B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə67/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   63   64   65   66   67   68   69   70   ...   131

 

198 


ilk pillənin norma və tələblərinə hazırlığa və ödənilməsinə tam şəkildə 

istiqamətləndirilməlidir. 

Yüngül  atletika  idman  məşğələlərini  ləvazimat  və  avadanlıqla 

təmin  etmək  üçün  məktəb  rayon  və  şəhərin  uşaq-gənclər  idman 

məktəbi    ilə  daha  sıx  əlaqədə  olmalıdır.  Uşaq-gənclər  idman  məktəbi 

ümumtəhsil  məktəbinə  2  cəhətdən  kömək  etmək  imkanı  vardır. 

İşlədilən  avadanlıq  və  ləvazimatların  müəyyən  hissəsini  və  yaxud  da 

köhnəlmiş,  sıradan  çıxmış  idman  əşyalarını  onlara  verməklə.  Əlbəttə, 

məktəb ictimaiyyətinin köməyi ilə yararsız  idman əşyalarını təmir edə 

və yararlı hala da sala bilər. 

 

 

Stolüstü tennis 



 

 

İbtidai  sinif  şagirdləri  üçün  ən  maraqlı  və  cəlbedici  idman 

növlərindən  biri  stolüstü  tennisdir.  Stolüstü  tennis  idman  növünün 

özünəməxsus qaydaları hərəkət texnikası və taktikası vardır. Bu idman 

oyunu zamanı sürətlə hücuma keçmək, cəldliklə və çevikliklə müdafiə 

olunmaq,  həmçinin  müxtəlif  əyilmələrə,  topu  (şarı)  qəbul  etmək, 

nəhayət,  rəqibin  sahəsinə  güclü  zərbələr  endirmək  elementləri 

mövcuddur.  Yaxşı  tennis  oynamaq  üçün  birinci  növbədə  şagirdlərin 

cəldliyini,  çevikliyini,  qüvvəsini  və  dözümlülüyünü    inkişaf  etdirməli 

və 


iradəsini 

möhkəmləndirməlidir. 

Bu 

məqsədlə 



də  

ümuminkişafetdirici  əşyalı  və  əşyasız  hərəkətlərdən  istifadə  etmək 

faydalıdır. 

Stolüstü  tennis  oyunu  üçün  xüsusi  top,  2  ədə  raket  və  şar 

olmalıdır.  Stolüstü  tennis  oyununu  keçirməkdən  ötrü  oyun  keçirən 

sahənin eni 4 m., uzunluğu isə 7,75 m x 4,5, 5x3 m ölçülü sahədə də 

stolüstü  oyununu  təşkil  etmək  olar.  Məktəbin  stolu  yoxdursa, 

emalatxanada  möhkəm  taxtadan  həmin  stollardan  düzəltmək 

mümkündür.  Bu  zaman  stolu  rəngləmək  və  xətləri  çəkməyi 

unutmamalı. İbtidai siniflərdə stolun ölçüləri 152, 5x274 sm olmalıdır, 

yerdən isə 76 sm hündürlükdə durmalıdır. 

Stolüstü tennis üzrə məşğələyə də şagirdlərin cəlb olunması üçün 

onlarla  müxtəlif  mövzularda  söhbətlər  aparmalı,  idman  kinofilmləri 

göstərməli,  güşələr  düzəltməli,  yaxşı  idmançıların  çıxışlarını  təşkil 

etməlidir. Bu işə məşhur idmançıları da cəlb etmək lazımdır. 



 

199 


Stolüstü  tennis  oyununda  əvvəlcə  duruşlar,  raketləri  tutmaq 

qaydaları, sonra isə müdafiə və hücumetmə priyomları öyrədilməlidir. 

Stolüstü  tennis  oyununun  səmərəli  təşkili  qaydalarını  bilmək  üçün 

aşağıdakı  kitabları  oxumağı  məsləhət  görürük:  «Pravila  sorevnovaniy 

po  nastolnomu  tennisu»  (izd.FiS,  1975),  V.S.İvanovun  «Tennis  na 

stole» tədris vəsaiti (izd.FiS, 1970 q.), «Fiziçeskaya kulğtura v şkole» 

jurnalından  başlayaraq  müxtəlif  illərdə  1975-ci  ildə  dərc  olunmuş 

materiallar  və  s.  Eyni  zamanda  «Məktəbdə  bədən  tərbiyəsi» 

məcmuəsində dərc olunmuş məqalələrdən istifadə etmək olar. 

 

 



Bədii gimnastika 

 

Fənlərarası əlaqə həmişə tədrisin elmi səviyyəsini yüksəltməkdə 

böyük  rol  oynamışdır.  İbtidai  siniflərdən  başlayaraq  şagirdlərə  bədii 

gimnastikanın elementlərinin öyrədilməsi onlarda estetik zövqü inkişaf 

etdirir,  klassik  və  müasir  musiqiyə,  xalq  musiqisinə,  sənətkarlarımıza 

məhəbbəti  daha  da  artırır.  Sinifdənkənar  bədii  gimnastika 

elementlərinin  öyrədilməsi,  həm  də  hərəkətlərində  dəqiq  olmağı, 

çevikliyi, gözəlliyi, başqa sözlə desək, estetik formanı təşəkkül etdirir, 

ürəyi oxşayır. Buna görə də kiçik məktəbyaşından başlayaraq qızların 

bədii  gimnastikaya  yüksək  həvəs  göstərməsi  təsadüfi  deyil, 

qanunauyğun  bir  haldır.  Bədii  gimnastika  texnikasını  qızlar  7-10 

yaşlarında  daha  tez  mənimsəyirlər.  Bu  hərəkətlər  qüvvə,  dözümlülük 

və  cəldliyin  inkişafına  səbəb  olur,  ayrı-ayrı  əzələ  qrupunu 

möhkəmləndirərək qamətin düzgün formalaşmasına kömək edir. 

Bədii  gimnastika  məşğələlərini  keçirməzdən  əvvəl    qızlarla 

söhbət aparmaq, onun bədən üçün əhəmiyyətini başa salmaq lazımdır. 

Elan verib onları gimnastika zalına və ya meydançaya toplamalıdır. 

Bədii  gimnastika  məşğələsi  musiqinin  müyşayiəti  ilə 

aparılmalıdır.  Məşğələdə  müvafiq  idman  və  hərbi  marşları,  yeri 

gəldikcə Vətən, əmək veteranları, kosmonavtlar haqqında bəstələnmiş  

mahnılar,  musiqilər  səslənməlidir.  Bu  vaxt  maqnitafondan  da  istifadə 

etmək  mümkündür. 

Bədii  gimnastika  məşğələlərinin  emosionallığını  artırmaq 

məqsədilə  hərəkətlər  məşqçi  tərəfindən  düzgün,  gözəl  və  çevikllliklə 

yerinə  yetirilməlidir.  Bundan  əlavə,  göstərməyə,  aydın  izah  verməyə 

çalışmalıdır.  Çətin  hərəkətlərin  birləşməsinə  tələsməməlidir.  Çətin 




 

200 


hərəkətləri birləşdirərək şagirdlər onun yerinə yetirməkdə çətinlik çəkir 

və  ruhdan  düşür.  Əlbəttə,  eyni  hərəkətlərin  uzun    müddət    təkrar 

olunmasında  bədii  gimnastika  məşğələsinin  təlim-keyfiyyətinə  mənfi 

təsir  göstərir.  Buna  görə  də  bədii  gimnastikada  fiziki  təlim  yükü 

tədricən  artırmalı  və  qızların  qabiliyyətlərinə,  fiziki  hazırlığına 

uyğunlaşmalıdır. 

 

                                    Fərdi məşğələlər 

 

Fərdi  məşğələlər  ayrı-ayrı  uşaqlarla  və  yaxud  bədəncə  qüsurlu 

olanlarla təşkil olunur. Həmin məşğələlər proqram materiallarını yerinə 

yetirə bilməyən, səhhət sağlamlığı günü-gündən geri gedən, həmçinin 

qamətində və yastıayaqlılıq qüsuru olan uşaqlarla da təşkil edilə bilər. 

Fərdi məşğələlər səhərlər gəzintilərdə və günün ikinci yarısında 

keçirilir.  Müəllim  məktəb  həkimi  ilə  birlikdə  fərdi  məşğul  olunacaq 

uşaqları  və  onlarla  yerinə  yetiriləcək  fiziki  hərəkətləri,  oyunları 

müəyyənləşdirirlər. 

Fərdi  məşğələlərin  keçirilməsi  metodikası,  təlim-tərbiyənin 

ümumi  prinsiplərinə  əsaslanır.  Burada  uşaqların  fiziki  inkişaf 

qanunauyğunluqları  nəzərə  alınmalıdır.  Hərəkətlər  qarşıda  duran 

vəzifələrə uyğun olaraq seçilir. 

Məşğələnin gedişini daima müəllim və həkim müşahidə və təhlil 

edir.  Xüsusən,  uşaqların  səhhəti  və  davranışı  nəzərdən  keçirilir. 

Antronometrik  göstəricilər  öyrənilir,  ayaqların  inkişafı  müşahidə 

olunur.  Bütün  bunlar  məşğələnin  effektlliliyini  artırır,    onun 

metodikasının təkmilləşdirilməsi yollarını aşkara çıxarır. 

                      

 

1.3.Ümumi orta təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq 

məşğələləri 

 

Ümumi fiziki hazırlıq qrupları 

 

Ümumi  fiziki  hazırlıq  qruplarında  başlıca  olaraq  ayrı-ayrı 



siniflənrdən  toplanmış  şagirdlər  iştirak  edirlər.  Məqsəd  şagirdlərin 

ümumi  fiziki  hazırlığını  artırmaqdan  ibarətdir.  Bölmələr  təşkil 

olunarkən  yaş  qruppu,  fiziki  inkişaf  və  fiziki  hazırlıq  mütləq  nəzərə 

alınmalıdır. Bölmə məşğələlərində istifadə olunan hərəkətlərin əsasını 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə