216
Dəf – Asiya barabanı (qoşanağara)
Sadalanan xalq musiqi alətlərində ifa edən sənətkarların və xanəndələrin
başlıca olaraq iki növ Asiya xalq orkestri mövcuddur. Birinci növ orkestrin
musiqiçilərini «sazəndələr», digərlərini isə «aşıqlar» adlandırırlar.
Sazəndə növlü orkestrə demək olar ki, bütün Zaqafqaziya şəhərlərində
rast gəlmək olar. Sazəndələri şəhər sakinlərinin hər hansı bir ziyafətinə,
məsələn, çar bayramlarına, toy, adi bayram, sünnət və başqa ailə şənlikləri
zamanı dəvət edirlər. Sazəndə dəstəsi adətən dörd nəfərdən ibarət olur: əlində
buben (qaval – A.N.) olan xanəndə, barabançı (nağaraçı – A.N.), litavra (kos
– A.N.) və ya «dəf»də (qoşanağara – A.N.) çalan və iki musiqiçi.
Musiqiçilərdən biri tarda, digəri isə kamançada ifa edir. Başqa tərkibdə də
Asiya orkestrləri olur. Məsələn, xorun tərkibi tar və buben (qaval), başqa
halda tar, saz, dəf
və xanəndə. Yaxud, tar çalan xanəndə, saksafon (tulum –
A.N.), buben (dəf) və rəqqas. Sazəndə orkestri xanəndəsiz ötüşmür.
Aşıqlara adi kəndlərdə rast gəlinir. Onları xalqın öz içindən çıxan adamlar
təmsil edirlər. Aşıqların (musiqiçilərin – P.V.) sayı iki nəfərdən az olmur:
biri saz çalır və oxuyur, digəri bubendə (dəfdə) müşayiət edir. Bəzən əlavə
iki aşıq sənətçi də saz aləti ilə belə dəstələrə qoşulurlar. Onlar növbə ilə çalıb
oxuyur, deyişirlər. Bəzən də aşıqların orkestri zurna, ney və buben (dəf),
bəzən isə kamança, saz və «dəf»dən (qoşanağaradan) ibarət olur və i.a.
Aşıqların xoru sazəndələrin xoru kimi, xanəndəsiz ötüşmür.
Aşıqlar Zaqafqaziya mahalının kəndlərində böyük hörmətə malikdirlər və
həmçinin şəhərdəki sazəndələr də əhali arasında yüksək hörmət, nüfuz
sahibidirlər.
Asiya orkestrinin daha bir növü də var – bu, zurnaçılardır. Zurnaçılar dəs-
təsi sadəcə üç nəfərdən ibarətdir. Onlardan biri zurnada mahnı və ya rəqs
çalır, digəri isə zurnada onu müşayiət etməklə hər hansı uzun notu ifa edir,
üçüncüsü isə barabançıdır (nağaraçı). Bəzən də zurnaçılar orkestri zurna, ney
və buben (dəf) alətlərindən ibarət olur. Zurnaçılar orkestri bəzi hallarda iki
zurna, ney, kamança və «dəf»dən (qoşanağara) də təşkil olunur. Zurnaçılar
orkestri müğənnisiz ötüşür.
217
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Yubileylər. Təbriklər
BİR MAHNININ YARANMA TARİXÇƏSİ
CƏFƏR CABBARLI - 110
Ön uc. "- Bu nə mahnıdır belə? "Şəppəxeyir"
hekayənə də salmısan e... "Çəmbərəkəndindən gö-
rünür Bakı?"
- Onun tarixçəsini Ana daha yaxşı bilir. Soruş,
danışsın!"
Atam Gündüzə verdiyim sual və aldığım cavab.
Bizi o, böyüdüb, o, ərsəyə, çatdırıb - məni, ba-
cım Dildarı və qardaşım İlqarı. Adına ağızdolusu
"Ana" dediyimiz və ondan da bu analıq qayğısını,
əziyyətini, ən vacibi isə, sevgisini gördüyümüz qa-
dın. Mələk xanım Cabbarlı - Abasova - bənövşə
gözlü, gümüş hörüklü, zabitəli xanım. Mən də ki... Mən də ailənin ilk nəvəsi,
hər şeyə bir "nırx" qoyan cəncəl, dəcəl uşaq. Suallar da ki, maşallah, bitirdi
bəyəm?! "Ana, filan şey niyə filan oldu?", "Nə üçün?", "Nəyə görə?". Sorğu
sormaq, hər olayın ciginə-bicinə varmaq şakərimi heç cür tərgidə bilmirdim.
Elə bil, nənəm müəllim idi, mən də şagird. Təkcə omu? Elə babam Şəmsəd-
din Abasovun üstünə də bu şıdırğı sual yağışını dayanmadan yağdırırdım və
deyirəm bəlkə, elə o suallara görə bu gün çoxlarına bəlli olmayan cavabları -
həqiqətləri bilirəm.
Şəhər uşağı idim. Çəmbərəkəndinin hansı səmtdə - Azərbaycan Dövlət
Filarmoniyası ilə üzbəüz yerləşən ata-baba evimdən bir az yuxarıda bərqərar
olduğundan da xəbərim vardı, oradan Bakının göründüyündən də. İntəhası,
bu mahnının avazından və sözlərindən agah deyildim.
- Ana bu nə mahnıdı belə? Qaqali deyir ki, səndən xəbər alım.
"Qaqali" deyə atam Gündüzü - yazıçı-jurnalist, rəssam, Azərbaycan kino-
sunda neçə-neçə rolun ifaçısı, "Bir qalanın sirri" filminin Elşəni Gündüz
Abasovu çağırırdım. Heç bilmirəm, bu ad tutuquşununkundan fərqlənməyən
uşaq dilimə haradan düşmüşdü?! Hər halda, atama belə xitab edirdim və o
rəhmətlik də zərrə qədər incimirdi. Əksinə, öz nübar övladı olan mənim onu
belə məxsusi adlandırmağım deyəsən, kişiyə ləzzət də eləyirdi.
Ağbirçək nənəm xatirəsini 1918-ci ilin bir payız günündən başladı.
218
Qızcığaz
"O, totuq, nazlı, həm də fəhmli bir qızcığaz idi".
Neystlinger, "Lollipop" əsər.
1918-ci ilin sentyabrı. Nənəm demişkən: "Qaşınmayan yerdən qan çıxar-
dan, bir çanaq qanı başlarında gəzdirən idbar ermənilər" behiştlik Nuri Paşa-
nın sərkərdəliyi ilə gedən döyüşlərdə elə bu qandaca boğulurlar. Sentyabrın
14-dən 15-nə keçən gecə Bakı o cəngavər kişinin və onun qeyrətli paşa arka-
daşlarının, Türk mehmetçiklərinin və Müsavat ordusu əsgərlərinin cəngi ilə
xilas edilir.
Sonralar böyük ziyalı, nadir zəka sahibi və ən əsası, görkəmli dramaturq
kimi məşhurlaşacaq, bu yaxınlarda isə 110 yaşı tamam olacaq Cəfər Cabbarlı
hələ gənc, cəmi on doqquz yaşındadır. Lakin bu cavan elə-belə Cəfər deyil
a!.. Neçə cəsarətli şeirin, mənalı hekayənin, dram əsərinin müəllifidir. Hər
şeydən öncə isə dönməz bir türkçü, Müsavat partiyasının katibidir. Azərbay-
can Demokratik Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin məs-
ləkdaşlarından biridir və "Dağlı məhəlləsi"ndəki bu xudmani evə Məmmədə-
min Rəsulzadə ilə xanımı Ümmülbanu, bacanağı, tanınmış yazıçı Seyid Hü-
seynlə xanımı, şairə Ümgülsüm, həkim və məşhur müsavat başçılarından Hə-
sənbəy Ağayevlə xanımı Xədicə, Mirzəbala Quliyev, Əlabbas Müznib və da-
ha kimlər, kimlər təşrif buyurur. Cəfərin özündən yaşca böyük bu ziyalıların,
vətənpərvərlərin arasında xüsusi hörməti var.
Hə, nənəmin xatirəsində 1918-ci ilin payızıdır. Qələbə xəbərinə hədsiz
şadlanan Cəfər bir neçə Türk zabitini evə dəvət edib. Rəhmətlik anası Hacı
Şahbikə xanım hələ sağdır. Anasının səriştəli başbilənliyi ilə qardaşı arvadla-
rı Ziynət və Zeynəb xanımlar ət əndamları incə xəmir tülünə bürünmüş, qır-
mızı nar xallı, dadlı kasağzı qutablar, hər qaşığa iyirmisi yerləşən xırda düş-
bərə bişiriblər. Qədim masanın üstünə turşu-badımcan, göy-göyərti, sumax,
sirkə-sarımsaq və neçə dürlü məzə düzülüb. Şərab da ki, öz yerində. Şərəfə
içmək lazımdır, ya yox? Əlbəttə, lazımdır! Masanın dövrəsində dörd Türk
zabiti və Cəfər. Böyük qardaşı Məşədi Hüseynqulu "Qəssab bazarda"dır.
Onun həmin məkanda cərgə ilə qəssab dükanları, hər ay maaş verdiyi qəssab-
ları var və Cabbarlı ailəsinin çətin dolanmağı, onların yarı qarnı ac, yarı qarnı
tox güzəran sürmələri yalan sözdür, şura ədəbiyyatı tarixçilərinin labüd qura-
masıdır. Ataları Qafar kişi rəhmətə getdikdən sonra, böyük ailəyə hamının
hörmətlə "qədeş" (böyük qardaş, dadaş) çağırdığı Məşədi Hüseynqulu başçı-
lıq edir, balaca qardaşı Cəfəri texniki məktəbdə, ailənin qızları Sonanı, Törə-
xanımı, Zöhrəni gimnaziyada oxudurdu. O zamankı Xızı nahiyəsinin Gərmi-
yan kəndində sürü-sürü qoyunu, naxır-naxır malı var. Ailənin bütün üzvləri,
o cümlədən, Məşədi Hüseynqulunun xanımları firavan dolanırdırlar. Bu xür-
rəmliyi və təhsili təmin etməyə iqtidarı çatan kəs kasıb ola bilərdi? Kasıblıq
Dostları ilə paylaş: |