Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

76
 
İnqilabdan sonra Şuralar ittifaqında xalq musiqi instrumentləri geniş inti-
şar  tapmışlardır.  İşçi  klubları,  kəndli  guşələri,  qızıl  ordu  hissələrində  xalq 
musiqi instrumentləri təşkil olunmuşdur. 
Avropa  və  Amerika  ölkələrində  də  hər  xalq  öz  musiqi  instrumentinə 
«mülki hüquq» verməyə, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil 
etməyə çalışır. 
Bizim  xalq  musiqi  instrumentlərindən  ən  çox  tərəqqi  və  intişar  edəni  – 
tardır.  
Bir  çoxları  tarın  AZƏRBAYCAN    musiqi  instrumenti  olmadığını  və 
rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də xalis 
İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru deyildir. 
Əyər tar, AZƏRBAYCAN a İrandan gəlmişsə, hər halda tarın İranda ijad 
edildiyi  dəxi  doğru  deyildir.  Miladdan  2000  il  qabaq  misirlilərin  «Nabia» 
adlı  musiqi  instrumenti  tarın  ibtidai  bir  şəklindən  başqa  bir  şey  deyildir. 
Misirlilərin nabiası İranda Əbu Nəsr Fərabi tərəfindən təkamül edilmiş, İran 
tarı halına salınmışsa, AZƏRBAYCAN da da İran tarı məşhur tarçalan Sadıq 
tərəfindən büsbütün dəyişdirilmiş, AZƏRBAYCAN laşdırılmışdır...» (5, 35-
36). 
Əslində, nabia simli alət olsa da, tardan çox fərqlənir. Ə.N.Fərabi isə risa-
lələrini  ərəbjə  yazsa  da,  milliyyətjə  AZƏRBAYCAN  lıdır.  1996-jı  ildə 
İranda nəşr edilən Ə.N.Fərabinin «Kitab-ül-musiqiye-əl-kəbir» əsərində onun 
babalarının  Ərdəbildən  Xorasana  köçdükləri  haqda  məlumat  verilir.  Bu 
əsərdə Ə.N.Fərabinin əslən Azəri türkü olduğu təsdiqini tapır (6, 10; 23). 
Deyilənləri  xatırlatmaqda  məqsəd  tarın  sırf  AZƏRBAYCAN    çalğı  aləti 
olduğunu vurğulamaqdır. 
Ümumiyyətlə, M.Müşfiq irsini araşdırdıqda 12 müxtəlif səpkili şeirlərində 
tarın  adına  rast  gəlirik.  Onun  tarı  vəsf  etdiyi  ilk  şeir  «Tarın  javabı»  adlanır. 
1930-ju ildə nəşr edilən bu şeirdə şair musiqinin haram olduğunu deyən din-
darlara qarşı etirazını bildirir.  
Bu  sətirlərin  müəllifi  «Tarın  javabı»  şeirinin  dinlə  əlaqəsi  olmayan 
misralarından istifadə edərək «Çal tarı!» adlı mahnı bəstələmişdir. Mahnının 
not yazısını və mətnini təqdim edirik:  


77
 
 


78
 
 


79
 
 
 
 


80
 
«ÇAL TARI!» 
 
Dostumun əlində bir sızlayan tar,  
Sərpirdi ətrafa şəffaf dalğalar. 
Nəqərat: 
Tarın tellərində «Kəsmə şikəstə»,  
Tutmuşdum qəlbimdə bir tatlı bəstə. 
O, həvəslə çalır, mən oxuyurdum,  
Üz tutub dostuma böylə diyordum: 
Çal, mizrab toxunsun sarı tellərə. 
Çal, səsin bənzəsin joşqun sellərə. 
 
Çal, tarı dindirib inlətəlim, çal. 
Çal, tara bir şeir söyləyəlim, çal. 
Nəqərat 
Mahnının nəqəratındakı «O, həvəslə çalır, mən oxuyurdum» misrasından 
Müşfiqin həm də gözəl səsi, avazı olduğu aydınlaşır.  
Böyük  şairin  tarı  vəsf  etdiyi  şeirlərin  adını  və  yazılma  tarixini  təqdim 
edirik. Kitab boyu Müşfiqşünas alim Gülhüseyn Hüseynoğlunun tərtib etdiyi 
topludan istifadə etmişik: M.Müşfiq «Əsərləri», Bakı, «Səda», 2004. 
1. «Tarın javabı» şeiri (1930-ju ildə yazılıb), I jild, səh. 208-210. 
2. «Mənim dostum» poeması (1933-jü ildə yazılıb), II jild, səh. 208-209. 
3. «Qəzəl» (1933-jü ildə yazılıb), I jild, səh. 283. 
4. «Tar» şeiri (1933-jü ildə yazılıb), I jild, səh. 284-289. 
5. «Əbədiyyət nəğməsi» şeiri (1935-ji ildə yazılıb), I jild, səh. 307. 
6. «Yüksəliş» şeiri (1935-ji ildə yazılıb), II jild, səh. 109. 
7. «Nə deməkdir?» şeiri (1936-jı ildə yazılıb), I jild, səh. 393. 
8.  «Üç  sağlıq»  şeiri  (1936-jı  ildə  yazılıb),  I  jild,  səh.  353-354,  356-358, 
361. 
«Tərtərhes nəğmələri» şeirinin II bölümü (1936-jı ildə yazılıb), I jild, 
səh. 364-365. 
10.  «Tərtərhes  nəğmələri»  şeirinin  X  bölümü  (1936-jı  ildə  yazılıb),  I 
jild, səh. 370-371. 
11. «Azadlıq dastanı» poeması (1936-jı ildə yazılıb), II jild, səh. 283. 
12. «Duyğu yarpaqları» şeiri (1937-ji ildə yazılıb), I jild, səh. 435. 
Bu şeirlərin üçü – «Tarın javabı», «Tar» və «Nə deməkdir?» birbaşa tara 
həsr  edilib.  Digər  şeirlərdə  isə  tarın  adı  müəyyən  məqamlarda  çəkilir,  bəzi 
hallarda isə tar sözü bənzətmə kimi işlədilir. 
«Duyğu  yarpaqları»  şeirində  Müşfiq  dövrünün  virtuoz  sənətkarlarını  – 
opera  müğənnisi,  xalq  artisti  Bülbülü  (1897-1961,  tam  adı  və  soyadı: 
Murtuza  Məşədi  Rza  oğlu  Məmmədov)  və  tarzən  Qurban  Pirimovu  (1729-
1822) yada salır: 
 
Görmüş xəzanları, ildırımları,  


81
 
Bir üzüm qaradır, bir üzüm sarı. 
Bu gün şadlığımı çalsın, çağırsın 
Bülbülün mahnısı, Qurbanın tarı
Hər iki sənətkar Müşfiqin toy məjlisində iştirak edib, çalıb-oxuyub və bu 
şeiri şair öz toy günündə söyləyib. 
Qeyd edək ki, Qurban Pirimov Aşıq Valeh Kərbəlayi Səfi Məhəmməd oğ-
lunun (1729-1822) nətijəsi, dövrünün tanınmış balaban çalanı Baxşəli Gülab-
lının oğludur. 
Müşfiq məşhur «Tar» şeirini 1933-jü ildə yazmışdı: 
Oxu, tar, oxu, tar! 
Səni kim unutar? 
Jənab prezident İlham Əliyevin 16 aprel 2007-ji il tarixli sərənjamına əsa-
sən AZƏRBAYCAN  xalqının görkəmli şairi M.Müşfiqin 100 illik yubileyi 
şairin doğma  yurdu Xızı  şəhərində, eləjə də ölkəmizin bir çox bölgələrində 
təntənəli surətdə qeyd edildi.
 
M.Müşfiqlə bağlı keçirilən tədbirlər mətbuatda 
və kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırıldı. 
Biz  müşfiqsevərlər  şairin  Bakıda  ev  muzeyinin  açılmasını,  onun  ev 
əşyalarının,  paltarlarının,  tarının  bu  muzeydə  qorunmasını  arzulayırıq. 
Xatırladaq  ki,  Müşfiqin  şəxsi  tarı  hazırda  Nizami  adına  AZƏRBAYCAN  
Ədəbiyyatı Muzeyinin ekspozisiyasında (İnv. №2903) nümayiş etdirilir. 
Bu  gün  AZƏRBAYCAN    tarının  səsi  dünyanın  ən  nəhəng  konsert 
salonlarından gəlir. Tarımızın yaşamasında, həyata yenidən vəsiqə almasında 
Müşfiqin xidməti az olmayıb. «O, öz ölümüylə tarı yaşatdı» – desək, heç də 
yanılmarıq. Yaxşı olardı ki, Respublika Mədəniyyət və Turizm Nazirliyinin 
dəstəyi ilə  «Xızıda Müşfiq və tar günləri» adlı Beynəlxalq elmi-simpozium, 
həmçinin  festival  keçiriləydi,  dünyanın  müxtəlif  ölkələrində  yaşayan 
orqanoloqlar və tarzənlər bir araya  yığışaydı. Belə olduqda Müşfiqin də na-
kam  ruhu  şad  olardı.  Həmçinin  belə  bir  beynəlxalq  festival  keçirilsə,  dünya 
ijtimaiyyətinin nəzər-diqqətini AZƏRBAYCAN a yönəltməklə tarımızda gö-
zü olan bədxah düşmənlərimizi də hədəfə almış olardıq. 
Sevindiriji  haldır  ki  Xızı  rayonunun  Sayadlar  kəndində  –  «Müşfiq  oja-
ğı»nda Xızı rayon mədəniyyət şöbəsinin müdiri Sənan Talıbovun təşəbbüsü 
ilə  həvəskar  tarzən  Jamal  Hüseynov  tar  alətinə  abidə  qoymuşdur.  Yaxşı 
olardı  ki,  Bakıda  və  eləjə  də  digər  şəhərlərimizdə  də  tara  belə  abidələr  qo-
yulaydı. 
Müşfiq  tara,  tarın  simasında  AZƏRBAYCAN  a,  AZƏRBAYCAN  çılığa 
heykəl  qoyub.  O,  təkjə  tara  deyil,  AZƏRBAYCAN  a  hayqırıb  «Oxu!»  deyir, 
«Yaşa» deyir! «Səslən, yaşa, inkişaf et, doğma tarım, doğma AZƏRBAYCAN 
ım» – deyir.  
Bəstəkar,  əməkdar  injəsənət  xadimi  Nazim  Quliyev  Mikayıl  Müşfiqin 
əziz  xatirəsinə  həsr  etdiyi  tar  və  fortepiano  üçün  «Səni  kim  unudar?»  adlı 
lirik  əsər  yazmışdır.  Əsərin  not  yazısı  ilk  dəfə  «Konservatoriya»  curnalında 
təqdim edilir. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə