B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə65/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   61   62   63   64   65   66   67   68   ...   131

 

192 


Yoxlama – test sualları 

 

 

1.Səhər gigiyenik gimnastikasının başlıca əhəmiyyəti nədir? 



2.Dərsəqədər səhər gigiyenik  gimnastikasının təşkili qaydalarını 

göstərin. 

3.Səhər  gigiyenik  gimnastikası  üçün  hərəkətlərin  seçilməsi 

qaydaları hansılardır? 

4.Bədən tərbiyəsi dəqiqələrinin əhəmiyyətini göstərin. 

5.Bədən tərbiyəsi dəqiqələrinin təşkilinin mühüm şərtləri. 

6.Böyük  tənəffüslərdə  fiziki  tərbiyə  tədbirlərini  şərtləndirən 

amillər hansılardır? 

7.Günüuzadılmış  qruplarda  idman  «saatı»nın  təşkilinin  zəruri 

şərtlərini göstərin. 



 

 

                     

                   Yaradıcılıq işi üçün təxmini mövzular 

 

 

1.  Kiçik  məktəbyaşlı  uşaqlarla  fiziki  tərbiyə  və  idman  işlərinin 

təşkili. 

2.  Səhər  gigiyenik  gimnastikası  üçün  fiziki  hərəkətlərin  və 

oyunların seçilməsi və təşkili prinsipləri. 

3. Günüuzadılmış qruplarda fiziki tərbiyə işləri. 

4. Bədən tərbiyəsi dəqiqələrinin təşkili prinsipləri. 

 

 



 

 

 



 

 

 



6.2. Sinifdən və məktəbdənxaric fiziki tərbiyə  idman 

məşğələləri 

 

 


 

193 


PLAN 

 

2.1.Sinifdənxaric fiziki tərbiyə- idman sağlamlıq məşğələləri 

              1.1.Sinifdənxaric məşğələnin-məqsədi 

              1.2.İbtidai  təhsil  pilləsində  fiziki  tərbiyə-sağlamlıq 

məşğələləri 

              1.3.Ümumi  orta  təhsil  pilləsində  fiziki  tərbiyə-idman 

sağlamlıq məşğələləri 

2.2.Məktəbdənxaric fiziki tərbiyə-idman sağlamlıq tədbirləri 

2.3.Ümumməktəb  bədən  tərbiyəsi-sağlamlıq  və  kütləvi  idman 

işləri 


 

 

 



                                  Ə D Ə B İ Y Y A T 

 

 

1.İ.Aslanov.  Ümumtəhsil  məktəblərində  bədən  tərbiyəsi  və 

idman işləri. Bakı, «Maarif» nəşriyyatı, 1976-cı il. 

2.T.Abasov.  İdman  və  mütəhərrik  oyunlar.  Bakı,  «Maarif» 

nəşriyyatı, 1987-ci il. 

3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən 

tərbiyəsi  və  kütləvi-idman  işlərinin  təşkilinə  hazırlanması  məsələləri. 

Bakı, 1994-cü il. 

4.B.Nərimanov,  Ş.Əliyeva,  E.Nərimanov.    İdman  gimnastikası. 

«Müəllim»  nəşriyyatı, 2004-cü il. 

5.B.Dosenko.  Uşaqlarla  məktəbdənkənar  iş.  Bakı,  «Maarif» 

nəşriyyatı, 1973-cü il. 

 

6.2. Sinifdən və məktəbdənxaric fiziki tərbiyə idman 

sağlamlıq məşğələləri 

 

2.1. Sinifdənxaric fiziki tərbiyə-idman sağlamlıq məşğələləri 

 

1.1.

 

Sinifdən  xaric  məşğələlərin 

məqsədi 

 



 

194 


İbtidai  siniflərdə  sinifdənkənar  sağlamlıq  bədən  tərbiyəsi  və 

kütləvi  idman  tədbirləri  bir  sıra  məqsədlə  təşkil  edilir  və  burada 

müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək: 

1.İdman  işləri  şagirdlərlə  idmanın  bu  və  ya  digər  növləri  üzrə 

bilik,  bacarıq  və  vərdişləri  aşılamaq  onları  həmin  istiqamətdə  inkişaf 

etdirmək  məqsədilə  keçirilir.  İdman  üzrə  təşkil  olunan  bölmələrdə 

şagirdlər  bir  tərəfdən  konkret  idman  növü  üzrə  öz  ustalığını  artırır, 

bacarıqlarını  təkmilləşdirir.  İkinci  tərəfdən  onlar  idmançı  kimi  yetişir 

və  sinfinin,  məktəbinin  və  hətta  yaşadığı  rayonun  idman  şərəfini 

qoruyurlar.  Həmin  bölmələrdə  məşğul  olanlar  öz  sağlamlığını 

möhkəmləndirir, fiziki hazırlıqlarını və imkanlarını artırırlar. Həmçinin 

kollektivinin  şərəfini  yüksək  tutmaq,  kollektivçilik,  dostluq  və 

yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur. 

2.Məktəblərimizdə səhhətində  bəzi qüsurlar olan şagirdlərə rast 

gəlmək  olur.  Həmin  şagirdlərin  səhhətinə  müsbət  təsir  göstərmək, 

onların  fiziki  inkişafını  formalaşdırmaq  və  fiziki  hərəkət 

keyfiyyətlərini  artırmaq  üçün  ümumi  fiziki  hazırlıq  qruplarında 

müntəzəm  olaraq  məşğul  olmaq  uşaqların  mənəviyyatına  həm  də 

təliminə  müsbət  təsir  edir,  tez-tez  dərs  buraxmaq  hallarının  qarşısını 

alır. 


3.Məktəbdə  bir  qrup  uşaqların  idman  məşğələlərinə  və 

bölmələrinə  cəlb  olunmasında  əsas  məqsəd  onların  fiziki 

keyfiyyətlərini  təkmiləşdirməkdən  ibarətdir.    Əlbəttə,  bu  cür 

məşğələlər    könüllülük  prinsipi  əsasında  uşaqların  arzu  və  xahişi 

nəzərə alınaraq təşkil edilir. 

Sinifdənkənar  bədən  tərbiyəsi  işlərinə  şagirdlər  cəlb  olunarkən 

bir  sıra  vacib  pedaqoji-psixoloji  məsələləri  nəzərə  almaq  hökmən 

lazımdır.  Xüsusən  uşaqların  marağı,  fiziki  hazırlığı,  fiziki  inkişafı, 

fərdi  xüsusiyyətləri,  qabiliyyətləri  diqqət  mərkəzində  olmalıdır.  Ayrı-

ayrı  idman  hərəkət  növünə  şagirdlərin  cəlb  olunmasında  seçmə 

(fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı 

ilə  yanaşı  onların  fiziki  inkişafı,  qabiliyyətləri  öyrənildikdən  sonra 

həyata  keçirilməlidir.  Müşahidə  olunmuşdur  ki,  deyilənlər  bəzən 

nəzərə  alınmır,  nəticədə  tədricən  idman  məşğələlərinə  gələnlərin  sayı 

günbəgün azalır və ya lazımi göstərici əldə etmək mümkün olmur. 

Elmi  tədqiqatlar  və  təcrübə  göstərir  ki,  kiçik  məktəbyaşlılar 

idmanın  üzgüçülük,  bədii  gimnastika  və  mürəkkəb  koordinasiya 

hərəkətlərini  buz  üzərində  daha  yaxşı  icra  edirlər.  Həmin  hərəkət 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə