B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə63/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   59   60   61   62   63   64   65   66   ...   131

 

186 


onlar  tərəfindən  müstəqil  icra  edilməsinə  icazə  verin,  bu  şərtlə  ki, 

uşaqlar nəzarətdən kənarda qalmasınlar. 

     Yeni  səhər  gimnastikası  kompleks  hərəkətləri  tətbiq 

olunarkən    hərəkətləri    əvvəlcə  özünüz  göstərin,  sonra  isə  yerinə 

yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin 

dəyişdirilməsinin səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda 

olan  uşaqlar  hər  şeylə  maraqlanırlar  və  hər  nə  varsa  hamısını 

öyrənməyə  ciddi  səy  göstərirlər.  Yaxşı  olar  ki,  səhər  gimnastikasını 

oyun formasında və yarış şəklində təşkil edəsiniz. Bu uşaqların hərəkət 

fəallığını  yüksəldir  və  səhər  gimnastikasını  icra  etməyə  həvəsi  artır. 

Buna  «Kim  hərəkəti  daha  tez  icra  edə  bilər?»,  «Kim  hərəkəti  daha 

dəqiq yerinə yetirə bilər?» və s. oyunları misal göstərmək olar.  

Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir. 

Qeyd  etməliyik  ki,  səhər  gigiyenik  gimnastikasının  ailə 

şəraitində  daha  səmərəli  nətğicə  verməsində,  uşaqların  səhhətinə 

müsbət  təsir  göstərməsini  və  hərəkət  fəallığının  yüksəldilməsində 

hərəkət  kompleksinin  fizioloji  yük  əyriliyi  prinsipində  qurulmasının, 

hərəkətlərin  xarakterindən  asılı  olaraq  ardıcıl  surətdə  növbələşdirərək 

yerinə  yetirilməsinin,  həmçinin  onların  ümumi  həcmi  və  miqdarının 

təkrarlanmasının  böyük  əhəmiyyəti  vardır.  Bu  baxımdan  valideynlər 

ailədə  uşaqlarla  səhər  gimnastikasını  təşkil  edərkən,  onun  aşağıdakı 

sxemdə qurulmasına çalışmalıdırlar.  

Kompleksin  birinci  hərəkəti  tənəffüsü  qüvvətləndirməli,  «yəni 

o  «dartınma»  xarakterli  hərəkətlərdən  ibarət  olub  yavaş  tempdə  icra 

olunmalı  və  4-5  dəfə  təkrarlanmalıdır.  İkinci  hərəkət  ayaq  əzələləri 

üçün  olmalıdır:  bura  ayaqların  növbə  ilə  müxtəlif  tərəflərə  sürətli 

tempdə qaldırılması və əvvəlki vəziyyətə gətirilməsi, hərəkətin hər bir 

ayaqla  4-5  dəfə  təkrarı  və  yaxud  çöməlmələr  daxildir.  Çöməlmə 

hərəkətlərində  yavaş  və  orta  tempdə  icra  edilməli  6-8  dəfə  təkrar 

edilməlidir.  Üçüncü  hərəkətlər  gövdənin  sağ  və  sol  tərəfindəki 

əzələlər üçün nəzərdə tutulmalıdır. Buna əyilmə hərəkətləridə daxildir. 

Həmin  hərəkətlər  hər  bir  tərəfə  yavaş  tempdə  yerinə  yetirilir.  Həmin 

məqsədlə gövdənin dairəvi hərəkət etdirilməsi (sağdan sola və əksinə) 

hərəkətlərini də icra etmək olar. Bu hərəkətlər hər tərəfə 5-6 dəfə icra 

edilməklə orta və sürətli tempdə yerinə yetirilir. Dördüncü hərəkətlər 

gövdənin düz əzələləri üçün verilməlidir. Bu vaxt gövdə irəli əyilməli 

və  düzləndirilməlidir.  Hərəkət  5-6  dəfə  təkrarlanmalı  və  müxtəlif 

tempdə  icra  olunmalıdır.  Beşinci  kompleks  ümumiləşdirici 




 

187 


əhəmiyyətə malik olmalıdır. Bu məqsədlə də 30 saniyə müddətində və 

yaxud asta qaçış icra edilməlidir (1 dəqiqə ərzində). Bundan sonra isə 

sakitləşdirici  fiziki  hərəkətlər  1-2  dəqiqə  müddətində  yerinə 

yetirilməlidir.  

 

1.2.Ümumi orta təhsil pilləsində fiziki tərbiyə sağlamlıq işləri 

 

Səhər gimnastikası və dərsəqədər gimnastika 

 

Bundan  əvvəl  ibtidai  siniflərin  nümunəsində  şagirdlərin  fiziki 



tərbiyə-sağlamlıq və idman tədbirlərinin əhəmiyyəti və mahiyyəti qısa 

şəkildə  şərh  edilmiş  və  işıqlandırılmışdır.  Təkrar  olmasın  deyə  və 

kitabın  həcmini  nəzərə  alaraq  V-VIII  siniflər  üçün  həmin  məsələləri 

spesifik cəhətləri nəzərə almaqla verməyi məqsədəuyğun hesab edirik.  

Ümumiyyətlə,  şagirdlərin  sağlamlıq  bədən  tərbiyəsi  işləri, 

kütləvi  idman  tədbirləri  sinifdən  xaric  və  məktəbdənkənar  vaxtlarda 

həyata  keçirilir.  Bu  işin  aparılmasında  başlıca  məqsəd  məktəbyaşlı 

uşaqların  ümumi  fiziki  hazırlığını  artırmaq,  sağlamlıqlarını 

möhkəmləndirmək və fiziki inkişafını yüksəltməkdən ibarətdir. İbtidai 

siniflərdə  olduğu  kimi  orta,  yuxarı  məktəbyaşlı  şagirdlər  üçün  də 

həmin  işin  düzgün  təşkili  və  həyata  keçirilməsi  günün  vacib 

məsələlərindən biridir.  

Orta  və  yuxarı  yaşlı  məktəblilər  üçün  gün  rejimində  bədən 

tərbiyəsi,  sağlamlıq  tədbirləri  təşkil  olunarkən  aşağıdakı  formalardan 

istifadə edilir: səhər gimnastikası, dərsəqədər səhər gimnastikası, bədən 

tərbiyəsi dəqiqələri, fasilələrdə oyunlar. İndi də söylənilənlərin qısa da 

olsa izahını verməyi məqsədyönlü hesab edirik. 

 

Səhər gigiyenik gimnastikası 

 

 

Səhər  gimnastikası  şagirdlərin  bədən  tərbiyəsi  sisteminə  daxil 



olmaqla  tədris  gün  rejimində  əhəmiyyətli  yerlərdən  birini tutur.  Səhər 

gimnastikasının  müntəzəm  olaraq  keçirilməsinin  çox  böyük  təlim-

tərbiyəvi  əhəmiyyəti  vardır.  Bu  prosesdə  orqanizmin  funksional 

sistemləri  möhkəmlənir.  Orqanizm  öz  vəzifələrini  ahəngdar  surətdə 

yerinə  yetirir.  Bütün  bunlar  həm  bədənin  formalaşmasına,  həm  də 



 

188 


şagirdlərin  hərtərəfli  inkişafına,  xüsusən  tədris  fəaliyyətinə,  fiziki 

inkişafına, fiziki tətbiqi hazırlığına daha müsbət təsir göstərir. 

Səhər  gimnastikasının  səmərəli  təşkili  və  onun  istənilən  nəticə 

verməsində  bədən  tərbiyəsi  müəlliminin  rolu  böyükdür.  Müəllim,  hər 

şeydən  əvvəl  bu  işin  əhəmiyyətini  və  metodikasını  şagirdlərə  və 

valideynlərə başa salmalı və öyrətməlidir. Bu sahədə valideynlərə bilik 

verməyi  və  öyrətməlidir. Bu  sahədə  valideynlərin  və  şagirdlərin  bilik 

dairəsini  genişləndirmək,  onlara  müvafiq  məlumatları  çatdırmaqdan 

ötrü valideyn yığıncaqlarından, sinif iclaslarından, istifadə etmək olar. 

Səhər  gimnastikası  hərəkət  kompleksləri  şagirdlərin  yaşına,  fiziki 

hazırlığına, onların bədən tərbiyəsi və idman sahəsində nə kimi bilik, 

bacarıq və vərdişlərə malik olmasına tam uyğun olmalıdır. Buna görə 

də  aşağıdakı  ümumi  metodik  məsləhətləri  mütləq  nəzərə  almaq 

lazımdır. Hər şeydən əvvəl,  səhər  gimnastikası  kompleks  hərəkətləri  

şagirdlərin    9-10,  11-12,  13-14,  15-16  yaş  qruplarına  müvafiq  seçilib 

tərtib edilməlidir. Bundan əlavə, hərəkət kompleksləri gərgin, cansıxıcı 

deyil,  maraqlı,  müxtəlif,  yüngül  hərəkət  elementlərindən    ibarət  

olmalı, böyük amplituda ilə, ritmik olaraq  icra  olunmalıdır.  Hərəkət  

kompleksləri  tərtib  olunarkən  ardıcıllığa  xüsusi  diqqət  yetirmək 

lazımdır. Seçilmiş kompleks hərəkətlər ilk növbədə dartınma xarakteri 

daşımalı,  əl-qol  və  gövdə  əzələlərinə,  sonra  ayaq  əzələlərinə  təsir 

göstərilməlidir.  Sonra  isə  qüvvəni  artıran  hərəkətlərdən  və  hoppanma 

elementlərindən  ibarət  olmalıdır  ki,  bu  da  ayaq-pəncə  qüvvəsini  daha 

da artırmalı və möhkəmləndirməlidir. 

Səhər gimnastikası kompleks hərəkətləri icra olunarkən tənəffüs 

düzgün  edilməli  və  nəhayət,  yaş  dəsmalla  bədəni  sürtməli,  duş  qəbul 

etməli və bədən qurunmalıdır. 

 

 



Dərsəqədər səhər gigiyenik gimnastikası 

 

Dərsəqədər  səhər  gimnastikası  bilavasitə  tədris  fəaliyyətini  və 



orqanizmin  işgörmə  qabiliyyətini  artıran  başlıca  vasitələrdəndir. 

Təcrübədən  aydın  olur  ki,  bəzən  şagirdlər  ailədən  məktəbə  yüksək 

əhval-ruhiyyə  ilə  gəlmir  bir  növ  yuxulu,  yəni  yüksək  zehni  və  fiziki 

fəaliyyətdə  olmurlar.  Onların  tədris  fəaliyyətinə  hazırlığı  minimum 

səviyyədə olur. Bu vəziyyəti aradan qaldırmaq üçün dərsəqədər səhər 

gimnastikasından  istifadə  edilməlidir.  Bu  növbələr  arası  təşkil 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə