B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   16   17   18   19   20   21   22   23   ...   131

 

57 


edir,  özlərinə  möhkəm  inanır,  əzələ  gərginliyinə  inamla  dözür, 

müəyyən  müddət  içərisində  hərəkət  surətini  saxlaya,  idarə  edə  və 

qoruya  bilir,  mühafizə  və  özünü  mühafizəyə  sürətlə  yiyələnməyi 

bacarırlar 

Tam  orta  təhsil  dövründə  oğlan  və  qızlar  onları  maraqlandıran 

tədris-idman  işlərinə  daha  həssas,  qayğıkeş  və  daha  diqqətli  olurlar. 

Dərs  müddətində  bütün  diqqətlərini  toplayıb  başlıca tədris  məqsədinə 

yönəldə  bilir  və  yüksək  tədris-hərəki  fəaliyyət  nümayiş  etdirirlər. 

Bunlar  şagirdlərin  tədris  prosesinə  məsuliyyətini  artırmaqla,  onlar  bir 

növ  öz  qarşısında,  müəllim  və  digər  şagirdlər  qarşısında  da  hesabat 

vermiş  hesab  olurlar.  Beləliklə,  həmin  yaşda  olan  yeniyetmələr  fiziki 

tərbiyə  üzrə  tədris  materialını  daha  aydın  qavrayır  və  dərindən 

mənimsəyir, eləcə də hərəki vərdişləri formalaşdırır. 

Tam  orta  təhsil  pilləsində  intellektual  səviyyəsi  yüksək 

olduğundan  şagirdlər  hər  şeylə  maraqlanır  və  diqqət  yetirirlər.  Misal 

üçün, şagirdlər onların bacardıqları hərəkət və oyunları həddindən artıq 

təkrarlamağı  xoşlamır  və  maraq            göstərmirlər.  Bu  zaman  onların 

hərəki fəallığı minimum dərəcəyə enir. Sadə hərəkətləri isə təkrarlamır, 

onu  yerinə  yetirməkdən  imtina  edirlər.  Mürəkkəb  koordinasiya 

birləşmə  hərəkətlərini,  icra  olunması  çətin  olan  hərəkətləri,  müxtəlif 

texniki,  taktiki  variantları  könüllü  olaraq  yerinə  yetirməyə  xüsusən 

meyl  göstərirlər.  Buna  əsas  səbəb  bu  yaşda  olan  şagirdlərin 

başqalarından fərqlənməyə çalışması, hərəkətləri gözəl və düzgün icra 

etməyə  ciddi  səy  göstərməsidir.  Buna  görə  də  müəllim  tədrisin 

planlaşdırılmasına  və  dərsin  icmalına  lazımi  fikir  verməlidir. 

Yorulmanın  qarşısını  almağa,  şagirdlərin  diqqətini  məşğələ  ərzində 

özündə  cəmləşdirməyə,  onları  gərginləşdirməməyə,  məşğul  olanlara 

müəyyən  qədər  sərbəstlik  verməyə  çalışmalıdır.  Əlbəttə,  söhbət  tam 

sərbəstlikdən  getmir.  Söhbət  şagirdlərin  fikrinin  əsas  məqsədə 

istiqamətləndirilməsi şərti ilə onlara qısa müddətli fasilə verilməsindən 

gedir.  Həmin  nöqteyi-nəzərdən  dərsdə  möhkəm  nizam-intizam 

yaradılmalı,  o  düzgün  təşkil  olunmalı,  şagirdlər  qarşısında  maraqlı 

məqsəd və vəzifələr qoyulmalı və beləliklə də fiziki tərbiyə prosesinin 

optimallaşmasına nail olmalıdır. 

X-XI  siniflərdə  fiziki  tərbiyə  məşğələləri  zamanı  diqqəti 

yayınan,  onu  toplayıb  mühüm  məqsəd  və  vəzifələrə  yönəltməyi 

bacarmayan  və  buna  vərdiş  etməyən  oğlan  və  qızlar  da  vardır. 

Diqqətsizlik  nəticəsində  hərəkətlər  icra  edilərkən  və  oyun  dövründə 




 

58 


bədbəxt hadisələr baş verir, yəni şagirdlər adətən yıxılır, ciddi zədə və 

yara  ala  bilirlər.  Bu  çox  zaman  şagirdlərin  həddindən  artıq  oynayıb 

yorulması  və  yaxud  təhlükəsizlik  texnikasına  riayyət  edilməməsi 

səbəbindən baş verir. Bütün bunlarda fiziki təlimin effektliliyinə mənfi 

təsirini  göstərir.  Müəllim  yadda  saxlamalıdır  ki,  oyun  və  hərəkətlər 

fiziki  yüklə  bağlıdır,  müvafiq  normaya  uyğun  yük  verilməməsi  isə 

yorulmaya,  diqqətin  yayınmasına,  şagirdlərin  intensiv  fəaliyyətinin 

zəifləməsinə  səbəb  olur.  Buna  görə  də  oyunlar  və  hərəkətlər  icra 

olunarkən  hər  bir  şagirdin  psixoloji,  fərdi  xüsusiyyətlərinin  nəzərə 

alınması  ümumtəlimin  nəticəsinə  müsbət  təsir  göstərir  və  təhsil 

tərbiyənin səviyyəsini yüksəldir.  

Oyun və hərəkətlərlə şagirdlərin məşğul olmasını məcburiyyətlə, 

uzun-uzadı  nağıletmə  və  izahetmə  yolu  ilə  həyata  keçirmək  kifayət 

qədər effektli olmur. Fiziki tərbiyənin təlimində hərəkətlər və mühərrik 

oyunlar  üzrə  məntiqi  izahatın  verilməsi,  mahiyyətin  düzgün 

açıqlanması  şagirdlərin  hərəkətlər  və  oyunlar  üzrə  proqram  tədris 

materiallarını  lazımi  dərəcədə  qavramalarına  səbəb  olur.  Bu  prosesdə 

yalnız  hərəkətin  xarici  görünüşünə  diqqəti  cəlb  etmək  kifayət  deyil, 

eyni  zamanda  onun  ayrı-ayrı  detallarına  və  bunların  həyatiliyinin 

zəruriliyinə  diqqəti  cəmləşdirmək  mühüm  əhəmiyyətə  malikdir. 

Şagirdlərin  oyun  və  hərəkətlərin  əsil  mahiyyətini  qavramaları  dərsin 

məqsədəuyğun, düşüncəli və mütəşəkkil təşkili və keçirilməsinə zəmin 

yaradır. Bu bir tərəfdən hərəkət və oyunların məqsəd və  vəzifələrinin 

konkretləşməsi  üçün  vacibdirsə,  digər  tərəfdən  də  yuxarı  sinif 

şagirdlərinin  yerinə  yetirdiyi  hərəkəti  sərbəst  müşahidə  və  təhlil 

etməyə imkan verməyə şərait yaradır. 

Tam  orta  təhsil  yaşlı  şagirdlər  fiziki  hərəkətlər  və  oyunlara  aid 

tədris  materialını  görmə,  eşitmə  və  i.a.  duyğu  üzvlərinin  köməyi  ilə 

daha yaxşı qavraya bilirlər. Onlar hərəki hisslər vasitəsi ilə hərəkət və 

oyunların  icraolunma  texnikası  və  taktikasını  sürətlə  qavrama 

qabiliyyətinə  malikdirlər.  Bunun  üçün  də  şagirdlərdə  öz  hərəkət  və 

oyunlarını  sərbəst  müşahidə  etmək  qabiliyyətini  inkişaf  etdirmək 

olduqca  faydalıdır.  Təcrübədən  məlum  olur  ki,  yuxarı  siniflərdə 

mürəkkəb  və  tanış  olmayan  hərəkətlər  və  oyunlar  ancaq  təkrarlama 

yolu  ilə  qavranılır.  Çətin  qavranılan  hərəki  və  oyun  materialları  isə 

hissə-hissə  öyrədildikdə  və  təkrar  olunduqda  şagirdlərin  beynindəki 

müvafiq  hərəkət  mərkəzlərində  özlərinə  daha  dərindən  kök  sala  bilir, 

mənimsəmə prosesini sürətləndirir.  




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə