Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   37   38   39   40   41   42   43   44   ...   72
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY

121
 
“Çoban” nəğmələri adlanırlar. Sayaçı nəğmələri xalq içində bu gün də sevə-
sevə oxunur. 
Sayaçılar  sadə  kənd-çöl  həyatı  keçirən  çobanlar  olaraq  kənd-kənd  gəzib 
dolaşmış  və  həmişə  elin  mal-qarasının,  qoyun-quzularının  artmasına 
çalışmışlar.  Sayaçılar  əsasən  mayası  olmayan,  qoyunsuz  evlərə  köməklik 
edər,  onların  da  qoyun-quzu  sahibi  olmasına  yardımçı  olardılar.  Lentə 
aldığımız bir çoban-sayaçı nəğməsinin mətni deyilənləri təstiqləyir:  
“Salam-əleyk say bəylər 
«Novruz» gəlir yey bəylər 
Sayaçını haylayın 
Sayaları saylayın,  
Say bəylərdən say alın 
Paylamaqçın pay alın” 
Və yaxud digər bir nəğmənin sözlərində deyildiyi kimi:  
“Qoyunsuz evlərə saya verdi,  
Fatmaya, Mahıya maya verdi 
Sayaçı, say alıb, say verib 
Obanı, ulusu aylandı” 
Onu  da  qeyd  edək  ki,  qədim  dövrlərdə  bir  bayram,  tədbir  şəklində 
keçirilən  “Saya”  mərasimi  bu  gün  öz  əvvəlki  formasını  çox  dəyişmiş, 
bəsitləşmişdir.  Burada  bir  sıra  amillər,  o  cümlədən  sivilizasiyanın  da  təsiri 
inkaredilməzdir.  Bununla  belə  sevindirici  haldır  ki,  sayaçı  və  çoban 
nəğmələri hələ də xalq yaddaşında qorunub saxlanılır.  
Ta  qədim  zamanlardan  xalq  öz  düşüncəsində  qışın  günlərini  müəyyən 
mərhələlərə  bölmüş  və  bu  şərti  vaxt  ölçüsündən  məişət  və  təsərrüfatında 
layiqincə  yararlanmışdır.  Belə  ki,  Quba  bölgəsində  el  arasında  qışın  ilk  qırx 
gününə “böyük çillə”, sonrakı iyirmi gününə “kiçik çillə”, sonrakı qırx gününü 
isə  “qırx kötük” deyilir.  Kiçik çillənin ilk on  günü –  yəni,  Fevral ayının 1-dən 
10-na  kimi  “Xıdır  Nəbi”nin  gəlişi  münasibətilə  onun  şərəfinə  təmtəraqlı  süfrə 
açılar,  onun  torpağa  dirilik,  havaya  istilik  gətirəcəyinə  inanaraq  nəğmələr 
oxuyardılar.  “Xıdır  Nəbi”  ilə  əlaqədar  çoxlu  nəğmələr  mövcuddur.  Bunlardan 
“Xıdır Nəbi”ni, “Qodu-qodu”nu, “Xızır İlyas”ı göstərə bilərik.  
Müasir  dövrdə  «Novruz»  bayramı  mart  ayının  19-u  21-i  tarixlərinə 
təsadüf  etsə  də,  çox  qədimlərdə  «Novruz»  “Xıdır  Nəbi”  (Xıdır  İlyas) 
bayramından  başlamış  hesab  olunurdu.  Bu  bayramdan  sonra  «Novruz»un 
çərşənbələri bir-birini əvəzləyirdi. 
“Kiçik çillə”nin son iki çərşənbəsi «Novruz»un məlum 4 çərşənbəsindən 
qabaq  olduğundan,  bunların  birincisinə  “Yalançı  çərşənbə”,  digərinə  isə 
“Xəbərçi çərşənbə” deyilir.  
Yuxarıda qeyd etdiyimiz  “qırx kötük” mərhələsi eyni zamanda “Boz ay” 
adlanır.  Dörd  təbiət  ünsürü  -  su,  od,  hava  və  torpaq  ilə  adlandırılan 
çərşənbələr  isə  məhz  bu  mərhələyə  təsadüf  edir.  Xalq  inamına  görə  hər 
çərşənbədə bir təbiət ünsürünə suya, oda (günəş mənasında), hava və torpağa 
canlanma,  dirilik  gəlir.  Sanki  hər  şey  yenidən  başlayır.  Təbiət  tədricən 


122
 
oyanır, hər şeydə yenilik, saflıq, təravətlik, paklıq duyulur. Məhz təbiətin bu 
çağı Bahar – «Novruz» bayramı kimi böyük, təbii bir sevinclə, şadyanalıqla 
edilir.  
Bayram  günlərində  oxunan  «Novruz»  nəğmələri  mövzu,  məzmun 
xüsusiyyətlərinə görə zəngin və rəngarəng olaraq, onlarda dinlərdən çox-çox 
qabaqkı  təsəvvürlər,  təbiət  varlıqlarını  insan  cildində  təsəvvür  etmək  kimi 
animist baxışlar öz əksini tapmışdır. “Duman qaç, qaç”, “Gün babam”, “Yel 
baba”, “Səməni” məhz belə nəğmələrdəndir.  
Qeyd etmək istərdik ki, bu nəğmələr yalnız «Novruz» bayramı ərəfəsində 
ifa  olunursa,  rəqs  və  oyun  havaları  isə  xalq  məişətinin  müxtəlif  sahələri  ilə 
bağlı  şənliklərində  də  geniş  istifadə  olunur.  Bunlardan  «Novruzu», 
«Novruzgülü»,  «Xonça»,  «Xurcunu»,  «Köçəri»,  «Cütçü»,  «Səməni» 
rəqslərini  və  müxtəlif  «Yallı»ları  göstərə  bilərik.  Bu  rəqslər  təkcə  adları  ilə 
deyil, həmçinin melodiya, ritm-intonasiya, lad-məqam, metr, temp, ifaçıların 
tək və kütləvi olması ilə də bir-birindən fərqlənirlər.  
Axır  çərşənbədən  başlayaraq  xalq  «Novruz»un  özü  ilə  bağlı  nəğmələr 
oxuyur.  Bu  nəğmələrdə  bayramın  ayrı–ayrı  rəmzləri  –  səməni,  buğda, 
yumurta,  qovurğa,  habelə  yaz,  gül-çiçək,  yaşıl  otlar  və  s.  vəsf  edilir. 
«Novruz»  bayramının  bütün  milli,  etnoqrtafik  xüsusiyyətləri  onunla  bağlı 
yaranmış nəğmələrdə öz əksini tapmışdır. 
 
РЕЗЮМЕ 
 
Новруз,  как  традиционный  праздник  многих  восточных  народов,  а  также  и 
азербайджанцев,  занимает  достойное  место  в  национальном  фольклоре. 
Тысячилетная  история  этого  праздника  простирается  до  эпохи  Зардушт.  Песни, 
танцы, верования, обычаи, обогащамые из года в год составили основу народного 
творчества – фольклора. Эта статья посвящено Кубинском районе Азербайджана.  
 
SUMMARY 
 
This article devoted to celebration of Novruz in Kuba district of Azerbaijan. Novruz 
is traditional holiday of many eastern peoples includino azerbaijanians.  
The  people  creative  works  –  folklore  consist  of  these  songs,  dances,  Religions, 
customs.  
 
Rəyçilər:  sənətşünaslıq  namizədi,  professor  O.Quliyev;  sənətşünaslıq 
namizədi, professor V.Əbdülqasımov. 


123
 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Etnomusiqişünaslıq. Этномузыковедение 
 
 
Jalə QULAMOVA 
sənətşünaslıq namizədi 
 
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN  MUSİQİSİNİN MƏDƏNİ- 
TARİXİ MƏRHƏLƏLƏRİ  (IX-XIV ƏSRLƏR) 
 
Orta  əsrlər  musiqisi  mədəni-tarixi  prosesin  klassik  tipoloci  təsnifatına 
görə,  qədim  dünya  tarixindən  sonra  və  yeni  tarixdən  əvvələ  təsadüf  edən 
dövrdür.  Kulturologiya  elmində  Orta  əsrlər  ellinistik,  klassik,  antik 
mədəniyyətlərin  tənəzzülündən  sonra  onun  intibahınadək  davam  edən 
minillik mədəni-tarixi mərhələdir. 
Bu  dövr  mədəniyyətini  səciyyələndirən  xarakterik  xüsusiyyətlərdən  biri 
odur  ki,  insan  daim  özünü  təkmilləşdirməyə  və  günahkarlıq  hissindən 
qurtulmağa, xilas olmağa çalışmışdır. İnsanda tədrijən özünəinamsızlıq hissi 
artırdı. 
 Dövrün mədəniyyəti insandan öz bacarıqlarını və əqlini inkişaf etdirməyi 
tələb edirdi. 
Mədəniyyət  anlayışı  həmin  zamanda  insanda  harmoniyanın  və  nizam-
intizamın  tərbiyə  edilməsi  kimi  artıq  qəbul  edilmir.  Tarixi  mərhələlərdə 
«mədəniyyət»  anlayışının  etimoloci  mənası  dardüşünjəliyin  aradan 
qaldırılması,  yəni  insanın  dünyagörüşünün  artırılmasını  və  şəxsiyyətin 
tükənməz  qüvvəsinə  və  daim  özünütəkmilləşdirmə  bajarığına  malik  olması 
ideyasına  inamın  formalaşmasına  yönəlmiş  fəaliyyət  kimi  başa  düşülürdü. 
Yalnız  daha  sonralar,  İntibah  dövründə  şəxsiyyətin  təkmilləşdirmə  prosesi 
humanist ideala uyğunlaşma istəyi kimi qəbul ediləjəkdir. 
Şərqdə,  daha  dəqiq  desək,  Ön  Asiya,  Ərəbistan  və  ərəbdilli  ölkələrdə 
müsəlman  ideologiyası,  dini  ideologiya  hakim  ideologiyaya  çevrilmişdi. 
Bəşər mədəniyyəti tarixində klassik ərəb-müsəlman mədəniyyəti mühüm yer 
tutur. Bu mədəniyyət Hindistandan İspaniyaya qədər, Yaxın və Orta Şərqdən 
Şimali  Afrikaya  qədər  bir  ərazini  təsiri  dairəsində  saxlayırdı.  Bir  çox 
alimlərin  fikrinjə,  ərəb-müsəlman  mədəniyyəti  Antik  mədəniyyətlə  Orta  əsr 
Qərb  mədəniyyəti  arasında  əlaqələndiriji  «körpü»dür.  İslam  mədəniyyətinin 
unikallığı  ilk  önjə  islam  dininin  xüsusiyyətləri  ilə  şərtlənirdi.  Elmi 
ədəbiyyatda islam dünyada geniş yayılmış din olmaqla yanaşı, təkrarolunmaz 
bütöv bir mədəniyyət kimi təsdiqlənib. 
Qədim Şərq və eləjə də bir sıra islam ölkələrində yüksələn mədəniyyət bu 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə