B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə50/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   46   47   48   49   50   51   52   53   ...   131

 

148 


əllərini  bellərinə  qoyub  bir  ayaq  üzərində  vəziyyət  alırlar  və 

çiyinlərinin təkanı ilə rəqibi dairədən çıxartmağa çalışırlar. Qalib gələn 

kvadratda qalır, üç nəfər məğlubolanlar isə orta kvadrata keçirlər və bu 

minvalla  mübarizəni  davam  etdiirlər.  Bundan  sonra  qalan  iki  nəfər 

mübarizəni  kiçik  kvadratda  davam  etdirirlər.  Birinci  kvadratda  qalan 

oyunçu  dörd,  ikincidəki  iki,  üçüncüdəki  isə  iki  xal  alır.  Üçüncü 

kvadratdan  çıxarılmış  oyunçu  isə  bir  xal  alır.  Oyunu  qurtardıqdan 

sonra həmin dördlər cərgəyə öz yerlərinə gedirlər, birinci kvadrata isə 

növbəti  dörd  nəfər  çağırılır.  Bütün  dördlüklərin  oyunu  qurtardıqdan 

sonra final yarışı keçirib ən güclü və çevik oyunçunu aşkar etmək olar. 



Dairəyə dart. Oynayanlar dairənin xaricində bir-birinin əlindən 

möhkəm  tutub  dayanırlar.  Müəllimin  göstərişi  ilə  onlar  dairənin 

ətrafında sağa, yaxud sola hərəkət edirlər, sonra müəllimin siqnalı (fiti) 

üzrə  dayanırlar  və  öz  yoldaşlarının  əlini  buraxmadan  hərə  öz 

qonşusunu dairənin xəttindən içəri salmağa cəhd göstərirlər. Kim, heç 

olmasa bir ayağı ilə dairəyə gedərsə oyundan çıxır. Sonra oyun davam 

etdirilir. Çəkilib dairəyə salınmayan oyunçular qalib gəlirlər.  

Qeyd.  Oyunu  bir,  iki  və  üç  dairədə  keçirmək  olar.  Məsələn,  üç 

dairədə  oynayarkən  dairənin  birini  daha  güclü  oğlanlar  üçün,  birini 

qızlara, birini isə fiziki cəhətdən zəif olan oğlan və qızlar üçün ayırmaq 

daha məqsədəuyğundur. 

 

 

 

Sürətli qaçışla oyunlar 

 

Qarşılıqlı  estafeta  (variantları).  Komandalar  qaçışa  müxtəlif 

vəziyyətlərdən  (dizi  üstə  dayanmadan,  oturmadan,  böyrü  üstə 

uzanmadan,  sol  dirsəyinə  söykənmədən)  başlayırlar.  Məsafə  başa 

çatana  qədər  qaçışçılar  onlar  üçün  müəyyən  olunmuş  müxtəlif  əlavə 

tapşırıqlar  yerinə  yetirə  bilərlər  (bayraqların  başına  dolanmaq,  bir 

şəhərciyi götürüb başqasının yerinə qoymaq, yerdə çəkilmiş dairədəki 

doldurulmuş topu götürüb atıb-tutmaq, yenə öz yerinə qoymaq və s.). 

 

 

Hündürlüyə və uzununa tullanmaqla oyunlar 



 


 

149 


   Hərəkət  edən  maneə  üzərindən  tullanmaqla  estafet.  6-3 

nəfərdən  ibarət  komandalar  ümumi  xəttin  arxasında  boyunardı  tək 

sıraya  düzülürlər.  Sıraların  başında  dayanan  oyunçular  əllərində  3m 

uzunluğunda  ikiqat  ip  tuturlar.  Hər  komandanın  qarşısında,  6-8m  o 

tərəfə  bir  bayaq  qoyulur.  Bayraqlarla  qaçışın  xəttinin  arasında  1,5m 

enində zolaq çəkilir. Siqnal  verilən  kimi  başdakı  oyunçular  qabağa   

qaçıb        zolağın  üstündən  hoppanırlar  və  öz  bayraqlarının  başına 

dolanırlar.  Sıraya  qayıdaraq  və  zolağın  üstündən  bir  də  hoppanaraq 

növbəti oyunçu ilə birlikdə ikiqat salınmış ipi (30-40sm hündürlükdə) 

oynayanların  ayağının  altından  keçirirlər.  Sırada  dayananlar  ipinin 

üstündən qıçları  bükmə üsulu ilə tullanırlar. Beləliklə, başda dayanan 

oyunçu sıranın axırında dayanır, növbəti oyunçu isə ipi götürüb birinci 

oyunçunun  etdiklərini  təkrar  edir.  Sıraya  qayıdaraq  o,  sıra  nömrəsinə 

görə  üçüncü  oyunçu  ilə  birlikdə  ipi  sıra  boyu  oyunçuların  ayağından 

keçirir  və  i.a.  Birinci  oyunçu  ipi  yenidən  qəbul  edərkən  onu  yuxarı 

qaldırıb  onun  komandasının  oyunu  qurtardığını  bildirir.  Oyun  təkrar 

edilir,  lakin  bu  dəfə  o    aşağıdakı  varianta  oynanılır,  yəni  sıraya  öz 

komandasının  yerinə  qayıdan  oyunçular  ipi  sırada  dayananların 

ayağının  altından  keçirmirlər,  növbəti  oyunçu  ilə  birlikdə  ipi  açıb 

uclarından  tutaraq  qaçışın  başlanğıc  xətti  boyunca,  xəttin  üstündə 

dartılı  vəziyyətdə  saxlayırlar.  Oyunçular  növbə  ilə  qaçaraq 

«addımlama» üsulu ilə ipin üstündən tullanırlar. 



Uzağa-hündürə tullanmaqla estafet. Oyun eyni ilə qaçaraq xətt 

üzrə  estafetdə  olduğu  kimi  təşkil  olunur  keçirilir.  lakin  məsafənin 

ortasında  80-90sm  məsafədə  tullanmaq  üçün  xüsusi  dayaqlardan  70-

80sm  hündürlükdən  uclarında  kisəcik  olan  rezin  yaxud  adi  ip  çəkilir. 

Növbəti  oyunçular  məsafəni  qaçaraq  çəkilmiş  rezinin  (yaxud  ipin) 

üstündən  tullanırlar.  Öz  çilinglərini  (şəhərcik  oyununda  ağac  çiling) 

qaldırır  və  onu  yenə  öz  yerinə  qoyurlar.  Çilingin  qaldırılması,  onun 

qaldıranın öz komandasının növbəti oyunçusunun qaçmasına siqnaldır. 

Şəhərciyi  yerinə  qoyan  qaçışı  sakitcə  ipin  yanından  keçərək  öz 

cərgəsinə qayıdır. 

 

 

Uzağa və hədəfə top atmaqla oyunlar 



 

Sərrastlar  və  çeviklər.  Meydançada  bir-birinin  içində  3,10  və 

15m  diametrdə  üç  dairə  çəkirlər.  Kiçik  dairənin  içəri  ətrafına  6 




 

150 


şəhərcik  çilingi  qoyulur.  İki  komanda  oynayır.  Hər  komandadan  bir 

kapitan  və  üç  müdafiəçi  ayrılır.  Qalan  oyunçular  topu  verənlər 

(ötürənlər) olurlar. Kapitanlar kiçik dairədə, müdafiəçilər ortadakından 

olurlar,  topötürənlər  isə  böyük  dairədə  sərbəsə  dayanırlar  (gəzişirlər). 

Müəllim  kapitanlardan  birinə  voleybol  topu  verir,  o,  topu  böyük 

dairəyə  öz  oyunçusuna  (ötürücüyə)  atır.  Həmin  oyunçu  topu  böyük 

dairədən geriyə-kapitana ötürməyə çalışır, lakin müdafiəçilər topu ələ 

keçirib  öz  topötürənlərinə  verməyə  çalışırlar.  Kapitan  topu  alıb 

çilinglərdən  birini  vurur.  Vurulmuş  çiling  götürülür.  Müəllim  topu  o 

biri  kapitana  verir  və  beləliklə  oyun  davam  edir.  Kapitanı  əvvəl  dörd 

çiling vuran komanda qalib gəlir. Topu dartıb əldən almaq, onu əldə 3 

saniyədən  artıq  saxlamaq  qadağandır.  Əgər  komandalardan  birinin 

müdafiəçisi bilmədən ayağı ilə toxunub çilingi yıxarsa, həmin çiling o 

biri komandanın kapitanı tərəfindən vurulmuş sayılır. 



Dörd dayağa doğru. İki komanda oynayır. Komandalardan biri 

«şəhərdə», digəri «çöldə» (meydanda) yerləşir. Meydanda bir-birindən 

10m  aralı  dörd  dayaq  qoyulur.  Şəhər  komandasının  oyunçuları  növbə 

ilə topu meydançaya vururlar və qaçaraq dörd dayağın hər birinə əlləri 

ilə toxunurlar, sonra isə şəhərlərinə qayıdırlar. Təhlükə olduqda qaçan 

oyunçu  növbəti  top  vurulanadək  dayaqlardan  birinin  yanında  dayana 

bilər.  Meydanda  komandanın  oyunçuları  vurulmuş  topu  havada 

tutmağa,  yaxud  yerdən  götürməyə  və  onu  qaçışanlardan  birinə 

vurmağa  cəhd  edirlər.  Elə  ki,  bu  baş  tutdu,  komandalar  rollarını 

dəyişirlər. 

Geriyə,  öz  şəhərinə  salamat  qayıtmış  hər  oyunçu  komandasına 

bir  xal  qazanır.  Oyun  ərzində  (10-15dəq)  çox  xal  toplamış  komanda 

qalib gəlir. 

 

 



Basketbola və əl topuna hazırlıq oyunu 

 

Top kapitana («Top tutana»). Meydançanın hər iki qısa tərəfinin 



qarşısında müvafiq olaraq diametri 1,3 və 5m bir-birinin içərisində üç 

dairə  çəkilir.  Meydançanın  mərkəzində  də  dametri  1m  dairə  çəkilir. 

Oyun  üçün  ləvazimat  basketbol  topu  və  oyunçuları  fərqləndirən  qol 

sarğısından ibarətdir. 

Hər komandanın birinci nömrəsi kapitandır. Onlar meydançanın 

qısa tərəflərində çəkilmiş dairələrin içərisində dayanırlar. Hər iki tərəfə 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə