B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə62/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   58   59   60   61   62   63   64   65   ...   131

 

184 


Səhər  gimnastikası  şagirdlərin  ailədə  fiziki  tərbiyəsi  sisteminə 

daxil  olub  8-10  dəqiqə  müddətində  icra  edilir.  Səhər  gimnastikası 

yuxudan  sonra  əhval-ruhiyyəni  yüksəldir.  Hərəkət  fəallığını  artırır  və 

cansağlığının  möhkəmlənməsinə  müsbət  təsir  göstərir.  Qeyd  etmək 

lazımdır  ki,  səhər  gimnastikası  ailə  şəraitində  keçirildiyi  üçün  onun 

səmərəli  təşkili  və  keçirilməsi  valideynlərdən  çox  asılıdır.  Buna  görə 

də  ümumtəhsil orta  məktəb  bədən tərbiyəsi  müəllimlərinin  bu sahədə 

qarşısında bir sıra vəzifələr qoyulur. Bu hər şeydən əvvəl valideynlərin 

təbliği  və  fiziki  tərbiyə  üzrə  biliklərlə  silahlanmasından  ibarətdir. 

Valideynlərə fiziki tərbiyə üzrə bilik verilməsində bir sıra formalardan 

istifadə  olunur.  Belə  formalardan  biri  də  eyni  yaş  qrupuna    malik 

uşaqların 

valideynlərinin 

məktəbə 


çağırılıb 

onlarla 


səhər 

gimnastikasının təşkili və keçirilməsi üzrə söhbətin aparılmasıdır.  

Bakının  Xətai rayonundakı 88№-li məktəbin baş bədən tərbiyəsi 

müəllimi  T.Mirzəyev  ailə  şəraitində  səhər  gimnastikasının  düzgün 

təşkilinə  həmişə  diqqət  yetirir  və  bu  məqsədlə  dərs  ilinin  əvvəlində 

ibtidai  sinif  şagirdlərinin  valideynlərini  məktəbə  toplayır  onlarla 

təbliğati-metodiki  xarakterli  söhbətlər  keçirir  və  tövsiyələr  verir. 

Telman  müəllim  valideynlərlə  söhbət  aparmazdan  əvvəl  mövcud 

ədəbiyyatı  toplayır,  onunla  tanış  olur,  onu  təhlil  edir  və  müəyyən  bir 

nəticəyə  gəlir.  Onun  valideynlərlə  apardığı  bir  söhbətin  qısa 

məzmununu  verək:  -  uşaqların  hamısı  ailə  şəraitinə  uyğun  səhər 

gigiyenik  gimnastikası  hərəkətlərini  icra  etməlidirlər.  Əgər  kiçik 

yaşlardan  başlayaraq  uşaqlarınıza  səhər  gimnastikası  hərəkətlərini 

yerinə  yetirməyi  öyrətsəniz,  onların  orqanizmi  möhkəmlənəcək,  daha 

çevik və zirək olacaq, dərslərində də müvəffəqiyyətlər qazanacaqlar.  

Uşaqlar müntəzəm olaraq gimnastika ilə məşğul olarsa, artıq bir 

neçə  ildən  sonra  onlar  həmin  hərəkətləri  sərbəst  surətdə  yerinə  yetirə 

biləcəklər.  Uşaqlara  müntəzəm  surətdə  izah  etmək  lazımdır  ki, 

gigiyenik gimnastika şənlik, gümrahlıq, sevinc, qarşıda duran vəzifəni 

yerinə  yetirmək  deməkdir.  Uşaqlar  yuxudan  qalxan  kimi  pəncərəni 

açmalı və otağın havasını dəyişdirməlidir. Mülayim hava zamanı səhər 

gimnastikası  hərəkətlərini eyvanda  da  yerinə  yetirmək  olar.  Sonra isə 

onlar  yuyunmalı,  tiftikli  dəsmalla  bədəni  sürtməli  və  qurutmalıdır. 

Hərəkətlər 

icra 

olunan 


zaman 

uşaqların 

emosionallığının 

yüksəldilməsinə, yaxşı əhval-ruhiyyədə olmasına səy göstərilməlidir. 

T.Mirzəyev  valideynlərə  daha  sonra  bildirdi  ki,  səhər 

gimnastikası 10-15 dəqiqə davam edə bilər. Kompleks təxminən 10-12 




 

185 


hərəkətdən ibarət ola bilər. Otaqda yaxşı olar ki, gimnastika hərəkətləri 

addımlamaqla  və  yaxud  yerində  yerişlə  başlanılsın.  Dartınma-gərilmə 

hərəkətləri isə diqqət mərkəzində saxlanılmalıdır. 

Yadda  saxlamaq  lazımdır  ki,  gərilmə  hərəkətləri  qamətin 

formalaşmasına  kömək  edir,  onurğa  sütununun  normal  inkişafına 

zəmin  yaradır,  tənəffüsü  daha  da  dərinləşdirir.  Dartınma  (gərilmə) 

hərəkətləri  zamanı  gövdəni  irəli,  arxaya,  sağa  və  sola  əyməli,  bədəni 

düz  saxlamaqla  sağa  və  sola  fırlatmalı,  həmin  hərəkətlər  3-4  dəfədən 

çox təkrar olunmalıdır.  

    Tənəffüs  müntəzəm  edilməli,  müxtəlif  növ  əyilmələr 

dövründə   (irəli, arxaya, yana  və  s.)  nəfəsi  verməli,  düzlənən zaman 

isə  nəfəsi  almalıdır.  Uşaqların  hoppanma  zamanı  hərəkətlərini  pəncə 

üzərində  yerinə  yetirmələrinə  fikir  verilməlidir.  Səhər  gimnastikası 

hərəkətləri  əvvəlcə  barmaq,  qol,  çiyin  əzələləri  sonra  isə  gövdə  və 

aşağı  ətraf  əzələləri  üçün  verilməlidir.  Axırıncı  hərəkətlər  yüngül 

hoppanmalardan  ibarət  olmalıdır.  Hoppanma  və  asta  qaçışlar  mütləq 

yeriş və bədəni cakitləşdirici hərəkətlərlə qurtarmalıdır. 

Siz mətbuatda dərc olunmuş və yaxud radio ilə verilən kompleks 

hərəkətlərindən də istifadə edə bilərsiniz. Əgər uşaqlar üçün müstəqil 

hərəkətlər  kompleksləri  müəyyənləşdirirsinizsə,  onda  uşaqlarınızın 

səhhət-sağlamlığının,  fiziki  inkişafını  və  hazırlığını  mütləq  nəzərə 

almalısınız. Bunun üçün də hərəkətlərin həkim müayinəsindən nəticəsi 

və  uşaqların  fiziki  hazırlıq  göstəricilərini  öyrənməli  və  yaxşı  yadda 

saxlamalısınız.  

Fiziki yük tədricən artırılmalı və yavaş tempdən başlamaq şərtilə 

yerinə  yetirilməlidir.  Müəllim  daha  sonra  şagirdlərə  müraciət  edərək 

deyir: Uşaqların səhər gimnastikasına marağını və şüurlu münasibətini 

artırmaq  məqsədilə  hərəkətlər  yeksənək,  cansıxıcı,  daimi  gərginlik 

tələb  edən  və  eyni  xarakterli  olmamalıdır.  Bundan  ötrü  də  14-21 

gündən bir ya bütövlükdə və yaxud da kompleks hərəkətlərin müəyyən 

hissəsini  dəyişdirib  yenisi  ilə  əvəz  olunmalıdır.  Hərəkət  kompleksləri 

tərtib edərkən çalışmaq lazımdır ki, onlar bədənin eyni hissəsinə deyil, 

müxtəlif hissələrinə təsir edə bilsin. Bunun üçün ümuminkişaf etdirici 

gimnastika hərəkətlərinə də daha geniş yer verməkdən vacibdir.  

İbtidai sinifdə oxuyan uşaqlarınızda hərəkətləri bir yerdə və sizin 

saymağınızla  yerinə  yetirilməsinə  nail  olun.  Çalışın  ki,  hərəkətlər 

düzgün icra olunsun. Uşaqlar hərəkətləri düzgün, yəni lazımi tempdə, 

ritmdə, müəyyən bir ahəngdarlıqla yerinə yetirdikdə isə bu hərəkətlərin 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə