B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə69/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   65   66   67   68   69   70   71   72   ...   131

 

204 


olduqca  zəruridir.  Gözləmək  olmaz  ki,  uşaq  böyüyəcək  və  hansı 

siniflərdə  isə  ona  yeriş,  qaçış,  tullanmaları  düzgün  yerinə  yetirmək 

qaydası öyrədiləcəkdir. 

Hərəkət  texnikasına  kiçik  məktəb  yaşlarından  yiyələnmək  2 

cəhətdən  çox  böyük  əhəmiyyətə  malikdir.  Əvvəla,  bu  yaş  dövründə 

uşaqların  bədəni  lazımınca  bərkiməmiş  olur,  xüsusən  sümüklər 

elastiklik  dövrünü  keçirir.  Buna  görə  də  həmin  yaş  dövründə  hərəkət 

texnikasına daha asan yiyələnmək imkanı vardır. 



İkinci,  ümumtəhsil  məktəblərində  bədən  tərbiyəsi  və  idmanın 

qarşısında  duran  mühüm  vəzifələrdən  biri  şagirdlərə  təbii  hərəkət 

vərdişlərini  aşılamaqdan  ibarətdir.  Bu  isə  şagirdlərin  düzgün  fiziki 

inkişafı, 

bədənin 

lazımınca 

formalaşması 

və 


sağlamlığın 

möhkəmləndirilməsi  ilə  nəticələnir.  Məsələyə  həmin  baxımdan 

yanaşdıqda  şagirdlərin  nəinki  təbii  hərəkətlər  vərdişlərinə  düzgün 

yiyələnməsi,  həm  də  fiziki  tərbiyə  prosesində  görülən  işlərin 

bütövlükdə  məqsədəuyğun  surətdə  aparılmasının  vacibliyini  gündəmə 

gətirir. 

 Bədən  tərbiyəsi  müəllimləri  yadda  saxlamalıdır  ki,  atletika 

növlərinin  öyrədilməsində  yalnız  dərs  üçün  nəzərdə  tutulan 

hərəkətlərdən istifadə kifayət etmir. Bunun üçün də müəllimlər atletika 

hərəkətlərinin öyrədilməsinə  kömək  məqsədilə  yardımçı  müxtəlif  növ 

terminlər  seçməli  və  yeri  gəldikcə  tətbiq  etməlidir.  Bu  hərəkətlər 

aşağıdakı məqsədlər üçün seçilə və tətbiq oluna bilər: uşaqların ümumi 

fiziki hazırlığının yüksəldilməsi, hərəkət texnikasının qısa vaxt ərzində 

düzgün icrası və məqsədyönlü formalaşdırılması. 

Bədən  tərbiyəsi  və  idman  işlərinin  lazımi  nəticə  verməsində 

dərsin  sinifdənxaric  və  məktəbdənkənar  tədbirlərlə  əlaqələndirilməsi 

də  başlıca  rol  oynayır.  Bu  nöqteyi-nəzərdən  dərs  ilinin  əvvəlindən 

tədris  idman  işləri  planlaşdırılarkən,  tədris  günü  rejimində, 

sinifdənxaric və məktəbdənkənar formalarda aparılan tədbirlər üçün də 

müvafiq  oyunlar,  hərəkətlər  seçilməli  və  yeri  gəldikcə  tətbiq 

olunmalıdır.  Çox  təəssüf  ki,  bu  işə  bəzən  ikinci  dərəcəli  bir  məsələ 

kimi  yanaşılır,  əsas  diqqəti  dərs  prosesinə  verməklə  işi  bitmiş  hesab 

edirlər.  Lakin  unutmamalıdır  ki,  dərsin  qarşısında  qoyulmuş  başlıca 

vəzifələr  sinifdənxaric  sağlamlıq  tədbirləri  ilə  və  məktəbdənkənar 

kütləvi idman işləri ilə həyata keçirilməli və tamamlanmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  bədən  tərbiyəsi  və  idman  işlərinin 

müvəffəqiyyətlə  nəticələnməsində  bu  sahədə  şagirdlərin  müəyyən 



 

205 


biliklərə yiyələnməsinin və qarşıda duran məqsədin və vəzifələrin başa 

düşülməsinin  özünəməxsus  əhəmiyyəti  vardır.  Çünki,  şagirdlərin  hər 

hansı  bir  idman  atletika  elementlərini  nə  məqsədlə  icrası  bu  işin 

mahiyyətini  dərk  etməsi  onların  dərsə  olan  fəallığını  və  şüurlu 

münasibətini  artırır.  Bilik,  bacarıq  və  vərdişlərin  aşılanmasında  isə 

fəallıq, dərketmə həlledici əhəmiyyət kəsb edir. 

 Bir  cəhəti  də  qeyd  etməliyik  ki, hərəkət texnikasının az  vaxt  

içərisində    mənimsədilməsi  üçün  şuürluluq  və  fəallıq  nə  dərəcədə 

vacibdirsə  öyrətmə  prosesində  izahetmənin  özü  də  bir  o  qədər 

əhəmiyyətlidir.  Hərəkətlər üzrə  izahatlar  sadə, aydın və  dəqiq  olmalı, 

uşaqların  dərk  edəcəyi  səviyyədə  aparılmalıdır.  Anlaşılmaz  terminlər, 

təmtəraqlı  cümlə  və  sözlər  işlədilməlidir.  İzahetmə  zamanı  hərəkət 

texnikasının  göstərilməsi  də  vacibdir.  Müəllimin  izahatında, 

hərəkətlərin  nümayiş  etdirilməsində  emosionallıq,  çeviklik  və 

gümrahlıq, yüksək əhval-ruhiyyə hiss olunması çox vacibdir. 

Atletika 

hərəkətləri 

öyrədilərkən 

qurğu 

və 


alətlərin, 

avadanlıqların  səliqəliliyinə  və  şagirdlərin  gücünə  münasibliyinə  də 

diqqəti  artırmaq  lazımdır.  Burada  hərəkətin  hansı  tempdə  icrası  və 

hansı sürətlə yerinə yetirilməsi və onun təkrar olunma miqdarı nəzərə 

alınmalıdır.  Bunlar  hərəkətin  müvafiq  şəkildə  öyrədilməsinə  əlverişli 

şərait yaradır. 

Hərəkət  elementlərinin  müvafiq  sürətlə  icrasında  şagirdlərin 

idman  göstəricisinin  təlim  vaxtı  nəzərə  alınması  da  faydalıdır. 

Təcrübəli müəllimlər yeriş, qaçış, uzununa tullanmaların qrup halında 

icrasını  təşkil  edirsə,  hündürlüyə  tullanmada  isə  yarım  qruplara 

bölünməklə hərəkətləri icra etdirir. Yəni hündürlüyə tullanma üzrə ən 

yaxşı nəticə və ya zəif nəticə göstərənlər üçün hündürlüyə tullanmalar 

ayrıca  təşkil  olunur.  Məşğələlərin  belə  təşkili  hər  bir  şagirdə  öz 

qabiliyyətini  daha  yaxşı  inkişaf  etdirməyə  imkan  verir.  Atletika  üzrə 

hərəkət  növlərinin  öyrədilməsi  prosesində  tətbiq  olunan  metodlara  da 

xüsusi  əhəmiyyət  vermək  lazımdır.  Atletikada  2  metoddan  geniş 

istifadə olunur: birinci, metodda başlıca diqqət hərəkətlərin hissə-hissə 

öyrədilməsi  nəzərdə  tutulur.  İkincidə  isə  tam  şəkildə  öyrədilməsi 

nəzərdə tutulur. Məsələn, əgər müəllim uzununa tullanmanı öyrədirsə, 

o,  əvvəlcə  hərəkət  texnikasına  az  vaxt  içərisində  düzgün  yiyələnmək 

üçün  zəruri  komponentləri  müəyyənləşdirir.  Sonra  isə  bu 

komponentləri ayrı-ayrılıqda mənimsədir, daha sonra isə onlar arasında 

uyğunluq-əlaqə  yaradır.  Uzununa  tullanmanı  başlıca  öyrətmə 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə