B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə60/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   56   57   58   59   60   61   62   63   ...   131

 

178 


dərslərindən  xeyli  fərqlənməlidir.  Lakin  gün  qruplarında  keçirilən 

bədən  tərbiyəsi  məşğələləri  başlı-başına  buraxılmamalı,  bilavasitə 

tərbiyəçinin  rəhbərliyi  altında  keçirilməlidir.  Qruplara  bacarıqla 

rəhbərlik 

etmək, 

şagird 


kollektivinin 

fəaliyyətini 

düzgün 

istiqamətləndirmək  və  onların  səylərini  (düzgün)  rəğbətləndirməyə 



ciddi  səy  göstərilməlidir.  Bunun  üçün  məşğələlərin  forma  və 

məzmununu tez-tez rəngarəngləşdirmək və şagirdlərin marağını nəzərə 

alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir 

vermək  lazımdır.  Uzadılmış  gün  rejimindəki  bədən  tərbiyəsi 

məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası təmiz və 

dəyişilmiş otaqda keçirmək lazımdır. 

I-IV sinif şagirdlərinin məşğələlərinin əsasını mütəhərrik oyunlar 

təşkil etməlidir. Bu oyunların içərisində dərsdən uşaqlara tanış olan və 

onların  daha  həvəslə  oynadıqları  oyunların  olması  məqsədəuyğundur. 

Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır. 

Oyun  uşağın  sağlamlığını,  orqanizmin  həyat  fəaliyyətini  artıran 

mühüm  vasitələrdəndir.  Oyun  fiziki  hazırlıqla  yanaşı,  uşağın  estetik 

zövqünün  yaranmasına,  hisslərin  inkişafına,  baş  beyin  ali  hissələrinin 

fəaliyyətinin  güclənməsinə  müsbət  təsir  göstərir.  O,  eləcə  də  uşağın 

əhval-ruhiyyəsini yaxşılaşdırır, emosionallığını artırır. 

Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət 

verərək  yazmışdır  ki,  yaşlı  adamın  həyatında  iş,  fəaliyyət,  qulluq  nə 

kimi  əhəmiyyətə  malikdirsə,  uşağın  da  həyatında  oyun  o  qədər  vacib 

və əhəmiyyətlidir. 

Bundan 


əlavə,  oyun  uşaqlarda  kollektivçilik,  dostluq, 

təşəbbüskarlıq, 

qoçaqlıq, 

dözümlülük, 

beynəlmiləlçilik 

və 


vətənpərvərlik  kimi  ən  yüksək  əxlaqi  keyfiyyətləri  aşılayır.  Oyun 

müəllimin rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun 

keçirilməsi  uşaqlar  üçün  cansıxıcı  olmamalıdır.  Müəllim  məzmunlu, 

rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona 

rəhbərlikdə  yüksək  pedaqoji  ustalıq  nümayiş  etdirməlidir.  Oyun  vaxtı 

şagirdlər  arasında  vəzifə  bölgüsü  apararkən  onların  fərdi 

xüsusiyyətlərini, hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. 

Təkcə qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb 

olunmalıdır. 

Bakı  şəhərinin  günüuzadılmış  məktəb  və  qruplarında  idman 

saatının  necə  qurulduğunu  öyrənmək  məqsədilə  bir  sıra  məktəblərdə 

müşahidələr  apardıq.  Məlum  oldu  ki,  Xətai  rayonundakı  254  saylı 




 

179 


məktəbdə  bu  iş  digər  məktəblərə  nisbətən  daha  yaxşı  təşkil 

olunmuşdur.  Elə  buna  görə  də  həmin  məktəbin  iş  təcrübəsinə  istinad 

etməyi lazım bildik. 

Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına 

xüsusi  diqqət  yetirilir,  məşğələlər  qış fəslində  məktəbin  böyük  idman 

salonunda,  payız  və  yaz  fəslində  isə  məktəbyanı  bağda  meydançada 

keçirilir.  Yazda  məktəbyanı  sahə  daha  da  gözəl  görünür.  Məktəb  hər 

tərəfdən  yaşıllığa  bürünür.  Uşaqlar  idman  saatında  bu  yaşıllıqlarda 

oynamaqdan doymur, hey onyamaq istəyirlər. 

Tərbiyəçi  M.Mikayılova    11

b

  sinfində      apardığı    məşğələni 



müşahidə  etdik.    İdman  saatında  uşaqlar  hamısı  idman  geyimində 

(trusi,  mayka  və  idman  ayaqqabısında)  məktəbyanı  sahəyə  çıxıb 

düzüldü  və  tərbiyəçinin    göstərişini  dinlədilər.  Tərbiyəçi  idman 

saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi. «… Bu gün  həm də 

«Gəlin  gəzməyə  gedək»  oyununa  keçək»  sözünü  bitirə-bitirməz 

şagirdlərin  əhval-ruhiyyəsi  yüksəldi  və  üzlərində  xoş  bir  təbəssüm 

yarandı. Məsmə müəllimə oyunun əhəmiyyəti haqqında qısa məlumat 

verdikdən  sonra  onun  məzmunundan,  təşkili  və  keçirilməsi 

qaydalarından  danışdı.  Bundan  əlavə,  müəllim  oyunun  qaydalarına 

hamının  bir  nəfər  kimi  riayət  etməsini  tapşırdı.  Oyun  başlandı: 

oyunçular  meydançanın  müxtəlif  yerlərindən  kiçik  dairə  çəkib  onun 

içərisində durdular (aparıcıdan başqa). 

Aparıcı  şagird  istədiyi  oyunçuya  yaxınlaşıb  deyirdi:  «Gəzməyə 

gedək». Dəvət olunan oyunçu bir cərgəyə düzülüb aparıcının arxasınca 

gedirdilər.  Bütün  oyunçular  öz  yerlərindən  çıxan  kimi  aparıcı  onları 

dairədən  bir  qədər  aralı  məsafəyə  aparıb,  işarə  və  ya  siqnal  verirdi. 

Aparıcı, hərə öz yerinə deyən kimi bütün oyunçular qaçıb öz dairəsini 

tuturdu. Dairəsini tuta bilməyən oyunçu növbəti oyunda aparıcı rolunu 

oynayırdı.  Aparıcı  rolunda  bir  dəfə  də  olsun  çıxış  etməyən  şagirdlər 

oyunun qalibi hesab olunur və oyunçular qarşısında tərbiyəçi müəllim 

tərəfindən rəəğbətləndirilirdi. 

Oyun  maraqlı  və  yüksək  intizamlı  keçirildi.  Məsmə  müəllimə 

məşğələnin  axırında  oyun  haqqında  uşaqların  nə  kimi  təəssüratda 

olduqlarını  və  növbəti  məşğələdə  hansı  oyunları  keçməyi 

arzuladıqlarını  soruşdu.  İdman  saatında  uşaqlar  ancaq  oyunla 

kifayətlənməyib, Azərbaycana həsr olunmuş şeir söyləyir, Azərbaycan 

xalq  rəqslərini  ifa  edirlər.  Rəqslər  nağara  və  qarmonun  müşayiəti  ilə 

keçirildi.  Çox  gözəl  haldır  ki,  rəqs  edənlər  də,  musiqiçilər  də 




 

180 


şagirdlərin  özü  idi.Bütün  bunlar  da  məşğələnin  rəngarəngliyinə, 

effektliyinə, xüsusən qrup uşaqlarının istirahətinin səmərəli keçməsinə 

müsbət təsir göstərirdi. 

   287  saylı  «Gələcək  zəkalar»  məktəbinin  tərbiyəçi-müəllimi 

M.Qardaşəliyeva 

və  264  saylı  məktəbin  tərbiyəçi-müəllimi  

E.Mirzəbəyova  da  idman  saatını  şagirdlərin                          yaş 

xüsusiyyətlərinə, estetik zövqünə uyğun qurur və əsas məqsədin həyata 

keçirilməsinə  yönəldir.  Mətanət  müəllimə  valideynlər  qarşısında  da 

çıxış  edir,  qruplarda  idman  saatının  təşkili  xüsusiyyətlərindən,  fiziki 

tərbiyə  məşğələlərindən,  mütəhərrik  oyunlara  geniş  yer  verilməsinin 

əhəmiyyətindən  söhbət  açmışdır.    Mətanət  müəllimin  bir  «idman 

satını»  müşahidə etdik.  O,  «Ovçular  və    dovşanlar»  oyununu  keçirdi. 

Oyunda  aparıcı  rolunu  müəllim  özü  oynayırdı.  Müəllim  «Dovşanlar 

meşəyə  qaçdı»  elan  edən  kimi,  bütün  uşaqlar  məktəbin  bağçasına 

qaçıışdılar.    Müəllimin  «Ovçu  gəldi»  komandasından  sonra  isə 

«dovşanlar»  öz  yuvasına  qaçırdılar,  pusquda  dayanmış  «ovçular»  isə 

yerindən tərpənmədən «dovşanları» topla vurmağa başladılar. Oyun üç 

dəfə təkrar olundu. Tutulan dovşanlar hesablandı və yeni ovçu seçildi. 

Oyun  şagirdlərin  hərəkət  fəallığı  və  böyük  ruh  yüksəkliyi  şəraitində 

keçdi.  İndii  də  günüuzadılmış  məktəb,  qrup  və  siniflərdə  tərbiyəçi 

işləyən müəllimlərin ehtiyacını nəzərə alıb onlara kömək məqsədilə bir 

neçə oyunnun məzmununu verək: 

 

 



                                   Bayrağı dəyişdirək 

 

Meydançanın bir tərəfində bir-birindən bir addım aralı 4-5 dairə 

çəkilir, hər dairədə bir bayraq qoyulur (bayraqlar bir rəngdə olmalıdır). 

Meydançanın  o  biri  tərəfində  düz  xətt  çəkilir.  Uşaqlar  həmin  xəttin 

dalında  qarşı-qarşıya  4-5  cərgə  düzülürlər.  Cərgədə  birinci  dayanan 

uşaqlara bir rəngdə (məsələn, qırmızı rəngli) bayraqlar verilir. 

   Tərbiyəçinin:  «Bir,  iki,  üç,  qaç»  işarəsi  ilə  əllərində  bayraqlar 

olan  uşaqlar  dairələrə  doğru  qaçaraq,  əllərindəki  bayraqları  dairədəki 

göy rəngli bayraqlarla dəyişdirib geri qayıdır və öz yerlərində duraraq 

bayraqları yuxarı qaldırırlar. Bayrağı tez gətirib qaldıran uşaq oyunda 

udmuş  hesab  olunur.  Həmin  uşaqlar  bayraqları  sonrakı  yoldaşlarına 

verib,  özləri  cərgənin  axırında  dayanırlar.  Beləliklə,  bütün  uşaqların 

iştirakı ilə oyun davam etdirilir. 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə