Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

106
 
durğunluq  hər  şeydən  daha  artıq  teatra  zərbə  endirdi.  Böyük  teatr  sənətinin 
böhranı  kəskin  tərzdə  aşkarlandı  və  onun  arxasında  biz  kiçik  sənətin 
mənəviyyatsızlığını,  həqiqi  yaradıjılığın  təntənəsini  isə  yalnız  miniatür 
teatrın sanki quru ot altından çiçəklənməsində gördük. 
Öz qapılarını mayın 6-da tamaşaçılar üçün açan «Momus» teatrı qarşısına 
başqa  məqsədləri  qoyur:  yalnız  «məşğulluğun»  yox,  həqiqi  ilham 
parıltılarını,  aktyorluğu  yox,  səhnə  və  tamaşaçı arasında,  daha  dəqiq  desək, 
səmimi  emosional  əlaqənin  yaradılmasını  önə  çəkir.  «Momus»  -  injə 
hissiyyatlı  çox  az  insanların  teatrıdır.  Bayağılıqdan,  mübaliğədən  uzaq, 
Münhen tipli bir teatr nümunəsi əsasında qurulmuş «Momus» yalnız estetik 
zövq deyil, həm də qəlb rahatlığı vermək istəyir, bu isə çox vajibdir, çünki 
müasir insanın qəlbi arxa divarsız səhnə kimi çılpaqlaşıb. 
Bu  məqsədə  çatmaq  üçün  «Momus»  teatr  mühitindən  başlayaraq, 
repertuara  kimi  hər  jəhəti  nəzərə  alır.  Zalların  hamısı  rəssamlar  tərəfindən 
oricinal  mövzularla  bəzədilib,  xüsusi  sücetləri  şərh  edən  emalatxanalar  var. 
Qonaq otağı, bar, tamaşa zalı, səhnə – hər yerdə müxtəlif tonlar, böyük zövq 
və rahatlıq. Divarlarda xüsusi taxçalar – şarc və karikaturaları çəkmək üçün 
«rəssamların atelyesi», «istirahət üçün guşələr» və s. 
Orkestr  yalnız  azad  sənətkarlardan  ibarət  olajaq;  «bazar  ertələri  musiqi» 
(«Momus»  kvarteti)  səslənəjək.  Proqrama  həm  də  «şairlərin  axşamı» 
rəssamlar,  ekspromtlar  axşamı  daxil  olub.  Teatrın  nəzdində  injəsənətə  çox 
yaxın  curnal  nəşr  olunajaq.  Repertuara  N.Evreşnovun  bir  çox  əsərləri  daxil 
edilib,  lakin  ağırlıq  mərkəzi,  mənjə,  musiqi  və  oxumaqdan  ibarətdir,  bunu 
artist  qüvvəsinin  seçimi  də  sübuta  yetirir.  «Momus»da  iştirak  edəjəklər: 
K.N.Maqabeli,  Palyera,  Çaykovskaya,  Skoldova,  Aktonova,  Muraşeki, 
Persion, Bauer-aks, Vokares, Hanna Skvaretska və Halda Putman, həmçinin 
Dövlət  «Ulıbka»  teatrının  artistləri  Styetko,  Zaliski,  Serqey  Qorodistki  və 
Lvovla danışıq aparılır.  
Nikolay  və  Mixail  Levyen  qardaşları,  yeri  gəlmişkən  deyək  ki, 
«Momus»un  təşəbbüskarları  olan  U.Qoldliteynlə,  A.Korqanla  və 
Samorodovla birlikdə səhnənin həyatında fəal iştirak edəjəklər. 
Bütün  bunlara  baxmayaraq,  mülayim  qiymətlər  təyin  olunub,  çünki  iş 
mənfəətpərəst,  dar  məqsəd  güdməyən  insanlar  tərəfindən  həyata  keçirilir. 
Şübhə  yoxdur  ki,  «Prival  komediant»ın  Moskvada  oynadığı  rolu  «Mü-a-sir 
teatr» Bakıda oynayajaq. 
S.E.
3
 
 
Qastrola  gələn  artist  truppaları,  beynəlxalq  konsert  axşamları  Bakının 
mədəni  həyatını  janlandırırdı.  Məsələn,  mətbuatın  verdiyi  məlumata əsasən, 
iyunun 13-də dövlət teatrında ilk dəfə tat dilində dağ yəhudilərinin «Mixrox» 
operetta truppası tərəfindən tamaşa oynanılajaqdır. 
 
                                                           
3
 «Азярбайжан» гязети, № 90, 3 май (20 апрел) 1919-жу ил. 


107
 
Yəhudi tamaşası 
İyunun  13-də,  bazar  günü,  dövlət  teatrında  tat  dilində  dağ  yəhudilərinin 
«Mixrox»  operetta-dramatik  truppasının  oynayajağı  birinji  tamaşa  təqdim 
olunajaq.  İlk  dəfə  Bakıda  Ben-Qarrarininin  (Mix-Ravvanoviçin)  Tannayev 
dövrü həyatından bəhs edən «Sulamior» əsəri və dağ yəhudilərinin həyatına 
həsr olunmuş «Jəhalətin bəlası» 2 pərdəli vodevili oynanılajaq. 
«AZƏRBAYCAN » qəzeti özünün noyabr nömrəsində maraqlı qeyd çap 
edib.  Orada  məşhur  tatar-başqırd  melodiyalarının  ifaçısı,  müğənni  Əziz 
Almuhəmmədovun  Bakıda  keçən  konserti  barədə  məlumat  verilir.  Konsert 
müxtəlif  millətlərin  nümayəndələrini  birləşdirərək,  yerli  tatar  dərnəyi 
tərəfindən təqdim olunan «Qayınana», həmçinin gənj müğənninin «Gözəl və 
məlahətli motivli» tatar-başqırd melodiyalarını məmuniyyətlə dinləyirlər. 
 
Teatr və musiqi. Almuhəmmədovun konserti. 
Üçünjü gün, fəhlə klubu zalında Bakı səhnəsində birinji dəfəki çıxışı həm 
musiqi,  həm  də  ədəbi  baxımdan  uğurlu  sayılan  məşhur  tatar-başqırd 
müğənnisi Əziz Almuhəmmədovun böyük konserti oldu. Birinji hissədə yerli 
tatar gənjləri dərnəyinin teatr həvəskarları tərəfindən iki pərdəli «Qayınana» 
vodevili  oynanıldı,  sonra  gənj  müğənninin  xüsusi  zövqlə  oxuduğu  bir  neçə 
gözəl  və  məlahətli  tatar-başqırd  mahnısını  tamaşaçılar  böyük  diqqətlə 
dinlədi,  gözəl  ifaya  görə  müğənnini  uzun  sürən  alqışlarla  qarşıladılar. 
Anadoludan,  AZƏRBAYCAN  dan,  Türkmənistandan,  Krım  əhlindən 
(türklər,  osmanlılar,  AZƏRBAYCAN  lılar,  kürdlər,  türkmənlər,  sartlar, 
qırğızlar,  başqırdlar  və  b.)  ibarət  olan  tamaşaçılar  diqqəti  xüsusilə  jəlb 
edirdilər. 
Tamaşaçı çox idi. Müsəlman qadınları üstünlük təşkil edirdilər. 
EMPE
4
 
 
1919-ju  il  martın  1-də  Bakı  İjtimai  yığınjağındakı  fars  axşamında 
AZƏRBAYCAN , ləzgi, rus, yəhudi musiqisi səsləndi. Axşam bilavasitə fars 
konsulunun  iştirakı  ilə  keçdi  və  «İttihad»  fars  gimnaziyasının  xeyrinə  təşkil 
olunmuşdu. Proqramda əsasən müsəlman və rus truppalarının artistləri iştirak 
etmişlər, məşhur opera və operettalardan parçalar səslənmişdir. 
 
Bakı İjtimai Yığınjağı. 1 mart 1919-ju il. 
«İttihad» fars gimnaziyası xeyrinə. Fars axşamı. Proqram.  
1-ji hissə 
1. Fars himni. «İttihad» fars gimnaziyasının ifasında. 
2. Fars xoru. Hajıbəyov qardaşlarının artist truppasının ifasında. 
3.  «Bülbüli  zarəm».  «Arşın  mal  alan»  operettasından.  Qəmər  xanımın 
ifasında. 
4. Xanım Lezinskaya və Petemskayanın ifalarında rəqslə rus mahnıları. 
                                                           
4
 «Азярбайжан» гязети, № 244, 12 нойабр 1919-жу ил. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə