54
fərqli cəhətləri söyləyin. Başqa bir misal, əgər hər hansı bir qaçış növü
öyrədilirsə qaçış üzrə də problem situasiya yaratmaq olar. Qaçışın
növləri hansılardır? İndi öyrəndiyiniz qaçışın əvvəlkilərdən fərqləri
hansılardır?
Fiziki tərbiyə təliminin optimal qurulması uşaqların möhkəm
iradəyə malik olmalarından da asılıdır. Müşahidə olunur ki, bəzən
hərəkətlərin düzgün icrası uşaqlarda alınmır, bəzən də hərəkətlər
onlarda çox çətinliklə alınır, bəzən də hərəkətin mürəkkəbliyindən
qorxaraq onu icra etməkdən çəkinirlər. Uşaqlar belə hesab edirlər ki,
həmin hərəkətlər onlarda alınmaz, hərəkətin icrası zamanı onlar yıxılar
və zədələnə bilərlər. Bu zaman müəllim uşaqları dilə tutmalı və əyani
surətdə sübut etməlidir ki, onlar həmin hərəkəti icra etmək iqtidarına
malikdirlər. Bu, uşaqların hərəkəti yerinə yetirmək üçün ruhlandırır,
onların psixoloji fəaliyyətini hərəkətə gətirməklə, eyni zamanda
diqqətini cəmləşdirir və iradələrini həmin hərəkətin məqsədyönlü
icrasına istiqamətləndirir. İradənin möhkəmləndirilməsi və istənilən
səmtə yönəldilməsində görkəmli idmançıların həyatından, onlara
nümunələr göstərmək lazımdır. Xüsusən, idmanda böyük nailiyyətlər
qazanmaq yolunda onların qarşısına çıxmış çətinliklərdən, bunları
aradan qaldırılması məqsədilə yüksək iradə nümayiş etdirib bu
maneyələri dəf etmələrindən söhbət açmaq lazımdır. Məktəbyaşlı
uşaqlar hər hansı maneəni keçmək üçün tələsikliyə yol verir, öz qüvvə
və enerjisindən həmin fiziki işin görülməsində düzgün istifadə edə
bilmir, bəzən dərsin əvvəlində və yaxud axırında çox və ya az güc sərf
edirlər.
Məsafələr üzrə (atletika dərslərində) yaxud hərəkətin
(gimnastika) bütövlükdə tam icra olunub başa çatdırılması məqsədilə
gücün düzgün bölünməməsi orqanizmdə birdən-birə yükün artmasına,
yada azalmasına səbəb olur.
Bunlar isə məsafənin az vaxt içərisində dəf edilməsinə,
gimnastika hərəkətlərinin tələb olunan səviyyədə yerinə yetirilməsinə
mənfi təsir göstərir. Buna görə də müəllim dərs və yarış zamanı
uşaqların artıq fiziki yük sərf etməsinə imkan verməməli, təlim
prosesində yüklərin mərhələlər üzrə düzgün bölünməsinə çalışmalı və
lazımi nəzarət etməyi yaddan çıxartmamalıdır.
Yuxarıda söylənilənlərdən belə qənaətə gəlmək olar: Ümumi
orta təhsil yaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasında
onların əvvəlcə hərəki fəaliyyət imkanlarını yəni fiziki hazırlıq və
55
fiziki
inkişafını,
hərəki
qabiliyyətlərini,
nəhayət
psixoloji
xüsusiyyətlərini nəzərə alınması mühüm şərtdir. Həmin yaşda olan
uşaqlar hərəki fəaliyyət imkanlarını daha geniş hesab edirlər ki, bu da
həqiqətə uyğun gəlmir. Uşaqlar bir çox hallarda hərəkətləri yerinə
yetirərkən ciddi səhvlərə yol verir, təlimdə uğursuzluqlarla qarşılaşır.
Bütün bunlarda ümumtəlim nəticələrinə öz mənfi təsirini göstərir,
şagirdlərin fiziki tərbiyə dərslərinə marağını azaldır. Müəllimin
uşaqlara qarşı düzgün münasibətdə olmaması isə onun özünə və həm
də tədris etdiyi fənnə laqeyidliyin yaranmasına səbəb olur. Belə olduğu
halda uşaqların öz qüvvəsini (onun özünün nəyə qadir olmasını) real
qiymətləndirməsi həlledici əhəmiyyətə malikdir. Bunun üçün də
müəllim, hər şeydən əvvəl, hərəkət icra olunmazdan qabaq uşaqlarda
bu hərəkətlər haqqında dəqiq və düzgün təsəvvür yaratmalı və onu
formalaşdırmalıdır. Bu fiziki tərbiyənin təliminə düşüncəli yanaşmağı
tərbiyə edir, uşaqlar hərəkət və oyunların nə məqsədlə yerinə
yetirilməsini anlayırlar. Bundan əlavə, müntəzəm və ardıcıl olaraq
təlim priyomlarından optimal istifadə etməklə uşaqların fəallığının
artmasını, dərsə marağının yüksəlməsini, təlim prosesinə məsuliyyətlə
yanaşmasını təmin etmək mümkündür. Həmin məqsədlə də
aşağıdakıların nəzərə alınması məqsədəuyğun hesab olunur.
1. Fiziki hərəkətlər və oyunlar ilk dəfə yerinə yetirilən andan
etibarən və yaxud bu sahədə kobud səhvlər buraxılan zaman onların
sözlə izahının daha dəqiq və konkret olmasına xüsusi diqqət
yetirməlidir. Oyun və hərəkət texnikasının qüsurlu şəkildə vərdiş
halına keçməsinə imkan verməməli, nöqsanlar tezliklə aradan
qaldırılmalı;
2. Əvvəllər öyrədilmiş hərəkət və oyunlar deyil, yalnız yeni
təlim olunan hərəkət və oyunların yerinə yetirilmə texnikasının
detallarını hissə-hissə öyrətməli və təhlil etməli;
3. Hər hansı bir hərəkətin icra olunma texnikasının
qiymətləndirilməsi və təhlili müəllim və şagirdlər tərəfindən
aparılmalı, qənaətə gəlmək üçün fəaliyyətlər tənzimlənməli və
uzlaşdırılmalı;
4. Fiziki hərəkət və oyunlar təkrar olunarkən bunların öyrədilmiş
ayrı-ayrı elementləri bir daha izah edilməli və canlı surətdə
göstərilməli və texniki vasitələrin yaxından köməyi ilə nümayiş
etdirilməlidir.
56
2.3. Tam orta təhsil yaş dövründə şagirdlərin psixoloji
xüsusiyyətləri onların fiziki tərbiyə prosesində
reallaşdırılması
Böyük məktəbyaşlı şagirdlərin orqanizmində əhəmiyyətli
dəyişikliklər baş verir. 17-18 yaşlarda cinsi yetişgənlik yaş dövrü,
həmçinin skletin, biləyin və ayağın sümükləşməsi və boyun artması
əsasən başa çatır. Yuxarı və aşağı ətrafın, onurğa sütunun
sümükləşməsi, döş qəfəsi sümüyünün, qabırğaların 15-16 yaşında
möhkəmliyi xeyli artır.
Əzələ sisteminin inkişafı, o cümlədən əzələ qüvvəsi və əzələ
kütləsinin artımı sürətlənir. Oğlanlarda əzələ kütləsi qızlara nisbətən
daha çox olur. Bioloji baxımdan deyil, məşq nəticəsində hərəkət
koordinasiyası təkmilləşir. Bu yaşda olan yeniyetmələrdə hər hansı bir
yükü daha intensiv yerinə yetirməsi hərəki fəaliyyəti nisbətən
gücləndirir. Bütün bunlarda yeniyetmələrin üzvləri və sistemlərinin
hərəki fəaliyyətinin həcmini artırır. Onun məzmununu daha da
zənginləşdirir və intensiv edir. Həmin yaş dövründə baş beynin və
onun ən yüksək şöbələrinin böyük yarımkürələri qabığının funksional
inkişafı davam edir. Başqa sözlə desək, orqanizm bütövlükdə
yetişir, fiziki tərbiyə məşğələləri, idman məşqi və bu və ya digər
möhkəmləndirmə vasitələrinin köməyi ilə sağlamlıq ümumən
möhkəmləndirilir.
Tam orta təhsil yaşlı şagirdlərin ali sinir sistemi yüksək
səviyyədə inkişaf etdiyindən onların psixologiyasında da müəyyən
müsbət dəyişikliklər gedir. Buna görə də həmin şagirdlər hərəkət və
oyunların yerinə yetirilməsinə şüurlu yanaşırlar. Onlar özlərinin marağı
olan hərəkətlərə və ya oyunlara bütün qüvvə və bacarıqlarını sərf
etməyə çalışır onu məmnuniyyətlə, düzgün, dəqiq və böyük həvəslə
icra edirlər. Bundan əlavə, həmin şagirdlər hərəkətləri yerinə
yetirərkən özlərini sakit, təmkinli və «ağır» aparır, öz hərəkətlərini isə
idarə etməyi bacarırlar. Digər tərəfdən də öz hərəkətlərinə nəzarət
etməyi xoşlayır, müəyyən qədər də bu işin öhdəsindən gəlir, müstəqil
hərəkət etməyə can atır və fəallaşırlar.
Deməliyik ki,tam orta məktəbyaşlı şagirdlər ibtidai sinif
şagirdlərinə nisbətən koordinasiya tələb edən hərəkətləri düzgün icra
Dostları ilə paylaş: |