175
maraqlı iş təcrübəsi vardır. İndi həmin təcrübəyə istinad edək: bu
məktəbin baş bədən tərbiyəsi müəllimi, Böyük Vətən müharibəsinin
iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən
gülləsini bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa
Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq bədən tərbiyəsi
fasiləsinin könüllülük və müstəqillik əsasında keçirilməsinə artıq nail
olmuşdu. Bütün hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri
və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata keçirilir. O,
fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət
mərkəzində saxlayır. O, bədən tərbiyəsi fasilələrini tək-tək hallarda
gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir.
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada
təşkil edilən tədbirlərdən az effektli olur. Ümumiyyətlə, şəraitə
uyğunlaşdırılmış rəqslər, əyləncələr və oyunlar bədən tərbiyəsi
fasilələrində mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox
olur. Onlar məktəblilərin isti geyimdə açıq havada gəzintiəyə
çıxmasına nəzarət edir.
Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri
kimi fasilələrdə də böyük təşkilatçılıq işi tələb olunur. Elə buna görə də
dərs ilinin əvvəlində sinif müəllimləri ilə təlimat keçir, ictimai
təlimatçıların dəqiq siyahısını tərtib edir (IX-X siniflərdən). Adları
siyahıya daxil edilmişlər, fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai
təlimatçılar kimi təsdiq olunurlar. Yəni ibtidai siniflərdə bədən
tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır.
Bundan sonra onlarla seminar və söhbətlər təşkil olunur. Bədən
tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti izah olunur, bu
sahədə işin məzmunu və necə təşkil olunub keçirilməsi onların
nəzərinə çatdırılır.
Yuxarı siniflərdə olan təlimatçı fəallar təhkim olunduğu ibtidai
siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə
fəal uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da
həmin üçlük fəaliyyətə başlayır. Məktəbdə inventar saxlanılan otaq
ayrılmış və bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər.
Bu avadanlıqların əksəriyyəti məktəbin əmək təlimi emalatxanasında
məktəbli şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika
halqaları və ağacları gətirməyə icazə verilir. Bəzən də siniflər öz idman
176
əşyaları ilə birlikdə məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə,
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa
təhvil verilməsi, sonra isə lazımı vaxtda istifadə edilməsi yaxşı olardı.
Dərsin sonunda ləvazimatların uşaqlara paylanması məsləhətdir.
Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin məktəbdə
şagirdlər tennis topundan, halqalardan, raketlərdən, gimnastika
ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb əldə etməli və
təlimatçılar vasitəsilə fasilə dövründə istifadə etmək üçün şagirdlərə
verilməlidir.
Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı
növləri üzrə basketbol, voleybol meydançaları, yüngül atletika
bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət
tirləri, turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və
hündürlüyə tullanmaq üçün çalalar düzəldilmişdir. Şagirdlər fasilə
zamanı orada sərbəst və təlimatçının rəhbərliyi altında oynayır, rəqs,
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində
təlimatçılar növbətçilik edirlər.
Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları
yerinə yetirilir ki, bu da şagirdlərin çox böyük marağına səbəb olur.
Günüuzadılmış qruplarda idman «saatı»
Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli
inkişafı üçün daha əlverişli şərait yaratmaq və uşaqların tərbiyəsində
ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və
siniflər yaradılır. Ölkəmizdə həmin iş böyüməkdə olan gənc nəslin
təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş
elmi-praktik konfransda bu məktəb və qrupların məktəblilərin təliminə,
tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif
Nazirliyi və SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən təşkil
olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə
177
şagird kontingentin sabit qalmasına müsbət təsir göstərmişdir (Bax:
«Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral).
Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və
səmərəli təşkili şagirdlərin bilik, bacarıq və vərdişlərinin daha da
inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə
məktəblərdə məşğələlərin rəngarəng olması, şagirdlərin yaşına,
psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb
etməklə yanaşı, eyni zamanda valideynlərin ailədə işini yüngülləşdirir,
səmərəli istirahətini təmin edir. Bütün bunlar isə istehsalatda çalışan
ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və
idarədə fəallığını artırır.
Günüuzadılmış məktəb və qruplar şagirdləri ictimai-faydalı
əməyə, dərnək və bölmələrə cəlb etməklə, onların mədəni istirahətini
təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir.
Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və
Bakı şəhərinin günüuzadılmış məktəblərində, qrup və siniflərində
şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər
də diqqəti özünə cəlb etmir, zəif təşkil olunur, hələ də bir sıra gənc
tərbiyəçilər qruplarda yazılı və şifahi ev tapşırıqlarını, texniki
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün
tələbləri səviyyəsinə hələ də çatdıra bilməmişlər. Bu sahədə çoxlu
səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə
oturmaqla, bir qrup tərbiyəçilər isə şagirdləri məktəbyanı sahəyə
çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq lazımdır ki, təbii hərəkət
vərdişlərinin formalaşması hərəkət sürətinin, gücün, cəldliyin və
davamlığın inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli
təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır.
Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar
üçün ayrılmış idman saatı müxtəlif mütəhərrik və idman oyunları,
ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır.
Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən
tərbiyəsi müəlliminin köməyindən və göstərişindən həmişə istifadə
etməlidir.
Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi
Dostları ilə paylaş: |