154
Maneələri dəf etməklə estafet. Eni 3m və uzunluğu 80m yolda
araları ölçülərək müxtəlif maneələr qurulur. Xətt çəkməklə eni 30sm
uzunluğu 5m zolaq işarə edilir (zolağı taxta ilə əvəz etmək olar),
hündürlüyü 1,5m tir qurulur, dayaqlardan hündürlüyü 60sm ip çəkilir,
zolaq çəkməklə «xətdən» işarə edilir. Zolağın eni 1,5sm). xəndəkdən o
tərəfdə üç dairə çəkilir və onların hərəsinin içinə bir bayraqcıq qoyulur.
Üç komanda «II» şəklində cərgəyə düzülürlər.
Hər komandanın birinci oyunçuları qaçışa başlama xəttinə
çıxaraq uzanılı vəziyyətdə startda dayanırlar. Müəllimin «Marş!»
komandası ilə onlar qabağa qaçırlar, ikinci nömrələr isə start xəttində
uzanaraq onların yerlərini tuturlar. Qaçanlar zolaqların (taxtaların) üstü
ilə qaçırlar (onların üstündən düşməməyə çalışaraq), tirin üstündən
aşırlar, ipin altından sürünürlər (toxunmaq olmaz), xəndəkdən
hoppanırlar, öz bayraqcığına çataraq onu yuxarı qaldırıb yenə öz yerinə
qoyurlar. Yuxarı qaldırılmış bayraqcıqlar öz komandasının növbəti
oyunçusunun qaçması üçün işarədir. Bayrağı geriyə, öz yerinə qoyan
oyunçu maneələri sakitcə keçərək geriyə öz cərgəsinə qayıdır. Növbəti
oyunçular birinci nömrələrin etdiklərini təkrar edirlər. Sıra nömrəsilə
axırıncı oyunçunun bayraqcığı qaldırması onun komandasının estafeti
qurtarmasını bildirir. Yarışda komandaların yerləri dəqiqliyə və qaçıb-
qayıtmanın tezliyinə görə müəyyən olunur.
Qaydalar. I. Aşağıdakılar səhv çayılır: qaçarkən zolaqdan
kənara çıxma, ipə toxunma, xəndəyin şərti işarə edən xəttə ayaqla
toxunma. 2. hər bir səhvə bir komanda oyunu qurtardıqdan sonra
müvafiq komandanın gecikməsinin hər saniyəsinə görə bir cərimə xalı
alır.
Qeyd: Maneələrin dəqiq dəf olunmasına nəzarət etmək üçün hər
komandaya bir xal hesablayan təyin olunur. Komandalardan biri
estafeti başa vurduqda müəllim ikinci və üçüncü komandalar oyunun
qurtarana qədər saniələri sadalayır (təxmini sayır). Həmin saniyələr
gecikmiş komandalara uduzulmuş sayılır.
Nəticələrin hesablanmasına nümunə. Məsələn, «Göylərin»
komandası oyunu birinci qurtarmışdır, ancaq onun 5 səhvi vardır;
«Mavilər»in komandası 6 saniyə gecikib və 10 səhv buraxıb,
«Çəhrayılar»ın komandası oyunu 8 saniyə gec başa vurmuş, amma
finişə 3 səhvlə gəlmişdir. Birinci yeri «Göylərin» komandası (səhvlərə
görə 5 xal), ikinci yeri «Çəhrayıların» komandası (8 xal vaxta görə və
155
3 xal səhvlərə görə – cəmi 11 xal) üçüncü yeri «Mavilərin» komandası
tutur (6 xal vaxta görə və 10 xal səhvlərə görə – cəmi 16 xal).
Uzağa və hədəfə top atmaqla oyunlar
İrəli addımla! Oyun böyük meydançada keçirilir. Mərkəz
xətdən hər iki tərəfə 60m kənarda olmaqla iki xətt çəkilir (sərhəd xətti).
İki komanda hərə öz tərəfində mərkəz xəttinin 15-20 metirliyində
sərbəst dayanırlar. Komandalardan birinin bir oyunçusu oyuna
başlayaraq voleybol topunu komandanın sərhəd xəttinə atır. İkinci
komandanın oyunçuları topu havada tutmağa cəhd edirlər. Əgər top
tutulmuşsa, onda oyunçunun topu əlində tutub onun tutulduğu yerdən
başlayaraq qabağa üç iri addım atmağa (hoppanmaqla) və rəqib
meydançasının üzbəüz xəttinə tərəf atmağa ixtiyarı var. Yerə düşmüş
topu onun düşdüyü yerdən növbəti oyunçu atır. Topun atılması və
tutulması komandalardan biri onu qarşı xətdən başqasının
meydançasına atana qədər davam edir. Topu o biri komandanın
meydançasına atan komanda qalib gəlir.
VII sinfi bitirən şagirdlər qarşısında
Qoyulan əsas tələblər: şagirdlər VII sinifdə öyrəndikləri
oyunların qaydalarını bilməli və onlara əməl etməlidirlər: hərəkət
xarakterinə və quruluşuna görə bir-birinə yaxın oyunlarda öyrənilmiş
hərəki səylər tətbiq etmək məqsəduyğundur, cib olduqda oyun
tapşırıqlarına müvafiq futbol fiziki keyfiyyətlər göstərilməli oyunda
komanda yoldaşları ilə əlbir fəaliyyətdə olmalı, oyunda yaradıcı hərəki
fəaliyyət və təşkilatçılıq qabiliyyəti göstərilməli, kobud texniki və
taktiki səhvlərə yol verilməməli, tanış mütəhərrik oyunlara hakimlik
etməyi bacarmalı.
VIII sinif
Ümuminkişaf hərəkətlərinin elementləri ilə oyunları
156
Kəndirdartma. Kəndirin ortası işarə olunur (rəngli parça və s.
bağlamaqla) döşəmədə, kəndirdəki işarənin altında isə köndələn
mərkəz xətti çəkilir. İki komandanın hər biri kəndirin ona aid
yarısından tutur. Oyunçular kəndirin hər iki tərəfində (bir oyunçunu
oturub dayanma qaydası ilə, yəni birinci sağda – ikinci solda, üçüncü
sağda – dördüncü solda və i.a.) dayanırlar. Sol tərəfdə dayananlar
kəndiri sağ dirsəyin altında, sağdakılar isə sol dirsəyin altında /bədənə/
sıxırlar. Siqnal üzrə kəndirin dartılması başlanır. Üç dəfədən ikisində
rəqibin mərkəz xətdən hər iki tərəfə üç metr aralı xətdən o tərəfə dartan
komanda qalib gəlir.
Qaydalar. I. Dartmanı başlamaq və qurtarmağı yalnız müəllimin
siqnalı ilə icazə verilir. 2. İkinci siqnala qədər kəndiri buraxmaq olmaz.
Qeyd. Hər dəfə kəndirin dartılması 60-90 saniyədən çox
olmamalıdır. Əgər göstərilən vaxt keçənədək dartma aşkar edilməsə
müəllim oyunu saxlayıb, nəticəni heç-heçə elan edir.
Kim
güclüdür? Şagirdlər iki komandaya bölünürlər.
Meydançanın ortasında 5-6 dairəcik işarə olunur. Hər dairəciyə
diametri 30 sm kəndir halqa qoyulur. Dairəciklərin hər iki tərəfində,
onlardan 2m aralı nəzarət xətləri çəkilir. Hər komandadan 5-6 şagird
dairəciklərə yaxınlaşıb qoşa-qoşa dayanaraq sağ /sol/ əllə kəndir
halqalardan /müəyyən şərtlə/ yapışırlar. Siqnal verilən kimi qoşa
oyunçuların hər biri rəqibi dartıb özünün nəzarət xəttindən keçirməyə
cəhd edir. Rəqibini dartmış oyunçu öz komandasına xal qazanır. Çox
xal qazanmış komanda qalib gəlir.
Qaçmaqla, atmaqla (top, tennis topu), maneələri dəf etməklə,
hündürlüyə və uzununa tullanmaqla oyunlar
Kim daha tez? Meydançanın mərkəz xəttindən 20-30m
arası hər iki tərəfə iki qısa xətt işarə olunur. İki komanda oynayır.
Onların hər biri öz xəttinin arxasında boy sırası üzrə sağ cinahlar bir-
birinin əksinə olmaqla cərgəyə düzülürlər. Cərgədəki şagirdlər sıra
nömrəsi ilə (sağ cinahdan başlayaraq) sayılırlar. Müəllimin «Birinci
nömrələr – Marş!» siqnalı verilən kimi çağırılanlar qaçaraq mərkəz
xətti birinci keçməyə çalışırlar. (qarşılaşarkən toqquşmamaq üçün
sağla qaçmaq lazımdır). Buna kim nail olursa öz komandasına bir xal
qazanır. Sonra qaçanlar yerişə keçirlər və əks istiqamətdə dayanmış