B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə64/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   60   61   62   63   64   65   66   67   ...   131

 

189 


edilməlidir.  Kompleks  hərəkətləri  idman  zalında  və  koridorlarda  da 

təşkil etmək mümkündür. 

Dərsəqədər  səhər  gimnastikası  keçirilərkən  formalçılığa  və 

yeksənəkliyə yol verilməməlidir. O müxtəlif fiziki hərəkətlərdən ibarət 

olmaqla,  pedaqoji-metodiki  baxımdan  düzgün  təşkil  edilməlidir. 

Burada  şagirdlər  arasındakı  məsafəyə,  hərəkət  elementlərinin  lazımi 

səviyyədə verilməsinə, hərəkətlərin ritmik və müəyən tempdə icrasına, 

həmçinin  yaşdan,  fiziki  hazırlığından  asılı  olaraq  kompleksin  hərəkət 

elementlərinin təkrarına diqqət yetirmək zəruridir. 

Səhər gimnastikası kompleks hərəkətləri dəyişilməlidir, siniflərin 

hər  biri  üçün  ayrılıqda  (V-VI,  VII-VIII,  IX-XI)  və  bədən  tərbiyəsi 

proqramına  uyğun  surətdə  tərtib  edilməlidir.  Ümumi  rəhbərlik  və 

məsuliyyət  bədən  tərbiyəsi  müəlliminin  üzərinə  düşür,  təşkilatçı 

müəllim    digər  müəllimlərlə  birlikdə  eyni  zamanda  idman  fəalları 

həmin işin təşkili və keçirilməsində yardımçı olmalıdır. 

Kompleksin  məzmunu  müəyyənləşdirilərkən  şagirdlərin  sayı 

onun  keçiriləcəyi  yeri  nəzərə  almalıdır.  Çalışmaq  lazımdır  ki,  səhər 

gimnastikası  meydançada  təşkil  edilsin.  Bu  zaman,  yeriş,  qaçış  və 

hoppanma elementlərindən də istifadə etmək olar. Kompleks hərəkətlər 

üstüörtülü  sahədə  icra  olunduqda  isə  qaçış  və  hoppanmalara  yer 

vermək o qədər də məqsədəuyğun deyildir. Bu tədbirin həm sağlamlıq 

əhəmiyyətini  azaldır  və  həm  də  intizama,  mütəşəkilliyə  mənfi  təsir 

göstərir. 

Dərsəqədər  səhər  gimnastikasının  səmərəli  keçirdilməsində 

aparıcının  hündür  və  mərkəzi  yer  seçməsi  hamını  müşayiət  etməsi, 

nəzarətdə  saxlaması  mühüm  zəruriyyət  kəsb  edir.  Kompleks 

meydançada təşkil olunarkən ona təxminən 5-10 dəqiqə, örtülü sahədə 

keçirilərkən  isə  5-8  dəqiqə  vaxt  sərf  edilməsi  məsləhətdir.  Hərəkət 

komplekslərinin 

hər 


birinin 

5-6 


dəfə 

təkrar 


edilməsi 

məqsədəmüvafiqdir.  Onun  musiqinin  müşayiətilə  icrası  işin 

səmərəliliyini  artırır,  intizamın  qorunub  saxlanılmasına  yüksək 

dərəcədə kömək edir. 

 

 

 



Bədən tərbiyəsi dəqiqələri 

 

 




 

190 


      Bədən  tərbiyəsi  dəqiqəsinin  hansı  dərslərdə  və  nə  vaxt 

keçirilməsi  mübahisəli  olduğundan  bu  barədə  müxtəlif  mülahizələr 

mövcuddur.  Lakin  metodist  və  müəllimlərin    əksəriyyəti  bədən 

tərbiyəsi dəqiqəsinin I növbədə III – IV dərslərdə II növbədə isə II – III 

dərslərdə  keçirilməsini  məsləhət  görürlər.  Biz  deyilənlərin 

tərəfindəyik. 

 Lakin  həmin  fikrə  onu  da  əlavə  etmək  istərdik  ki,  bədən 

tərbiyəsi  dəqiqəsini  keçirərkən  dərsin  zehni  xarakter  daşımasını, 

şagirdlərin  əhval-ruhiyyəsini,  yorulma  dərəcəsini,  emosiyasını  da 

nəzərə  almaq  faydalı  olardı.  Bəzi  müəllimlər  göstərirlər  ki,  bədən 

tərbiyəsi  dəqiqəsi  dərsin  qurtarmasına  15-20  dəqiqə  qalmış 

keçirilməlidir.  Fikrimizcə,  bədən  tərbiyəsi  dəqiqəsinin  keçirilməsini 

resept  kimi  göstərmək  o  qədər  də  doğru  deyildir.  O  şagirdin  növbəti 

tədris  fəaliyyətinə  nə  dərəcədə  də  hazır  olmasından  asılıdır.  Bədən 

tərbiyəsi  dəqiqəsinin  dərsin  hansı  hissəsində  keçirilməsini 

müəyyənləşdirilməlidir.  Burada  fənn  müəlliminin  pedaqoji  ustalığı, 

məharəti və müşahidə qabiliyyəti həlledici rol oynayır. 

Qeyd  etməliyik  ki,  bədən  tərbiyəsi  dəqiqəsi  üçün  mürəkkəb 

hərəkətlərdən  istifadə  etmək  lazımi  effekt  vermir.  Buna  görə  də  3-5 

elementdən  ibarət  olan  sadə,  maraqlı  və  diqqəti  cəlbedici  hərəkətlər 

seçməli  və  onu  3-4  dəfədən  artıq  olmamaq  şərti  ilə  təkrar  etməlidir. 

Həmin hərəkətlər əl, qol, kürək və qıç əzələlərinin və çiyin qurşağının 

hərəkət 

qüvvəsinin 

artmasına 

yönəldilməli, 

zehni 

fəallığı 



yüksəltməlidir. 

Bədən  tərbiyəsi  hərəkətlərinin  seçilməsinə  ixtisas  müəllimləri 

kömək  göstərməlidirlər.  Hərəkətləri  fənn  müəlliminin  özü  də  yaxud 

yaxşı  hazırlıqlı  şagirdlərdə  apara  bilər.  Təşkilati  və  intizam 

məsələlərinə  bilavasitə,  fənn  müəllimləri  cavabdehdir.  Eyni  zamanda 

məktəb direktoru və həkimi bu tədbirlərin nəticəsini qiymətləndirməyə 

borcludurlar. Xüsusən, tədris əhəmiyyəti göstərilməlidir. 

Hərəkətlər  parta  arxasında  oturulu  və  yaxud  partalararası 

qabaqcadan  müəyyənləşdirilmiş  yerdə  icra  oluna  bilər.  Bu  dövrdə 

küləksiz havada pəncərə açılmalı, şagirdlərə ani sərbəstlik verilməlidir. 

Hərəkətin  icrası  zamanı  şagirdlərə  yaxasını  açmaq  məsləhət  görülür. 

Hərəkətin  icrası  yüngül  olmalı,  orqanizmə  ümuminkişaf  etdirici  təsir 

göstərməli və cəmi bir neçə dəqiqə davam etməlidir. 

Bədən  tərbiyəsi  hərəkətləri  əvvəlcə  əl  əzələlərinə,  ikinci  çiyin 

qurşağı  və  kürək  əzələlərinə,  üçüncü  gövdə  əzələlərinə  və  dördüncü 



 

191 


ayaq  əzələlərinə  təsir  göstərməli  və  onların  hərəkət  fəallığını 

artırmalıdır. Hərəkətlər ən azı həftədə bir dəfə, ən çoxu isə iki həftədə 

bir  dəfə  dəyişməlidir.  Hərəkətlər  seçilərkən  pedaqoji  ardıcıllığı, 

sadədən mürəkkəbə doğru prinsipinə riayət edilməsi məqsədyönlüdür. 



Fasilələrdə oyunlar 

 

Ümumtəhsil  məktəblərində  şagirdlərin  gün  rejiminə  daxil  olub, 



böyük  tənəffüslərdə  keçirilən  müxtəlif  oyunların  tədris  və  sağlamlıq 

əhəmiyyəti olduqca böyükdür. 

Fasilələrdə  keçirilən  oyunlar  açıq  və  təmiz  havada,  münasib 

yerdə  təşkil  olunmalı  və  bu  iş  əsasən  ixtisaslı  bədən  tərbiyəsi 

müəllimlərinin  nəzarəti  və  köməyi  ilə,  məktəb  ictimai  təşkilatlarının, 

ictimaiyyətçi  fəalların  iştirakı  ilə  həyata  keçirilməlidir.  Fasilələrdə 

oyunları  təşkil  etməzdən  əvvəl  müəyyən  hazırlıq  işləri  görülməlidir. 

Xüsusən, oyun keçiriləcək yerə uyğun oyunlar seçilməli, yaş qrupuna 

görə  qruplaşdırılmalıdır.  Fasilələrdə  nəinki  oyunlardan  istifadə  etmək 

olar.  Hətta  gimnastika  hərəkətlərindən  və  s.  istifadə  edilməlidir. 

Fasilələrdə  voleybol  topu  ilə  də  oynamaq  olar.  Oyun  zamanı 

şagirdlərin həyəcanlanmasına, tərləməsinə, intizamın pozulmasına yol 

verilməməlidir.  Bunun  üçün  də  fiziki  tədbirlər  gərginlik  tələb 

etməməlidir,  uşaqların  əsəbləşməsinə,  mənfi  emosional  vəziyyət 

keçirmələrinə  zəmin  yaratmamalıdır.  Bütün  bunlar  təlim-tərbiyənin 

vəhdətdə  və  lazımi  səviyyədə  aparılmasından  ötürü  xüsusi  əhəmiyyət 

kəsb edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə