B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə56/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   52   53   54   55   56   57   58   59   ...   131

 

166 


metodlar  əsasən  3-4  və  daha  yuxarı  siniflərdə  istifadə  etmək 

əlverişlidir). 

Həmin  məktəbdə  şagirdlərin  tapşırıqları  necə  yerinə 

yetirdiklərini  bilmək  üçün  onları  zalın,  meydançanın  mərkəzində 

arxaları mərkəzə baxmaqla dairə üzrə düzləndirilir və icra etmək lazım 

gələn  hərəkətin  adı  çəkilir  və  komanda  verilir.  Məsələn,  gövdə 

əzələlərini  inkişaf  etdirən  kompleks  hərəkətlərin  icrasına  hazırlaşın. 

Başla. Bir-iki, üç-dörd və  s. sayırıq. Axırda isə buraxılmış nöqsanları 

qeyd edir və onun düzgün yerinə yetirilməsini göstərir. 

Başqa  bir  məktəbin  təcrübəsinə  istinad  edək.  Bakının  Xətai 

rayonundakı  254  saylı  məktəbin  bədən  tərbiyəsi  müəllimi  Müzəffər 

Aslanov  dərsəqədər  səhər  gimnastikasını  təşkil  edərkən  aşağıdakı 

pedaqoji-metodiki cəhətləri nəzərə alır. Müşahidələrdən məlum olur ki,  

müəllim  məşğələlərə  qədər  səhər  gimnastikasını  xüsusi  komanda  ilə 

başlayır. Səhər gimnastikasına düzlən komandası verilən kimi şagirdlər 

yaş  qrupları  üzrə  əvvəlcədən  müəyyənləşdirilmiş  məktəbyanı  sahədə 

öz  yerlərini  tuturlar.  O,  ibtidai  siniflər  üçün  ayrılıqda  məşğələ  yeri 

düzəltmişdir.  Bundan  əlavə,  meydançada  hər  bir  sinif  üçün  xətlərlə 

işarə  vurulmuşdur.  Hər  bir  sinifdən  ötrü  yerin  ayrılmasının  mühüm 

pedaqoji  əhəmiyyəti  vardır.  Hər  şeydən  əvvəl,  şagirdlər  öz  yerlərini 

tanıyır, komanda verilən kimi vaxt itirmədən sıra və cərgəyə düzülür, 

aparıcının tapşırıqlarını gözləyirlər. Bu vaxt uşaqlar daha intizamlı və 

mütəşəkkil surətdə olurlar. Hərəkətlər bəzən də yarış formasında yerinə 

yetirilir.Yəni  müəyyən    hərəkət    kompleksivə  ya  onun  hər  hansı 

elementi  (ibtidai  siniflərdə  əsasən  5-6  gimnastika  hərəkəti  təşkil 

olunur)  icra  olunduqdan  sonra  hənsı  sinfin  həmin  hərəkət  elementini 

(misal  üçün  birinci  hərəkət  kompleksini)  düzgün  qaydada  yerinə 

yetirməsi və bu hərəkətə görə neçə xal qazanmağı elan olunur. Bütöv 

bir  kompleks  icra  edildikdən  sonra  xallar  hesablanır.  Daha  çox  xal 

toplamış komanda həmin gün səhər gimnastikasının ən yaxşı icraçıları 

adlandırılır.  Bu  kiçik  məktəbyaşlı  uşaqların  səhər  gimnastikasına 

həvəsini daha da artırır. Əlbəttə, burada bir məsələyə diqqət yetirmək 

lazımdır.  Xallar  düzgün  hesablanmalı,  hər  bir  sinfin  göstəricisi 

obyektiv  qiymətləndirilməlidir.  Bunun  üçün  də  yuxarı  siniflərdən,  ən 

fəal  idmançılardan  2-3  nəfəri  həmin  işə  cəlb  edilməli  və  qabaqcadan 

hazırlanmalıdır. 

Bir  cəhəti  də  qeyd  etmək  lazımdır  ki,  məşğələyə  qədər  səhər 

gimnastikasında  şagirdlərin  idman  geyimləri  yerli  iqlim  şəraitinə 




 

167 


uyğun olmalıdır. Tədris ilinin ilk və son aylarında yüngül və qısaqollu 

köynəklərdə  idman  ayaqqabıları  ilə,  ortalarında  isə  uşaqların 

geyimlərinin  bir  qədər  isti  olmasına  əhəmiyyət  verilməlidir. 

Ümumiyyətlə,  kompleks  hərəkətlər  sadə  olmaqla,  uşaqların 

tərləməsinə, təngnəfəs olmasına zəmin yaratmamalıdır. Hoppanmalara 

az  və    tənəffüs  hərəkətlərinə  isə  (nəfəs  alıb-verməyə)  geniş  yer 

verilməlidir.  Qüvvətli  külək  zamanı  və  şiddətli  qar  yağan  zaman 

uşaqları  ətraf  yerlərə  qısa  müddətə  gəzməyə  aparmalı,  bir  neçə  dəfə 

yerişi asta qaçışla növbələşdirməlidir. 

Şaxtalı  və  soyuq  havalarda  isə  məşğələyə  qədər  səhər 

gimnastikasını açıq havada deyil, pəncərə və gözlükləri açmaq şərti ilə 

dəhlizlərdə, idman zallarında və geniş siniflərdə yerinə yetirməlidir. 

 Məşğələ  üçün  yerlərin  sanitar-gigiyenik  cəhətdən  təmiz  və 

kifayət qədər işıqlı olmasına diqqət yetirmək vacibdir. 

Məşğələyə  qədər  səhər  gimnastikasının  təlim-tərbiyəvi 

əhəmiyyəti  nəzərə  alınaraq  onun  ümumi  rəhbəri  məktəb  direktoru 

olmalıdır. Baş bədən tərbiyəsi müəllimi və digər mütəxəssis müəllimlər 

isə  işin  icrasına,  metodik  cəhətdən  düzün  təşkilinə  cavabdehdirlər. 

Köməkçilər,  başqa  fənn  müəllimləri,  sinif  rəhbərləri  və  ictimai 

təlimatçılar olmalıdır. 

Məşğələyə  qədər  səhər  gimnastikası  dövründə  hərəkətlərin 

intensiv surətdə icrasına, hər bir şagirdin aparıcı rolunda çıxış etməsinə 

şərait  yaradılmalıdır.  Aparıcı  gimnastlar  hündür  yerdə  dayanmalı, 

hərəkət  komplekslərini  şagirdlərlə  birlikdə  yerinə  yetirməlidir. 

Köməkçi  fəallar  və  şagirdlərin  diqqətini  özünə  cəlb  etməklə,  sıralar 

arasında gəzişir və hərəkətin düzgün, eyni vaxtda yerinə yetirilməsinə 

nəzarət etməlidirlər. 

Təcrübədən  aydın  olur  ki,  şəhər  məktəblərinin  bəzilərində 

kompleks  hərəkətlər  maqnitafona  yazılır  və  məktəbin  radio  qovşağı 

vasitəsilə şagirdlərə çatdırılır. Çalışmaq lazımdır ki, səhər gimnastikası 

şagirdlərin  ruhuna  oxşasın.  Hərəkətlər  onun  ritminə  uyğun  musiqinin 

şux  və  oynaq  müşayiətilə  icra  olunsun.  Bu  diqqəti  cəlb  edir  və 

uşaqların əhval-ruhiyyəsini yüksəldir. 

Qeyd etmək lazımdır ki, səhər gimnastikası hərəkətləri şagirdlərə 

elə  çatdırılmalıdır  ki,  onlar  aydın  dərk  edilsin,  hamı  onu  başa  düşə 

bilsin. Ona görə də aparıcı gimnast bütün hərəkətləri qabaqcadan yaxşı 

öyrənməli  və  öz  üzərində  bir  neçə  dəfə  məşq  etməlidir.  Müəllim  isə 

aparıcının kompleksi necə icra edə bilməsini yoxlamalı, lazım gələrsə 




 

168 


ona aparıcı rolunda çıxış etmək hüququ verməlidir. Aparıcı şagirdlərlə 

birlikdə, üzbəüz dayanıb güzgü üsulu ilə hərəkəti icra etməlidir. 

Şagirdlərdən bəziləri hərəkəti düzgün yerinə yetirmirsə, bəs onda 

nə  etməli?  Birinci  növbədə  gimnastikanın  tempini  dəyişdirmək, 

sinifləri  hərəkətdən  ayırmamaq  şərti  ilə  nöqsanların  düzəldilməsi 

nəzərdə tutulur. 

Kompleks  hərəkətlər öyrədilərkən  əvvəlcə  bir  hərəkəti  icra  edib 

kiçik  fasilə  etdikdən  sonra  digər  hərəkəti  yerinə  yetirmək  faydalıdır. 

Bu  vaxt  müəllim  və  ya  aparıcı  gimnast  hərəkətin  yerinə  yetirilməsi 

texnikasını  izah  və  göstərməklə,  həm  də  baş  verə  biləcək  nöqsanları 

əyaniləşdirir və onun aradan qaldırılması yollarını izah edir. Sonra isə 

hərəkət kompleksi eyni vaxtda icra olunur. Burada şərh aydın, konkret 

və  emosional  olmalıdır.  Hərəkətlər  arası  fasilə  uzun  deyil,  ani  saniyə 

müddətində edilməlidir. 

Səhər gimnastikası kompleks hərəkətləri o zaman fasiləsiz olaraq 

yerinə  yetirilir  ki,  icra  olunan  hərəkət  sonrakı  hərəkətlərin  başlanğıcı 

olsun. Bu vaxt şagirdlər hərəkəti göstərmək üçün dayandırılmır. Bu cür 

metoddan  yalnız  yüksək  fiziki  hazırlığa  malik  olan  şagirdlərlə 

hərəkətin icrası dövründə istifadə etmək mümkündür. 

Səhər  gimnastikasının  səmərəli  təşkili  yuxarıda  deyilənlərlə 

yanaşı,  hərəkətin  xarakterindən,  onun  üsullarından  istifadə 

edilməsindən çox asılıdır. 

I-IV  siniflərdə  gücü  inkişaf  etdirən  hərəkətlər  yavaş  icra 

edilməlidir.  Həmin  hərəkətləri  uşaqların  yüksək  ümumi  fiziki 

hazırlığından  asılı  olaraq  tempdə  icra  etmək  mümkündür.  Oynaqların 

mütəhərrikliyi  və  çevikliyi  artırılan  vaxtı  isə  yellənmələr  tam 

amplituda  da  yerinə  yetirilir  və  ya  kəskin  hərəkətlər  icra  olunur. 

Yumşaldıcı,  sakitləşdirici  hərəkətlər  isə  hərəkətin  koordinasiyalılığını 

inkişaf  etdirir,  qüvvəni  düzgün  bölüşdürür,  həmçinin  elə  əzələləri  işə 

cəlb  edlir  ki,  onlar  hərəkətin  yerinə  yetirilməsində  bilavasitə  iştirak 

edir. Qüvvəni artıran hərəkətləri yavaş tempdə və fiziki yükü tədricən 

artırmaqla icra etmək lazımdır. Əvvəlcə sadə hərəkətlərdən başlamalı, 

sonra  isə  bacardıqca  daha  çox  əzələləri  fəaliyyətə  gətirmək  zəruridir. 

Qüvvə üçün hərəkətlər icra olunarkən fasilənin verilməsi və ya bədəni 

sakitləşdirici  hərəkətlərin  yerinə  yetirilməsi  məsləhət  görülür.  Qüvvə 

hərəkətlərini təxminən eyni gücdə və boyda olan uşaqlara tətbiq etmək 

faydalıdır. 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə