B a L o ğ L a n q u L i y e V


Maneələri dəf etməklə estafet



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə52/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   48   49   50   51   52   53   54   55   ...   131

 

154 


Maneələri dəf etməklə estafet. Eni 3m və uzunluğu 80m yolda 

araları  ölçülərək  müxtəlif  maneələr  qurulur.  Xətt  çəkməklə  eni  30sm 

uzunluğu  5m  zolaq  işarə  edilir  (zolağı  taxta  ilə  əvəz  etmək  olar), 

hündürlüyü 1,5m tir qurulur, dayaqlardan hündürlüyü 60sm ip çəkilir, 

zolaq çəkməklə «xətdən» işarə edilir. Zolağın eni 1,5sm). xəndəkdən o 

tərəfdə üç dairə çəkilir və onların hərəsinin içinə bir bayraqcıq qoyulur. 

Üç komanda «II» şəklində cərgəyə düzülürlər. 

Hər  komandanın  birinci  oyunçuları  qaçışa  başlama  xəttinə 

çıxaraq  uzanılı  vəziyyətdə  startda  dayanırlar.  Müəllimin  «Marş!» 

komandası ilə onlar qabağa qaçırlar, ikinci nömrələr isə start xəttində 

uzanaraq onların yerlərini tuturlar. Qaçanlar zolaqların (taxtaların) üstü 

ilə  qaçırlar  (onların  üstündən  düşməməyə  çalışaraq),  tirin  üstündən 

aşırlar,  ipin  altından  sürünürlər  (toxunmaq  olmaz),  xəndəkdən 

hoppanırlar, öz bayraqcığına çataraq onu yuxarı qaldırıb yenə öz yerinə 

qoyurlar.  Yuxarı  qaldırılmış  bayraqcıqlar  öz  komandasının  növbəti 

oyunçusunun  qaçması  üçün  işarədir.  Bayrağı  geriyə,  öz  yerinə  qoyan 

oyunçu maneələri sakitcə keçərək geriyə öz cərgəsinə qayıdır. Növbəti 

oyunçular  birinci  nömrələrin  etdiklərini  təkrar  edirlər.  Sıra  nömrəsilə 

axırıncı oyunçunun bayraqcığı  qaldırması onun  komandasının  estafeti 

qurtarmasını bildirir. Yarışda komandaların yerləri dəqiqliyə və qaçıb-

qayıtmanın tezliyinə görə müəyyən olunur. 

Qaydalar.  I.  Aşağıdakılar  səhv  çayılır:    qaçarkən  zolaqdan 

kənara  çıxma,  ipə  toxunma,  xəndəyin  şərti  işarə  edən  xəttə  ayaqla 

toxunma.  2.  hər  bir  səhvə  bir  komanda  oyunu  qurtardıqdan  sonra 

müvafiq komandanın gecikməsinin hər saniyəsinə görə bir cərimə xalı 

alır. 

Qeyd: Maneələrin dəqiq dəf olunmasına nəzarət etmək üçün hər 

komandaya  bir  xal  hesablayan  təyin  olunur.  Komandalardan  biri 

estafeti  başa  vurduqda  müəllim  ikinci  və  üçüncü  komandalar  oyunun 

qurtarana  qədər  saniələri  sadalayır  (təxmini  sayır).  Həmin  saniyələr 

gecikmiş komandalara uduzulmuş sayılır. 

Nəticələrin  hesablanmasına  nümunə.  Məsələn,  «Göylərin» 

komandası  oyunu  birinci  qurtarmışdır,  ancaq  onun  5  səhvi  vardır; 

«Mavilər»in  komandası  6  saniyə  gecikib  və  10  səhv  buraxıb, 

«Çəhrayılar»ın  komandası  oyunu  8  saniyə  gec  başa  vurmuş,  amma 

finişə 3 səhvlə gəlmişdir. Birinci yeri «Göylərin» komandası (səhvlərə 

görə 5 xal), ikinci yeri «Çəhrayıların» komandası (8 xal vaxta görə və 




 

155 


3 xal səhvlərə görə – cəmi 11 xal) üçüncü yeri «Mavilərin» komandası 

tutur (6 xal vaxta görə və 10 xal səhvlərə görə – cəmi 16 xal). 

 

 

Uzağa və hədəfə top atmaqla oyunlar 



 

   İrəli  addımla!  Oyun  böyük  meydançada  keçirilir.  Mərkəz 

xətdən hər iki tərəfə 60m kənarda olmaqla iki xətt çəkilir (sərhəd xətti). 

İki  komanda  hərə  öz  tərəfində  mərkəz  xəttinin  15-20  metirliyində 

sərbəst  dayanırlar.  Komandalardan  birinin  bir  oyunçusu  oyuna 

başlayaraq  voleybol  topunu  komandanın  sərhəd  xəttinə  atır.  İkinci 

komandanın  oyunçuları  topu  havada  tutmağa  cəhd  edirlər.  Əgər  top 

tutulmuşsa, onda oyunçunun topu əlində tutub onun tutulduğu yerdən 

başlayaraq  qabağa  üç  iri  addım  atmağa  (hoppanmaqla)  və  rəqib 

meydançasının  üzbəüz  xəttinə tərəf atmağa  ixtiyarı  var.  Yerə  düşmüş 

topu  onun  düşdüyü  yerdən  növbəti  oyunçu  atır.  Topun  atılması  və 

tutulması  komandalardan  biri  onu  qarşı  xətdən  başqasının 

meydançasına  atana  qədər  davam  edir.  Topu  o  biri  komandanın 

meydançasına atan komanda qalib gəlir. 

 

 



VII sinfi bitirən şagirdlər qarşısında 

 

Qoyulan  əsas  tələblər:  şagirdlər  VII  sinifdə  öyrəndikləri 

oyunların  qaydalarını  bilməli  və  onlara  əməl  etməlidirlər:  hərəkət 

xarakterinə  və  quruluşuna  görə  bir-birinə  yaxın  oyunlarda  öyrənilmiş 

hərəki  səylər  tətbiq  etmək  məqsəduyğundur,  cib  olduqda  oyun 

tapşırıqlarına  müvafiq  futbol  fiziki  keyfiyyətlər  göstərilməli  oyunda 

komanda yoldaşları ilə əlbir fəaliyyətdə olmalı, oyunda yaradıcı hərəki 

fəaliyyət  və  təşkilatçılıq  qabiliyyəti  göstərilməli,  kobud  texniki  və 

taktiki  səhvlərə  yol  verilməməli,  tanış  mütəhərrik  oyunlara  hakimlik 

etməyi bacarmalı. 

 

 

VIII sinif 



 

Ümuminkişaf hərəkətlərinin elementləri ilə oyunları 

 



 

156 


   Kəndirdartma. Kəndirin ortası işarə olunur (rəngli parça və s. 

bağlamaqla)  döşəmədə,  kəndirdəki  işarənin  altında  isə    köndələn  

mərkəz    xətti    çəkilir.    İki    komandanın    hər    biri  kəndirin  ona  aid 

yarısından  tutur.  Oyunçular  kəndirin  hər  iki  tərəfində    (bir  oyunçunu 

oturub  dayanma  qaydası ilə,  yəni  birinci  sağda  – ikinci  solda,  üçüncü 

sağda  –  dördüncü  solda  və  i.a.)  dayanırlar.  Sol  tərəfdə  dayananlar 

kəndiri sağ dirsəyin altında, sağdakılar isə sol dirsəyin altında /bədənə/ 

sıxırlar.  Siqnal  üzrə  kəndirin  dartılması  başlanır.  Üç  dəfədən  ikisində 

rəqibin mərkəz xətdən hər iki tərəfə üç metr aralı xətdən o tərəfə dartan 

komanda qalib gəlir. 



Qaydalar. I. Dartmanı başlamaq və qurtarmağı yalnız müəllimin 

siqnalı ilə icazə verilir. 2. İkinci siqnala qədər kəndiri buraxmaq olmaz. 



Qeyd.  Hər  dəfə  kəndirin  dartılması  60-90  saniyədən  çox 

olmamalıdır.  Əgər  göstərilən  vaxt  keçənədək  dartma  aşkar  edilməsə 

müəllim oyunu saxlayıb, nəticəni heç-heçə elan edir. 

Kim 

güclüdür?  Şagirdlər  iki  komandaya  bölünürlər. 

Meydançanın  ortasında  5-6  dairəcik  işarə  olunur.  Hər  dairəciyə 

diametri  30  sm  kəndir  halqa  qoyulur.  Dairəciklərin  hər  iki  tərəfində, 

onlardan  2m  aralı  nəzarət  xətləri  çəkilir.  Hər  komandadan  5-6  şagird 

dairəciklərə  yaxınlaşıb  qoşa-qoşa  dayanaraq  sağ  /sol/  əllə  kəndir 

halqalardan  /müəyyən  şərtlə/  yapışırlar.  Siqnal  verilən  kimi  qoşa 

oyunçuların hər biri rəqibi dartıb özünün nəzarət xəttindən keçirməyə 

cəhd edir. Rəqibini dartmış oyunçu öz komandasına xal qazanır. Çox 

xal qazanmış komanda qalib gəlir.  

 

 



Qaçmaqla, atmaqla (top, tennis topu), maneələri dəf etməklə, 

hündürlüyə və uzununa tullanmaqla oyunlar 

 

       Kim  daha  tez?  Meydançanın  mərkəz  xəttindən  20-30m 

arası  hər  iki  tərəfə  iki  qısa  xətt  işarə  olunur.  İki  komanda  oynayır. 

Onların hər biri öz xəttinin arxasında boy sırası üzrə sağ cinahlar bir-

birinin  əksinə  olmaqla  cərgəyə  düzülürlər.  Cərgədəki  şagirdlər  sıra 

nömrəsi ilə (sağ  cinahdan başlayaraq) sayılırlar.  Müəllimin  «Birinci 

nömrələr  –  Marş!»    siqnalı  verilən  kimi  çağırılanlar  qaçaraq  mərkəz 

xətti  birinci  keçməyə  çalışırlar.  (qarşılaşarkən  toqquşmamaq  üçün 

sağla qaçmaq lazımdır). Buna kim nail olursa öz komandasına bir xal 

qazanır.  Sonra  qaçanlar  yerişə  keçirlər  və  əks  istiqamətdə  dayanmış 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə