B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə61/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   57   58   59   60   61   62   63   64   ...   131

 

181 


                              Kəpənəyin tutulması 

 

Tərbiyəçi  oynayan  uşaqlardan  4  nəfərini  seçib  ayırır.  Bunlar 

topla  kəpənək  tutan  uşaqları,  qalan  uşaqlar  isə  «kəpənəkləri»  təmsil 

edirlər.  Əllərində  tor  olan  uşaqlar  bir  tərəfə  (meydançanın  kənarına) 

çəkilirlər. Tərbiyəçi onların yanında dördbucaq bir yer – «qutu» cızır. 

Tutulmuş «kəpənəkləri» uşaqlar ora toplamalıdırlar. 

Tərbiyəçi  «uçun»  dedikdə  «kəpənəklər»in  hamısı  meydançada 

uçur. «M» işarəsi üzrə ayrılmış 4 uşaqdan ikisi «kəpənəkləri» vurmağa 

çalışır. 

Onlar  kəpənəklərin  yanında    əllərini  bir-biirinə  vuraraq 

«kəpənəkləri»  tuturlar,  sonra  onları  «qutuya»  -  cizgi  çəkilmiş  yerə 

aparırlar. 

Uşaqlar tutduqları «kəpənəkləri» apararkən, o biri «kəpənəklər» 

cəld «gülün» üstünə qonub durduqları yerdə hərəkətsiz dayanırlar. Bu 

zaman otaqda – meydançada sakitlik olur. 

Tərbiyəçinin yenidən «tutun» işarəsi ilə qalan 2 uşaq «kəpənək» 

tutmağa gedir. 

3-5  «kəpənək»  tutduqdan  sonra  hər  uşağın  neçə  «kəpənək» 

tutduğu  qeyd  olunur.  Sonra  «kəpənək»  tutmaq  üçün  başqa  uşaqlar 

seçilir və oyun yenidən başlanır. 

Oyunu 6-8 dəfə təkrar etmək olar. 

 

Əsas hərəkət – dartınma halqadan keç 



 

Meydançanın  mərkəzində  bir-birindən  1  –  2  addım  aralı 

məsafədə 5 – 6 halqa qoyulur. 

Meydançanın  (otağın)  bir  tərəfində  bir  xətt  üzərində  halqalarla 

qarşı-qarşıya onların sayı qədər bayraqlar düzülür. Meydançanın o biri 

tərəfində yenə bir xətt çəkilir. Xəttin o tərəfində uşaqlar 5-6 manqaya 

bölünüb düzlənirlər. 

Hər manqa öz halqasının qarşısında sıraya düzülür. Tərbiyəçinin 

«Başlayın»  işarəsi  ilə    hər  manqada  dayanmış  birinci  uşaq  öz 

halqasının yanına qaçıb çöməlir və halqanı götürüb onu yerə qoyaraq 

şaquli  vəziyyətdə  saxlayır.  Tərbiyəçinin  :  «Bir,  iki,  üç»  -  deməsi  ilə  

manqalarda  ikinci  dayanmış  uşaqlar  qaçırlar.  Onlar  halqanın  içindən 

keçir, bayraqların yanına qaçıb onları yuxarı qaldırırlar. 



 

182 


Sonra  həmin  uşaqlar  bayraqları  yerinə  qoyaraq  halqaları  tutan 

yoldaşlarını  əvəz  edirlər.  Onlar  isə  qaçıb  öz  manqasının  axırında 

dayanırlar. Yenə də birinci dayanmış uşaqlar tərbiyəçinin: «Bir, iki, üç, 

qaç»  işarəsi  ilə  bayraqlara  tərəf  qaçırlar.  Hər  dəfə  manqadakı  birinci 

uşaq bayrağı götürməyə qaçdıqda, o biriləri manqa xəttinə doğru irəli 

gəlirlər. Bayrağı yuxarı qaldıran uşaqların sayı çox olan manqa oyunu 

udmuş olur. 

 

                                 Halqanı tut 



 

İki  uşaq  kiçik  məsafə,  iki-üç  metrlik  məsafədə  qarşı-qarşıya 

dayanırlar.  Onlardan  biri  əlindəki    kiçik  halqanı  atır,  o  biri  isə  tutur 

(əvvəllər  əl  ilə,  sonralar  ağacla  tutur).  Bu  bacarıqlara  yiyələndikdən 

sonra  uşaqlar  oyun  variantının  öhdəsindən  asanlıqla  gəlir  və  onu 

həvəslə oynayırlar. 

Uşaqlar  cüt-cüt  ayrılaraq  3  –  4  metr  məsafədə  qarşı-qarşıya 

dayanırlar.  Onlardan  birində  (şərtə  görə)  əlində  ağac,  digərində  isə 

ağac  və  bir  neçə  halqa  olur  (əvvəllər  2,  sonra  3-4),  axırıncı  halqanı 

ağacın  ucuna  keçirib  onlar  bir-bir  öz  yoldaşlarına  tərəf  atır,  o  da  öz 

ağacı  ilə  halqanı  tutur,  halqaların  hamısı  atıldıqda  tutulan  halqalar 

sayılır, bundan sonra uşaqlar rollarını dəyişirlər. 

 Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur. 

          

 

 

 

 

 

 

 

Bayrağın yanına kim tez qaçar 

 

Uşaqlar  otağın  bir  tərəfində  düzülmüş  stullarda  otururlar. 

Bunlardan 8-6 addım aralı xətt çəkilir ki, bunun da üzərində 4 – 5 uşaq 

dayanır. 

Otağın  (meydançanın)  o  biri  tərəfində  çəkilmiş  xətdən  18-20 

addım  məsafədə  hər  bir  uşağın  qarşısına  stul  düzülür  və  üzərində 

bayraq qoyulur. Stullar bir cərgədə qoyulmalıdır. 



 

183 


Tərbiyəçinin:  «Bir,  iki,  üç,  qaç»  -  deməsi  ilə  xətt  üzərində 

dayanmış  uşaqlar  bayrağa  tərəf  qaçıb  onları  götürür  və  yuxarı 

qaldıraraq, yenə də yerinə qoyurlar. 

Tərbiyəçi  bayrağı  birinci  qaldıran  uşağı  qeyd  edir,  sonra  onlar 

gedib  öz  yerlərində  otururlar.  Yenidən  4-5    uşaq  gəlib  həmin  xəttin 

üzərində dayanır. 

Hər  uşağın  bir  dəfə  bayrağa  tərəf  qaçması    ilə  oyun  qurtarır. 

Oyunu  iki-üç dəfə təkrar etmək olar. 

 

 

Çoban 



 

Yer: Meydança və ya dəhliz. 

Hazırlıq:  meydançanın  mərkəzində  iki  konsentrik  dairə  çəkilir. 

Birincinin diametri 2 metr, ikincinin diametri isə 4 metrdir. 

Oyunun  təsviri:  Bütün  oyunçular  iki  bərabər  komandaya 

bölünürlər.  Komandaların  kapitanları  («çoban»)  seçilir.  Püşkə  əsasən 

komandanın biri dairəyə daxil olur. Həmin komandanın kapitanı birinci 

və  ikinci  dairənin  arasında  gəzişir,  özünü  və  yoldaşlarını 

hücumçulardan  qoruyur.  Hücum  edən  komanda  isə  çalışır  dairədəki 

oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın. Dairədəki 

oyunçular  və  kapitanlar  çalışırlar,  hücumçuları  dairə  daxilinə  tutub 

salsınlar. Tutulmuş oyunçu oyundan çıxır. 

Oyunun müddəti 10-15 dəqiqədir. 

Oyunun qaydası: 

1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu» 

deməlidir. 

2.  Hər  iki  komandanın  iştirakçılarına  bir-birini  birinci  və  ikinci 

dairədə tutmağa icazə verilir. 

3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir. 

Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə, 

müdafiəçilərin  xəttən  kənara  çıxmalarına  diqqət  vermək  lazımdır. 

Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər. 

 

 

Ailədə səhər gimnastikası 



 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə