B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə55/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   51   52   53   54   55   56   57   58   ...   131

 

163 


II  siniflər  üçün  kompleks  tərtib  olunarkən  I  sinifdə  öyrədilmiş, 

III  siniflər  üçün  kompleks  tərtib  olunarkən  özündən  əvvəlki  siniflərdə 

öyrənilmiş hərəkətlərdən istifadə etmək olar və s. III-IV siniflər üçün 

nəzərdə  tutulmuş  kompleks  hərəkətlər  I-II  siniflərin  hərəkətlərinə 

nisbətən çətin olmalı çox təkrarlanmalıdır. 

  Ümumiyyətlə,  dərsəqədər  səhər  gimnastikası  üçün  tərtib 

edilmiş kompleks hərəkətlər aşağıdakı sxemdə qurulduqda, onun təlim-

tərbiyəvi əhəmiyyəti və sağlamlaşdırıcı təsiri daha çox olur. 



    Birinci hərəkət tənəffüsə qüvvətli təsir etməli, 5-6  dəfə təkrar 

edilməklə,  həm  də  «dartınma»  xarakteri  daşımalı,  asta  tempdə  icra 

olunmalıdır.  İkinci  hərəkət  ayaq  əzələlərini  inkişaf  etdirməli,  bu 

məqsədlə  ayaqların  qaldırılıb  endirilməsi  ilə  əlaqədar  icra  olunmalı. 

Tez  tempdə  4-5  dəfə  təkrarlanmalıdır.  Yaxud  çöməlmələr  icra 

edilməlidir ki, bu hərəkətlər də asta və orta tempdə yerinə yetirilməli, 

5-6 dəfə təkrarlanmalıdır. Üçüncü hərəkətlər ümumfizioloji əhəmiyyət 

kəsb etməlidir. Bu məqsədlə də 30 saniyəyə qədər davam edən sürətli 

tempdə  icra  olunan  hoppanmalar  yerinə  yetirilməlidir.  Məktəbyanı  

meydançalarda yaxud da 1 dəqiqəyə qədər asta qaçmalıdır. Dördüncü 



hərəkət  gövdənin  düz  əzələləri  üçün  seçilməlidir.  Bunun  üçün  də 

gövdənin əyilməsi və düzəldilməsini təmin edən hərəkətlər kompleksə 

daxil  edilməlidir.  Bu  hərəkətlər  5-6  dəfə  təkrar  olunmaqla  müxtəlif 

tempdə  yerinə  yetirilməlidir.  Beşinci  hərəkət  isə  gövdənin  yan  tərəf 

(yanlara) əzələlərinə təsir etməlidir. Bu zaman gövdə növbə ilə yanlara 

əyilməli  və  ya  sağdan  və  əksinə  dairəvi  hərəkət  edilməlidir.  Həmin 

hərəkətlər  yavaş  tempdə  icra  edilməli,  3-4  dəfə  (hər  tərəfə) 

təkrarlanmalı və ritmik olaraq icra olunmalıdır. 

Müşahidələrdən aydın olur ki, dərsəqədər səhər gimnastikasının 

səmərəli  təşkili  və  keçirilməsində  şagirdlərin  onu  könüllü  olaraq  icra 

etməsi  mühüm  əhəmiyyətə  malikdir,  çünki  səhər  gimnastikası 

haqqında  şagirdlərə  məlumatların  verilməsi  həmin  baxımdan  onun 

mahiyyəti  və  nə  məqsədlə yerinə  yetirilməsi  başa  düşülməsinə  zəmin 

yaradır. Bu isə onların şüurluğunu və hərəki fəallığını yüksəldir. Şirvan 

şəhərindəki  16  №-li  məktəbin  baş  bədən  tərbiyəsi  müəllimi  Azər 

Babayevin  də  bu  sahədəki  işi  həmin  baxımdan  çox  maraqlıdır.  Azər 

müəllim  dərs  ilinin  əvvəlində  dərsə  birinci  növbədə  səhər  gigiyenik 

gimnastikasının əhəmiyyəti barədə ayrı-ayrı siniflərdə müvafiq olaraq 

aşağıdakı məzmunda söhbət aparır. 



 

164 


-Uşaqlar, mən sizinlə bu dərsimizdə səhər gimnastikası haqqında 

söhbət edəcəyəm. Mən öyrənmişəm ki, bəzi uşaqlar səhər gimnastikası 

ilə heç məşğul olmurlar. Bəziləri isə kompleks hərəkətləri düzgün icra 

etmirlər.  Fikrimizcə,  buna  əsas  dərsəqədər  səhər  gimnastikasını  necə 

icra 

etmək  lazım  gəldiyini  və  onun  əhəmiyyətini,onların 



bilməmədiyindən irəli gəlir. 

   Soruşa bilərsiniz ki, səhər gimnastikasının nə kimi əhəmiyyəti 

var?  Uşaqlar,  görkəmli  alim  və  həkimlər  sübut  etmişlər    ki,    bir  neçə 

hərəkətlərin    birləşməsindən  əmələ  gəlmiş  səhər  gimnastikası 

kompleks  hərəkətlərinin  icrasının  orqanizm  üçün  faydası  böyükdür. 

Gimnastika  yuxunu  qaçırdır,  qısa  bir  müddətdə  adamda  sevinc,  

gümrahlıq  və  şənlik  əmələ  gətirir, əhval-ruhiyyəni yüksəldir. Eyni 

zamanda  yüngül  və  asan  yerinə  yetirilən  gimnastika  hərəkətlərindən 

sonra işə daha həvəslə başlamaq mümkündür. Həmin gün kifayət qədər 

zehni və fiziki iş görmüş olsa da, həddən artıq və ya tez yorulmursan, 

hətta  ən  çətin  və  mürəkkəb  işlə  qarşılaşdıqda  belə  qorxmur,  inamla 

maneəni  aradan  qaldırmağa  səy  göstərirsən.    Səhər  gimnastikası 

hərəkətlərinin müntəzəm icra olunması əzələ qüvvəsinin sürətini, cəld 

və  çevikliyini  artırır,  qamətin  düzgün  tərbiyəsini  təmin  edir,  qəşəng, 

cəld, çevik yeriməyə və qaçmağa kömək edir. Bundan sonra müəllim 

səhər gimnastikası və idmanla məşğul olan uşaqların fiziki hazırlığını, 

qamətini,  gimnastika  ilə  məşğul  olmayanlarla  müqayisə  edib, 

tutuşdurur. Yeri gəldikcə, hətta bəzi hərəkətlər əyaniləşdirilir. Uşaqlar 

öz  gözləri  ilə  idmançı  şagirdin  bədəninin  xarici  görünüşünün 

gözəlliyini,  ondakı  idman  məharətini,  hərəkətindəki  incəliyi, 

emosionallığı  görürlər.  Bütün  bunlar  uşaqlarda  səhər  gimnastikası 

hərəkətlərinin  şüurlu  surətdə,  inamla  yerinə  yetirilməsinə  səbəb  olur. 

Azər müəllim bəzən idmanla məşğul olan uşaqlara söz verir, onlar isə 

idmanla  məşğul  olduqdan  sonra  özlərini  necə  hiss  etdikləri  haqqında 

məlumat  verirlər.  Daha  sonra  müəllim  aşağıdakı  qaydaları  onların 

dəftərlərinə yazdırır: 

1.Səhər gimnastikası ilə hər gün məşğul olmalı; 

2.Dərs zamanı öyrədilən hərəkətləri evdə təkrar etməli; 

3.Hərəkətlər icra edilərkən tənəffüsü bir an belə dayandırmamalı, 

müntəzəm tənəffüs etməli; 

4.Əyilmələr  zamanı  dərin  nəfəs  verməli,  ilk  vəziyyətə 

qayıdarkən nəfəsi buraxmalı; 




 

165 


5.Qaməti  düzgün  saxlamalı,  hərəkətlər  şagirdlərin  qamətinin 

formalaşdırılmasına yönəldilməli; 

6.Hərəkətləri  ev  şəraitində  icra  etməli,  bu  vaxt  valideynin 

köməyindən istifadə olunmalı; 

7.Kompleks  hərəkətləri  bacı-qardaşınla,  ata-ananla  birlikdə 

yerinə yetirməli; 

8.Hərəkətlərin  icrasına  ciddi  yanaşmalı,  artıq  hərəkətlərə, 

intizamın pozulmasına qətiyyən yol verilməməli;  

 

9.Ürəyin  fəaliyyətini  məqsədəuyğun  şəkildə  artırmalı,  əzələ 



sisteminə müxtəlif məqsədəmüvafiq təsir göstərməli; 

10.Şagirdlərin yorğunluğuna və həddən artıq oyanıcılığına səbəb 

olmamalı; 

11.Kompleks  hərəkətlər  əvvəllər  icra  edilmiş  hərəkətlərdən  və 

yaxud da daha asan qavranılan hərəkətlərdən ibarət olmalı; 

12.Əhval-ruhiyyəni və emosionallığı yüksəltməli; 

13.Uşaqların  yaşına,  fiziki  inkişafına  və  hazırlığına,  habelə 

səhhətinin vəziyyətinə uyğun olmalı; 

14.Məşğələ yeri nəzərə alınmalıdır. 

Azər  müəllim  səhər  gimnastikası  üzrə  iş  təcrübəsindən 

danışarkən  deyir  ki,  mən  uşaqlarla  gimnastikaya  dair  qısa  və  konkret 

söhbət  apardıqdan  sonra  onlara  hazırladığım  kompleks  hərəkətləri 

yazdırıram.  Sonra  isə  şagirdləri  kompleks  hərəkətlərin  tərtib  olunma 

sxemi  ilə  tanış  edirəm.  Müəllim  aşağıdakı  ardıcıllığı  nəzərə  almaqla 

hərəkət kompleksləri tərtib edir: 

Yeriş,  qaçış,  dartınma  templi  hərəkətlər;  çiyin  oynaqlarının 

dairəvi  hərəkətləri;  qamət  üçün  hərəkətlər,  irəli,  arxaya  və  yanlara 

əyilmələr,  çöməlmələr,  belin,  başın  dairəvi  hərəkətləri,  qol  əzələləri 

üçün hərəkətlər; kürək əzələləri üçün  hərəkətlər; qarın əzələləri üçün 

hərəkətlər, yerində hoppanmalar, bədəni sakitləşdirici yeriş və diqqəti 

cəlbedici hərəkətlər. 

Şirvan  şəhər  16  №-li  məktəbdə  şagirdlər  ev  dəftərinə  

kompleksin  tərtibolunma  qaydasını  da  köçürürlər.  Dərsin  hazırlıq 

hissəsində  ümuminkişaf  etdirici  kompleks  hərəkətlərlə  yanaşı,  ev 

şəraitində  icra  olunmalı  hərəkətlər  də  onların  nəzərinə  çatdırılır  və 

nümayiş etdirilir. Şagirdlərə evdə həmin kompleksdən istifadə etməklə 

bərabər,  sadə  komplekslər  tərtib  etməsi  də  onlara  tapşırılır  (bu 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə