B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə48/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   44   45   46   47   48   49   50   51   ...   131

 

142 


almalıdırlar  (Tullanan  oyunçu  ipə  toxunarkən  dayanmaq  lazımdır  və 

yaxud ipini aşağı salmalı və i.a.).  

 

 

Hündürlüyə və uzununa tullanmaqla oyunlar 

Tullanma ardınca tullanma 

 

İki  komanda  bir-biri  ilə  paralel,  biri  o  birindən  2  m  aralı  cüt 

sırada  dayanırlar.  Hər  sıradakı  qoşa  oyunçular  yerdən  50-60  sm 

məsafədən  (hündürlükdə)  saxlanmış  gödək  ipin  uclarından  tuturlar. 

Siqnal  verilən  kimi  birinci  qoşa  oyunçular  ipi  cəld  yerə  qoyub  və  hər 

ikisi  öz  sıralarının  əvvəlindən  axırına  qaçırlar,  bundan  sonra  sırada 

dayanmış  hər  cüt  oyunçunun  ikisinin  üstündən  tullanırlar,  özlərinin 

əvvəlki  yerinə  çatan  kimi  hər  iki  oyunçu  dayanır  və  yenə  ipin 

uclarından  tuturlar.  Elə  ki,  birinci  ip  yerdən  qaldırıldı,  ikinci  cüt 

oyunçular  ipi  yerə  qoyurlar,  birinci  ipin  üstündən  tullanıb  sıranın 

əvvəlindən  axırına  qaçırlar,  sonra  bütün  iplərin  üstündən  tullanaraq 

əvvəlki  yerlərinə  çatırlar.  Bu  minvalla  bütün  Qoşa  oyunçular  iplərin 

üstündən  tullanırlar.  Tullanmanı  birinci  başa  vuran  komanda  qalib 

gəlir. 


                        

 

 



Hoppananlar və «Ləkələnənlər» 

 

Oynayanlar 

iki 

komandaya 



ayrılır:  «Hoppananlar»  və 

«Ləkələnənlərə» bölünürlər. Hər komanda meydançanın ona tərəf olan 

yan  xəttində  cərgəyə  düzülürlər.  Meydançanın  üzbəüz  sərhədlərinin 

birindən bir metr aralıda ona paralel birinci start xətti, üç metr qabaqda 

isə ikinci xətt çəkilir. İkinci xətdən 10-12  m aralıda eni 1,5-2 m olan 

zolaq  çəkilir.  «Start»  komandası  verilən  kimi  hoppananlar 

komandasından 4 nəfəri ikinci start xəttinin arxasında yerlərini tuturlar. 

Onlara  boyunardı  olmaqla,  birinci  start  xəttinin  arxasında  ləkəlilər 

komandasından  4  nəfər  dayanır.    «Diqqət»  komandası  verildikdə 

hoppananlar  və  ləkələnənlər  hündür  start  vəziyyəti  alırlar.  «Marş» 

komandası  verildikdə  hamı  irəli  qaçır.  Hoppananlar  sürətlə  qaçıb 

zolağa  tez  çatmağa  və  onun  üstündən  tullanmağa-  ləkələnənlər  isə 




 

143 


hoppananlar  zolaqdan  hoppanana  qədər  çatıb  onları  «ləkələməyə» 

çalışırlar (Ləkələnənlər hoppanmırlar). 

Zolaqdan 

hoppanana 

qədər 

ləkələnənlər 



tərəfindən 

toxunulmayan (ləkələnməyən) hoppananlar, yaxud hoppanmanı yerinə 

yetirənə  qədər  əli  ilə  ləkəlilərdən    onlara  toxuna  bilənlərin  hərəsi  bir 

xal qazanır. Yarışlarda hamı iştirak edənə qədər o biri hoppananlar və 

ləkələnənlər  bu  qayda  ilə  oynayırlar.  Sonra  komandalar  yerlərini  və 

vəzifələrini  dəyişirlər.  Cəminə  görə  çox  xal  toplamış  komanda  qalib 

gəlir. Xallar bərabər olduqda oyun heç-heçə qurtarır. 

Qaydalar:  1.  Ləkə  istədiyi  qaçana  toxuna  bilər.  2.  Tullanma 

zamanı yerdən təkanvermə anında hoppanana toxunma hesaba alınmır. 

3.  Zolağın  qabaq  xəttini  keçməyən  (yaxud  zolağın  üstündə 

hoppanmayan)  hoppanan  ləkələnmiş  sayılır,  xal  isə  ləkələnənlər 

komandasına verilir.  

 

 



 

 

 



Hədəfə və uzağa atmalarla oyunlar 

 

Snayperlər 

 

Oynayanlar tək cərgəyə düzülüb 1-2 sayırlar. Bir sayanlar birinci 

komandanın,  iki  sayanlar  isə  ikinci  komandanı  təşkil  edirlər.  Əgər 

meydançanın eni hamıya bir cərgədə düzülməyə imkan vermirsə, onda 

oyunçular iki cərgədə boyunardı düzülürlər. Belə olduqda hər cərgə bir 

komanda hesab olunur. Komandalardan birinin oyunçularının hərəsinə 

bir  kiçik  top  verilir.  Cərgənin  qarşısında  atma  xəttindən  6  m  aralıda 

ona  paralel  olmaqla  bir-birindən  1-2  addım  aralı  sıra  ilə  10  şəhərcik 

oyununun çilingi qoyulur. Cilinglərin 5-i bir rəngdə, 5-i başqa rəngdə 

olmalıdır.Hər  komandaya  müəyyən  rəngdə  ciling  təyin  edilir. 

Müəllimin  komandası  ilə  komandalar  növbə  ilə  (  oyunçuların  hamısı 

birdən)  topları  cilinglərə  atırlar  (ayaqüstü,  dizüstü  və  yaxud  uzanma 

vəziyyəti).  Vurulub  yıxılmış  bir  rəngli  ciling  bir  addım  dala  aparılır. 

Başqasına  məxsus,  lakin  vurulmuş  ciling  bir  addım  yaxına  qoyulur. 

Oyun  ərzində  öz  hədəflərini  daha  uzağa  çəkmiş  komanda  (hədəfin 



 

144 


uzağa  aparılmasından  addımların  sayı  nəzərə  alınır)  udmuş  hesab 

olunur. 


Qaydalar: 1. Top atıldıqdan sonra vurulmuş şəhərcik-ciling təzə 

yerə  qoyulur.  2.  Vurulmuş  cilinglər  təzə  yerə  qoyulduqdan  sonra 

atılmış topların və o biri komandanın oyunçuları yığırlar. 3. Vurulmuş 

çilingləri  qaldırıb  təzə  yerə  qoymaq  üçün  oyunçulardan  biri  təyin 

olunur. 

 

 



 

 

 



 

 

 



 

5-12.  Ümumi  orta təhsil pilləsi üçün mütəhərrik oyunlar 

 

 



V SİNİF 

 

Ümuminkişaf hərəkətlərinin elementlərilə oyunlar 

 

Güclülər  və  çeviklər.  Dairəyə  iki  komanda  düzülür.  Komanda 

yoldaşlarının hər biri, o biri komandanın bir nəfərindən sonra dayanır. 

Dairənin içərisinə 8 çiling qoyulur, oyun mərkəzinə top qoyulur, siqnal 

verilən  kimi  əl-ələ  tutmuş  oyunçular  bir-birinin  əlini  buraxmadan 

rəqibi  itələməyə  çalışır  ki,  o,  çilingi  vurub  yıxsın.  Çilingi  yıxmış 

oyunçu  dairənin  mərkəzindəki  topu  götürərək  yerindən  tərpənmədən 

(dairədən  çıxmadan)  digər  komandanın  müxtəlif  tərəfə  qaçan 

oyunçulardan kiməsə, birinə atır. Əgər o, topla rəqib oyunçulardan heç 

birini  vura  bilməsə  onda,  onun  komandası  iki  cərimə  xalı  alır.  Az 

cərimə xalı almış komanda qalib gəlir.  



Müvazinət  elementlərilə  estafet.  Düzlənmə,  oyunçuların 

startları  və  onların  dayanmaları  eynilə  «xətt  üzrə  estafet»  oyununda 

olduğu kimidir. (bax: III siniflər üçün mütəhərrik oyunlar, «Xətt üzrə 

estafet»),  lakin  hər  komandanın  yolu  boyunca  reykası  yuxarı  olmaqla 

gimnastika 

skamyası  qoyulur.  Növbəti  oyunçular  başlarında 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə