113
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Üzeyirbəyşünaslıq
Fazilə NƏBIYEVA
Azərbaycan Milli Konservatoriyasının magistrantı
ÜZEYIR HACIBƏYLININ AZƏRBAYCAN XALQ MUSIQISININ
ƏSASLARI ELMI FUNDAMENTAL ƏSƏRI HAQQINDA
Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsəri Azər-
baycan musiqi elmi tarixinə daxil olan qiymətli elmi-nəzəri mənbələrdən bi-
ridir. Bu kitab musiqişünaslar, bəstəkarlar вя eləcə də müxtəlif elm xadimlə-
rinin diqqət mərkəzində olmuşdur. Onlar kitabın Azərbaycan musiqi elmi
üçün nə qədər əhəmiyyətli olduğunu dönə-dönə vurğulamış və ona öz müna-
sibətlərini bildirmişlər. Biz də bunu nəzərə alaraq məqaləmizdə həmin müla-
hizələri işıqlandırmağı qərara almışıq. Güman edirik ki, bütün bunlar oxucu-
lar üçün də mühüm əhəmiyyət kəsb edəcəkdir.
Ü.Hacıbəylinin bu əsəri ilk dəfə rus dilində nəşr edilsə də, sonradan
Аzərbaycan və ingilis dillərinə də tərcümə olunmuşdur. Kitab 1950, 1962,
1965 və 1985-ci illərdə Аzərbaycan dilində nəşr edilmişdir. Kitabın 1945 və
1957-ci il nəşrlərinin redaktoru Kövkəb Səfərəliyeva, 1950-ci il nəşrinin re-
daktoru Məmməd Saleh İsmayılov və Soltan Hacıbəyov, 1962 və 1985-ci il
nəşrlərinin redaktoru Əminə Eldarova, 1965-ci il nəşrinin redaktoru, akade-
mik Mirzə İbrahimov, izahlarının müəllifi isə Qubad Qasımovdur (2).
Kitab 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Ü.Hacıbəyov
adına Azərbaycan Иncəsənəti Иnstitutunun tapşırığı ilə (o vaxtлар
institutun elmi işçisi olmuş) sənətşünaslıq namizədi, professor Məmməd
Saleh İsmayılov tərəfindən Аzərbaycan dilinə tərcümə edilmiş və çapa
hazırlanmışdır. Bu tərcümə işinə dilçi alim Əziz Mirəhmədov da cəlb
olunmuşdur. M.S.İsmayılov Ü.Hacıbəylinin bu kitabını Аzərbaycan dilinə
tərcümə etməsi ilə bağlı belə yazır: “Dahi bəstəkarın elmi-tədqiqat əsəri olan
“Azərbaycan xalq musiqisinin əsasları” əsərini Azərbaycan dilinə tərcümə
etmək şərəfi mənə nəsib olmuşdur. Bu kitab Azərbaycan xalq musiqisinin
xüsusiyyətlərini öyrənmək üçün son dərəcə qiymətli bir əsərdir. Azərbaycan
xalq musiqisi sahəsində Ü.Hacıbəyovun elmi-tədqiqat ənənələrini davam və
inkişaf etdirmək ona çox-çox borclu olan hər bir kəsin işidir (3 , 139).
Ü.Hacıbəylinin tələbələrindən biri olmuş, onunla yaradıcılıq əlaqələri sax-
lamış bəstəkar S.Rüstəmov “Azərbaycan xalq musiqisinin əsasları” kitabına
öz münasibətini belə bildirmişdi: “Üzeyir bəyin müəllimlik fəaliyyətinin ən
böyük və dünya musiqi əhəmiyyəti olan məhsullarından biri də “Azərbaycan
xalq musiqisinin əsasları” və “Azərbaycan məqamları nəzəriyyəsi”nin əmələ