa  imkan  verir. 
Bu  məşğuliyyətlər  nəsillərdən-nəsillərə  ötürülərək  davam  və  inkişaf 
etdirilmiş, bu günümüzə çatdırılmışdır. 
Hər  yerdə  olduğu  kimi  Quba  bölgəsində  də  «Novruz»  bayramına  xalq 
həmişə  böyük  hazırlıq  görmüş,  onu  təntənə  ilə  keçirmişdir.  Bu  vaxt 
kütləviliyi  ilə  seçilən  əmək  prosesləri  öz  rəngarəngliyilə  daha  çox 
mərasimləri xatırladırdı. Belə ki, əkinçiliklə bağlı olan şum mərasimi payızda 
bol məhsulun yığılıb qurtarmasından az sonra torpağın növbəti mövsüm üçün 
şumlanmsı  ilə  başlayırdı.  Şum  üstündə  çalıb-çağırar,  «Yallı»  gedər,  tonqal 
qalayıb  üstündən  atlanardılar.  Onlar  oxuduqları  nəğmələrdə  təbiət 
qüvvələrini,  günəşi,  yağışı,  torpağı  bir-bir  çağıraraq,  sanki  onlardan  kömək 
istəyər,  məhsulun  bol  olması  üçün  bu  köməyi  çox  vacib  sayardılar.  Onların 
qol-qola girib birlikdə oxuduqları bir nəğməyə nəzər yetirək: 
 
Dövrə vuraraq oxunan digər bir nəğməyə nəzər salaq:  
 
Nümunədən göründüyü kimi, hər iki nəğmənin melodik əsası eyni olaraq 
I  oktavanın  mi,  re  və  do  səslərindən  ibarətdir.  Bununla  yanaşı  ritmik 
quruluşda,  mətnin  sözlərində  fərqlər  üzə  çıxır.  Əgər  I  nəğmədə  ritmik 
quruluş sözlərin hecalara bölünməsi ilə dəyişilirsə, II nümunədəki fərq ilk iki 
xanədən ibarət girişdə nəəzərə çarpır. 
I nəğmənin ritmik quruluşu: 
 
 
 
II nəğmənin ritmik quruluşu isə belədir:  
 
Hər  nəğmə  bir  neçə  dəqiqə  davam  edir,  sözlər  hər  dəfə  dəyişilərək, 


120
 
yenidən təkrarlanır. Kənardan seyr etdikdə hərəkət, musiqi və mətndə daxili 
bir vəhdətin olduğu dairəvi-qapalı hərəkət forması ortaya çıxır. 
Hər  iki  nəğmənin  lad-məqam  əsasını  I  oktavadakı  do  mayəli  «Rast» 
məqamı təşkil edir. Melodik intonasiyalar isə eyni lad əsaslı «Mahur-Hindi» 
muğamının “Üşaq” şöbəsinin lad intonasiyaları üzərində qurulmuşdur. 
 
 
 
Do mayəli «Rast»  
məqamının səsdüzümü: 
 
hər iki nəğmənin 
səsdüzümü: 
 
Biz bu intonasiyaları – mi-re, mi-do, yaxud mi-re, re-do «Üşşaq» şöbəsini 
ifa edərkən musiqi cümlələrinin sonlarında aydınca eşidirik. 
Bildiyimiz  kimi,  keçmişdə  texnikanın  olmadığı  bir  dövrdə  əkin-biçin 
öküz,  kotan,  xış  və  əl  zəhmətilə  həyata  keçirilərdi.  Ağır  və  zəhmətli  şum 
zamanı insanlar çətin işi sanki yüngülləşdirirlər kimi işin, alətlərin ahənginə 
uyğun təriflər söyləyirdilər ki, bunlar da sonradan yaddaşlarda qalaraq əmək 
nəğmələrinə  çevrilmiş  və  musiqi  folklorumuza  daxil  olmuşdur.  Bu 
nəğmələrin  musiqi  və  söz  mətni  çox  sadə  olaraq  “ho-ho”  nidalarından, 
torpağa,  kotana,  öküzlərə,  hodaqlara  deyilən  təriflərdən,  həvəsləndirici 
sözlərdən  ibarət  olurdu.  Hal-hazırda  bu  nəğmələrdən  şum  zamanı  istifadə 
olunmasa da, yaşlı insanlardan lentə aldığımız bir nəğməyə nəzər yetirək: 
 
Nəğmə  hodaqçının  öküzləri  suma  səsləməsilə başlayır.  Sərbəst  vəznli  bu 
nəğmənin  səs  ucalıqları  da  dəqiq  musiqi  səslərindən  ibarət  olmayaraq, 
nümunədə  qeyd  olunmuş səs  ucalıqlarına  çox  yaxındır.  Söyləyicinin  özü  də 
bunu  bir  daha təstiqləyir  ki,  «Novruz»un  digər  nəğmələrindən  fərqli  olaraq, 
yer əkən zaman oxunan nəğmələrin musiqisi dəqiq olmurdu. Hərə bu sözləri 
özü istədiyi kimi oxuyardı. Belə nəğmələr çoxdur. 
Göründüyü  kimi,  bu  nəğmələrin  əsas  qayəsi  heyvanları  işləməyə  sövq 
etmək, yorğunluğun qarşısının alınması və bol məhsulun yetişəcəyinə inamın 
möhkəmlənməsi olmuşdur. Məhz bu inamın gücü insanlara bütün çətinlikləri 
dəf etməyə kömək olurdu.. 
«Novruz»  nəğmələri  içərisində  əkinçiliklə  yanaşı  maldarlıq  həyatı  ilə 
əlaqədar olan mahnılar da geniş yer tutur. Bunlar “Sayaçı” və yaxud sadəcə 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə