B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə71/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   67   68   69   70   71   72   73   74   ...   131

 

209 


    Qaçış hərəkətlərinin planlaşdırılmasında onun məşğələlər üzrə 

düzgün  dozalaşdırılmasını  təmin  etmək  lazımdır.  Dozalaşdırma 

şagirdlərin  texniki  və  fiziki  hazırlığını,  cinsi  xüsusiyyətlərini,  habelə 

məşğələ yerində olan şəraiti həzərə almaq zəruridir. 

    Qaçış  hərəkətlərinin  öyrədilməsi  zamanı  məşğələnin  sıxlığını 

artırmaq  məqsədtlə  müxtəlif  növ  tullanmalara,  estafetlərə  və  s. 

hərəkətlərə xüsusi yer verilməlidir.  

  Əlavə  hərəkətlərdən  2  məqsədlə  istifadə  etmək  olar.  Birinci 

qaçış  hərəkətlərinin  təliminə  kömək  etmək  üçün,  yəni  bu  hərəkətlər 

təhsil xarakteri daşıya bilər.  

   İkincisi,  orqanizmi  ümumi  fiziki  tədris  yükünə  hazırlamaq  və 

ya  onu  sakitləşdirmək  əvvəlki  vəziyyətinə  qaytarmaq  məqsədilə  əlavə 

hərəkətlər  silsiləsində  basketbol  oyun  elementləri  mühüm  əhəmiyyətə 

malikdir.  Bura  xüsusən,  basketbol  texniki  fəndlərinin  icrası  və  oyun 

taktikasının  yerinə  yetirilməsi  dövründə  tətbiq  edilən  müxtəlif  növ 

qaçışlar və s. daxildir. 

         Qeyd  etmək  lazımdır  ki,  yüngül  atletika  bölməsinin 

qarşısında 

duran 

başlıca 


vəzifələr 

məşğələnin 

sayının 

konkretləşdirilməsi,  ayrı-ayrı  məşğələlərin  dozalaşdırılması,  eləcə  də 

fiziki 

hərəkətlərin  öyrədilməsi  təlim  metod  və  prinsipləri 



müəyyənləşdirildikdən  sonra,  isə  məşğələdə  həll  edilməsi  zəruri  olan 

digər  məsələyə  fikir  vermək  vacibdir.  Bura  məşğələ  vaxtı  şagirdlərin 

mənəvi,  estetik  və  əmək  tərbiyəsi  iradələrinin  möhkəmləndirilməsi, 

həyat üçün təbii hərəkət vərdişlərinin aşılanması və s. daxildir. 

Müşahidələrdən  aydın  olur  ki,  yuxarıda  göstərdiyimiz  peaqoji-

metodiki  komponentlərin  kompleks  şəkildə  həll  edilməsi  məşğələnin 

optimal təşkilinə zəmin yaradır. 

Başqa  sözlə  desək,  məşğələnin  düzgün  planlaşdırılması  atletika 

hərəkət elementlərinin tez və daha keyfiyyətlə öyrədilməsinə, qısa bir 

müddətdə  lazımi  idman  nəticələrinin  əldə  edilməsinə  müsbət  təsir 

göstərir. Bu həm də şagirdlərin fiziki tərbiyə prosesinin düzgün və asan 

idarə  olunmasına  şərait  yaradır.  Bütün  bunları  nəzərə  alıb  qabaqcıl 

müəllimlərin  iş  təcrübəsinə  istinad  etməklə,  atletika  hərəkətlərinin 

öyrədilməsi üçün vacib olan vasitə və vəzifələri veririk. 

 

Hərəkət texnikasının ardıcıllıqla öyrədilməsi 

 



 

210 


Qısa  məsafəyə  qaçış.  Ümumtəhsil  orta  məktəblərində 

şagirdlərin  atletikanın  hərəkət  bacarıq  və  vərdişlərinə  düzgün  və  qısa 

müddətdə  yiyələnməsinə  idman  bölməsinin  aşağıdakı  ardıcıllıqla 

aparılması böyük əhəmiyyətə malikdir. 

1.Şagirdləri ilk növbədə orta məsafəyə qaçışın texnikası ilə tanış 

etmək.  Bundan  sonra  onlara  iri  addımlar  atmağı,  pəncə  üzərində 

qaçmağı, əllərin  sərbəst hərəkətlərini, gövdənin və başı düz tutmasını 

öyrətmək. 

2.Şagirdlərin 

hər 


birini 

ayrılıqda 

qaçış 

texnikasının 



xüsusiyyətləri  ilə  tanış  etmək,  hər  bir  məşğul  olanın  fərdi 

keyfiyyətlərini  onların  nöqsanlarını  aşkar  etmək.  Həmçinin  müsbət 

keyfiyyətlərin  inkişafını  sürətləndirmək  və  qüsurların  aradan 

qaldırılması yollarının optimal variantını müəyyənləşdirmək. 

3.Şagirdləri qısa məsafəyə qaçışın texnikası ilə tanış etmək. 

4.Düzünə qaçış texnikasını öyrənmək. 

5.Şagirdlərə sürətlə qaçış texnikasını öyrətmək. 

6.Aşağı startdan çıxmağı və start qaçışını öyrətmək. 

7.Start qaçışından məsafə üzrə qaçışa keçməyi öyrətmək. 

8.Finiş etməyi və lentanı keçməyi öyrətmək. 

9.Döngələr üzrə qaçış texnikasını öyrətmək. 

10.Döngələrdə aşağı startdan çıxmağı öyrətmək. 

11.Döngədən  düz  qaçışa  keçməyin  düzgün  texnikasına 

yiyələnməyi öyrətmək. 

12. 30, 60, 100 eləcə də 200 və 400m məsafəyə qaçış texnikasını 

təkmilləşdirmək. 

13.Yüngül atletika hərəkət növləri üzrə fərdi qabiliyyətləri, fərdi 

yönümü  nəzərə  alaraq,  şagirdlərə  hansı  növlərlə  məşğul  olmaları 

məqsədilə məsləhət vermək. 

14. 100m məsafəyə nəzarət olunmaqla qaçış. 

15.Bədən tərbiyəsi proqramının və VMH kompleksinin tələb və 

normalarının  yerinə  yetirilməsi  üzrə  təhlil  aparmaq,  görüləcək  işləri 

müəyyənləşdirib şagirdlərin nəzərinə çatdırmaq. 

16.Qaçışın  və  şagidrlərin  fərdi  xüsusiyyətlərini  nəzərə  almaqla 

ev  tapşırıqlarının  məzmunu  və  həyata  keçirilməsi  metodlarının 

işlənilməsi,  fiziki  tərbiyə  üzrə  nöqsanların  aradan  qaldırılması 

yollarının müəyyənləşdirilməsi. 

Qeyd    etmək  lazımdır  ki,  yuxarıda  deyilən  tələbləri  kortəbii 

olaraq  həyata  keçirmək  qaçış  texnikasına  yiyələnməklə  öz    mənfi  



 

211 


təsirini      göstərə    bilər.    Buna    görə    də    həmin    iş    icra  olunarkən 

şagirdlərin  fiziki  hazırlığı  psixoloji  xüsusiyyətləri,  əhval-ruhiyyəsi 

nəzərə alınmalıdır. Qısa  məsafəyə qaçışın texnikası öyrədilərsə 30, 50, 

60m  məsafəyə  təkrar  qaçışdan  istifadə  etmək  lazımdır.  Eyni  zamanda 

həmin məsafələrə sürətli qaçışa; budun qaldırılması ilə qaçışlara; qaçış 

addımları ilə hoppanmaları; aşağı startdan qaçışa; aşağı startdan sürətlə 

qaçışa;  qaçış  zamanı  əllərin  hərəkətini  yerində  yamsılama;  «Starta» 

komandasının düzgün yerinə yetirilməsinə və s. xüsusi diqqət vermək 

vacibdir. Burada güc, qüvvə və sürəti artıran hərəkətlərin icrasını təşkil 

etmək faydalı olardı. 

 

 

Ev tapşırıqları 



 

Müşahidələrdən  aydın  olur  ki,  zehni  işin  artması  ilə  əlaqədar 

şagirdlərdə bəzi bədən qüsurlarının meydana gəlməsi müşahidə olunur. 

Başqa sözlə desək, şagirdlərdə hərəkət fəallığının aşağı düşməsilə bağlı 

müvafiq  tədbirlər  görülür.  Bura  gün  rejimində  şagirdlərlə  aparılan 

sağlamlıq-bədən  tərbiyəsi  və  idman  tədbirləri,  bədən  tərbiyəsi 

bayramları  və  s.  daxildir.  Həmin  tədbirlərin  düzgün  təşkili  və 

keçirilməsi  şagirdlərin  gün  rejimində  hərəkət  fəallığını  artırır  və 

bədəndə baş verə biləcək qüsurların qarşısını alır. 

Lakin  qeyd  etmək  vacibdir  ki,  gün  rejimində  keçirilən  bədən 

tərbiyəsi – sağlamlıq tədbirləri sutka ərzində hərəkətin yalnız 50-60%-

ni  təşkil  edir.  Buna  görə  də  şagirdlərin  gündəlik  hərəkət  fəallığını 

artırmaq  üçün  başqa  mənbələr  axtarıb  tapmaq  zəruridir.  Şagirdlərin 

bədən  tərbiyəsi  məşğələlərinə  marağının  artırılması  gün  rejimində 

keçirilən  idman  tədbirlərinin  səmərəliliyini  yüksəldir.  Tədqiqatçıların 

dediyinə  görə  ev  tapşırıqları  şagirdlərin  hərəkət  fəallığının 

artırılmasında  başlıca  vasitələrindəndir.  Ev  tapşırıqları  yorğunluğu, 

gərginliyi  aradan  qaldırır,  iş  qabiliyyətini  artırır.  Həmin  baxımdan  da 

məktəblilərin  gün  rejimində  aparılan  ev  tapşırıqları  şagirdlərin  hərəki 

fəallığını  yüksəldən  ən  qüvvətli  amillərdən  biri  hesab  olunur.  Buna 

görə  də  ev  tapşırıqları  verilərkən  aşağıdakı  ümumi  pedaqoji-metodiki 

tələbləri mütləq nəzərə almaq lazımdır: 

1.Ev  tapşırıqlarının  məktəb  tədrisi  proqramları  ilə  və  kütləvi 

bədən tərbiyəsi və idman yarışlarının proqramları ilə əlaqəsi olmalı: 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə