22 yanvar 2017-ci il, bazar 6



Yüklə 76,15 Kb.

tarix08.12.2017
ölçüsü76,15 Kb.


22 yanvar 2017-ci il, bazar

6

 

ˆ

Bu gün dünyanın maliyyə və bank sektorunun mütəxəssisləri belə 



fikirdədirlər ki, bankların sağlamlaşdırılmasında korporativ sosial məsuliyyət 

vacib amil olaraq qalır. Siyasi və iqtisadi idarəetmənin  bütün spektrlərində 

beynəlxalq aləmin ən mütərəqqi təcrübələrindən bəhrələnən  Azərbaycanda 

da həmin  sahə daim dövlətin diqqət mərkəzindədir. Bu arqumentə dövlət 

başçımızın son nitq və çıxışlarında daha tez-tez rast gəlirik.

Kütləvi informasiya vasitələrindən 

məlum olduğu kimi, Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyevin 

sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı 

ilin sosial-iqtisadi inkişafının yekunlarına 

və qarşıda duran vəzifələrə həsr olunan 

iclasında cənab Prezident  deyib: " Keçən 

il bank sektorunun sağlamlaşdırılması 

istiqamətində önəmli addımlar atılmışdır, 

nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı 

tədbirlər görülmüşdür, cəza tədbirləri, inzi-

bati tədbirlər görülmüşdür. Bizim iqtisadiy-

yatımıza ən böyük zərbə vuran bank sektoru 

olub. Ona görə, bu sektorun təmizlənməsi, 

sağlamlaşdırılması, şəffaflaşması, 

beynəlxalq standartlara uyğunlaşma-

sı istiqamətində bu il də ciddi addımlar 

atılacaq". Fikrimizcə, cənab Prezidentin 

tələb etdiyi bankların  beynəlxalq təcrübə 

əsasında aparılacaq sağlamlaşdırılması 

prosesində korporativ sosial məsuliyyət 

(KSM) modelinin   tətbiqi aktualdır. Çünki 

bu model beynəlxalq təcrübədə uğur qaza-

nıb və inkişaf etmiş ölkələrdə kifayət qədər 

həmin istiqamətli qanunvericilik nümunəsi  

formalaşdırılıb. 

Son illərdə korporativ sosial məsuliyyət  

anlayışı bütün dünyada çox sürətlə yayılır 

və bütün sektorlarda öz təsirini göstərir, o 

cümlədən bank sektorunda. Qloballaşma-

nın və sosial inkişafın sürətlə yayılması 

nəticəsində  bütün banklar (böyük, orta, 

kiçik) korporativ sosial məsuliyyəti  strateji 

yanaşma kimi tətbiq edə bilərlər. Belə 

yanaşma iqtisadi və sosial performansın 

yaxşılaşdırılmasını nəzərə alır. Təsdiq edilib 

ki, həmin yanaşma  bank sektoru üçün çox 

üstünlüklər gətirə bilər. Bankların nüfuzunu 

və  maliyyə vəziyyətlərini artırmaq üçün  

yeni, köhnə və ya potensiallı müştəriləri 

saxlamaq və cəlb etmək məqsədilə  KSM 

vacib amildir. Əlavə olaraq, qeyd edək ki, 

banklar sosial vəzifələrinə diqqət yetirərsə, 

daha yaxşı risklərin idarə edilməsi, işçi 

sədaqəti kimi amillər yüksək nüfuza və 

mənfəətə gətirib cıxara bilər. KSM bankla-

rın strateji planlarının bir parçası olmalıdır 

və həmçinin qərarvermə prosesində mühim 

rol oynamalıdır.

Məlumdur ki, bankların mənfəəti 

onların müştəriləri tərəfindən təmin edilir. 

Ona görə də banklar qərarvermə prosesində, 

strateji addımlarda maraqlı tərəfləri nəzərə 

almalı və əldə edilən gəlir sosial və iqtisadi 

yollarla cəmiyyətə ötürülməlidir. Əgər 

banklar cəmiyyətdən mənfəət əldə edirlərsə 

və bu cəmiyyətdən asılıdırsa, deməli,  

banklar cəmiyyətin tərkib hissələridir və 

buna görə də onların maraqlı tərəflərə olan 

məsuliyyətləri daha da təkmilləşdirilməlidir. 

Nəticədə, banklar cəmiyyət üçün öz 

məsuliyyətlərini yerinə yetirərək sosial 

bank olurlar. Azərbaycan dövləti məhz 

bu istiqamətli layihələri reallaşdırmaq 

əzmindədir.

Korporativ sosial məsuliyyət  artıq 

banklarda vərdiş halına gəlməlidir. Belə 

olan təqdirdə KSM strateji yanaşma tərzi 

kimi bankların tanınmaq və tətbiq etmək, 

təhsil, mədəniyyət, səhiyyə və ətraf 

mühitlə bağlı  təşəbbüs proqramlarında 

iştirakını artıracaq. Dövlət başçımızın 

dilə gətirdiyi əsas narahatlıqlardan biri də 

məhz Azərbaycan Respublikasının bank 

sektorunda korporativ sosial məsuliyyət  

modellərinin   hələ  zəif ifadə olunmasından 

qaynaqlanır. Dövlət başçısının bu sahənin 

fəaliyyətinə  məlum münasibəti barədə 

yuxarıda söz açdıq. 

Məlumdur ki, bu gün ölkəmizdə 

banklar, iqtisadi qurumlar  və təhsil sahələri 

tərəfindən  korporativ  sosial məsuliyyət  

üzrə daha dərin tədqiqat aparılmasına 

ciddi    ehtiyac vardır. Ümumiyyətlə, 

korporativ davamlılığın və məsuliyyətin 

formalaşmasında daxili və xarici amillər 

özünəməxsus təsir göstərir. Daxili amillərə 

siyasi islahatlar, sosial-iqtisadi prioritetlər, 

bank rəhbərliyinin idarəetmədə yol verdiyi   

boşluqların aradan qaldırılması və nəhayət,  

böhrana cavab vermək qabiliyyətinin 

formalaşdırılması aiddir. Xarici amil 

dedikdə isə, qlobal mənşəyi əsasında bazara 

təsir göstərən,  ölkə xaricində formalaşan 

təzyiqlər nəzərdə tutulur. 

Beynəlxalq təcrübədən görünür ki, 

korporativ sosial məsuliyyət məsələlərinə 

inteqrasiya istiqamətində ictimaiyyətin 

maarifləndirilməsi, banklarla əlaqədar qa-

nunda  və KSM üzrə siyasi islahatların apa-

rılması bu fəaliyyətin hərəkətverici qüvvəsi 

olur. Bunun üçün  banklar birbaşa sosial-iq-

tisadi prioritetlər və bu prosesdən irəli gələn  

inkişaf istiqamətləri   ilə formalaşmalıdır. 

Belə istiqamət götürülərkən, bankların  

idarəetmə qabiliyyətindəki boşluqlar aşkar 

olunarsa, onda konkret olaraq həmin bankın 

idarəetməsinin təkmilləşdirilməsi məqsədilə  

zəruri təlimlər keçirilməlidir. Əlavə olaraq 

qeyd etmək lazımdır ki, Milli Biznes 

Sistemi (MBS), hökumət və ya QHT-lərin 

bank sektorunun  KSM təşəbbüslərinə 

əhəmiyyətli dərəcədə təsiri olmalıdır. Bir 

mühüm məsələni də qeyd etmək lazımdır 

ki, təşəbbüs proqramları zamanı sosial me-

yarların nəzərə alınması zəruridir.

Bankın KSM strategiyası çərçivəsində 

verilən qərarlar, təbii ki, sosial-iqtisadi 

məsələləri əhatə etməlidir. Habelə,  so-

sial-iqtisadi məsələlərin araşdırılması, 

analizlərin aparılması  zamanı banklarda 

yeni bir fəlsəfə tətbiq ediləcək. Bu fəlsəfə 

əsasında banklarda gedən əməliyyatlar da 

öz xüsusiyyətlərini dəyişə bilər. Nəticədə, 

sosial-iqtisadi məsələləri araşdırmaqla, 

daxili prosesləri sosial-iqtisadi məsələlərə 

uyğunlaşdırmaq həm daxili davamlılığa 

gətirib çıxaracaq,  həm də sosial-iqtisadi 

sahənin inkişafına  stimul yaradacaq.

Təbii ki, bu yanaşma tərzinin tətbiqi 

zamanı cəmiyyətin mövcud problemlərinə 

münasibət bildirilməsi  müştərilər 

tərəfindən məmnuniyyətlə  qarşılanacaq. 

Tərəfdaşlıq münasibəti cəmiyyətə ilham 

verəcək və bu,  nəticədə həm bank üçün, 

həm də müştərilər üçün müsbət olacaqdır. 

Nəticədə banklar bu yaxınlıqdan mənfəət, 

gəlir və bazar payı əldə edəcək, həmçinin 

fərqləndirici amil kimi bank bazarında 

fəaliyyət göstərəcək. Belə bir addım dövlət 

tərəfindən müsbət qarşılanacaq və nəticədə 

yeni qanunların yaranması zəruri olacaqdır. 

Bu addım, həm   xalqın dəyərlərini qoru-

maqla yanaşı, həm də  bank sistemindəki 

yeniliklərlə  cəmiyyətdəki ab-havaya  

müsbət təsir göstərəcək. Beynəlxalq 

təcrübədən məlumdur ki, bank-maliyyə 

sahəsinə aid olan  qanunların dəyişməsində 

ilk addım banklar tərəfindən atılır. Bankla-

rın  təkliflərinə hökumət səviyyəsində baxı-

lır və normativ şəkildə tətbiq edilir. Çünki 

banklarla hökumət arasındakı münasibət, 

sadəcə, vergi məsələləri üzrə və ya dəstək 

almaq üçün deyildir. KSM-in  strateji 

açar kimi tətbiqi bazarda banklara rəqabət 

üstünlüyünə  və bank bazarında rəqabətə 

təkan verəcək. Eyni zamanda, KSM stra-

tegiyasının tətbiqi bankdaxili tələblərin 

cəmiyyətə uyğunlaşdırılmasında  ümumi 

riski minimuma endirəcək.

Əlavə olaraq qeyd etmək lazımdır ki, 

KSM təşəbbüsləri və korporativ maliyyə 

performans (CFP) arasında əlaqələr 

əhəmiyyətli olmalıdır. Hesabatların 

cəmiyyətə çıxarılması zamanı  KSM ilə ya-

naşı, davamlı inkişaf və qeyri-maliyyə hesa-

batlarını da əlavə etmək zəruridir. Belə bir 

addım maraqlı tərəfləri (bank menecerlərini, 

hakimiyyət orqanlarını, müştəriləri və s.) 

məlumatlandıracaq. Bunun əsasında bank 

və maraqlı tərəflərlə münasibət güclənəcək 

və nəticədə bazar payının möhkənlənməsinə 

və inamın artmasına gətirib çıxaracaq. 

Sonda qeyd edək ki, dünyanın bütün 

bankları kimi Azərbaycan bank sektoru da 

maliyyə böhranının dağıdıcı təsirləri və ağır 

yükü ilə qarşı-qarşıya qalıb. Ona görə də 

çıxış yollarından biri banklarda korporativ 

sosial məsuliyyətin  yüksək səviyyədə təşkil 

olunmasıdır. Bir daha xatırladaq ki, bunun 

nəticəsində rəqabətin verdiyi potensial fay-

daların artmasına gətirib çıxaracaq. Bank-

ların təşəbbüsləri ölkədə KSM tədqiqatının 

və  modellərinin keyfiyyətinin inkişafına 

zəmin yaradacaq və ölkədaxili sosial-iqtisa-

di inkişafa böyük töhfə verəcək. Bankların 

təhsil sahəsinə davamlı şəkildə yatırımları 

kadr problemlərini də aradan qaldıracaq. 

Həm cəmiyyət üçün,  həm də bank üçün 

faydalı olan insan resurslarının inkişafı 

sağlam və davamlı cəmiyyətin yaradılması-

na xidmət edəcək. Bundan əlavə, bankların 

KSM fəaliyyətinin gələcək illərdə artması 

üçün maarifləndirmənin genişləndirilməsi, 

normativ-hüquqi bazanın yaradılması, 

motivasiyanın təşviq edilməsi və hökumətlə 

birgə təşəbbüslərin olmasından irəli 

gələcək. Belə ki, bu işlər bankların KSM-ə 

adaptasiya prosesini müvəffəqiyyətlə həyata 

keçirməsinə kömək edəcək. 

Cavid HÜSEYNLİ,  

 Çexiyadakı Karlov Universitetinin 

doktorantı 

Azərbaycan dövləti banklarda korporativ sosial  

məsuliyyətin təmin edilməsi üçün ciddi addımlar atır

İvan HİNOVSKİ:

 Bolqarıstan və Serbiya 

arasında kəmərin birləşdirilməsi  

TANAP-dan qaz almağa imkan verəcək

 

ˆ

Bolqarıstan və Serbiya qaz kəməri birləşməsinin inşasına dair Anlaşma 



Memorandumu imzalayıblar.

“APA-Economics”in “balkaninsight.

com” saytına istinadən verdiyi məlumata görə, 

Bolqarıstanın energetika naziri Temenuşka 

Petkova və onun serbiyalı həmkarı Aleksandr 

Antiç Sofiyada iki ölkə arasında qaz kəməri 

birləşməsinin inşasına dair Anlaşma Memoran-

dumu imzalayıblar.

T. Petkova bildirib ki, hər iki ölkə qaz 

kəmərinin 2019-cu ilin may ayında inşası-

na başlanması barədə razılığa gəliblər və bu 

kəmərin 2020-ci ilin sonuna tam hazır olacağı-

na ümid edirlər.

A. Antiç isə bildirib ki, Serbiya boru 

kəmərinin inşasının maliyyələşdirilməsi üçün 

2018-ci ildə Avropanın müxtəlif şirkətləri ilə 

danışıqlar aparacaq. Serbiya üçün bu kəmərin 

inşası 60 milyon dollara başa gələcək. Bol-

qarıstan isə kəmərin öz ərazisindən keçən 

hissəsinə 45 milyon dollar vəsait sərf edəcək.

Qeyd edək ki, Bolqarıstan və Serbiya 

arasında qaz birləşməsinin yaradılması Mərkəzi 

və Qərbi Avropa ölkələrində Avropaya qaz 

mənbələri və nəqlinin diversifikasiyasına 

yönəlmiş, həmçinin qaz infrastrukturunun 

yaradılması üçün vacib olan 7 prioritetdən biri 

hesab olunur. Layihə yekunlaşdıqdan sonra illik 

Bolqarıstandan Serbiyaya 1 və ya 1,8 milyard 

kubmetr, həmçinin Serbiyadan Bolqarıstana 

0,15 milyard kubmetr təbii qaz nəql etmək 

mümkün olacaq. Kəmərin uzunluğu 62,2 kilo-

metr təşkil edəcək.

Bolqarıstanın Energetika Forumunun 

prezidenti İvan Hinovski bildirib ki, birgə qaz 

boru kəməri layihəsi hər iki ölkə üçün Rusiya 

enerji daşıyıcılarından asılılığı azaltmağa və 

qaz tədarükünün diversifikasiyasına imkan 

verəcək. Onun sözlərinə görə, bu kəmər hazırda 

inşası davam edən Trans-Anadolu qaz kəməri 

vasitəsilə Bolqarıstandan Serbiyaya İran, 

Azərbaycan və Türkmənistan qazının nəqlinə 

geniş imkan verəcək.



Pakistanda bazarda partlayış törədilib, 

21 nəfər həlak olub, 40 nəfər yaralanıb 

 

ˆ

Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və 



yaralananların sayı artıb.

APA-nın "Associated Press"-ə istinadən 

verdiyi məlumata görə, terror aktı nəticəsində 

həlak olanların sayı 21-ə yüksəlib, 40-dək 

yaralı var.

Hadisə Paraçinar şəhərində bu gün səhər 

saatlarında baş verib. Partlayışın əldəqayırma 

qurğu ilə törədildiyi bildirilir.

Partlayışa görə hələlik heç bir qruplaşma 

məsuliyyəti üzərinə götürməyib.  



 

ˆ

O, hər zaman elmə bağlılığı, ictimai fəaliyyəti ilə cəmiyyətdə 



sağlam mənəvi idealların möhkəmlənməsinə çalışıb, tibb kadrların 

inkişafına səy göstərib, çalışdığı ali təhsil ocağında tələbələri nəcib, ülvi 

məqsədlərə yönəltmək, intellektual səviyyəsini yüksəltmək məramı ilə 

daim diqqət mərkəzində olub. Elə buna görə də elmi-pedaqoji fəaliyyəti 

həmişə yüksək qiymətləndirilib, həmkarları, dostları və tələbələr arasında 

dərin hörmətə sahib olub. Əlbəttə, bu cür nüfuzu, sevgini o, dərin elmi 

zəkası, səmərəli elmi axtarışları, yüksək insani keyfiyyətləri və ən vacibi 

isə halal əməyi ilə qazanıb.  

Ömrünün müdriklik çağını yaşayan 

görkəmli alimin tələbələri, rəhbərliyi 

altında elmi dərəcələr alan və tibb 

elmi sahəsində özünəməxsus yeri və 

rolu ilə nüfuz qazanan insanlar bu gün 

respublikamızın səhiyyə sistemində, 

idarəetmənin müxtəlif sahələrində ça-

lışır və ölkəmizin tərəqqisində öz bilik 

və bacarıqlarını əsirgəmirlər.

Söhbət Azərbaycan Tibb Universi-

tetinin insan anatomiyası kafedrasının 

müdiri, Rusiya Tibb Elmləri Akade-

miyasının həqiqi üzvü, Azərbaycan 

Morfoloqlar Assosiasiyasının sədri, 

Beynəlxalq Morfoloqlar Assosiasiyası 

Koordinasiya Şurasının, Avropa Təbiət 

Elmləri Akademiyası və Türk Dünya-

sı Araşdırmaları Uluslararası Elmlər 

Akademiyasının üzvü, Əməkdar elm 

xadimi və Əməkdar həkim, tibb elmləri 

doktoru Vaqif Şadlinskidən gedir. Onun 

ömür yolu haqqında aydın təsəvvür 

yaransın deyə, əvvəlcə bu böyük alimin 

uşaqlıq, gənclik illərinə qısaca nəzər 

salaq. 


1940-cı il yanvarın 24-də  Vedi 

rayonunun Böyük Vedi kəndində ziyalı 

ailəsində dünyaya göz açan professor 

Vaqif Şadlinskinin ailəsi 1948--1950-

ci illər erməni deportasiyasına məruz 

qalaraq  məcburi köçkün həyatı yaşa-

yıb. Atası Bilas müəllim əvvəl doğma 

yurdundan perik salınandan sonra isə 

Şəmkirin Leninkənd qəsəbəsindəki (in-

diki Çinarlı) orta məktəblərdə direktor 

vəzifəsində çalışıb. Təlim-tərbiyə və 

maarifləndirmə sahələrində göstərdiyi 

qüsursuz xidmətlərinə görə Lenin və 

Qırmızı Əmək Bayrağı ordenlərinə, 

“Əməkdar müəllim” fəxri adına layiq 

görülüb. Xalq qəhrəmanı Abbasqulu 

bəy Şadlinskinin yaxın qohumu olan 

Bilas Şadlinski dövrünün bacarıqlı 

pedaqoqlarından, dəyərli ziyalılarından 

biri kimi tanınıb. Anası Gülüzar xanım 

isə səkkiz uşaq boya-başa çatdırıb. 

Göründüyü kimi, başı müsibətlər 

çəkən bu ailə zəhmətə, elmə, maarifə 

bağlı olub, el-obada xətir-hörməti 

halallıqla, vətənpərvərliklə qaza-

nıb. Təbii ki, bütün bu keyfiyyətlər , 

xüsusən gənclik illərindən ağır zəhmətə 

qatlaşması gələcəyin tanınmış alimi-

nin 1963--1968-ci illərdə Azərbaycan 

Tibb İnstitutunda oxuyarkən ona 

bəslənilən ümidləri doğrultmasına öz 

müsbət təsirini göstərib. Dərin zəkası 

və çalışqanlığı gənc Vaqif müəllimin 

sonrakı elmi fəaliyyətində mühüm 

uğurlara imza atmasında, bir insan, 

vətəndaş, pedaqoq, alim, ictimai xadim 

kimi cəmiyyətdə nüfuz qazanmasında 

mühüm rol oynayıb. 

Burada bir məqamı da xüsusi 

qeyd etmək yerinə düşür. Professor 

Vaqif Şadlinskinin atası Bilas müəllim 

ömrü boyu kitaba, elmə sonsuz sevgi 

ilə bağlı olub. Tarixi araşdırmalara da 

böyük maraq göstərib. Yaratdığı zəngin 

kitabxansında da ermənilərin qonşu 

ölkələrdən Azərbaycana nə vaxt, nə 

səbəbə köçürülmələrindən, terrorçu 

“Daşnaksütyun” partiyasının xalqımı-

za qarşı düşmənçilik fəaliyyətindən, 

törətdikləri qırğınlardan, əsassız torpaq 

iddialarından bəhs edən qəzet-jurnal 

məqalələri, broşüralar, kitablar və digər 

sənədlər xüsusi yer tuturdu. Elə gün 

olmazdı ki, məktəbli gənclər, qiraət 

həvəskarları, qəsəbəyə yolu düşən qo-

naqlar bu kitabxanaya baş çəkib onları 

maraqlandıran, düşündürən məsələlərlə 

bağlı məlumat almasınlar. Bax, 

yeniyetmə Vaqifin kitaba, elmə, tarixə 

dərindən bağlılığı həm də bu zəngin 

mənbədən qaynaqlanıb. 

Əməkdar elm xadimi Vaqif Şad-

linski 1970-ci ildə o vaxtkı Tibb İnsti-

tutunun insan anatomiyası kafedrasında 

elmi-pedaqoji fəaliyyətə başlayıb. İlk 

günlərdən nizam-intizamı, yeniliyə can 

atması ilə diqqət çəkib. Səmimiyyəti, 

tədris, təlim-tərbiyə işlərinə ürəkdən 

bağlanması ilə əməkdaşların, eləcə də 

kafedra müdiri, professor Kamil Bala-

kişiyevin hörmət və rəğbətini qazanıb. 

Vaqif müəllim həmin kafedranın 

müdiri vəzifəsinə seçildiyi 1995-ci 

ildən etibarən tədrisin dünyanın inkişaf 

etmiş ali məktəblərinin kəmiyyət və 

keyfiyyət göstəriciləri səviyyəsində 

qurulması üçün universitetdə apa-

rılan islahatlarda, həyata keçirilən 

tədbirlərdə yaxından iştirak edib. 

Təhsil, təlim-tərbiyə sahəsində 

əldə etdiyi uğurlara görə dəfələrlə 

ATU rektorluğunun və Səhiyyə 

Nazirliyinin fəxri fərmanlarına 

layiq görülüb.

Tanınmış alim-pedaqoq 

Azərbaycan Tibb Universitetində 

çalışdığı dövrdə elmi fəaliyyəti 

ilə yanaşı, ictimai işlərdə də 

fəallığı ilə seçilib. O, eyni 

zamanda, müalicə-profilaktika 

fakültəsinin dekan müavini, ümu-

mi işlər üzrə prorektor, həmkarlar 

ittifaqı komitəsinin sədri, tədris 

işləri üzrə prorektor vəzifələrini  

yerinə yetirərkən də prinsipal-

lığı, obyektivliyi, humanistliyi 

ilə hörmət qazanıb. İllər ötdükcə 

Vaqif müəllimin elmi-pedaqo-

ji, ictimai-siyasi fəaliyyətinin 

miqyası da genişlənib. Professor 

ölkəmizdə morfologiya elminin insan 

anatomiyası sahəsində elmi axtarışla-

rını və bu fənnin tədrisini onun spesifi-

kasına uyğun daim təkmilləşdirərək 

yüksək nəticələr qazanıb, bu sahəni 

beynəlxalq aləmdə layiqincə təmsil 

edib. 

Vaqif  Şadlinski kafedra mü-



diri kimi dünyanın bir sıra ali tibb 

məktəblərinin insan anatomiyası 

kafedralarının müdirləri, morfoloji 

elmlərlə məşğul olan görkəmli tibb 

alimləri ilə rəsmi müqavilələr imza-

lamağa, yeni layihə və proqramlar 

hazırlanmağa, kafedranın beynəlxalq 

əlaqələrini genişləndirməyə nail olub. 

Onun İ.M.Seçenov adına Moskva 

Dövlət Tibb Universitetinin insan 

anatomiyası kafedrasının müdiri, 

akademik M.R.Sapinlə, Moskva 

Dövlət Tibbi-Stomatologiya İnstitu-

tunun insan anatomiyası kafedrasının 

müdiri, akademik L.L.Kolesnikovla, 

akademik D.V.Bajenovla, Tbilisi 

Morfologiya İnstitutunun direktoru, 

akademik N.A.Cavaxişvili ilə, Xarkov 

Dövlət Tibb İnstitutunun insan anato-

miyası kafedrasının müdiri, professor 

V.V.Bobinlə, həmçinin Almaniyadan 

dünya şöhrətli anatom-alim, pro-

fessor A.Şumaxerlə, Gürcüstandan 

olan akademik T.Gibradze, Kazan, 

Ufa, Mahaçqala alimləri, Türkiyənin 

bir sıra universitetlərinin tibb 

fakültələrinin anatomiya kafedralarının 

mütəxəssisləri ilə yaratdığı dostluq 

və əməkdaşlıq əlaqələri ölkəmizdə 

morfologiya elminin müasir tələblər 

səviyyəsində dinamik inkişafına güclü 

təkan verib. 

Vaqif müəllimin pedaqoji 

fəaliyyətindən söhbət açarkən bir 

məqama da xüsusi diqqət yetirmək 

istərdik. Bu, böyük alimin rəhbərlik 

etdiyi kafedranın hazırda işinin müasir 

tələblər səviyyəsində yenidən qurul-

ması ilə bağlıdır. Xatırladaq ki, Vaqif 

müəllimin səyi ilə kafedranın unikal 

tədris muzeyinin sahəsi son illərdə 

xeyli genişləndirilib və yeni ekspo-

natlarla zənginləşdirilib. Tələbələrin 

təhsili və əməkdaşların fəaliyyəti üçün 

burada hər cür şərait yaradılıb, bütün 

dərs otaqları müasir avadanlıqla təchiz 

olunub. 

Təhsildə ən yeni tədris metod-

larından-- kompüter otaqlarından, 

animasiyalardan, son innovativ texno-

logiyalardan, müxtəlif proqramlardan 

düşünülmüş şəkildə geniş istifadə edi-

lir. Anatomiyanın bütün sahələri üzrə 

Azərbaycan, rus və ingilis dillərində 

çoxsaylı dərslik, atlas, anatomik ter-

minologiya kitabları, dərs vəsaitləri, 

tədris-metodik ədəbiyyat yazılıb və 

nəşr olunub. Kafedrada morfoloqla-

rın beynəlxalq elmi konfranslarının 

keçirilməsinin təşkili və belə tədbirlərin 

materiallarının toplu şəklində çap 

olunmasının təmin edilməsi diqqət 

mərkəzində saxlanılıb. 

Alimin kafedraya rəhbərlik etdiyi 

dövrdə onun elmi məsləhətçiliyi və 

rəhbərliyi altında neçə-neçə elmlər 

doktoru, tibb üzrə fəlsəfə doktoru 

hazırlanıb, 500-ə yaxın elmi işi, o 

cümlədən çoxsaylı monoqrafiya, 

dərslik və dərs vəsaiti, onlarca elmi-

kütləvi məqaləsi işıq üzü görüb. Akade-

mik Yusif Məmmədəliyev mükafatı, 

Hacı Zeynalabdin Tağıyev mükafatı, 

BMT-nin Təltiflər Komitəsinin I 

dərəcəli Hippokrat ordeni, Albert 

Şvaytzer mükafatı, Robert Kox medalı, 

UNESCO-nun Beynəlxalq Akade-

miyasının qızıl medalı və s. bir sıra 

beynəlxalq mükafat və təltiflərə layiq 

görülüb. Vaqif Şadlinski Azərbaycanda 

və bir sıra xarici ölkələrdə çıxan tibbi 

jurnalların redaksiya heyətlərinin üzvü 

kimi də yorulmaq bilmədən fəaliyyət 

göstərir.

Prinsipiallığı, yüksək idarəçilik 

qabiliyyəti, tədqiqatçılıq əzmi və insani 

keyfiyyətləri ilə fərqlənən professor 

Vaqif Şadlinskiyə bundan sonra da 

səmərəli elmi-pedaqoji fəaliyyətində 

uğurlar arzu edirik.



Vaqif BAYRAMOV,  

 “Xalq qəzeti”

Tanınmış alim, təcrübəli pedaqoq

Ermənistan silahlı qüvvələrinin bölmələri  

 iriçaplı pulemyotlardan da istifadə etməklə 

 atəşkəs rejimini 39 dəfə pozub

 

ˆ

Ermənistan silahlı qüvvələrinin bölmələri 



cəbhənin müxtəlif istiqamətlərində iriçaplı 

pulemyotlardan da istifadə etməklə sutka ərzində 

atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub. 

Müdafiə Nazirliyi-

nin mətbuat xidmətindən 

AZƏRTAC-a bildiriblər ki, 

Ermənistanın Noyemberyan 

rayonunun Dovex, İcevan rayo-

nunun Berkaber, Azatamut və 

Paravakar kəndlərində yerləşən 

mövqelərdən Qazax rayonunun 

Kəmərli, Qızılhacılı, Cəfərli, 

Köhnəqışlaq kəndlərində və 

adsız yüksəkliklərdə, Berd 

rayonunun Çinari, Moses-

qex kəndlərində və adsız 

yüksəkliklərdə yerləşən 

mövqelərdən Tovuz rayo-

nunun Ağbulaq, Koxanəbi, 

Ağdam kəndlərində və ad-

sız yüksəkliklərdə yerləşən 

mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal 

altında olan Göyarx, Çiləbürt, 

Ağdam rayonunun Yusifcanlı, 

Şuraabad, Xocavənd rayonunun 

Kuropatkino, Füzuli rayonunun 

Aşağı Seyidəhmədli, Horadiz 

kəndləri yaxınlığında, həmçinin 

Goranboy, Xocavənd, Füzuli və 

Cəbrayıl rayonları ərazisindəki 

adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən də Silahlı 

Qüvvələrimizin mövqeləri atəşə 



tutulub.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə