B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə66/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   62   63   64   65   66   67   68   69   ...   131

 

195 


növlərinin  texnikasına  böyük  yaşlı  şagirdlərə  nisbətən  tez  və  sürətlə 

yiyələnirlər.  8-10  yaşlı  məktəbli  oğlanlarla  isə  futbol  və  qaçıqşın 

texnikası  daha  tez  aşılanır.  Mürəkkəb  futbol  priyomlarını  qısa  bir 

müddətdə  mənimsəyirlər.  Ümumiyyətlə,  müşahidə  olunmuşdur  ki, 

ibtidai  sinif  şagirdləri  ümuminkişafetdirici  hazırlıq  və  ilk  hərəkətləri 

böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər. 

Sinifdənkənar  bədən  tərbiyəsi  işlərinin  qarşısında  duran  başlıca 

vəzifələrdən  biri  də  dərs  prosesində  öyrədilmiş  bilik,  bacarıq  və 

vərdişlərin  dərinləşdirilməsindən  ibarətdir.  Çünki  bədən  tərbiyəsi 

dərsləri tədris proqramı materiallarının  mənimsədilməsində mühüm və 

həlledici  mahiyyətə  malik  olsa  da,  o,  yalnız  sinifdənkənar  müxtəlif 

tədbirplər vasitəsilə dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar 

yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət   

növləri üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi və s. buna misal 

ola bilər. 

İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə, 

xarakterinə daha da yaxın olan sinifdənkənar keçirilən bədən tərbiyəsi 

məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək. 



 

1.2.İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq məşğələləri 

            Ümum fiziki hazırlıq qrupları   



 

Ümumfiziki  hazırlıq  qrupları  könüllülük  əsasında  təşkil  olunur. 

Çalışmaq  lazımdır  ki,  ümumi  fiziki  hazırlıq  məşğələlərinə  şagirdlər 

kütləvi şəkildə yazılsınlar. Buna görə də ilk növbədə bu məşğələlərin 

sağlamlıq  əhəmiyyətini,  işgörmə  qabiliyyətini  artıran  başlıca 

vəzifələrdən  biri  olduğunu  şagirdlərə  izah  etmək  vacibdir.  Ümumi 

fiziki hazırlıq məşğələləri bir neçə məqsədlə təşkil edilir. O bütün dərs 

ili  dövründə  davam  etməklə  uşaqların  səhər  çıxışlarına  və  ya  bədən 

tərbiyəsi  bayramlarına  hazırlayır.  Belə  məşğələlərin  proqramına 

rəngarəng  sadə  mütəhərrik  oyunlar,  idman  əyləncələri,  idman 

oyunlarının  elementləri,  gimnastika  və  yüngül  atletikaya  dair 

materiallar daxil edilir. Proqramda iki istiqamətli bədən tərbiyəsi tədris 

proqram  materialları  və  əlavə  fiziki  tərbiyə  materialları  daxil  edilir. 

Əgər  məktəbdə  şərait  vardırsa,  şagirdlərə  akrobatikanı,  habelə  VMH 

kompleksinin  normativlərindən  olan  üzgüçülüyü  də  öyrətmək 

məqsədəuyğundur.  Ümumi  fiziki  hazırlıq  qrup  məşğələləri  Bakı, 

Sumqayıt  şəhərində  və  respublikamızın  rayon  və  şəhərlərində  bütün 



 

196 


ilboyu  açıq  havada  keçirilməsi  məsləhətdir.  Lakin  küləkli  və  soyuq 

havada isə məşğələni idman zalına və yaxud da  geniş otaqların birinə 

keçirmək olar. Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması 

məsləhətdir.  Lakin  həmin  məşğələlərə  rəhbərliyi  sinif  müəllimlərinə, 

ictimai  təlimatçılara  və  fəal  valideynlərə  də  tapşırmaq  olar.  Bu  şərtlə 

ki,  onlar  bu  sahədə  təlimatlandırılmış  və  lazımi  biliklərə  yiyələnmiş 

olsunlar. 

Məşğələlər  məktəbin  idman  bazasında,  mənzil-istismar 

idarəsinin nəzdində olan meydança və zallarda təşkil oluna bilər. Lakin 

onun  cədvəli  dəqiq tədris  planı  olmalı  və  məktəb  direktoru  tərəfindən 

təsdiq edilməlidir. 

 

 



                           İdman Bölmələri 

 

                         Atletika bölməsi 

 

Yüngül  atletika  əsas  idman  növlərindən  biri  olub,  təbii 

elementlərlə  zəngindir.  Yüngül  atletika  məşğələlərini  digər  idman 

növləri üzrə olan məşğələlərə nisbətən asan təşkil etmək olar. Ona görə 

ki, bu idman növü akrobatika, üzgüçülük və s. kimi xüsusi şərait tələb 

etmir.  Kənd  məktəblərinin  demək  olar  ki,  hamısında  yüngül  atletika 

bölməsi  təşkil  etmək  mümkündür.  Burada  əsas  məsələ  kələ-kötür 

sahələri  düzəltmək,  sahəni  daş-kəsəkdən  təmizləmək,  çalalar  qazmaq, 

habelə  xətləmə  işləri  aparmaqdan  ibarətdir.  Lakin  bu  məşğələlərdə 

şagirdləri  cəlb  etmək  üçün  bəzi  hazırlıq  işləri  aparmaq  lazımdır.  Hər 

şeydən  əvvəl  nədən  başlamaq  lazımdır.  Təbliğat-təşkilati  işləri 

gücləndirilməlidir.  

    Xətai  rayonundakı  88  saylı  məktəbin  baş  bədən  tərbiyəsi 

müəllimi  Telman  Mirzəyev  idman  bölmələrinin  təşkili  də  təbliğati 

məsələlərinə  xüsusi  diqqət  yetirir.  Bunun  üçün  də  şagirdlərə  yüngül 

atletika  üzrə  Olimpiya  və  ölkə  çempionları,  Azərbaycan  rekordçuları 

haqqında və onların çətin yarışlarda qələbə çalmaları barədə məlumat 

verir.  


   Yüngül  atletikanın  məktəbdə  və  rayonda    vəziyyətinə  aid  

söhbət    aparır.      Bundan      sonra    yüngül    atletikanın  sağlamlıq  

əhəmiyyətini    şagirdlərə    çatdırır  bu  növ  üzrə  aparılan  yarışlara  dair, 

onun  texnikası  barədə  kinofilm  nümayiş    etdirir.  Bundan  əlavə  ən 




 

197 


görkəmli  yüngül  atletlərin  şəkilləri,  tərcümeyi-halı,  göstərdiyi 

nəticələri  məktəbin  idman  guşəsində  nümayiş  etdirir.  Məktəb 

kitabxanasında    isə  yüngül  atletika  kitabları  ayrı-ayrı  məqalələr  və  s. 

müəyyən bir guşədə toplanır, şüarlar yazılıb görkəmli yerlərdən asılır. 

Sentyabr    ayında  şagirdlərin  bölməyə  yazılması  məsləhətdir. 

Məşğələlər  həftədə  2  dəfə  keçirilməlidir.  İlk  məşğələlərdə  xüsusən 

ehtiyatlı  olmalıdır.  Şgirdlərə  birdən-birə  ağır  fiziki  yük  verilməməli, 

qaçış məsafələri qısa olmalı, daha uzağa tullanma tələb olunmamalıdır. 

Bir sıra yüngül atletika məşğələləri nə gərgin, nə də ki, az fiziki 

hərəkətli olmalıdır. 

Yüngül  atletika  məşğələlərini  müəllim  özü  keçməyə  də  bilər. 

Fəal  idmançılardan,  digər  fənn  müəllimlərindən  bu  işə  cəlb  etmək 

lazımdır. Məşğələlərin yüksək səviyyədə keçməsi məqsədilə dərs ilinin 

əvəlində  ictimai  məşqçilər  hazırlayan  seminarlar  təşkil  edilməlidir. 

Həmin  seminar  da  müəllimlə    yanaşı  məşhur  yüngül  atletika 

mütəxəssisləri, görkmli idmançılar çıxış etməli və öz təcrübələrindən, 

çətinliklərdən  və  yüngül  atletikanın  texnika  və  taktikasından 

danışmalıdır.  Yaxşı  olardı  ki,  ictimai  –  məşqçilərə  yüngül  atletikaya 

dair jurnal və təlimati- metodiki  kitab və vəsaitlər verilsin. 

Yüngül  atletika  məşğələlərinin  səmərəli  təşkilində  onun 

xarakterinə  uyğun  yerlərin  düzəldilməsi  vacibdir.  Xüsusilə  qaçış 

cığırları,  cismi  atmaq  yeri,  uzununa  və  hündürlüyə  tullanmaq  üçün 

çuxurlar,  təkan  nöqtələri  və  s.  sahələrin  xətlənməsi,  səliqə-səhmanda 

və  təmiz  saxlanması  şagirdlərin  yüngül  atletika  məşğələsinə  həvəsini 

artırır,  estetik  zövqünü  inkişaf  etdirir.  Meydançalar  yaradılarkən 

şagirdlərin,  ictimaiyyətin  və  valideynlərin  qüvvəsindən  istifadə 

etməlidir. 

   Yüngül  atletika  məşğələsinin  lazımi  nəticə  verməsində  tədris  

planına      uyğun    ləvazimat  və  avadanlıqların  əldə  edilməsi  mühüm 

şərtdir.  Ləvazimat  və  avadanlıqlar  məktəb  hesabına   əldə  edilməlidir. 

Lakin  yeri  gəldikcə  sadə  avadanlıqların  məktəb  emalatxanasında 

şagirdlərin  gücü  ilə  düzəltmək  lazımdır.    Bu  şagirdlərin  mənəvi 

tərbiyəsində  xüsusi  rol  oynayır.  Onlar  idman  əşyalarına  şüurlu 

münasibət  göstərir,  onun  tezliklə  sıradan  çıxmasının  qarşısını  almağa 

səy göstərir, bu məqsədlə ona ziyan yetirmirlər. 

Yüngül atletika məşğələləri ibtidai siniflər üçün son illərdə tətbiq 

olunan  normativlərin  əsasında  təşkil  edilməlidir.  Aparılan  bütün  işlər 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə